Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə50/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   46   47   48   49   50   51   52   53   ...   192

 

10



–  Ey,  burax.  Dayan...  burdadı...  Mənnən...  –  Yenə  də  hamısı  birdən  çalxalandılar, 

süpürüĢdülər. Yenə də onu yerə sıxdılar. – Burdadı, bizim altımızdadı. Siz əlinizi çəkin, tez də  

çıxın. Bizə də çıxmağa imkan yaradın. 

Ġkisi qalxıb dalı-dalı qapıdan çıxdı. Sonra o biri ikisi, sanki, partlayıĢ zərbəsindən uçurmuĢ 

kimi,  qaranlıq  saraydan  bayıra  sıçrayıb  qaçmağa  baĢladılar.  Onlar  buraxan  kimi  Co  dərhal 

yumruq  atdı,  amma  bu  zərbəsi  heç  kimi  tutmadı.  Arxası  üstə  uzanıb  onların  dördünün  də 

alatoranda  necə  qaçdığına,  sonra  sürətlərini  yavaĢıdıb,  geri  boylandığına  tamaĢa  etdi.  Yerindən 

qalxdı, saraydan çıxdı. Qapının ağzında dayanıb, qeyri-ixtiyari üst-baĢını çırpdı, o biriləri  xeyli 

uzaqda dayanıb ona baxırdılar. O isə onlara tərəf baxmadı. Çıxıb getdi, kombinezonu alatoranda 

əriyib gözdən itdi. Artıq çox gec idi. Ağır və dopdolu axĢam ulduzu yasəmən çiçəyi kimi göydən 

asılı  qalmıĢdı.  O,  bir  dəfə  də  olsun,  dönüb  geri  baxmadı.  Çıxıb  getdi,  qaranlıqda  xəyalat  kimi 

əriyib yox oldu;  o biri uĢaqlar bir yerə yığıĢıb, onun dalınca baxırdılar, bənizləri alaqaranlıqda 

lap  balacalaĢmıĢ,  ağarmıĢdı.  Birdən  onlardan  biri  gözlənilmədən,  uca  səslə  dedi:  “Eyyy!”  Co 

dönüb  geri  baxmadı.  BaĢqa  bir  səs  astadan,  sakitcə,  aydın  dillə  dedi:  “Sabah  kilsədə 

görüĢənədək,  Co.”  O,  cavab  vermədi.  Yoluna  davam  etdi.  Aradabir  qeryi-ixtiyari  

kombinezonunun üstünü çırpdı. 

Ev  irəlidə  görünəndə,  qərb  tərəfdə  səma  artıq  qaranlığa  bürünmüĢdü.  Sarayın  arxasındakı 

otlaqda  bulaq  qaynayırdı:  qaranlıqda  söyüd  ağaclarının  iyi  gəlir,  yarpaqlar  xıĢıldaĢırdı,  amma 

onlar  gözlə  görünmürdü.  O,  bulağa  yaxınlaĢanda  körpə  qurbağaların  qurultusu,  bütün  simləri 

eyni anda qırılan musiqi aləti kimi bir andaca kəsildi. Dizi üstə çökdü; o qədər qaranlıq idi ki, 

hətta  suda  onun  baĢının  silueti  belə  görünmürdü.  Üzünə,  qıyılmıĢ  gözlərinə  su  vurdu.  Sonra 

yoluna  davam  elədi,  otlaqdan  keçib  mətbəx  pəncərəsindəki  iĢığa  doğru  yönəldi.  O  iĢıq  insan 

gözü kimi səbirlə, təhdidedici nəzərlərlə onu izləyirdi. 

Hasara  çatanda  dayandı,  iĢıq  gələn  pəncərəyə  baxdı.  Hasara  söykənib  bir  qədər  gözlədi. 

Otların  arasında  cırcıramalar  ağız-ağıza  vermiĢdilər.  ġehli  boz  torpaq  üzərində,  ağacların  qara 

gövdələri  arasında  iĢıldaquĢlar  çaĢqın  və  nizamsız  halda  gah  iĢarır,  gah  da  yox  olurdular.  Evin 

böyründəki  ağacda  təqlid  quĢu  nəğmə  oxuyurdu.  Bir  az  uzaqda,  bulaqdan  o  yanda,  meĢədə  iki 

çobanaldadan  quĢunun  fiti  eĢidilirdi.  Onlardan  da  uzaqda,  sanki,  yay  fəslinin  son  üfüqünün 

arxasında isə it hürürdü. Hasardan keçdi, iki sağılmamıĢ inəyin onu gözlədiyi tövlənin qapısına 

çatanda bir nəfərin tərpənməz halda orda oturduğunu gördü. 

Makiçerni  dərhal  tanıdı  və  buna  təəccüblənib-eləmədi,  sanki,  onların  bu  görüĢü tamamilə 

təbii,  məntiqi,  qaçılmaz  bir  Ģeydi.  Bəlkə  də,  o  anda  fikirləĢdi  ki,  hər  ikisi  həmiĢə  bir-birinə 

güvənə,  arxayın  ola  bilərlər;  yalnız  o  qadının  nə  edəcəyini  qabaqcadan  bilmək  mümkün  deyil. 

Bəlkə də o – Makiçernin fikrincə, bu yaĢda iĢləyə biləcəyi ən böyük günahdan imtina etməsinə 

baxmayaraq  –  indi  özünün,  sanki,  həmin  günahı  iĢləyibmiĢ  kimi  ağır  Ģəkildə 



 

10



cəzalandırılacağında  heç  bir  anlamsızlıq  görmürdü.  Makiçern  yerindən  qalxmadı.  Hələ  də 

sifətində  heç  bir  ifadə  hiss  edilmədən,  daĢ  kimi  tərpənməz  oturmuĢdu,  köynəyi  qapının  qara 

əsnəyi arasında zorla ağarırdı. “Mən onları sağmıĢam da, yedirmiĢəm də”, – o dedi. Sonra asta-

asta yerindən qalxdı. Bəlkə də, oğlan qamçının artıq onun əlində olduğunu bilirdi. Qamçı aram-

aram, say üzrə yuxarı qalxıb-endi – aram-aram, bərkdən Ģaqqıldaya-Ģaqqıldaya. Oğlanın bədəni, 

sanki, daĢdan, dəmirdən idi; elə bil, onun hissiyyat üzvləri hündür bir dirəyin, yaxud hündür bir 

qüllənin  təpəsində  tərki-dünya  zahid  kimi  əyləĢib,  özünü  çarmıxa  çəkmənin  qatı  ekstazı 

içərisində dərin fikrə dalmıĢdı. 

Mətbəxə  çatanacan  yanbayan  addımladılar.  Pəncərədən  onların  üstünə  iĢıq  düĢəndə  kiĢi 

dayandı, ona sarı çevrildi, sifətini onun sifətinə yaxınlaĢdırıb diqqətlə baxdı.  

– DalaĢmısan? – dedi. – Nəyin üstündə? 

Oğlan cavab vermədi. Sifətindən heç nə sezilmirdi, dalğın idi. Bir qədər sonra cavab verdi. 

Səsi rahat, soyuq çıxdı. 

– Elə belə. 

 Ordaca dayanmıĢdılar. 

–  Nədi,  deyə  bilmirsən,  yoxsa  demək  istəmirsən?  –  Oğlan  cavab  vermədi.  O,  yerə 

baxmırdı.  Heç  nəyə  baxmırdı.  –  Əgər  özün  bilmirsənsə,  onda  axmaqsan.  Yox,  əgər  demək 

istəmirsənsə, onda, deməli, nəsə bir qələt eləmisən. Qadınla olmusan? 

–  Yox,  –  oğlan  cavab  verdi.  KiĢi  ona  baxdı.  Sonra  dillənəndə  səsinin  ahəngindən  fikirli  

olduğu  hiss edildi. 

 

Sən  heç  vaxt  mənə  yalan  danıĢmamısan.  Yəni,  bildiyim  qədər.  –  O,  oğlana,  onun  sakit 



profilinə baxdı. – Kiminlə dalaĢmısan? 

 



Tək deyildilər. 

 



Aha, – kiĢi dedi. – Elə bilirəm ki, sən də onları elə-belə, izsiz-filansız buraxmasısan? 

 



Bilmirəm. Yəqin ki. 

 



Aha, – kiĢi dedi. – Get yuyun. ġam yeməyi hazırdı. 

Həmin gecə yatağa girəndə bu evdən qaçacağına qəti qərar verdi. Özünü qartal kimi ciddi, 

müstəqil, nəhəng, amansız və güclü hiss edirdi. Amma bu hiss keçib getdi, hərçənd, o vaxt o öz 

cisminin,  eləcə  də  bütün  ətraf  məkanın  onun  üçün  –  qartal  üçün  əsl  qəfəs  olduğunu  hələ 

anlamamıĢdı. 

 

Makiçern  düyənin  yox  olduğundan  düz  iki  gün  sonra  xəbər  tutdu.  O  da  ona  görə  ki, 



təsadüfən, tövlədə gizlədilmiĢ təzə  bir kostyum tapdı. YaxĢı-yaxĢı göz gəzdirəndən  sonra onun 

təptəzə  olduğunu,  bir  dəfə  də  olsun,  geyinilmədiyini  baĢa  düĢdü.  Kostyumu  səhər  tezdən 

tapmıĢdı. Amma bu barədə heç kimə heç nə demədi. AxĢam isə tövləyə gəldi;  Co inək sağırdı. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə