Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə34/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   30   31   32   33   34   35   36   37   ...   192

 

70 


yerində  tapmadı  və  dərhal  Braun  yıxılarkən  yerə  düĢüb  sınan  fənərin  cingiltisini  xatırladı. 

Ayaqları arasında uzanmıĢ Brauna sarı əyildi, əlilə yaxasını axtarıb tapdı, onu dartıb çarpayının 

altından çıxardı,  baĢını  yerdən qaldırıb səsini kəsənəcən ovcunun  içi  ilə  bərkdən, zərblə, hirslə 

döyməyə baĢladı. 

Braun üst-baĢı əzilmiĢ halda yerdə uzanmıĢdı. Kristmas onun baĢını yerdən qaldırıb boğuq, 

pıçıltıya bənzər səslə o ki var söydü. Sonra sürüyə-sürüyə o biri çarpayının yanına gətirdi, arxası 

üstə  onun  üstünə  atdı.  Braun  təzədən  gülməyə  baĢladı.  Kristmas  sol  əlilə  onun  ağız-burnunu 

yumub, sağ  əlilə  yenidən   ara  verə-verə, ahəngdar, güclü zərbələrlə döyməyə  baĢladı, sanki, o 

zərbələrin sayını bilmək istəyirdi. Braun gülməyini kəsdi. Çabalamağa, onun əlindən qurtulmağa 

çalıĢdı.  O,  Kristmasın  əlindən  qurtulmaq  üçün    ora-bura  dartınır,  boğuq,  xırıltılı  səs  çıxarırdı. 

Yorulub sakitləĢə, ölü kimi tərpənməz hala düĢməyənəcən Kristmas onu buraxmadı. Yalnız onda 

əlini bir az boĢaltdı. “Ġndi susacaqsan? – dedi. – Susacaqsan?”  

Braun yenidən dartınıb onun əlindən çıxmağa çalıĢdı. “O qara əlini çək üstümdən, heyvərə 

zənc...”  Əl  yenidən onu sıxmağa baĢladı. Kristmas o biri  əli ilə  yenidən onun sifətinə bir zərbə 

vurdu.  Braun  susdu,  sakitcə  yerdə  uzanılı  qaldı.  Kristmas  əlini  boĢaltdı.  Bir  saniyədən  sonra 

Braun  asta,  yumĢaq  səslə  danıĢmağa  baĢladı.  “Sən  zəncisən,  baĢa  düĢdün?  Özün  bunu  mənə 

demisən. Özün etiraf  etmisən. Mənsə  ağ adamam. Mən  ağ...” Əl onu  yenidən  sıxmağa  baĢladı. 

Braun  yenə də  səsini kəsdi,  əlin ağırlığı altında  xırıldaya-xırıldaya, o  əli ağzının suyuna batıra-

batıra  yenidən  çabaladı.  Sonra  sakitləĢib  ölü  kimi  tərpənməz  hala  düĢəndə  əl  boĢaldı.  Braun 

sakitcə uzanıb qalmıĢdı, ağır-ağır, tövĢüyə-tövĢüyə nəfəs alırdı. 

– Ġndi susassanmı? – Kristmas dedi. 

–  Hə,  –  Braun  dedi.  –  O,  xırıldaya-xırıldaya  nəfəs  alırdı.  –  Qoy  bir  nəfəsimi  dərim. 

Susacam. Qoy bir nəfəs alım.  

Kristmas  əlini  xeyli  boĢaltdı,  amma  tamam  çəkmədi.  Braunun  nəfəsi  bir  az  yüngülləĢdi, 

daha  sərbəst  nəfəs  almağa  baĢladı.  Amma  Kristmas  hələ  də  əlini  onun  sifətindən  çəkməmiĢdi. 

Braunun nəfəsi onun barmaqlarına gah ilıq, gah da soyuq hava kimi dəyirdi və o, yerə sərilmiĢ 

bu cəmdəyin baĢı üzərində dayanaraq, sakitcə fikirləĢdi Mənə nə isə olacaq. Mən nə isə eləyəcəm  

O, sol əlini Braunun ağız-burnundan çəkmədən  sağ əlini öz çarpayısına, öz yastığına, o yastığın 

altındakı on iki santimetrlik tiyəsi olan bıçağa uzadıb onu ordan götürə də bilərdi. Ancaq bunu 

eləmədi. Bəlkə, düĢüncə o qədər uzağa, elə bir zülmətə gedib çıxdı ki, ona Yox, bu o deyil dedi. 

Hər  halda,  bıçağı  götürmədi.  Bir  qədər  sonra  əlini  Braunun  sifətindən  çəkdi,  amma  onun 

yanından aralanmadı. Hələ də  çarpayının baĢı üzərində dayanıb, elə rahat, elə sakit nəfəs alırdı 

ki,  onu  heç  özü  də  eĢitmirdi.  Qaranlıqda  gözlə  görünməyən  Braun  da  indi  sakit,  səssiz  nəfəs 

alırdı;  bir  az  keçəndən  sonra  Kristmas  oradan  aralandı,  gəlib  öz  çarpayısının  üstündə  oturdu, 

siqaret  və  kibrit  tapmaq  üçün  divardan  asılmıĢ  Ģalvarının  ciblərini  qurdaladı.  Kibrit  alıĢıb 



 

71 


Braunun üstünə iĢıq saldı. Kristmas siqareti yandırmazdan qabaq, kibrit dənəsini havaya qaldırıb 

Brauna  sarı  baxdı.  O,  arxası  üstə  sərilib  qalmıĢdı,  bir  əli  döĢəməyə  sallanmıĢdı.  Ağzı  açıq  idi. 

Kristmas durub ona baxanacan xoruldamağa baĢladı. 

Kristmas siqaretini yandırdı, yanan kibrit dənəsini barmaqlarının ucuyla açıq qapıya tərəf 

fırlatdı,  yolun  yarısında  alovun  necə  söndüyünə  tamaĢa  etdi.  YanmıĢ  dənənin  döĢəməyə 

dəyərkən çıxaracağı zəif,  yüngül  zərbə  səsini eĢidə  bilmək üçün qulaq kəsildi;  ona elə gəldi ki, 

onu eĢitdi. Sonra qaranlıq otaqda, çarpayının üstündə oturarkən  ona elə gəldi ki, o, baĢqa saysız-

hesabsız  zəif  səsləri:  ağacların,  qaranlığın,  insanların  səsini,  qımıltısını,  pıçıltısını,  öz  səsini, 

daim içində yaĢatmıĢ olduğu müxtəlif adları, dövrləri, yerləri yaddaĢında oyadan digər səsləri də 

eĢidir;  onlar  onun  bütün  həyatının  məğzi,  məcmusudur,  hərçənd  o  özü  bunu  bilmir,  bilmir  ki, 

bütün bunlar onun həyatıdır. Və  bunları eĢidə-eĢidə fikirləĢdi  Bəlkə də,  Allahdı səbəbkar,  mən 

isə hətta bunu da bilmirəm  O bunu yalnız çap olunmuĢ,  normal doğulsa da artıq ölü olan Allah 

məni də sevir cümləsi kimi, ötən ilki Allah məni də sevir afiĢasının bozarmıĢ, yarısolmuĢ hərfləri 

kimi görə bilərdi. 

Əlini  bir  dəfə  də  olsun  siqaretə  toxundurmadan  onu  çəkib  qurtardı.  Siqaret  kötüyünü  də 

kibrit  dənəsi  kimi  barmaqlarının  ucu  ilə  qapıya  tərəf  fırlatdı.  Kibrit  dənəsindən  fərqli  olaraq  o, 

havada  sönmədi.  Kristmas  siqaret  kötüyünün  qapının  o  tayında,  havada  fırlana-fırlana  necə 

közərdiyinə  tamaĢa  etdi.  Yuxusu  gələcəyinə  ümidi  olmayan  adamlar  kimi  əllərini  boynun 

ardında  çarpazlayıb  yatağına  uzandı  və  fikirləĢdi  Saat  ondan  uzanmışam,  amma  hələ 

yatmamışam. Saat neçə olar, onu da bilmirəm, amma gecədən xeyli keçib, mənsə heç cür yuxuya 

gedə  bilmirəm  “Çünki  o  mənim  üçün  dua  etməyə  baĢlayıb”,  –    dedi.  Ucadan.  Səsi  qaranlıq 

otaqda  qəflətən  elə  bərk  çıxdı  ki,  sərxoĢ  Braunun  xorultusunu  belə  batırdı.  “Bax  buna  görə. 

Çünki o  mənim üçün dua etməyə baĢlayıb”. 

Çarpayıdan  qalxdı.  Yalın  ayaqları  səssizcə  döĢəməyə  toxundu.  O  biri  çarpayıda  Braun 

xoruldayırdı. Kristmas dayanıb baĢını səs gələn tərəfə döndərdi. Ayaqyalın, təkcə alt paltarında 

komadan    çıxdı.  Bayırda  hava  bir  az  iĢıqlı  idi.  BaĢı  üzərində  ulduz  topaları  yavaĢ-yavaĢ 

fırlanırdı; otuz il idi bilirdi ki, ulduzlar var, ancaq onun üçün onların heç birinin adı yox idi, heç 

biri  öz  rəngi,  parlaqlığı,  hansı  tərəfdə  yerləĢməsi  ilə  ona  heç  nə  demirdi.  Ġrəlidə,  sıx  ağacların 

arasında yalnız soba borusunu və taxtapuĢu seçə bildi. Evin özü isə qaranlıqda görünmürdü. Ona 

yaxınlaĢdı,  içəridən  nə    səs,  nə  də  iĢıq  gəlirdi  və  o,  qadının  yatdığı  otağın  pəncərəsi  altında 

dayanıb  fikirləĢdi  Hələ  üstəlik  əgər  o  yatıbsa.  Əgər  o  yatıbsa  Qapılar  heç  vaxt  bağlı  olmazdı, 

gecənin  hansı  vaxtında  həvəsi  onu  yuxudan  qaldırsa,  o  bu  evə  girib  qadının  yataq  otağına 

yollanar,  qaranlıqda  onun  yatağını  çox  asanlıqla  tapardı.  Bəzən  qadın  yatmamıĢ  olardı,  onu 

gözləyər, onun adını çəkərdi. Bəzən isə o bu qadını ağır, kobud əlləriylə durğuzar, çox vaxt elə 

bu cür kobudluqla da – qadın hələ yuxudan tam ayılmamıĢ – ona yiyələnərdi. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə