Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə36/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   32   33   34   35   36   37   38   39   ...   192

 

74 


diaqonal  Ģalvarını,  ağ,  amma  artıq  çirklənmiĢ    köynəyini  geyindi,  kəpənək  formalı  qalstukunu 

taxdı. Siqaret yandırdı. Divara mıxla bir güzgü qırığı bərkitmiĢdilər. Qalstukunu bağlayarkən o 

güzgüdə öz qaĢqabaqlı əksinə baxdı. NimdaĢ, geyilməkdən ağırlaĢmıĢ Ģlyapası mıxdan asılmıĢdı. 

Onu götürmədi. Əvəzinə  baĢqa  mıxdan asılmıĢ kepkasını götürdü, döĢəyin altından  isə, adətən, 

üz  qabığında  ya  alt  paltarında  cavan  qadınların,  ya  da  tapançadan  bir-birinə  güllə  atan  cavan 

kiĢilərin Ģəkli çap olunan bir jurnal çıxardı. 

O, komadan çıxanda hava tamam iĢıqlaĢmıĢdı. QuĢlar səs-səs vermiĢdilər. Bu dəfə evdən 

uzağa yollandı. At tövləsinin yanından keçib, çəmənliyə çıxdı. Tezliklə ayaqqabıları, Ģalvarının 

balaqları  tamam  Ģehə  batdı.  Ayaq  saxladı,  Ģalvarının  balaqlarını  dizlərinəcən  yuxarı  qaldırıb, 

onları səliqəylə qatladı, yoluna davam etdi. Çəmənlik qurtarandan sonra meĢə baĢlayırdı. Burada 

Ģeh  az  idi  deyə,  Ģalvarının  balaqlarını  açıb  aĢağı  saldı.  Bir  qədər  sonra  bir  dərəyə  gəlib  çıxdı, 

burada  bulaq  vardı.  Jurnalı  kənara  qoyub,  çırpı  topladı,  ocaq  qaladı,  sonra  kürəyini  bir  ağacın 

gövdəsinə söykəyərək, ayaqlarını ocağa tərəf uzadıb oturdu. Az keçməmiĢ yaĢ ayaqqabılarından 

buğ qalxmağa baĢladı. Ocağın istisinin ayaqlarından baĢlayıb bütün canına necə yayıldığını hiss 

etdi;  gözlərini açanda isə günəĢin xeyli yüksəyə qalxdığını, ocağın sönmək üzrə olduğunu görüb 

baĢa düĢdü ki, yatıb. “Vallah, yuxu məni aparıb, – o, fikirləĢdi. – Vallah, yatmıĢam, özü də bir 

gündə ikinci dəfə”. 

Bu  dəfə  o,  iki  saatdan  çox  yatmıĢdı,  çünki  günəĢin  Ģüası  artıq  bulağın  üstünə  düĢərək, 

durmadan  axan  suyun  üzərində  sınıb  parçalanır,  bərq  vururdu.  O,  ehmalca  ayağa  qalxdı,  qıc 

olmuĢ kürəyini düzəltdi, yatmıĢ əzələlərini hərəkətə gətirdi. Sonra cibindən ülgücünü, sabun və 

sürtgəcini  çıxardı.  Bulağın  qırağında  dizi  üstə  çökdü,  uzun  tiyəli  ülgücünü  ayaqqabısına  çəkib 

itilədi, sonra da güzgüymüĢ kimi suya baxa-baxa üzünü qırxdı.  

Ülgüc  ləvazimatlarını,  jurnalı  kolluqda  gizlətdi,  qalstukunu  yenidən  boynuna  taxdı. 

Bulaqdan aralanıb, elə bir istiqamətə üz tutdu ki, ev ondan xeyli uzaqda qaldı. Evdən yarım mil 

uzaqlıqda  yola  çıxdı.  Bir  az  aralıda,  benzindoldurma  məntəqəsinin  böyründə  balaca  bir  dükan 

vardı.  Ora  girdi,  satıcı  qadından  kreker  və  bir  də  bir  banka  ət  konservi  aldı.  Bulağın,  ocağın 

yanına qayıtdı. 

Yenə  kürəyini  ağacın  gövdəsinə  söykəyib,  jurnal  oxuya-oxuya  səhər  yeməyini  yedi.  Bu 

vaxta  qədər  yalnız  bir  hekayəni  oxuyub  qurtarmıĢdı,  indi  də  ikincisinə  baĢlamıĢdı;  jurnalı 

baĢdan-ayağa, roman kimi oxuyurdu. Ağzında yeməyini çeynəyə-çeynəyə arabir gözlərini jurnal 

səhifəsindən  ayırıb,  yuxarıya,  dərənin  üstünə  yayılan,  günəĢ  Ģüalarının  deĢib  keçdiyi  yarpaq 

çətirinə  baxırdı.  “Bəlkə,  mən  bu  iĢi  artıq  görmüĢəm,  –  deyə  o  fikirləĢdi.  –  Bəlkə  artıq  görmüĢ 

olduğuma  görə  bu  iĢ  daha  məni  gözləmir”.  Ona  elə  gəldi  ki,  dincliklə  açılan  bu  sarı  günə  o, 

gedər-gəlməzə aparan  yol ayrıcında rastlaĢdığı  və seçim anında ondan  heç  bir tələskənlik tələb 

etməyən bir  dəhliz, bir cığır kimi baxa bilər.  Ona elə gəldi ki, o burda oturduqca bu sarı gün, 



 

75 


yerə yayxanıb Ģirin-Ģirin yuxulayan sarı piĢik kimi mürgülü-mürgülü ona göz qoyur. Oxumağına 

davam  etdi.    Hər  səhifəni  qurtardıqca  onu  ciddi  bir  ardıcıllıqla  çevirib  o  birinə  keçirdi,  amma 

bəzən bir səhifənin, bir sətrin, bəlkə də, bir sözün üstündə  iliĢib qalırdı. Onda o, baĢını qaldırıb 

harasa  baxmırdı.  Heç  tükü  də  tərpənmirdi;  görünür,    baĢı  mahiyyətinə  hələ  vara  bilmədiyi  bir 

sözə  qarıĢır,  o  söz  onu  özünə  çəkirdi;  bu  dinc,  günəĢli  məkanda  bütün  varlığı  bu  qısa  və 

əhəmiyyətsiz  adi  bir  hərf  birləĢməsindən  asılı  qalırdı  və  çəkisiz  bir  Ģey  kimi  yerində  donaraq, 

sanki,  zamanın  ləng  axarına  yuxarıdan  göz  qoyur,  fikirləĢirdi  Mən  yalnız  dinclik  istəyirdim 

FikirləĢirdi: “O gərək mənim üçün dua etməyəydi”. 

Sonuncu  hekayəyə  çatanda,  oxumağına  ara  verdi,  qalan  səhifələri  saydı.  Sonra  baĢını 

qaldırıb  günəĢə  baxdı  və  yenə  də  oxumağına  davam  etdi.  Ġndi  onu  elə  oxuyurdu  ki,  elə  bil, 

küçədə səki daĢlarını saya-saya yeriyirdi – düz son səhifəyə, son sözə qədər. Sonra ayağa qalxdı, 

kibriti yandırıb jurnala od vurdu və onu əlində yellədə-yellədə, səbirlə təmiz yanıb kül olmasını 

gözlədi. Üzqırxan ləvazimatlarını  cibinə soxub dar dərəylə üzüaĢağı yola düzəldi. 

Bir  az  gedəndən  sonra  dərə  geniĢləndi:  girintili-çıxıntılı,  yuxarısını  tikan,  kol  basmıĢ 

sıldırım  qaya  divarlar  arasındakı  dərənin  dibi  hamar  idi,  yumĢaq  qumdan  ağappaq  ağarmıĢdı. 

Onun  baĢı  üzərində  hər  iki  tərəfdəki  ağacların  budaqları  hələ  də  bir-birinə  qarıĢmıĢdı;  divarın 

birində  əmələ  gəlmiĢ  oyuğa  Ģax-Ģəvəl  tökülmüĢ,  onun  üstü  tamamilə  örtülmüĢdü.  O,  quru 

budaqları bir kənara yığmağa baĢladı, oyuğun üstünü açıb təmizlədi, iti ağızlı təpcək beli ordan 

tapıb  götürdü.  Bu  vaxtacan  quru  Ģax-Ģəvəlin  altında  gizli  qalan  qumu  həmin  bellə  qazmağa 

baĢladı və oradan ard-arda, qapağı yivlə burulub açılan altı dəmir çəllək çıxardı. Onların ağzını 

burub  açmadı.  Böyrü  üstə  yerə  yıxdı,  iti  bellə  vurub  deĢdi;  çəlləklərin  altındakı  qum  ĢırhaĢır 

tökülən  viskidən  nəmlənib qaraldı,  sükut  içində  olan günəĢli  havanı spirt  iyi  bürüdü. O,  maska 

kimi donuq sifətlə  çəlləkləri  bir-bir, tələsmədən, son damlasına qədər  boĢaltdı. Sonra onları  bir 

çalaya  yığıb,  üstünü  qumla  birtəhər  örtdü,  quru  Ģax-Ģəvəli  təzədən  əvvəlki  yerinə  daĢıyıb,  beli 

gizlətdi. ġax-Ģəvəl  nəm  ləkənin üstünü örtsə də, havaya  yayılmıĢ spirt iyini gizlədə  bilmədi. O, 

yenə də baĢını qaldırıb günəĢə baxdı. Günortadan keçmiĢdi. 

AxĢam  saat  yeddidə  Ģəhərdə  idi,  yan  küçədəki  restoranda,  sürtülməkdən  pardaxlanıb 

hamarlanmıĢ piĢtaxtanın arxasında, kətildə əyləĢib Ģam yeməyini yeyirdi. 

 

Saat  doqquzda  dəlləkxananın  qabağında  dayanıb,  ĢüĢənin  arxasından  iĢ  ortağına  baxırdı. 



DaĢ  kimi  tərpənməz  dayanmıĢdı,  əllərini  cibinə  soxmuĢdu;  siqaret  tüstüsü  bir  əzası  belə 

tərpənməyən sifətindən burula-burula havaya qalxırdı; kepkasını isə nimdaĢ Ģlyapası kimi çəpəki 

qoymuĢdu, çox zəhmli görünürdü. O qədər soyuq, o qədər zəhmli duruĢu vardı ki, əynində kirli 

qırmızı damalı Ģalvar, kirli ala-bəzək köynək olan   Braun  iĢıqlı,  losyon  və  isti  sabun  iyi  verən 

boğanaq salonda xırıltılı səslə, əl-qol ata-ata nəsə danıĢarkən birdən baĢını qaldırıb sərxoĢ gözləri 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə