Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə38/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   34   35   36   37   38   39   40   41   ...   192

 

78 


qol-qola  girib  zəncir  kimi  düzüldükləri  güclə  hiss  olunurdu;    yenə  də  öz  qanının  hay-küyü 

arasından  onun  qulağına  gur  qadın  səslərinin  uğultusu  gəldi.  Yeyin  addımlarla  birbaĢ  onların 

üstünə getdi. Onlar onu gördülər, qırağa çəkildilər; səsləri kəsildi. O da istiqamətini dəyiĢdi, yolu 

çəpinə  kəsib onların önünə  çıxdı, sanki, üstlərindən keçib getmək  istəyirdi. Qadınlar hamısı  bir 

yerdə, sanki,  əmr üzrə  geri  çəkildilər,  yandan keçib onun  yolunu açdılar.  KiĢilərdən  biri geriyə 

boylana-boylana  onların  dalınca  getdi;  sanki,  qadınlara  çatmaq  istəyirdi.  Digər  iki  kiĢi  ayaq 

saxlayıb, Kristmasa tərəf döndü. Kristmas da dayandı. Elə bil, heç biri hərəkət etmirdi, amma o 

iki nəfər aydın görünməyən iki kölgə kimi uzana-uzana ona yaxınlaĢırdı. O, zənci, ucuz paltar və 

tər  iyini  duydu.  Uzun  zəncinin  baĢı  yuxarıdan,  göydən  aĢağı  əyildi.  “Bu  ağ  adamdır”,  –  o,  

sakitcə, arxaya  baxmadan dedi.  “Siz  nə  istəyirsiniz, ağ adam?”  Səsində heç bir təhdid  yox  idi. 

Amma yaltaqlıq da hiss olunmurdu. 

– Yup, çəkil ordan, – qadınların dalınca gedən zənci dedi. 

– Kimi axtarırsınız, rəis? – zənci dedi. 

– Yup, – qadınlardan biri incə səslə dedi. – Çəkil də ordan. 

Bir anlığa iki baĢ – biri ağ, biri qara – sanki, qaranlıqdan asılı qaldı: üz-üzə,  nəfəs-nəfəsə. 

Sonra zəncinin baĢı, sanki, kənara çəkilib itdi; haradansa soyuq külək əsdi. Kristmas yavaĢ-yavaĢ 

geri qanrılıb, yenə də əriyib yox olan, bozumtul yolla eyniləĢən fiqurları baxıĢları ilə müĢayiət 

etdi  və  birdən  anladı  ki,  ülgüc  əlindədi.  Ağzı  hələ  açılmamıĢdı.  O  bu  ülgücü  qorxudan 

çıxarmamıĢdı. “Qancıqlar! – o dedi. – Qancıq törəmələri!” 

Qaranlıq və soyuq külək əsməyə baĢladı; hətta ayaqqabılarının üstündəki toz da som-soyuq 

idi,  onu  üĢüdürdü.  “Nə  olub  mənə?”  –  o  fikirləĢdi.  Ülgücünü  cibinə  soxdu,  dayanıb  siqaret 

yandırdı.  Siqareti  ağzına  qoymamıĢdan  qabaq,  bir  neçə  dəfə  dodaqlarını  yalamalı  oldu.  Kibrit 

iĢığında əllərinin necə əsdiyini gördü. “Hamısı  narahatlıqdandı” o fikirləĢdi. “Hamısı bu lənətə 

gəlmiĢ narahatlıqdandı”. Bu dəfə ucadan, artıq yeriyə-yeriyə dedi. Göyə, ulduzlara baxdı. “Yəqin 

ki,  tezliklə  saat  on  olacaq,  –    fikirləĢdi.  –  Dünən  də  on  dəfə  vurduğunu  eĢitdim.  Sonra  on  bir. 

Sonra on iki. Biri isə eĢitmədim. Bəlkə küləyin səmti dəyiĢmiĢdi”. 

Bu  gecə  saat  on  birin  zəngini  o,  sınıq  darvazaların  arxasında,  kürəyini  ağaca  söykəyərək 

oturmuĢ  halda  eĢitdi,  arxa  tərəfdəki  ev  yenə  qaranlıq  idi,  yenə  də  sıx  ağaclığın  içərisində 

gizlənmiĢdi.  Bu  gün  o  bu  barədə  fikirləĢmirdi  Bəlkə  o  da  hələ    yatmayıb    Ġndi  o,  heç  nə 

fikirləĢmirdi,  hələ  fikirləĢməyə  baĢlamamıĢdı,  hələ  səslər  də  beynində  uğuldamağa 

baĢlamamıĢdı.  Ġki  mil  aralıda  saat  on  ikini  vuranadək  və  orada  oturub  yerindən  tərpənmədən 

gözlədi. Sonra bir az da  gözləyib, ayağa qalxdı,  evə  sarı getdi. Bərk getmirdi.  Amma onda da  

bu barədə fikirləĢmirdi  Nəysə olacaq. Mənə nəysə olacaq 

 

                                                   6 




 

79 


 

Y a d d a Ģ, bilgi xatırlamazdan qabaq inanır. Xatırladığından, hətta bilginin ilgiləndiyindən 

daha uzun  müddətə  inanır.  Bilir  xatırlayır  inanır  ki, sivri damlı,  soyuq, uğultulu, təkcə  öz tüstü 

borularının deyil, baĢqalarının da hisinə batmıĢ, yaĢıllıqsız, üstünü kömür qarası basmıĢ bir parça 

torpaq üzərində dayanan, həmiĢə tüstülənən zavod zibilliklərilə sıxıĢdırılmıĢ, katorqa həbsxanası 

və ya heyvanxana kimi üç metrlik məftil hasarla əhatə edilmiĢ uzun, tünd qırmızı kərpic binanın 

bir dəhlizi  vardı; orada zil körpə səsləriylə  çingildəĢən,  hamısı  eyni  mavi  forma geyinən  yetim 

uĢaqlar  indi  xatirələr  arasında  hərdənbir,  nizamsız-filansız,  qəfil  ĢimĢək  kimi  birdən  parlayıb- 

sönür;  hər  il  get-gedə  o  binaya  daha  da  yaxınlaĢan  tüstü  borularından  qalxan  qara  hisin,  qara 

qurumun  yağıĢ  yağanda  qara  göz  yaĢı  kimi  üzüaĢağı  süzüldüyü  solğun  divarlar,  solğun 

pəncərələr isə bilgidə həmiĢəlik həkk olub qalıb. 

Nahardan  sonrakı  istirahət  saatında  sakit,  kimsəsiz  dəhlizdə  o,  kölgəyə  bənzəyirdi;  hətta 

beĢ yaĢ üçün belə kiçik görünürdü, kölgə kimi ciddi və sakit idi. Dəhlizdə baĢqa biri olsaydı, bu 

oğlan uĢağının  hansı anda  hansı qapıya girib  hansı otaqda yox olduğunu dəqiq deyə  bilməzdi. 

Ancaq  bu  saatda    dəhlizdə  ondan  savayı  heç  kim  yox  idi.  O  da  bunu  bilirdi.  Yetimxanada 

uĢaqların qida rejiminə nəzarət eləyən 

diyetaçı 

tibb bacısının diĢ məcununa bir il əvvəl təsadüfən 

rast gəldiyi gündən bu iĢlə məĢğul idi.  

Otağa girəndən sonra ayaqyalın, səssizcə birbaĢ 

əlüzyuyana

 tərəf getdi, diĢ məcununu əlinə 

götürdü.  BənövĢəyi,  sərin  və  yumĢaq  məhlulun  soxulcan  kimi  qıvrıla-qıvrıla  perqament  rəngli 

barmağına  töküldüyünə  tamaĢa  edərkən  əvvəlcə  dəhlizdə  ayaq  səsi,  sonra  isə  qapının  ağzında 

kimlərinsə  danıĢığını  eĢitdi.  Bəlkə  də,  diyetaçı  tibb  bacısının  səsini  tanıdı.    Hər  halda,  onların 

qapıdan  yan  keçib-keçməyəcəklərini gözləmədi. Məcun  əlində, ayaqyalın, səssizcə  addımlayıb, 

otağın o biri  baĢına keçdi, küncə çəkilmiĢ pərdənin arxasında gizləndi. Buradakı  yüngül qadın 

ayaqqabılarının,  divardan  asılmıĢ  yumĢaq  qadın  paltarlarının  arasında  çömbəlib  oturdu.  Tibb 

bacısı ilə yanındakı adamın otağa girdiklərini eĢitdi.  

Diyetaçı  tibb  bacısı  onun  üçün  yeməyin,  qidanın,  yeməkxananın,  uzun  taxta  oturacaqlar 

arxasında  keçirilən  nahar  dəsgahının  adi,  hərdənbir  gözə  görünən,  amma  onda  heç  bir  hiss 

oyatmayan  əlavəsindən  baĢqa  bir  Ģey  deyildi;  bəlkə  də,  yalnız  xoĢ  bir  xatırlama,  öz-özlüyündə 

göz  üçün  xoĢ  olan  cavan,  dolu,  sığallı,  ağ-bənövĢəyi  bir  Ģeydi;  dərhal  yeməkxananı  yadına 

salırdı,    ağzında  nəsə  yapıĢqan,  Ģirin,  yeməli,  həm  də  bənövĢəyi  və  xəlvəti  bir  Ģeyin  dadını 

oyadırdı.  O  gün,  ilk  dəfə  bu  tibb  bacısının  otağına  xəlvətcə  girəndə  diĢ  məcununu  dərhal 

tapmıĢdı;   onun  nə olduğunu  bilməsə də  dərhal  əlinə götürmüĢdü,  bu qızın  nəsə  belə  bir Ģeyi 

olacağını  və  özünün  də  hökmən  onu  tapacağını  qabaqcadan  hiss  eləmiĢdi.  Tibb  bacısının 

yanındakının da səsi ona tanıĢ idi. Bu adam dairə xəstəxanasından gəlmiĢdi; cavan həkim, kilsə 

həkiminin assistentiydi; o da arabir yetimxanada görünürdü və hələ düĢmən deyildi. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə