Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə41/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   37   38   39   40   41   42   43   44   ...   192

 

84 


kətildə  oturub,  daim  onu  izləyirsiniz.  Yalnız  uĢaqlar  içəridə  olanda  burda  olmursunuz.  Onlar 

həyətə  çıxan  kimi  isə  ona  göz  qoymaq  üçün  kətili  gətirib  burda  əyləĢirsiniz.  Ona  baxmaq, 

uĢaqların  ona  necə  “zənci”  dediklərini  eĢitmək  üçün.  Bütün  günü  bu  iĢlə  məĢğulsunuz.  Mən 

bilirəm. Məhz buna görə – ona göz qoymaq, ona nifrət etmək üçün burdasınız. O,  bura düĢəndən 

buna  hazır  olmusunuz.  Bəlkə  də,    onu  elə  siz  gətirmisiniz,  pilləkənlərin  üstünə  siz  atmısınız. 

Dəxli yoxdur: siz bilirsiniz. Mən də  bilmək istəyirəm. O danıĢsa məni iĢdən qovacaqlar. Bəlkə, 

Çarlini də... onu da... Deyin mənə. Elə indi, bu saat deyin”. 

– Həə,  – gözətçi dedi.  – Mən  bilirdim ki,  Allahın təyin  etdiyi  vaxt gəlib çatanda o, orda 

olacaq, səni yaxalayacaq. Bilirdim. Bilirəm onu ora kim göndərib – murdar əməllərə görə verilən  

ilahi cəza və əlamət. 

–  Bəli.  O  lap  yaxında,  pərdənin  dalındaydı.  Aramızda,    bax,  burdan  sizə  qədər  məsafə 

vardı. Ġndi isə deyin. Mən sizin ona necə baxdığınıza fikir vermiĢəm. Sizi izləmiĢəm. Düz beĢ il. 

–  Bilirəm,  –  o  dedi.  –  Mən  Ģeytanı  tanıyıram.  Bəyəm  onu  yuxudan  oyadıb,  Allahın  bu 

dünyasına  mən  göndərməmiĢəm?  Allahın  üzü  önündə  iki  ayağı  üstə  yeriyən  iyrəncliyə  mən 

çevirmiĢəm.  Körpə  uĢaqların  dilində  O  bunu  heç  vaxt  gizlətmir.  Sən  onların  nə  dediyini 

eĢitmisən. Onu öz gerçək təbiətinə uyğun düzgün, lənətlənmiĢ adıyla çağırmalarını onlara  mən 

deməmiĢəm. Heç vaxt deməmiĢəm. Özləri anlayıblar. Onlara deyilib, amma bu mən olmamıĢam. 

Mən yalnız gözləmiĢəm – Onun öz vaxtını, bunu öz məxluqlarına açıb deməyə qərar verdiyi anı 

gözləmiĢəm. Ġndi həmin an gəlib çatıb. Bu bir əlamətdi – qadın günahı və əxlaqsızlığı vasitəsilə 

təkrar üzə çıxan bir əlamət.  

– Bəli. Bəs mən nə etməliyəm? Deyin mənə. 

–  Gözləməlisən.  Mən  gözlədiyim  kimi.  Cənabı  Allahın  hərəkətə  gəlib  öz  iradəsini  bəyan  

etməsi üçün beĢ il gözləmiĢəm. Axır ki, bəyan etdi. Sən də gözlə. Vaxtı çatanda O öz iradəsini 

buyruq sahiblərinə bəyan edəcək. 

–  Bəli.  Buyruq  sahiblərinəmi?  –Yerlərindən  tərpənmədən,  rahat  nəfəs  ala-ala,  bir-birinə 

baxırlar. 

–  Müdirəyə. Vaxtı çatanda O öz iradəsini ona da bəyan edəcək. 

 



 Sizcə,  müdirə  bunu  biləndə  onu  baĢqa  yerə  göndərəcək?  Hə?  Ancaq  mən  gözləyə 

bilmərəm. 

– Allahı da tələsdirə bilməzsən. Bəyəm mən  beĢ il gözləməmiĢəm? 

Qız yüngülcə yumruğunu yumruğuna vurmağa baĢladı: 

– Bəyəm siz baĢa düĢmürsünüz? Bəlkə, elə bu da Allahın iĢidi ki, siz mənə dediniz. Çünki 

siz  bilirsiniz.  Bəlkə,  elə  Onun  istəyi  budu:  siz  mənə  deyəsiniz,  mən  də  gedib  ona  –  müdirəyə 

deyim. – Qızın cinli gözləri sakit idi, cinli səsi də təmkinləĢmiĢ, yumĢalmıĢdı, bircə əlləri rahat 

dayana bilmirdi. 




 

85 


– Gözləyəcəksən, mən gözlədiyim kimi, – gözətçi dedi. –  Allahın lütfkar əlinin ağırlığını, 

bəlkə də, üç günə hiss edəcəksən. Mənsə düz beĢ il o ağırlıq altında yaĢamıĢam, göz qoymuĢam, 

Onun vaxtını gözləmiĢəm, çünki mənim günahım sənin günahından çox böyükdür, çox ağırdır. – 

Düz qızın  sifətinə  baxsa da, sanki, onu görmürdü  – gözləri görmürdü. Bu bərələ qalmıĢ, bum-

buz,  fanatik  gözlər,  elə  bil,  kor  idi.  –  Mənim  elədiyimin,  mənim  öz  günahımı  yumaq  üçün 

çəkdiyim əzabların yanında sənin günahın, sənin qadın iztirabların milçək nəcisi boyda kiçik bir 

Ģeydi.  Mən  buna  beĢ  il  dözmüĢəm;  sən  kimsən  ki,  öz  murdar  qadın  ayıbınla  Cənabı  Allahı 

tələsdirəsən? 

Qız dərhal geri döndü. 

– YaxĢı. Demirsiniz, deməyin. Mən onsuz da  bilirəm. Lap  əvvəldən  baĢa düĢmüĢdüm ki, 

onda  zənci  qarıĢığı  var.  –  O,  evə  qayıtdı.  Daha  sürətlə  yerimirdi,  möhkəm  əsnəyirdi.  “Bir  Ģey 

fikirləĢib,  müdirəni  inandırmağın  yolunu  tapmalıyam.  Bu  adam  heç  nə  deməyəcək,  mənim 

sözümü  müdafiə  etməyəcək”.  Yenə  əsnədi,  özü  də  çox  bərkdən;  bomboĢ  sifətində  əsnəkdən 

baĢqa heç nə qalmamıĢdı, sonra o da  yox oldu. Ağlına nəsə yeni bir Ģey gəldi. Əvvəl bu barədə 

fikirləĢməmiĢdi,  indi  isə  ona  elə  gəldi  ki,  fikirləĢib,  lap  elə  əvvəldən  bilib,  çünki  bu  ona  daha 

ədalətli  göründü:  onu  yalnız  burdan  çıxarmayacaqlar,  həm  də  ona  bu  qədər  qorxu,  iztirab 

yaĢatdığı  üçün  cəzalandıracaqlar.  “Onu  zənci  yetimxanasına  göndərəcəklər,  –  fikirləĢdi.  – 

Əlbəttə. BaĢqa neyləyə bilərlər ki?” 

BirbaĢ müdirənin yanına getmədi. Əslində, ora getmək istəyirdi, amma bir də onda ayıldı 

ki,  müdirənin otağının qapısına tərəf dönmək əvəzinə  yanından keçib, pilləkənlərə  doğru gedir, 

artıq  yuxarı  qalxır.  Elə  bil,  o  öz  arxasınca  düĢmüĢdü,  hara  gedəcəyini  görmək  üçün 

addımbaaddım  özünü  izləyirdi.  Sakit,  bomboĢ  olan  dəhlizdə  yenə  onu  əsnəmək  tutdu,  xeyli 

yüngülləĢdi. Otağına girib qapını bağladı, soyundu, yatağına uzandı. Pərdələr örtülüydü, içəriyə, 

demək olar ki, iĢıq düĢmürdü; yarıqaranlıqdan daha qaranlıq olan otaqda arxası üstə, hərəkətsiz 

uzanmıĢdı. Gözləri yumuluydu, yumĢalmıĢ sifəti heç nə ifadə etmirdi. Bir qədər keçəndən sonra 

ayaqlarını  yavaĢ-yavaĢ  yığıb-açmağa  baĢladı,  mələfənin  onların  üstüylə  əvvəlcə  soyuq  və 

yumĢaq,  sonra  isə  isti  və  yumĢaq  bir  Ģey  kimi  necə  sürüĢdüyünü  hiss  etdi.  Fikri  haradasa,  üç 

gecədir  həsrət  qaldığı  yuxu  ilə  indi  onu  aparmaqda  olan,  bədənini,  sanki,  kiĢiymiĢ  kimi  önünə 

sərdiyi  yuxu  arasında  gəzirdi.  “Yalnız  müdirəni  inandırmaq  lazımdır”,  –  o  düĢündü.  Və  birdən 

fikirləĢdi Orda o, qara qəhvə dənələri arasına düşmüş ağ noxud kimi görünəcək 

Bu,  günorta olmuĢdu.  AxĢam  saat  doqquzda  təzədən  soyunanda  isə  dəhlizdən  gözətçinin 

onun qapısına tərəf gəldiyini eĢitdi. Kim olduğunu bilmirdi, bilə də bilməzdi, amma birdən baĢa 

düĢdü:  addımların  astalığından,  özünü  yetirməyə  macal  tapmamıĢ  açılmağa  baĢlayan  qapının 

döyülməsindən...  Taqqıltıya  hay  vermədi,  tez  qapıya  cumub,  açılmağa  qoymamaq  üçün  bütün 

ağırlığını  onun  üstünə  saldı.  “Mən  paltarımı  dəyiĢirəm!”  –  o,  artıq  qapı  arxasındakının  kim 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə