Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə28/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   24   25   26   27   28   29   30   31   ...   192

 

58 


soyuq, nə də isti baxıĢlarla deyil, yalnız sınayıcı nəzərlərlə baxır; bu arada Bayron yeknəsəq bir 

səslə  söhbətinə  davam edir, deyir ki,  saat altıyadək heç  bir qərara gələ  bilməyib,  hətta Lina  ilə 

birlikdə meydana yollananda belə tərəddüd içindəymiĢ. Bundan sonra Bayron sakit danıĢır, deyir 

ki,  artıq  meydana  çatanda  Linanı  miss  Birdin  evinə  aparmaq  qərara  gəlir,  Haytauerin  çaĢqın 

sifətinə nəsə qorxulu, pis bir niyyətin əndiĢəsi çökür. Bayronsa sakitcə danıĢır, fikirləĢir, yadına 

salır.  Sanki,  havanın  da,  bu  axĢamın  da  üstünə  nəsə  bulanıq  bir  Ģey  dağılıb,  tanıĢ  adamların 

sifətini tanınmaz eləyib və o,  hələ heç nə eĢitmədən, hələ nə hadisə baĢ verdiyini bilmədən – bu 

hadisədən  sonra  keçmiĢ  çətinlikləri  ona  uĢaq  çətinlikləri  kimi  görünəcəkdi  –  olanlardan  xəbər 

tutmamıĢ baĢa düĢür ki, Lina bu haqda heç nə bilməməlidir. Heç nə deyilmədən də aydın idi ki, 

Bayron itkin Lukas Berçi, axır ki, tapıb; indi ona elə gəlir ki, yalnız  kütlüyü və  ağlının zəifliyi 

bunu anlamasına mane olub . Ona elə gəlir ki, tale, təsadüf özü bu sarı tüstü sütununu ucaldaraq 

bütün  günü  ona  xəbərdarlıq  edib,  amma  o  öz  axmaqlığı  ucbatından  bu  əlaməti  düzgün  anlaya 

bilməyib.  Və  budur  o,  heç  kimi  və  heç  nəyi  –  rastlaĢdıqları  adamları,  o  hadisənin  bütün  ağrı-

acısını  canında  daĢıyan  havanın  özünü  danıĢmağa  qoymur,  təki  Lina  eĢitməsin.  Ola  bilsin,  elə 

onda  baĢa  düĢüb  ki,  Lina  gec-tez  bunu  öyrənəcək,  eĢidəcək  və  müəyyən  mənada  bu  onun  öz 

hüququdur.  Sadəcə,  ona  elə  gəlir  ki,  əgər  bu  qadını  meydandan  keçirib  evə  aparmaq  ona 

müyəssər  olsa,  məsuliyyət  onun  boynundan  götürüləcək.  Özünü  cavabdeh  hesab  etdiyi  Ģər  iĢə 

görə  deyil,  sadəcə,  ona  görə  ki,    hadisə  törədilən  axĢam  bu  qadının  yanında  məhz  o  olub,  ona 

görə  ki,  bu  qadın  otuz  gün  pay-piyada,  pulsuz-parasız  yol  gəlib  Ceffersona  çatanda  təsadüf  bu 

Ģəhəri  təmsil  etmək  üçün  məhz  onu  seçib.  O  bu  məsuliyyətdən  yayınmaq    niyyətində  deyildi, 

buna  ümid  belə  eləmirdi.  Sadəcə,  bu  heyrət  və  dəhĢət  anını  özü  üçün,  o  qadın  üçün  mümkün 

qədər gecikdirmək istəyirdi. Bu barədə o, sakitcə, hamar, ifadəsiz bir səslə, dili topuq vura-vura, 

baĢını  qaldırmadan  danıĢır,  Haytauer  isə  stolun  üzərindən  ona  baxa-baxa  əvvəlki  kimi  qorxu 

içində və könülsüz ona qulaq asır. 

Nəhayət,  onlar  pansiona  çatıb  içəri  girdilər.  Sanki,  o  anda  qadının  da  qəlbində  nəsə  xoĢ 

olmayan, pis  bir duyğu oyandı; onlar dəhlizdə dayanıb gözləyəndə, diqqətlə onun üzünə baxa-

baxa ilk dəfə dilləndi:   

– Onlar, o adamlar sizə nə demək istəyirdilər? Yanğında nə olub ki? 

– Heç, elə bir Ģey olmayıb, – o cavab verdi, öz səsi özünə mənasız və darıxdırıcı gəldi. – 

Guya,  miss Berden əzilib. 

– Necə əzilib? Bərk əzilib? 

 



Yox,  deyəsən.  Bəlkə  də,  heç  nə  olmayıb.  Çox  güman  ki,  ağıllarına  gələni  danıĢırlar.  – 

Onun üzünə baxa, baxıĢlarına tab gətirə bilmirdi. Amma hiss edirdi ki, qadın ona baxır, özünün 

isə,    sanki,  qulağı  səsə  düĢmüĢdü:  elə  bil,  bütün  Ģəhəri  –  o  qadını  tələm-tələsik  keçirməyə 

çalıĢdığı  meydanı,  adamların  dinc,  adi  iĢıqların  arasında  topa-topa  yığıĢıb  bu  hadisə  barədə 




 

59 


danıĢdıqları hər küncü, bucağı boğuq, gərgin səslər bürümüĢdü. Evdə də  adi səslər, baĢlıcası isə 

çaĢqınlıq,  qorxunc  matı-qutu  qurumuĢluq  hökm  sürürdü  və  o,  zəif  iĢıqlanmıĢ  dəhlizə  göz 

gəzdirə-gəzdirə fikirləĢdi  Axı bu  niyə gəlib çıxmır? Niyə gəlib  çıxmır axı? Nəhayət, miss Bird 

gəlib çıxdı: səliqə-sahmanlıydı, qırmızı əlləri və dağınıq, dən düĢmüĢ saçları vardı. 

 

Bu missis Berçdir, – Bayron dedi. Ġnadkar, iti baxıĢları, demək olar ki, alıĢıb-yanırdı. – O, 



Alabamadandır,  Ģəhərə  elə  indicə  gəlib.  Burada  öz  əri  ilə  qarĢılaĢacağına  ümid  edir.  Onu  hələ 

tapa  bilməyib.  Bura  gətirdim  ki,  bir  az  dincəlsin;  nə  qədər  ki  onu  Ģəhərin  cəncəlli  iĢlərinə 

qarıĢdırmayıblar,  bir  az  dincəlsə  yaxĢıdır.  Hələ  Ģəhərdə  olmayıb,  heç  kimlə  söhbət  eləməyib. 

FikirləĢdim  ki,  adamlar  onu  sorğu-sualla  yormamıĢdan  əvvəl  siz  ona  burda  bir  yer  ayırasınız, 

istirahət  eləyə  və...  –  Onun  sərrast,  inadcıl,  eyni  Ģeyi  təkrarlayan  səsi  kəsildi,  dondu.  Ona  elə 

gəldi  ki,  ev  sahibəsi  onu  baĢa  düĢdü.  Yalnız  sonra  fərqinə  vardı  ki,  ev  sahibəsi    təzə  xəbərlər 

barədə    –  artıq  onun  da    bunları  eĢitdiyinə  əmin  idi  –  heç  də  onun  xahiĢinə  görə  deyil,  yalnız 

qadının  hamilə  olduğuna  diqqət  yetirdiyinə  görə  susub  və  buna  görə  də  istənilən  halda  nəsə 

danıĢmaqdan  çəkinərdi.  Ev  sahibəsi  Linanı  bir  anlığa,  artıq  dörd  həftədir  tanıĢ  olmayan  digər 

qadınların ona diqqətlə nəzər saldığı kimi iti, sınayıcı baxıĢlarla baĢdan-ayağa süzdü. 

 

 Nə qədər qalmaq fikrindədir? – Miss Bird soruĢdu. 



 

 Ġki gecə, –  Bayron dedi.  –  Bəlkə  də,   yalnız  bu  gecəliyə. Ərini tapacağına ümid eləyir. 



Elə indicə gəlib, hələ kimdənsə, nəsə soruĢub öyrənməyə vaxt tapmayıb... – Onun səsinin ahəngi 

israrlı, çoxmənalıydı. Miss Bird indi də onu diqqətlə süzür. Bayron fikirləĢir ki, bu qadın hələ də 

onun  iĢarəsini  anlamağa  çalıĢır.  Miss  Bird  isə  onun  dilinin  necə  dolaĢdığına  diqqət  yetirərək 

fikirləĢir (ya da fikirləĢməyə çalıĢır)   ki, bu çaĢqınlığın  tamam baĢqa mənası, baĢqa səbəbi var. 

Sonra  o,  yenə  Linaya  tərəf  baxır.  Bu  baxıĢlar  heç  də  soyuq  deyil.  Amma  onlarda  hərarət  də 

yoxdu. 


 

 Məncə, indi onun harasa yollanmalı halı da yoxdur, – miss Bird dedi. 



 

 Mən də bu fikirdəyəm, – Bayron dərhal onun sözündən tutmağa çalıĢdı. – Hara getsə,  bu 



söz-söhbətləri, həyəcanlı hadisələri eĢitməli olacaq, o isə belə Ģeylərə hələ öyrəĢməyib... Əgər bu 

gün sizdə bütün yerlər tutulubsa, bəlkə,  onu mənim otağımda yerləĢdirəsiz? 

 

 Hə, – miss Bird dərhal cavab verdi. – Siz onsuz da indi çıxıb gedəcəksiniz, otağınız boĢ 



qalacaq. Ġstəyirsiniz,  bazar ertəsinəcən – siz  qayıdanacan orda qalsın?  

 



 Bu gün mən getməyəcəyəm, – Bayron dedi. BaxıĢlarını ondan yayındırmadı.  – Bu dəfə 

gedə  bilməyəcəyəm.  –  O,  gözlərini  ev  sahibəsinin  soyuq,  artıq  Ģübhəli  baxıĢlarına  zilləyərək 

ümid  elədi  ki,  miss  Bird,    heç  olmasa,    bu  dəfə  öz  ağlına  gələni  yox,    onun  baxıĢlarının  ifadə 

etdiyi mənanı oxuyacaq. Deyirlər yalnız təcrübəli yalançılar adamı aldada bilir. Amma təcrübəli, 

vərdiĢkar yalançı çox vaxt yalnız özünü aldadır; bütün həyatı boyu düzlük qandalının buxovunda 

gəzən adamın yalanına isə daha asan inanırlar. 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə