Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə35/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   31   32   33   34   35   36   37   38   ...   192

 

72 


O vaxtdan iki il keçir, onların iki ili indi arxada qalıb; fikirləĢdi Bəlkə də ən təhqiramizi də 

elə  bundadır.  Bəlkə  mən  elə  bilirəm  ki,  məni  dolayıb,  aldadıblar.  O  mənə  yaşını,  bu  yaşda 

qadınlarda nələr baş verdiyini düz deməyib Qaranlıq pəncərənin altında dayanıb ucadan dedi: “O 

gərək  mənim  üçün  dua  etməyəydi.  Əgər  mənim  üçün  dua  etməyə  baĢlamasaydı,  ona  heç  nə 

olmazdı.  Qocaldığına,  bundan  sonra  heç  nəyə  yaramadığına  görə  o  günahkar  deyil  ki.  Amma  

baĢa düĢməliydi ki, mənim üçün dua etmək olmaz”.  Onu söyməyə baĢladı. Qaranlıq pəncərənin 

altında dayanıb, onu o ki  var söydü:  yavaĢ-yavaĢ, düĢünülmüĢ Ģəkildə, pis-pis  sözlərlə. Üzünü  

pəncərəyə  tərəf  tutmamıĢdı.  Elə  bil,  yarıqaranlıqda  öz  bədəninə  baxırdı;  sanki,  çəpəraltı  çirkab 

pıçıltısında,  sudan da qatı nəsə qara bir məhlul gölməçəsində öz bədəninin boğulmuĢ meyit kimi 

tənbəlcəsinə,  Ģirin  bir  ləzzət  içində  necə  çimdiyinə  tamaĢa  edirdi.  Əllərini  köynəyinin  altına 

soxub  bədəninə  toxundurdu,  sonra  yavaĢ-yavaĢ  üzüyuxarı  qaldırıb,  ovuclarının  içi  ilə  qarnına, 

sinəsinə  möhkəm  sığal  çəkdi.  Alt  tumanını  təkcə  bir  düymə  saxlayırdı.  Haçansa  onun  bütün 

düymələri  yerindəydi.  Qırılanda  onları  bir  qadın  tikirdi.    Belə  bir  dövr  də  vardı.  Ancaq  o  dövr 

keçib  getdi.    O  öz  alt  tumanını  hər  yuyuĢdan  sonra,  qadın  onun  düymələrini  tikməyə  macal 

tapmamıĢ, ondan əvvəl ailə camaĢırlarının içərisindən tapıb götürməyə baĢladı. Bircə dəfə qadın 

onu  qabaqladı;  onda  da  o,  hansı  düymələrin  qırıldığına  və  yenidən  yerinə  tikildiyinə  xüsusi 

diqqət yetirdi, yadında saxladı.  Sonra da yenidən tikilmiĢ o düymələri soyuq, hissiyyatsız cərrah 

dəqiqliyi ilə cib bıçağıyla  kəsib atdı. 

Sağ əlini alt tumanının qabağına soxub  –  bir vaxtlar bıçaqla elədiyi kimi  – onu yanı üstə 

sürətlə  yuxarı  çəkdi.  Yüngül  və  sərt  bir  zərbəylə  vurub  axırıncı  düyməni  də  qırıb  atdı.  Tuman 

aĢağı sürüĢüb ayaqlarının altına düĢəndə qaranlıq havanın rahat nəfəsi onun  bütün  əzalarını öz 

ağuĢuna  aldı  –  qaranlığın  sərin  dodaqları,  yumĢaq  sərin  dili  onun  bütün  bədənini  yaladı. 

Yerindən  tərpənəndə  qaranlıq  hava  ona  su  kimi  gəldi,    ayaqları  altındakı  Ģehi  hiss  etdi;    onu 

əvvəllər heç vaxt bu cür hiss etməmiĢdi.  Sınıq həyət qapısından keçib, yolun qırağına çatanda 

dayandı. Avqust kol-kosu qurĢağa qədər qalxmıĢdı. Yarpaqların və zoğların üstünə yoldan keçən 

arabaların  bir aylıq toz-torpağı çökmüĢdü. QarĢıda  yol uzanıb gedirdi. O, qaranlığa   bürünmüĢ 

torpağa, ağaclara  nisbətən  bir qədər ağımtıl görünürdü. Bir ucu Ģəhərə  gedirdi. O  biri ucu    isə 

təpəyə  qalxırdı.  Tezliklə  səma  xeyli  iĢıqlandı;  təpə  daha  aydın  göründü.  Sonra  o,  maĢın  səsi 

eĢitdi.  Yerindən  tərpənmədi.  Əlləri  belində,  çıl-çılpaq,  qurĢağa  qədər  kol-kosun  içində 

dayanmıĢdı,  maĢın  isə  təpəni  aĢıb  tədricən  ona  yaxınlaĢır,  faraların  iĢığı  indi  onun  da  üstünə 

düĢürdü.  O  bir  müddət  öz  bədəninin,  aĢkarlayıcı  məhluldakı  fotoĢəkil  kimi  qaranlıqda  yavaĢ-

yavaĢ  ağararaq  necə  üzə  çıxdığına  tamaĢa  etdi.  Sonra  gözlərini  qırpmadan  yanından  keçən 

maĢının faralarına baxdı. Oradan geriyə bir qadının dəhĢətli çığırtısı yayıldı. “Ağ əclaflar! – o, 

maĢının  ardınca  qıĢqırdı.  –  Birinci  dəfə  deyil  ki,  sizin  ağ  qancığınızın  biri  mənim...”  Ancaq 

maĢın artıq uzaqlaĢmıĢdı. Onun dediyini eĢidən, duyan yox idi. MaĢın yoldan qalxan toz-torpağı, 



 

73 


iĢığı,  getdikcə  zəifləyən  qadın  çığırtısını  udaraq  sürətlə  uzaqlaĢıb  artıq  gözdən  itməkdə  idi. 

ÜĢüməyə baĢladı. Sanki, o, son aktda iĢtirak etmək üçün bura gəlmiĢdi; indi o akt baĢa çatmıĢdı 

və  o  yenidən  sərbəst  idi.  Evə  qayıtdı.  Qaranlıq  pəncərənin  altında  ayaq  saxladı,  alt  tumanını 

axtarıb  tapdı,  geyindi.  Heç  bir  düyməsi  qalmadığından,  komaya  çatanacan  onu  əli  ilə  tutub 

saxlamalı  oldu.  Braunun  xorultusu  qulağına  gəldi.  Bir  anlığa  sakitcə  qapının  ağzında  dayanıb,  

Braunun boğunuq xırıltı ilə yekunlaĢan uzun, xorultulu, narahat fısıltısına qulaq asdı. “Deyəsən, 

onun  burnunu  lap  bərk  əzmiĢəm,  –  bir  anlığa  fikrindən  keçdi.  –  Qancıq  balası”.  Ġçəri  girdi, 

uzanmaq  üçün  çarpayısına  tərəf  getdi.  BaĢını  yastığına  qoymaq  istəyərkən,  birdən  dayandı, 

əyilmiĢ  vəziyyətdə  yerindəcə donub qaldı.  Bəlkə də, sərxoĢ bir adamın  xorultusu altda səhərə 

kimi yuxusuz qalacağını, səhərə kimi cürbəcür saysız-hesabsız səslər eĢidəcəyini ağlına gətirdiyi 

üçün  bu  ona  dözülməz  göründü.  Durub  oturdu,  sakitcə  çarpayının  altını  eĢələdi,  ayaqqabılarını 

tapdı,  geyindi,  çarpayının  üstündəki  yarıyun  adyalını  –  özünün  yeganə  yataq  ləvazimatını 

götürüb  komadan  çıxdı.  Təxminən  üç  yüz  metr  aralıda  at  tövləsi  vardı.  O,  çoxdan  uçub 

dağılmıĢdı,  otuz  il  idi  orada  heç  at  da  saxlamırdılar;  ora  yollandı.  Bərk  gedirdi.  Gedə-gedə 

fikirləĢdi,  həm də  ucadan  fikirləĢdi:  “Mən  niyə  at  iyinin  içində  yatmalıyam?” Sonra tərəddüdlə 

dedi: “Çünki onlar qadın deyillər. Hətta onların diĢisi də  kiĢi kimidi”. 

 

Ġki saatdan az yatdı. Yuxudan ayılanda Ģəfəq yenicə sökülmüĢdü. KeçmiĢdənqalma, boğaz 



qıcıqlandıran  çürümüĢ  ot  və  hələ  də  at  peyini  iyi  verən  köhnə,  alaqaranlıq  tövlənin  çatlaq 

döĢəməsi  üzərində  adyala  bürünərək  uzanmıĢdı,  pəncərədən  sarı  rəngə  bürünmüĢ  Ģərq,  bir  az 

yüksəkdə isə yetkin yay dövrünün solğun qütb ulduzu görünürdü. 

Yuxudan  ayılanda  yorğunluğu  tamam  çıxmıĢdı,  elə  bil,  səkkiz  saat  yatmıĢdı.  Yuxusu 

birdən  gəlmiĢdi,  onu  yuxu  aparacağını  heç  gözləmirdi.  Yenidən  ayaqlarını  bağları  açıq 

ayaqqabılarının  içinə  soxdu,  səliqəylə  qatlanmıĢ  adyalı  qoltuğuna  vurub  dimdik  nərdivanla  – 

gözlə  görünməyən  çürük  pillələri  ayağı  ilə  yoxlaya-yoxlaya,  boĢ  əlini  bir  pillədən  o  birinə 

keçirə-keçirə  aĢağı  düĢdü.  Bayırda  onu  boz-sarımtıl  dan  yeri,  sərin,  təzə-tər  hava  qarĢıladı; 

dərindən nəfəs alıb o havanı doyunca ciyərlərinə çəkdi. 

Al Ģəfəqə bürünmüĢ Ģərq tərəfdə koma, həmçinin  soba borusundan baĢqa evin hər yerini 

gizlədən kiçik  meĢəlik aydın görünürdü. Hündür otlar Ģehdən ağırlaĢmıĢdı. Ayaqqabıları dərhal 

islandı.  Dəri  dabanlarını  üĢütdü,  qıçlarına  toxunan  nəm  otlar  bir  az  yumĢalmıĢ  buz  sırsıraları 

kimi som-soyuq idi. Braun daha xoruldamırdı. Ġçəri girəndə  Kristmas Ģərq tərəfdəki pəncərədən 

düĢən  iĢıqda  ona  yaxĢı-yaxĢı  nəzər  saldı.  Ġndi  Braun  rahat  nəfəs  alırdı.  “Ġçkidən  ayılıb,  – 

Kristmas düĢündü. – Ayılıb, amma özünün bundan xəbəri yoxdur. Bədbəxt gicbəsər”. Ona tərəf 

baxdı.  “Bədbəxt  gicbəsər.  Yuxudan  oyanıb  yenə  ayıq  olduğunu  baĢa  düĢəndə  gör  necə 

hirslənəcək.  Uzağı  bir  saat  dözəcək,  sonra  yenidən  içib  dəmlənəcək”.  Adyalı  yerinə  qoydu, 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə