Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə39/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   35   36   37   38   39   40   41   42   ...   192

 

80 


Ġndi pərdənin arxasında, təhlükəsiz  yerdəydi. Onlar gedəndən sonra diĢ  məcununu  yerinə 

qoyub  otaqdan  çıxacaqdı.  Buna  görə  də  orda,  pərdənin  arxasında  çömbəltmə  oturub  gözləyir, 

qulaq  verməsə  də,  ehtiraslı  qadın  pıçıltısının  səsini  eĢidirdi:  “Yox!  Yox!  Burda  yox.  Ġndi  yox.  

Birdən  görən  olar.  Ġçəri  girən...  Eləmə,  Çarli!  XahiĢ  edirəm!”  Həkim  oğlanın  sözlərindən  isə, 

ümumiyyətlə, heç nə baĢa düĢmürdü. Səs də boğuq çıxırdı. Amma qəddar səs idi – indiyə qədər 

bütün  kiĢilərdən  eĢitdiyi  səslər  kimi;  zira  qadın  dünyasından  qısa  bir  müddətə  qaçıb  yox  ola, 

sonra  isə  ölüm  saatınadək  ona  sığınıb  qalmaq  naminə  təkrar  qaçıb  geri  qayıda  bilmək  üçün  o, 

hələ  çox  balacaydı.  BaĢqa  tanıĢ  səslər  də  eĢitdi:  ayaq  tappıltısını,  qıfılda    açarın  burulduğunu.  

“Yox,  Çarli!  Çarli,  xahiĢ  edirəm!  XahiĢ  edirəm,  Çarli!”  –  qadın  pıçıldayırdı.  BaĢqa  səslər  də 

gəldi:  xıĢıltı, cırıltı, amma  bunlar  insan səsi deyildi. O bu səslərə  qulaq asmırdı, sadəcə, oturub 

gözləyirdi,  dalğıncasına  düĢünürdü  ki,  günün  belə  bir  vaxtında  yatağa  girmək  çox  qəribədir. 

Yenə  də  nazik  pərdənin  arxasından  get-gedə  zəifləyən  qadın  pıçıltısının  səsi  eĢidildi:  “Mən 

qorxuram! Tez ol! Tez elə!” 

O,  yumĢaq,  qadın  iyi  verən  paltarların  və  ayaqqabıların  arasında  çömbəlib  oturmuĢdu. 

Haçansa  yumru  olan,  indi  isə  əzilmiĢ  diĢ  məcununu  yalnız  əlinin  təmasıyla  görürdü.  Soyuq, 

gözəgörünməz,  soxulcanabənzər  diĢ  məcununun    barmağının  üstünə  tökülüb,  ordan  da  dərhal, 

mexaniki surətdə ağzına yol tapdığına, sonra da dilinin ucunda həm Ģirin, həm də acı bir Ģey kimi 

necə  əridiyinə  gözüylə  deyil,  dilinin  dadıyla  tamaĢa  edirdi.  Adətən  o,  tübiki  sıxıb  bir  udum 

məcun  götürür,  sonra  isə  onu  yerinə  qoyub  otaqdan  çıxırdı.  Hətta  beĢ  yaĢında  belə  bilirdi  ki, 

bundan  artıq  götürmək  olmaz.  Bəlkə  də,  heyvani  instinkt  buna  yol  vermirdi:  çox  yesə,  halı 

pisləĢər;  bəlkə  də,  insani  hissiyyat  onu  çəkindirirdi:  tübiki  çox  sıxsa,  tibb  bacısı  hər  Ģeyi  baĢa 

düĢər. Bu gün isə ilk dəfəydi ki, çox götürürdü. Pərdənin arxasında gizlənib gözlədiyi üçün belə 

alındı. Tübikin  necə  arıqladığını  əlinin təmasıyla   görə bilərdi. Onu tər basdı. Sonra anladı  ki,  

xeyli vaxtdır tərləyir, xeyli vaxtdır heç nə eləmir, yalnız tərləyir. Ġndi o, heç nə eĢitmirdi. Yəqin 

ki,    pərdənin  o  tayında  güllə  atsaydılar,  onun  da  səsini  eĢitməzdi.  BaĢı  özünə  qarıĢmıĢdı,  necə 

tərlədiyini, mədəsinin daha götürmək istəmədiyi növbəti məcun diliminin ağzında necə əridiyini 

görməyə  çalıĢırdı.  Doğrudan  da,  onu  heç  cür  uda  bilmirdi.  Hərəkətsizdi,  sanki,  dərin  fikrə 

dalmıĢdı, kolba ĢüĢəsinə əyilib baxan kimyagər kimi baĢı sinəsinə əyilmiĢdi, gözləyirdi. Amma 

çox gözləmək lazım gəlmədi. Axır ki, birtəhər udduğu məcun parçası birdən içəridə qaynamağa, 

geriyə,  sərin  havaya  sıçramağa  çalıĢdı.  Artıq  o,  Ģirin  deyildi.  Pərdənin  arxasında,  basırıq, 

bənövĢəyi-qadın iyi verən qaranlıqda ağzından bənövĢəyi köpük axa-axa oturub, öz içinin səsinə 

qulaq  asır,  əlacsız  halda,  təəccüb  içərisində  nə  olacağını  gözləyirdi.  Oldu  da.  Ümidini  tamam 

üzüb, sakitcə öz-özünə dedi: “Hər Ģey bitdi”. 

Pərdə  qəfil  kənara  fırladılanda  o,  heç  baĢını  da  qaldırmadı.  Kiminsə  əlləri  qəzəblə  onu 

qusmağın  içərisindən  dartıb  qaldıranda  da  müqavimət  göstərmədi.  Heysiz,  ağzıaçıq  halda  o 



 

81 


əllərdən  asılı  qaldı,  ĢüĢə  kimi  donuq,  sərsəm  baxıĢlarını  haçansa  ona  ĢipĢirin  yeməli  bir  Ģeyi 

xatırladan o hamar, sığallı əllərin sahibinin artıq hamar, sığallı, ağ-bənövĢəyi olmayan, pırtlaĢıq, 

qəzəbli saçlara bürünmüĢ sifətinə zillədi. “Ġt balası it! – cır, qəzəbli səs zingildədi, – Ġt balası it! 

Nədi, məni pusursan?! Ġyrənc zənci küçüyü!” 

 

Diyetaçı  tibb  bacısının  iyirmi  yeddi  yaĢı  vardı,  bu  yaĢ  riskə  gedib  bir-iki  dəfə  sevgi 



macərası  yaĢamaq  üçün  kifayət  qədər  olsa  da,  belə  bir  iĢ  üstündə  qəfil  yaxalanmağı  həzm  edə 

bilmək  üçün  xeyli  az  idi.    Bu  qız  həm  də  belə  bir  Ģeyə  inanacaq  qədər  kütbeyin  idi  ki,  beĢ 

yaĢında  uĢaq  yalnız  eĢitdiklərinə  əsasən  orada  nə  baĢ  verdiyini  nəinki  baĢa  düĢə,  həm  də 

böyüklər  kimi  bu  haqda  kiməsə  nəsə  danıĢa  bilər.  Buna  görə  də  növbəti  iki  gün  ərzində  hara 

baxırsa baxsın, hara gedirsə getsin, uĢağın gözləri önündən çəkilmədiyini, heyvana xas inadkar, 

sual dolu baxıĢlarla diqqətlə onu izlədiyini güman edərək, onun xarakterinə yalnız böyüklərə xas 

bəzi  cizgilər  də  əlavə  etdi;  bu  qərara  gəldi  ki,    bu  uĢaq  bildiyini  nəinki  hamıya  yaymaq 

niyyətindədir, həm də onun əzablarını daha da artırmaq üçün  bu iĢi qəsdən uzadır. Daha ağlına 

da  gətirmirdi  ki,  uĢaq  özünün  pis  iĢ  üstündə  yaxalandığını,  cəzanı  gecikdirməklə  ona  əzab 

verdiklərini  düĢünür,  buna  görə  də  tezliklə  buna  son  qoymaq,  kötək  payını  almaq,  borcunu 

ödəmək, hesabını qapatmaq üçün hər yerdə onun gözünə soxulmağa çalıĢır. 

Ġkinci  gün  əndiĢəsi  son  həddə  çatdı.  Gecə  yata  bilmədi.  Yatağında  uzanıb  diĢlərini, 

yumruqlarını  möhkəm-möhkəm  sıxaraq  qəzəbdən  və  dəhĢətdən,  bundan  da  betəri, 

peĢmançılıqdan  –  zamanı,  heç  olmasa,  bir  saatlığa,  bir  saniyəliyə  geri  qaytarmağın  müdhiĢ, 

ümidsiz  ehtiyacından  nəfəsi  boğula-boğula,  demək  olar  ki,  bütün  gecəni  oyaq  qaldı.  Lap  elə 

yaĢadığı eĢq anının özündən belə imtina etməyə  hazır idi. Ġndi heç cavan həkim də onu bu uĢaq 

qədər  maraqlandırmırdı;  indi  uĢaq  onun  üçün  yalnız  vasitəyə,  özü  də  onun  nicatına  deyil, 

məhvinə  iĢləyən  vasitəyə  çevrilmiĢdi.  Bu  iki  adamdan  hansına  daha  çox  nifrət  etdiyini  də 

bilmirdi.  Hətta  haçan  yuxuya  getdiyini,  haçan  ayıq  olduğunu  da  dəqiq  deyə  bilməzdi.  Çünki  o 

hərəkətsiz,  qaĢ-qabaqlı,  perqament  rəngli  sifət  yumulu  göz  qapaqlarının,  tor  qiĢasının  önündən 

bir an belə çəkilmir, daim onu izləyirdi. 

Üçüncü gün axır ki, bu yarıyuxulu-yarıayıq vəziyyətin komasından çıxdı;  bütün bu günlər 

ərzində  o,  günün  iĢıqlı  saatlarında  və  digər  sifətlər  arasında  öz  gerçək  sifətini  eyni  anda  həm 

qeyri-təbii,  həm  də  çıxarıb  atılması  mümkün  olmayan    ağrılı-acılı  ifadəyə  malik  maska  kimi 

özüylə  daĢımıĢdı.  Üçüncü  gün  qəti  qərara  gəldi.  UĢağı  tapmaq  o  qədər  də  çətin  olmadı.  Onu 

dəhlizdə – nahardan sonrakı istirahət saatında bomboĢ, kimsəsiz dəhlizdə tapdı. Orda boĢ-bekar 

dayanmıĢdı.  Bəlkə  də,  onun  dalınca  gəlmiĢdi.  Onu  gözləyib-gözləmədiyini  kimsə  ayırd  edə 

bilməzdi. Ancaq diyetaçı tibb bacısı onu burda görəndə təəccüblənmədi, heç o da  geriyə dönüb 

onu  –  biri  artıq  hamar,  sığallı,  ağ-bənövĢəyi  olmayan,  digəri  isə  təkcə  intizardan  baĢqa  heç  nə 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə