Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə49/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   45   46   47   48   49   50   51   52   ...   192

 

10



yeməyi  o  göndərməyib”.    Oğlan  nə  dindi,  nə  də  tərpəndi.  Sifəti  daĢ  heykəl  kimi  sakit  idi, 

gözlərini yuxarı, maili taxta tavana zilləmiĢdi. “Bütün günü heç nə yeməmisən. Otur,  ye.  Sənə 

yemək  gətirməyi  mənə  o  tapĢırmayıb.  Onun  bundan  xəbəri  yoxdu.  Mən  özüm  hazırlamıĢam, 

bayaqdan onun çıxıb getməyini gözləyirdim”.  

Bundan  sonra  oğlan  durub  oturdu.  Onun  gözləri  önündə  çarpayıdan  qalxdı,  məcməyini 

götürdü, küncə gedib onu üzüaĢağı çevirdi, yeməyi qab-qacaqla birlikdə döĢəməyə tökdü. Sonra 

boĢ  məcməyini  əlində  müqəddəs  bəxĢiĢ  qabı  kimi  tutub  –  amma  cübbədə  deyil,  əvvəl  böyük 

yaĢlı  adam  üçün  alınan,  sonra  isə  kəsilib  onun  boyuna  tikilən  alt  paltarında  –  öz  çarpayısının 

yanına qayıtdı. Qadın bu müddət ərzində bircə dəfə də olsun, yerindən tərpənməsə də, artıq ona 

baxmırdı.  Əlləri  hələ  də  önlüyünün  altındaydı.  Oğlan  çarpayısına  qalxıb  yenidən  arxası  üstə 

uzandı,  geniĢ  açılmıĢ  gözlərini  tavana  zillədi.  O,  yalnız  qadının  tərpənməz,  yayğın,  beli  azca 

bükülmüĢ  kölgəsini  görürdü.  Sonra  kölgə  yox  oldu.  BaĢını  döndərmədi,  lakin  qadının  küncə 

gedib  orda  aĢağı  çökdüyünü,  qab-qacaq  qırıqlarını  bir-bir  döĢəmədən  qaldırıb  məcməyiyə 

yığdığını eĢitdi. Sonra qadın otaqdan çıxdı. Ətrafa  sakitlik çökdü. Çıraq bir ahəngdə, plitəsi hay-

həĢir  salmadan  yanırdı;  divarda  arabir  ağcaqanadların  iri,  quĢ  boyda  kölgələri  görünürdü.  O, 

pəncərədən o taydakı – bayırdakı qaranlığı, baharı, torpağın nəfəsini hiss edir, eĢidirdi. 

Onda  cəmi  səkkiz  yaĢı  vardı.  YaddaĢ  onun  nələri  xatırladığını  yalnız  uzun  illər  sonra  – 

qadın otaqdan çıxan kimi dərhal çarpayıdan qalxıb küncə tərəf getdiyi, orda həvəslə diz çöküb, 

(halbuki  dua  etmək  üçün  xalça  üzərinə  o  cür  həvəslə  diz  çökmək  istəməmiĢdi)  təhqir  edilmiĢ 

xörəyin üzərinə əyilərək onu vəhĢi heyvan kimi, it kimi acgözlüklə yalamağa baĢladığı o gecənin 

üstündən uzun illər keçəndən sonra bildi. 

  

Hava  qaralmıĢdı;    indi  o  burdan  bir  neçə  mil  aralıda  –  evdə  olmalıydı.  ġənbə  axĢamları  



ixtiyarı özündə olsa da, heç zaman evdən, özü də belə gec saatda, bu qədər uzağa getməmiĢdi. 

Evə qayıdanda  hökmən qamçılanacaqdı. Ona görə  yox ki, evdən uzaqdaykən  nəsə  eləmiĢdi,  ya 

da  eləməmiĢdi.  Heç  bir  günah  iĢləməsə  də,  evə  qayıdan  kimi  o,  sanki,  Makiçernin  öz  gözü 

önündə nəsə eləyibmiĢ kimi hökmən qamçılanacaqdı. 

Amma günah iĢləməyəcəyini, bəlkə, hələ özü də bilmirdi. Alatoranda beĢi də köhnə, tərk 

edilmiĢ  taxta-Ģalban  zavodunun  sınıq-salxaq  qapısı  ağzında  bir  yerə  yığıĢmıĢdı;  yüz  addım 

aralıda  gizlənib,  bir  qədər  əvvəl  o  qapıdan  içəri  girən,  sonra  baĢını  bayıra  çıxarıb  bir  dəfə  də 

ətrafa boylanaraq gözdən itən zənci qızı gözləyirdilər. Bunu uĢaqlardan ən böyüyü təĢkil etmiĢdi, 

içəri  də  elə  o,  birinci  girmiĢdi.  Qalanları  –    eyni  kombinezon  geyinmiĢ,  üç  mil  radiusunda 

yaĢayan  və    aralarındakı  Co  Makiçern  adlı  oğlan  kimi  on  dörd-on  beĢ  yaĢlarında  yer  əkməyi, 

heyvan  sağmağı,  odun  doğramağı  böyüklərdən  heç  də  pis  bacarmayan  yeniyetmələr  növbə 

tutmaq  üçün  saman  yığıb  gətirmiĢdilər.  Yəqin  ki,  evdə  onu  gözləyən  adamı  yadına  salmayana 




 

10



qədər heç bu iĢin günah olması barədə də düĢünməmiĢdi, çünki on dörd yaĢlı yeniyetmə üçün ən 

böyük günah tay-tuĢları arasında bakirə olduğuna görə lağa qoyulmaqdı. 

Onun da növbəsi çatdı. Saraya girdi. Ġçəri qaranlıq idi. Dərhal onu dəhĢətli 

təntiklik 

tutdu. 

Əvvəllər, diĢ məcununu xatırlayanda olduğu kimi yenə də ürəyi bulandı. Amma yerindən tərpənə 



bilmədi, qadın iyini, zənci iyini duyan kimi zənci qadın arzusunun doğurduğu təntiklik içərisində 

yerində  mıxlanıb  qaldı:  ta  ki  o  qız  dillənib,  ona  yol  göstərənəcən  –  heç  bir  sözə  bənzəməyən, 

sanki, öz-özünə alınan qəribə bir səs çıxaranacan gözləməyə məcbur oldu. Onda ona elə gəldi ki, 

o  qızı  görür:  nəsə  yerə  sərilmiĢ,  zavallı  bir  Ģey  idi,  bəlkə  də,  gözləriydi.  AĢağı  əyilib,  sanki, 

qaranlıq  bir  quyuya  baxdı,  onun  dibində  ölü  ulduz  iĢartısına  bənzər  zəif  bir  parıltı  gördü. 

Nəhayət, hərəkətə gəldi, çünki ayağı qıza dəymiĢdi. Sonra yenə dəydi, çünki onu təpiklə  vurdu. 

Və  daha  dayanmadı,  təəccüb  və  qorxu  içərisindəki  boğuq  çığırtını  var  gücüylə  təpikləməyə 

baĢladı.  Qız  zingildəyirdi,  qollarından  yapıĢıb  sərt  hərəkətlə  yuxarı  qaldırdı,  yumruqlarını 

qolaylayıb küt, ağır zərbələrlə onu döyməyə baĢladı; bəlkə də,  səsi döyürdü, amma zənci qadın 

arzusunun  doğurduğu  təntiklik  içərisində  bu  zərbələr  hər  dəfə  düz  qızın  bədəninin  bir  yerinə 

dəyirdi. 

Sonra qız onun yumruğundan yayındı, o özü isə arxa tərəfə yumalandı, çünki o biri uĢaqlar 

onun  üstünə  cumdular,  onu  tutub  saxlamağa,  əl-qolunu  burmağa  çalıĢdılar;  o  isə  hirsindən, 

gücsüzlüyündən  tövĢüyə-tövĢüyə  onlara  yumruqla  cavab  verirdi.  Ġndi  yalnız  kiĢi  iyini,  onların 

iyini  duyurdu;  ondan  aĢağıda  Qız  zingildəyir,  qurtulmağa  çalıĢırdı.  Qaranlıqda  bir-birinə 

qarıĢmıĢdılar, kimin əl-ayağı hara dəyirdisə, ora zərbə endirirdi, sonra hamısı birdən yerə yıxıldı 

– Co lap altda qaldı. Hətta orda da çarpıĢır, ağlaya-ağlaya onların əlindən qurtulmağa çalıĢırdı. 

Qız  isə  artıq  tamam  yaddan  çıxmıĢdı,  elə  bil,    heç  olmamıĢdı.  Sadəcə,  bir-birilə  dalaĢırdılar, 

sanki,  aralarından  güclü,  sərin  külək  əsib  keçmiĢdi.  Onlar  onu  yerə  yıxdılar,  tərpənməyə 

qoymadılar. “Ġndi dinc durassanmı? Axır ki, əlimizdəsən. Söz verirsənmi ki, dinc durassan?”. 

– Yox, – dedi. Çabalayıb onların əlindən çıxmağa çalıĢdı. 

– Bəsdi, Co! Hamımızla bacara bilməzsən. Biz ki, səninlə dalaĢmaq istəmirik. 

– Yox, – dedi, tövĢüyə-tövĢüyə yenə çabaladı. Heç kim heç kimi görmürdü. Onlar qızı, bu 

davanın  səbəbkarını,  ümumiyyətlə,  belə  bir  səbəbkarın  olub-  olmadığını  tamam  yaddan 

çıxarmıĢdılar. O biri dördü üçün hər Ģey birdən-birə, qeyri-ixtiyari alınmıĢdı: erkəyin bir az əvvəl 

çütləĢdiyi,  ya  da  indi  çütləĢmək  istədiyi  diĢiyə  görə  və  ya  onun  uğrunda  instinktiv  döyüĢmək 

istəyi  onları  buna  vadar  etmiĢdi.  Ancaq  onun  nə  üçün  döyüĢdüyünü  onların  heç  biri  baĢa  düĢə 

bilmirdi.  Özü  də  deyə  bilmirdi.  Sinəsindən  basıb  yerə  sıxmıĢdılar,  alçaqdan  boğuq  səslə 

danıĢırdılar. 

– Ey, siz, arxadakılar, çıxın burdan. Sonra biz onu eyni anda buraxarıq. 

– Kim tutub onu? Mənim tutduğum kimdi? 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə