Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə58/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   54   55   56   57   58   59   60   61   ...   192

 

11



edirdilər.  Ancaq  sonuncudan  bixəbər  olduqlarını  boyunlarına  alsaydılar,  onda  birinciyə  əmin 

olmaq  üçün  əllərinə  fürsət  düĢmədiyini  də  etiraf  etmiĢ  olardılar.  Buna  görə  susub,  o  oğlanın 

dediklərinə  qulaq  asırdılar.  “Bu  onlarda  ayda  bir  dəfə  olur”.  O,  hadisənin  fiziki  tərəfini  necə 

təsəvvür etdiyini də onlara danıĢdı. Bəlkə doğrudan bilirdi. Hər halda, danıĢdıqları kifayət qədər 

canlı, kifayət qədər inandırıcı alınırdı. Əgər o, bunu ruhi bir vəziyyət, əslində nə olduğu yalnız 

güman  edilən  bir  Ģey  kimi  təsvir  etsəydi,  onlar  ona  qulaq  asmazdılar.  Ancaq  o,  burunda  iyi 

duyulan, gözlə görünən  və onlarda dərin    maraq  oyadan  əyani  bir  mənzərə  təsvir edirdi:  istəyə 

iĢgəncə verən, onu qəzəbləndirən Ģeyin müvəqqəti, amansız əlacsızlığı; müntəzəm surətdə dövri 

çirklənmənin  qaçılmaz  qurbanına  çevrilməyə  məhkum  olmuĢ  hamar,  gözəl  bir  bardaq,  istək 

iqamətgahı.  O,  bunu  belə  təsvir  edirdi,  qalan  beĢ  oğlan  isə  sualedici,  sui-qəsdçi  nəzərlərlə  bir-

birinin üzünə baxa-baxa dinməzcə ona qulaq asırdı.  

Növbəti Ģənbə günü Co onlarla ova getmədi. Makiçern isə elə bildi ki, o,  ova gedib, çünki  

tüfəng evdə  deyildi.  Ancaq o, tövlədə gizlənmiĢdi.  Bütün günü orda qaldı. Sonrakı Ģənbə  günü 

yenə  tək-tənha,  sübh  tezdən,  uĢaqlar  onu  çağırmağa  gəlməmiĢdən  əvvəl  tüfəngi  götürüb  evdən 

çıxdı. Ancaq ov eləmədi. Yalnız günün sonunda, evdən təxminən üç mil aralıda bir qoyun vurdu. 

Daha doğrusu, xəlvəti bir dərədə qoyun sürüsünə rast gəldi, gizlincə yaxınlaĢıb, onlardan birinə 

tüfənglə atəĢ açdı. Sonra isə dodaqları qurumuĢ halda, tir-tir əsə-əsə, yan-yörəsinə baxa-baxa dizi 

üstə  çöküb,  əlini can  verməkdə  olan  heyvanın  isti qanına  batırdı. O, canındakı  xofu  bu cür dəf 

etdi,  bu  cür  onun  öhdəsindən  gəldi.  Dostunun  nə  danıĢdığını  unutmamıĢdı.  Sadəcə,  onunla 

barıĢdı.  Onunla  yaĢaya  biləcəyini  kəĢf  etdi.  Elə  bil,  məntiqi  bir  kənara  qoyub,  ümidsizliyin 

gətirdiyi  sakitliklə  öz-özünə  dedi  Yaxşı.  Qoy  belə  olsun.  Ancaq  mənim  üçün  deyil.  Mənim 

həyatımda,  mənim  sevgimdə  deyil  Bütün  bunlar  üç-dörd  il  əvvəl  olmuĢdu,  indi  isə  tamam 

unudulmuĢdu  –  əqlin  inadkarlığına  güzəĢtə  gedilərək  nə  gerçək,  nə  də  yalan  olduğu  qəbul 

edilmədən unudulan fakt  kimi. 

Bir  fincan qəhvənin pulunu qaytarmaq  istədiyi  həmin Ģənbə  gününün  sonrakı  bazar ertəsi 

gecə  ofisiant  qızla  yenidən  görüĢdü.  Onda  hələ  kəndiri  yox  idi.  Pəncərəyə  çıxıb  üç  metr 

yüksəklikdən  yerə  tullandı  və  piyada  beĢ  mil  yol  gedib  Ģəhərə  çatdı.  Evə,  öz  otağına  necə 

qayıdacağı barədə heç düĢünmədi də. 

ġəhərə çatdı və qızın dediyi tində dayanıb onu gözlədi. Bura sakit yer idi; vaxtından xeyli 

tez gəlmiĢdi; fikirləĢdi Bunu unutmamalıyam. Elə etməliyəm ki, nəyi necə və haçan eləməyi o özü 

mənə göstərsin. Elə etməliyəm ki, bunu bilmədiyimi, indi ondan öyrəndiyimi başa düşməsin  

Qız gəlib çıxanacan bir saatdan çox gözlədi. Bu qədər tez gəlmiĢdi. Qız piyada gəldi. Ona 

yaxınlaĢıb önündə durdu, bapbalacaydı, yenə də səbirli və intizar içərisindəydi, yenə də gözlərini 

yerə dikmiĢdi, qaranlıqdan peyda olmuĢ adama bənzəyirdi. “Siz artıq burdasınız,” – o dedi.  

– Ġmkan tapan kimi gəldim. Onların yatağa girməsini gözləməli oldum. Qorxdum gecikəm. 



 

11



– Çoxdan burdasınız? Çox gözlədiniz? 

– Bilmirəm. Bütün yolu qaça-qaça gəlmiĢəm. Qorxurdum gecikəm.  

– Qaça-qaça? Üç mil yolu? 

– BeĢ mil. Üç yox.  

– Bir iĢə bax. – Hər ikisi susdu. Ġki kölgə kimi üz-üzə dayanmıĢdılar. Bir il, bəlkə də,  bir 

az çox keçəndən sonra həmin gecəni xatırlayarkən bunu birdən baĢa düĢmüĢ, öz-özünə demiĢdi 



Elə bil onu vuracağımı gözləyirdi. – Hə-ə, – qız dedi. 

Onu  yavaĢ-yavaĢ  əsməcə  tutmağa  baĢladı.  Qızın  iyini  –    sakit,  müdrik,  bir  azca  yorğun 

intizarın iyini duydu; fikirləĢdi O gözləyir, gözləyir ki, mən başlayım, mənsə bilmirəm bunu  necə 

eləyim  Səsi hətta özünə belə sarsaq göründü: 

– Məncə artıq çox gecdi. 

– Gecdi? 

– FikirləĢirəm ki, sizi gözləyən ola bilər. Siz evə getməyənəcən onlar... 

–  Var...Gözləyən  var...  –  Qızın  səsi  öləzidi,  kəsildi.  Ġki  kölgə  kimi  dayanmıĢdılar;  qız 

yerindən tərpənmədən dedi: – Mən Meymlə, Maksla bir yerdə yaĢayıram. Siz onları tanıyırsınız. 

Restorandan. Onları orda görmüĢ olmalısınız, o beĢ senti qaytarmaq  istəyəndə... –  O, gülməyə 

baĢladı. Səsində heç bir sevinc hissi  yox idi, ümumiyyətlə, heç nə yox idi. – Təsəvvür edirəm. 

Təsəvvür  edirəm,  əlinizdə  beĢ  sent  ora  necə  girmisiniz.  –  Gülməyini  kəsdi.  Ancaq  heç  bu  da 

onun bir saniyə əvvəl Ģən olduğuna dəlalət eləmirdi. Sakit, yazıq, baĢıaĢağı səs yenidən dilləndi: 

–  Mən  bu  axĢam  səhv  eləmiĢəm.  Bir  Ģeyi  unutmuĢam.  –  Bəlkə  də,  qız  ondan  “Nəyi?”  sualını 

gözləyirdi.  Amma  o  bunu  soruĢmadı.  Necə  vardısa  eləcə  dayanmıĢdı,  sakit,  alçaq,  get-gedə 

öləziyən  səs  heç  cür  beyninə  girmirdi.  Tüfənglə  vurub  öldürdüyü  qoyunu  çoxdan  unutmuĢdu. 

Təcrübəli  dostunun  danıĢdıqlarını  uzun  müddət  özüylə  yaĢatmıĢdı.  O  qoyunu  öldürməklə  bu 

faktın  xofundan  çoxdan,  lap  çoxdan  qurtulmuĢ,  xilas  olmuĢdu,  indi  yaddaĢ  üçün  o,  canlı  ola 

bilməzdi.  Buna  görə  də  qızın  nə  demək  istədiyini  əvvəlcə  baĢa  düĢmədi.  Onlar  tində 

dayanmıĢdılar.  Bura  Ģəhərin  qıraq  yeriydi,  burda  küçə  düz  xətt  boyu  ölçülüb  biçilmiĢ 

çəmənliklərdən  keçib  çılpaq  tarlalara,  bu  cür  Ģəhərlərin  ətraf  ərazilərini  təĢkil  edən  xırda,  ucuz 

evlərə doğru uzanan yola çevrilirdi. Qız dedi:  

–  Qulaq  asın.  Bu  gün  bir  az  xəstə  kimiyəm.  –  O  heç  nə  baĢa  düĢmədi.  Heç  bir  cavab 

vermədi.  Bəlkə,  heç  baĢa  düĢməyi  də  lazım  deyildi.  Bəlkə  o  bunsuz  da  öz  taleyindən  nəsə  bir 

hoqqa  gözləyirdi,  fikirləĢdi:  “Hər  Ģey  bu  qədər  yaxĢı  alına  bilməz”.  Bu  fikir  baĢa  çatmamıĢ 

düĢüncə  onu  ötüb  keçdi  Bu  qız  indicə  yox  olacaq.  Burda  olmayacaq.  Mənsə  sonra  evdə, 

çarpayıda  uzanacaq,  elə  biləcəm  ki,  heç  o  evdən  bayıra  çıxmamışam  da  Qızın  səsi  hələ  də 

eĢidilirdi: – Mən sizə “bazar ertəsi axĢam” deyəndə ayın hansı günü olduğunu unutmuĢam. Bəlkə 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə