Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə31/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   27   28   29   30   31   32   33   34   ...   192

 

64 


ki,  o  öləndən  sonra    nə  eləmək  lazımdı.  Orada  yazıbmıĢ  ki,  ġimalda,  onun    gəldiyi  yerdə  – 

nəslinin gəldiyi Ģəhərdə –  qardaĢı oğlu var. QardaĢı oğluna teleqram vururlar, iki saatdan sonra 

cavab gəlir ki,  o, qatili tapıb tutana min dollar mükafat verəcək .  

Kristmasla Braun isə qaçıb gizlənirlər. ġerif onların komada yaĢadıqlarını öyrənir, çünki 

hamı dərhal Kristmasla Braun haqqında bildiklərini danıĢmağa baĢlayır; bunların biri, ya da elə 

ikisi  də  bir  yerdə  bu  xanımı  öldürdükləri  ana  qədər  susanların  hamısının  indi  birdən-birə  dili 

açılır.  Dünənə  kimi  nə  onu,  nə  də  bunu  tapmaq  mümkün  olmamıĢdı.  Kəndçi  kiĢi  isə  o  evdə 

qarĢılaĢdığı sərxoĢ adamın Braun olduğunu bilmirdi. Adamlar belə fikirləĢiblər ki,  onlar qaçıblar 

–  o da, Kristmas da. Amma dünən axĢam Braun üzə çıxıb. Artıq ayılıbmıĢ; saat səkkizdə Ģəhər 

meydanında peyda olub və dərhal da  dəli kimi  qıĢqırmağa baĢlayıb ki, onu Kristmas öldürüb, 

min  dolları  mənə  verin.  Polisləri  çağırırlar,  onu  Ģerifin  hüzuruna  aparırlar.  Orda  deyirlər  ki, 

Kristması  tutub  təhvil  versə  və  sübut  edə  bilsə  ki,  qadını  Kristmas  öldürüb,  pul  onun  olacaq. 

Bunu eĢidən kimi Braunun dili açılıb. O,  Kristmasın artıq üç ildi – hələ onunla tanıĢ olmamıĢdan 

qabaq – miss Berdenlə ər-arvad kimi bir yerdə yaĢadığını onlara açıb deyib. Braun əvvəlcə bunu 

danıĢıb ki, Kristmasın komasına köçəndə, o ona həmiĢə burda, bu komada gecələdiyini bildirib. 

Sonra  deyib  ki,  bir  gecə  yata  bilmirmiĢ,  buna  görə  də  Kristmasın  yataqdan  qalxdığını,  sanki, 

nəyəsə  qulaq  asırmıĢ  kimi,  gəlib  onun  yatağının  qırağında  dayandığını,  sonra  da  barmağının 

ucunda səssizcə qapıya tərəf gedib onu ehmalca açaraq bayıra çıxdığını eĢidib. Braun deyib ki, o 

da  yerindən  qalxıb,  Kristmasın  dalınca  düĢüb  və  onun  böyük  evə  yaxınlaĢdığını,  arxa  qapıdan 

içəri  girdiyini  görür  –  ya  o  qapını  onun  üçün  açıq  saxlayıblarmıĢ,  ya  da  onda  bu  qapının  açarı 

varmıĢ.  Braun  komaya  qayıdıb  yatağına  uzanıb.  Ancaq,  bundan  sonra  heç  cür  yuxuya  gedə 

bilməyib,  Kristmasın  onu  aldada  bilmədiyini  yadına  saldıqca  onu  gic  gülmək  tutub.  Təxminən 

bir saat beləcə  yerin  içində  uzanıb  ayıq qalandan sonra  Kristmas geri qayıdıb. Və  onda, Braun 

deyib,    gülməkdən  özümü  heç  cür  saxlaya  bilmədim,  Kristmasa  dedim:  “Sən  nə  yaramazın 

biriymiĢsən!” Bunu eĢidəndə Kristmas qaranlıqda yerindəcə donub qalıb; Braun özü isə yataqda 

uzanıb Kristmasa gülürmüĢ – yəni, sən heç o qədər də fərasətli, fəndgir deyilsənmiĢ! Və baĢlayıb 

ağarmıĢ  saçlardan  danıĢmağa,  deyib  ki,  əgər  Kristmas  istəyirsə,    həftəlik  ev  kirəsini  ödəmək 

hesabına o da bu iĢi növbə ilə görməyə razıdır. 

Sonra  deyib  ki,  Kristmasın  gec-tez  o  qadını,  ya  da  baĢqa  birisini  öldürəcəyini  məhz  o 

gecə  baĢa düĢüb. Deməli, yerində uzanıb, elə hey gülür və  elə  bilirmiĢ ki, Kristmas indi gedib 

yatacaq; Kristmas isə birdən kibrit çəkib yandırır. Deyib ki, dərhal gülməyimi kəsdim, dinməzcə 

yerimin  içində uzanıb ona  baxırdım. Kristmas  fənəri  yandırır, onu gətirib  Braunun çarpayısının 

böyründəki yeĢiyin üstünə qoyur. Braun deyib ki, daha gülmürdüm, eləcə uzanmıĢdım, Kristmas 

isə  onun  çarpayısının  baĢı  üzərində  dayanıb  yuxarıdan-aĢağı  ona  baxırmıĢ.  “Deməli,  lağa 

qoymağa  adam  tapmısan,  hə?!  –  Kristmas  ona  deyib.  –  Əsl  gülməli  Ģey  sabah    axĢam,  sən 



 

65 


bərbərxanada onu hamıya danıĢanda olacaq”. Braun deyib ki, əvvəlcə Kristmasın qəzəbləndiyini 

baĢa düĢməyib, o da onun bu sözünü cavabsız qoymayıb, amma o dərəcədə yox ki, onu özündən 

çıxarsın  və  birdən  Kristmas  həmiĢəki  kimi  sakitcə  ona  deyib:  “Deyəsən,    sən  yaxĢı  yata 

bilmirsən. Çoxdandı yuxuya gedə bilmirsən. Sən gərək çox yatasan”.  – Braun isə soruĢub: “Nə 

qədər çox?” Kristmas deyib: “Bəlkə də – həmiĢəlik”. Dediyinə görə, Braun onda baĢa düĢüb ki, 

Kristmas  bərk  hirslənib,  onu  daha  da  qıcıqlandırmaq  lazım  deyil  və  ona  deyib:  “Bəs  biz  dost 

deyilik?  Axı  mən  baĢqasının  sirrini  niyə  kiməsə  danıĢmalıyam?  Sən  mənim  sözümə 

inanmırsan?”  Kristmas  isə  deyib:  “Bilmirəm.  Heç  bilmək  də  istəmirəm.  Ancaq  sən  mənim 

sözümə  inana  bilərsən”.  Və  diqqətlə  Braunun  üzünə  baxıb.  “Ġnana  bilərsən?”  Braun  ona  “Hə” 

deyib. 


Deyib ki, o gündən Kristmasın haçansa bir gecə miss Berdeni öldürəcəyindən qorxurmuĢ; 

Ģerif  də  soruĢub  ki,    bəs  onda  o  nə  üçün  bu  Ģübhələri  barədə  vaxtında  onlara  xəbər  verməyib, 

Braun isə deyib ki, elə  bilirmiĢ, əgər bu barədə  heç kimə  heç nə deməsə, orada qalıb yaĢaya və 

bu iĢə mane ola bilər, polisi də narahat eləməz; Ģerifsə, sanki, mızıldanırmıĢ kimi ona bildirib ki, 

əgər belə etmiĢ olsaydı, onda çox xeyirxah iĢ görmüĢ olardı və yəqin ki, miss Berden də bunu 

bilsəydi,  ona  çox-çox  təĢəkkür  edərdi.  Məncə,  bax  onda  Brauna  çatıb  ki,  deməli,    onun  da  iĢi 

yaĢdır. Çünki dərhal danıĢmağa baĢlayıb ki, maĢını Kristmasa miss Berden alıb, özü də neçə dəfə 

Kristması  yola  gətirməyə  çalıĢıb,  neçə  ki  iliĢməyiblər,  viski  alverinin  daĢını  atmağı  məsləhət 

görüb; polislər diqqətlə ona baxır, o isə getdikcə daha tez-tez, daha çox Ģeylər danıĢırmıĢ – guya 

o,  Ģənbə  günü  səhər  tezdən  yuxudan  ayılanda  Kristmasın  sübh  obaĢdan  durub  evdən  çıxdığını 

görüb. Guya, Kristmasın hara getdiyini  dəqiq bilirmiĢ; saat yeddidə Kristmas komaya qayıdır, 

orda dayanıb Braunun üzünə baxır. Sonra deyir: “Bu iĢi birdəfəlik bitirdim”. Braun soruĢur: “Nə 

iĢi, hansı iĢi?” Kristmas isə deyir: “Get gir evə, orda görərsən”. Braun deyib ki, o anda möhkəm 

qorxsa  da  nə  baĢ  verdiyini  heç  ağlına  da  gətirməyib.  FikirləĢib  ki,  ən  uzağı  Kristmas  o  qadını 

möhkəm  əziĢdirə  bilər. Dediyinə  görə, Kristmas təzədən bayıra çıxır; o da durub geyinir, səhər 

naharı  hazırlamaq  üçün  ocaq  qalayanda,  təsadüfən  qapıdan  bayıra  baxır  və  böyük  evdə  bütün 

mətbəxin od tutub yandığını görür. 

– Onda saat neçə olardı? – Ģerif soruĢur. 

– Yəqin ki, səkkiz, – Braun deyir. – Adam nə vaxt yuxudan oyanır? Əgər zəngin deyilsə. 

Mən isə, bir Allah bilir ki, onlardan deyiləm. 

– Ancaq yanğın haqda, – Ģerif deyir, – yalnız saat on birdə məlumat veriblər. Saat üçdə 

isə ev hələ də  yanırdı. Ġndi sən nə demək istəyirsən, köhnə, taxta-Ģalbandan tikilmiĢ bir ev – nə 

qədər böyük olur olsun – altı saat yana-yana qala bilər? 

Braun  oturub  döyükmüĢ  halda  ora-bura  baxır,  onlarsa  –  ətrafdakılar  ondan  gözünü 

çəkmirlər, onu üzük qaĢı kimi dövrəyə alıblar. Braun onlara: “Mən sizə düzünü deyirəm. Axı siz 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə