Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə32/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   28   29   30   31   32   33   34   35   ...   192

 

66 


özünüz  bunu  xahiĢ  etdiniz”,    –  deyir.  Özü  isə  oyan-buyana  baxır,  baĢını  bulayır.  Sonra  isə, 

demək olar ki, var gücüylə çığırır: “Mən nə bilim saat neçəydi?  Nədi, bəlkə, siz elə bilirsiniz ki, 

yonqar  sexində  zənci,  kölə  kimi    hamballıq  edən  bir  adam  qolunda  saat  gəzdirəcək  qədər 

varlıdı?” 

– Sən heç  bir  yonqar sexində-zadında  iĢləmirsən, ümumiyyətlə, heç  yerdə  iĢləmirsən,  – 

polis deyir, –  əgər bir adam bütün günü Ģəhərdə təzə maĢında kefi istədiyi kimi gəzməyi özünə 

rəva görürsə, onda o, bir-iki dəfə məhkəməyə getməyi də, saatın neçə olduğunu bilməyi də özünə 

rəva görə bilər. 

“Axı sizə dedim ki, o mənim  maĢınım deyil! – Braun deyir. – Bu onun maĢınıdır. Onu 

öldürdüyü o qadın alıb verib ona”. 

“Bunun mətləbə dəxli yoxdur, – Ģerif deyir. – qoyun sözünə davam eləsin”. 

Və  Braun  sözünə  davam  eləyir,  getdikcə  daha  bərkdən,  daha  becid  danıĢmağa  baĢlayır, 

sanki o, Co Braunu Kristmas  barədə danıĢdıqlarının arxasında gizlətməyə  çalıĢır, ta o vaxtacan 

ki,  Braun  min  dolları  qamarlamaq  Ģansını  əldən  verməsin.  Bilirsiniz    maraqlı  olan  nədir:  bəzi 

adamlar elə fikirləĢirlər ki, pul qazanmaq və yaxud pul əldə etmək qaydasız oyun kimi bir Ģeydi. 

Sonra  da  deyir  ki,  yanğını  gördüyü  anda  o  qadının  nəinki  ölüsünün,  heç  dirisinin  də  içəridə 

olduğunu ağlına belə gətirməyib. Deyir ki, heç evə girib baxmaq da ağlına gəlməyib: o, yalnız 

yanğını necə söndürmək barədə düĢünürmüĢ.  

“Bu hadisə – Ģerif deyir, – səhər saat səkkizdə olub. Siz belə deyirsiniz. Hemp Uollerin 

arvadı  isə  yanğın  barədə  düz  saat  on  birdə  məlumat  verib.  Yalın  əllə  bu  yanğını  söndürə 

bilməyəcəyinizi anlamağınız üçün, deyəsən, sizə  xeyli  çox  vaxt lazım olub”. Bu qədər adamın  

(qapını arxadan bağlasalar da, cürbəcür sifətlər pəncərələrdən içəri boylanırmıĢ) arasında qalan 

Braunun  çaĢqınlıqdan    gözləri  oyan-buyana  səyriyir,  hirsindən  dili-dodağı  əsməyə  baĢlayır. 

“Hempin dediyinə görə o, qapını qırıb içəri girəndə, orada artıq bir adam varmıĢ, – Ģerif deyir, – 

və  bu  adam  onu  yuxarı  qalxmağa  qoymurmuĢ.”  O  isə  hələ  də  onların  arasında  oturub,  gözləri 

hələ də o yan bu yana səyriyə-səyriyə, devikə-devikə qalıb. 

Bu andan etibarən o, elə bilirəm ki, ümidini itirməyə baĢlayıb. DüĢünürəm ki,  təkcə min 

dolların  yavaĢ-yavaĢ  əlindən  necə  çıxdığını  deyil,  həm  də  kiminsə  artıq  onu  ələ  keçirdiyini 

gözləri  önünə  gətirib.  Bəlkə  də,  cibində  hesab  etdiyi  min  dolların  artıq  baĢqa  birisi  tərəfindən 

xərcləndiyi də gözünə görünüb. Çünki, deyilənə görə, bundan sonra dediklərini sanki o, qəsdən 

bu an, bu məqam üçün gizlədib saxlayıbmıĢ. Elə bil,  əvvəlcədən bilirmiĢ ki, əgər iliĢsə, bu onu 

xilas edəcək; hərçənd etiraf etdiyi Ģey ağ adam üçün qətlin özündə günahlandırılmaq qədər ağır 

bir aqibətlə də nəticələnə  bilərdi. “YaxĢı, – deyib. – Buyurun. Məni günahlandırın. Sizə kömək 

etmək  istəyən,  bildiklərini  danıĢan  ağ  adamı  günahlandırın.  Ağ  adamı  günahkar  hesab  edin, 

zəncisə azad gəzsin. Ağ adamı günahlandırın, zənci isə qoy qaçıb canını qurtarsın”. 



 

67 


“Zənci? – Ģerif deyib. – Zənci?” 

Sanki,  məhz  bu anda  baĢa düĢüb ki, onlar artıq onun  əlindədir. Sanki, onu  nədə  Ģübhəli 

bilsələr də, bütün bunlar  indi onun o birisi haqda danıĢacaqlarının yanında boĢ Ģey olacaq. “Siz 

yaman da ağıllısınız,  – deyib.  – Bu  Ģəhərdəkilərin  hamısı  yaman ağıllıdılar. Üç  ildir sizi avam 

yerinə  qoyublar.  Üç  ildir  ona  əcnəbi  deyirsiz,  mənsə  elə  üçüncü  günü  baĢa  düĢdüm  ki,  o  elə 

mənim kimi əcnəbidir. O özü bunu mənə açıb deməmiĢdən qabaq baĢa düĢdüm”. Hamı diqqətlə 

ona baxıb, arada bir-biriylə göz-gözə gəlsələr də, sonra yenə də baxıĢlarını ona çeviriblər. 

“Bura bax, ağ adam haqqında danıĢanda sözlərinə fikir ver, – polis ona xəbərdarlıq edib. 

– Dəxli yoxdur, qatil olsun, olmasın”. 

“Mən Kristmasdan danıĢıram, – Braun cavab verib. – Ağ qadını o öldürüb, özü də  bütün 

Ģəhərin gözü qabağında onunla üç il bir yerdə yaĢayandan sonra;  axı siz burda oturub, məni – 

onu  tapa  biləcək  yeganə  adamı,  onun  nələr  törətdiyini    yaxĢı  bilən  birini  bu  qədər  uzun-uzadı 

sorğu-suala çəkənəcən, o bu Ģəhərdən, sizdən daha çox uzaqlaĢmıĢ olacaq. Onda zənci qanı var. 

Mən bunu ilk baxıĢdan baĢa düĢmüĢdüm. Sizsə – tanıĢlar-dostlar, ağıllı Ģeriflər və ilaxır, burada 

oturub... Bir dəfə o özü bunu mənə etiraf etdi. Bəlkə də, sərxoĢ idi, ona görə təsadüfən ağzından 

qaçırdı, bilmirəm. Ancaq səhəri gün mənə yaxınlaĢıb dedi (o indi birnəfəsə, ara vermədən, dairə 

boyu  gah  bunun,  gah  da  onun  sifətinə  diĢlərini  ağarda-ağarda,  piĢik  kimi  gözlərini  parıldada-

parıldada  danıĢırmıĢ),  dedi  ki:  “Dünən  axĢam  mən  bir  səhv  eləmiĢəm.  Bax,  sən  də  onu  təkrar 

eləmə!”  Mənsə  dedim:  “Nə  səhv?”  O  dedi:  “Bir  az  ağlını  iĢlət”.  Elə  bildim  ki,  biz  Memfisdə 

olanda o gecə törətdiyi Ģeydən danıĢır; axı bilirdim ki, ona qarĢı çıxsam, mənim həyatımın onun 

üçün  bir qara sent qədər dəyəri olmayacaq, ona görə  də dedim:  “Səni  baĢa düĢdüm. Özgəsinin 

iĢinə  qarıĢmaq  fikrim  yoxdur.  Mən  bilən,  indiyəcən  heç  vaxt  belə  bir  Ģeyə  yol  verməmiĢəm”. 

Əgər  onunla  bir  komada  qalmıĢ  olsaydınız,  Braun  deyib,  siz  də  belə  deyərdiniz;  orda 

qıĢqırsaydın  da  səni  heç  kim  eĢitməzdi.  Siz  də  mənim  kimi  qorxardınız,  çünki  kömək  etmək 

istədiyiniz  adamların  özgənin  törətdiyi  qətli  sizin  boynunuza  yıxmasını  istəməzdiniz”.  Eləcə, 

orada oturmuĢ halda gözlərini elə hey oyan-buyana səyirdə-səyirdə qalıb, onlar da gözlərini ona 

zilləyiblər, bayırda isə cürbəcür sifətlər pəncərəyə yapıĢıb qalıb. 

“Zənci, – polis deyib. – Mən həmiĢə fikirləĢirdim ki, bu oğlanda nəsə bir qəribəlik var”. 

ġerif yenə də söhbətə qarıĢıb: “Deməli, siz buna görə orda baĢ verənlər haqda indiyə kimi 

susmusunuz?” 

Braunsa onların arasında oturub, diĢlərini ağardıb, ağzının qırağındakı xırda çapıq sütül 

qarğıdalı  dənəsi  kimi  ağappaq  ağarıb.  “Siz  mənə  elə  bir  adam  göstərin  ki,  –  deyib,  –    mənim 

yerimə olsa, baĢqa cür hərəkət edərdi. Sizdən xahiĢim yalnız budur. Elə  bir adam göstərin ki, o 

da bu adamla  mənim qədər bir  yerdə  yaĢadıqdan, onu mənim qədər tanıdıqdan sonra baĢqa cür 

hərəkət edə biləcəyini söyləsin”. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə