Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə60/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   56   57   58   59   60   61   62   63   ...   192

 

12



batırmıĢ konfet qutusu aldı;  qutunu satan adam onu dükan  lotereyasında on sentə udmuĢdu. O 

konfet  qutusunu  ofisiant  qıza  bağıĢladı.  Bu  onun  ilk  hədiyyəsi  idi.  Qutunu  ona  elə  bir  tərzdə 

uzatdı ki, elə bil, bu qıza nəsə bağıĢlamaq indiyəcən heç kimin ağlına gəlməmiĢdi. Qız iri əllərini 

uzadıb,  üstünün  əlvan  boyası  solmuĢ  qutunu  ondan  alanda  sifətinə  qəribə  bir  ifadə  çökdü. 

Çarpayının üstündə əyləĢmiĢdi – Maks adlı kiĢi və Meym adlı qadınla birlikdə yaĢadığı balaca 

bir  evdə,  qızın  yataq  otağındaydılar.  Bir  axĢam,  bundan  təxminən  bir  həftə  əvvəl  Maks  onun 

yataq otağına gəlmiĢdi. Bu vaxt qız soyunurdu, çarpayının üstündə oturub corablarını çıxarırdı. 

Maks damağında siqaret içəri girdi, kamoda söykəndi. 

– Varlı fermer, –  o dedi. – Con Ceykob Astor, samanlıqdan. 

 Qız üstünü bir-təhər örtüb, tərpənmədən baĢı aĢağı oturub qaldı. 

– O mənə haqqını ödəyir. 

– Nəylə? Nədi beĢ sentinin əvəzini hələ alıb qurtarmayıb? – Maks ona baxdı. – Kəndçilərə 

pulsuz  xidmət  göstəririk?  Mən  səni  Memfisdən  bura  bunun  üçün  gətirmiĢəm?  Bir  o  qalıb  ki, 

yeməyi də onlara pulsuz verək. 

– Mən ancaq iĢdən sonra, boĢ vaxtlarımda onunla oluram. 

–  Bəlkə,  baĢqa  cür  eləməliydin.  Mən  bunu  sənə  qadağan  edə  bilmərəm.    Amma  sənə 

baxanda ürəyim bulanır. Ömründə bir dollarlıq kağız pulun belə üzünü görməmiĢ kəndçi uĢağın 

felinə düĢmüsən. Halbuki, Ģəhərdə gör nə qədər pullu oğlanlar var, onlar sənin iĢinə daha yaxĢı 

yarayarlar.  

– Bəlkə o mənim xoĢuma gəlir, heç burasını fikirləĢmisən? 

Maks  gözünü  ona  –  aĢağı  dikilmiĢ  baĢın  təpəsinə,  dizlərin  üstünə  düĢmüĢ  iri  əllərə 

zilləmiĢdi. Özü isə kamoda söykənib, siqaretini çəkirdi. – Meym! – dedi. Bir az gözləyib bir də 

təkrar  etdi:  –  Meym!  Bura  gəl.  –  Divarlar  nazik  idi.  Bir  qədər  sonra  qapıda  sarıĢın  qadının 

arxayın addım səsləri eĢidildi. O, içəri girdi. – EĢitdin bu nə deyir?  – kiĢi dedi. – Deyir ki, bəlkə 

o mənim xoĢuma gəlir. Romeo və Cülyetta. Aman Allah!  

SarıĢın qadın ofisiant qızın qara təpəsinə baxdı. 

– Nə olub? 

–  Heç  nə.  Əla!  Maks  Konfrey  indi  sizə  miss  Bobbi  Alleni,  azyaĢlı  oğlanın  məĢuqəsini 

təqdim etmək istəyir.  

– Çıx bayıra, – sarıĢın qadın dedi. 

–  Bu  dəqiqə.  Mən,  sadəcə,  ona  beĢ  sentin  xırdasını  gətirmiĢdim.  –  O,  otaqdan  çıxdı. 

Ofisiant  qız  yerindən  tərpənmədi.  SarıĢın  qadın  kamoda  yaxınlaĢıb  ona  söykəndi,  yenə  də 

gözlərini qızın aĢağı dikilmiĢ  baĢına zillədi. 

– Barı sənə haqqını ödəyirmi? 

– Hə. Ödəyir.  



 

12



SarıĢın qadın yenə ona baxdı; o da bundan əvvəl Maks elədiyi kimi, kamoda söykənmiĢdi. 

–  Memfisdən  buracan  o  qədər  yol  ölçmüsən.  Bu  qədər  uzaq  yerə  bəyəm  ona  görə  gəlib 

çıxmısan ki, olanını kiməsə havayı paylayasan? 

Ofisiant qız yerindən tərpənmədi: 

– Bunun ki, Maksın iĢinə heç bir maneçilyi yoxdu. 

SarıĢın aĢağı sallanmıĢ baĢa baxırdı. Sonra dönüb qapıya tərəf addımladı. 

– Bax ha, elə et ki, maneçiliyi olmasın, – o dedi. – Bu o qədər də uzun sürə biləcək iĢ deyil. 

Kiçik Ģəhərlərin belə Ģeylərə təhəmmülü yoxdu. Mən bilirəm. Özümün də baĢıma az gəlməyib. 

Əlvan  boyası  solub  rəngini  itirmiĢ,  ucuz  konfet  qutusu  əlində  –  bir  həftə  əvvəl  sarıĢın 

qadınla söhbət edərkən oturduğu kimi – çarpayının üstündə əyləĢmiĢdi. Ġndi sarıĢın qadın deyil, 

Co  kamoda  söykənib  ona  baxırdı.  Onu  gülmək  tutdu.  Üstü  əlvan  boyalı  konfet  qutusunu 

sümüklü, iri əllərində tutub güldü. Co gözlərini ondan çəkmirdi. Onun yerindən necə qalxdığına, 

baĢıaĢağı  halda  yanından  necə  keçib  getdiyinə  tamaĢa  elədi.  O,  qapıdan  çıxıb  “Maks!”  deyə 

çağırdı. Co, Maksı  yalnız restoranda, özü də baĢı  Ģlyapalı, çirkli önlükdə görmüĢdü, baĢqa heç 

yerdə onunla rastlaĢmamıĢdı. Ġndi içəri girəndə isə damağında heç siqaret də yox idi. Əlini Coya 

uzatdı.  

– Necəsən, Romeo ? 

Co, hələ də onun kim olduğunu yaxĢı anlamadan əlini sıxdı. 

–  Mənim  adım  Co  Makiçerndir,  –  dedi.  SarıĢın  qadın  da  gəldi.  Onu  da  ilk  dəfəydi  ki, 

restorandan kənarda görürdü. Qadının  içəri necə  girdiyinə, qızın konfet qutusunu necə  açdığına 

göz qoydu, fikir verdi. Qız qutunu içəri girənlərə uzatdı. 

– Co bağıĢlayıb, – dedi. 

SarıĢın qadın baxıĢlarını qutunun üstündə gəzdirdi. Əlini belə tərpətmədi. 

– Çox sağ ol, – dedi. KiĢi də qutuya nəzər saldı, o da əlini tərpətmədi. 

–  Belə-belə  iĢlər,  –  o  dedi.  –  Sən  bir  iĢə  bax,  bəzən  Yeni  il  bayramı  gör  nə  qədər  uzun 

çəkirmiĢ.  Elə  deyil,  Romeo?  –  Co  kamodun  yanından  geri  çəkildi.  O  bu  otağa  birinci  dəfəydi 

düĢmüĢdü.  Bir  qədər  əndiĢəli,  ancaq  heç  bir  həyəcan  keçirmədən,  sınayıcı  nəzərlərlə  kiĢiyə 

baxdı, onun heç nə ifadə etməyən, rahibləri xatırladan sifətinə göz qoydu. Amma bir söz demədi. 

Dillənən qız oldu: 

–  XoĢuna  gəlmirsə,  yemə.  –  Conun  gözü  Maksdaydı,  gözünü  onun  sifətindən  çəkmədən 

qızın  məhzun  səsini  dinləyirdi:  –  Bunun  sənə...  heç  kimə  maneçiliyi  yoxdu...  Mən  iĢdən  boĢ 

vaxtlarda...  –  O  nə  qıza,  nə  də  sarıĢın  qadına  tərəf  baxmırdı.  Hələ  də  sakitcə,  anlaĢılmazlıq 

içərisində, lakin qorxu hissi keçirmədən Maksı izləyirdi. Ġndi də sarıĢın qadın danıĢırdı; Coya elə 

gəldi ki, onlar, özü burda ola-ola onun haqqında, amma öz dillərində danıĢırlar; özləri də bilirlər 

ki, o bu dili baĢa düĢmür. 



 

12



– Gedək, – sarıĢın qadın dedi. 

– Aman Allah, – Maks dedi. – Mən ki, Romeonu içkiyə qonaq etmək istəyirdim. 

– O özü bunu istəyirmi? – sarıĢın qadın soruĢdu. O, hətta Coya müraciət edəndə də, elə bil,  

Maksla danıĢırdı. – Ġçmək istəyirsiniz?  

– Onu çətinə salma, ötən dəfə nə elədiyini yadına sal. De ki, pulsuz olacaq.  

– Bilmirəm, – Co dedi. – Heç vaxt dadına baxmamıĢam. 

–  Aman  Allah,  –  Maks  dedi.  –  Pulsuz  heç  nəyin  dadına  baxmayıb.  –  Co  ilə  əl  tutub 

salamlaĢandan bəri o, bir dəfə də olsun, dönüb ona tərəf baxmamıĢdı. Elə bil, yenə də bu adamlar 

onun anlamadığı dildə ondan danıĢır, onun haqda nəsə deyirdilər. 

– Gəl gedək, – sarıĢın qadın dedi. – Di gedək də.  

Onlar  getdilər.  SarıĢın  qadın  içəridə  olduğu  müddətdə  bircə  dəfə  də  olsun,  ona  tərəf 

baxmadı, Maks isə baxmasa da bir an belə onu gözdən qoymadı. Sonra hər ikisi yox oldular. Co 

kamodun yanında, qız isə baĢıaĢağı, əlində ağzı açıq konfet qutusu otağın ortasında dayanmıĢdı. 

Otaq  darısqal  idi,  ətirqarıĢıq  kif  iyi  verirdi.  Co  ilk  dəfəydi  bura  düĢmüĢdü.  Haçansa  bura 

düĢəcəyini  ağlına  belə    gətirməmiĢdi.  Pəncərələrin  pərdələri  örtülüydü.  Yuxarıdan  asılmıĢ  tək 

lampa çılpaq idi, abajur yerinə onun baĢına istidən sapsarı saralmıĢ jurnal vərəqi keçirilmiĢdi. 

–  Hər  Ģey  yaxĢıdı,  –  Co  dedi.  –  Öz  qaydasındadı.  –  Qız  dillənmədi,  heç  yerindən  də 

tərpənmədi. Co isə bayırdakı qaranlığı, əvvəllər ikilikdə qaldıqları gecələri düĢündü. – Gedək, – 

dedi. 

– Gedək? – Qız təkrar elədi. Bu zaman o, qıza baxdı. – Hara? Nə üçün? – O hələ də baĢa 



düĢmürdü.  Qızın  kamoda  necə  yaxınlaĢdığına,  konfet  qutusunu  onun  üstünə  necə  qoyduğuna 

fikir  verdi.  Qız  onun  gözü  qabağında  soyunmağa  baĢladı,  paltarlarını  bir-bir  əynindən  çıxarıb 

yerə tulladı. 

Co dedi: 

– Burda? Elə burda? – Ġlk dəfəydi çılpaq qadın görürdü, hərçənd düz bir ay idi ki, bu qızla 

yaĢayırdı. Lakin belə bir gözəl mənzərə ilə qarĢılaĢa biləcəyini heç ağlına da gətirməmiĢdi. 

O  gecə  onlar  yalnız  söhbət  etdilər.  Çarpayıda  bir  yerdə  uzanıb,  qaranlıqda  o  ki  var 

danıĢdılar.  Daha  doğrusu,  Co  danıĢdı.  DanıĢa-danıĢa  da  bütün  gecəni  fikirləĢdi:  “Ġlahi!  Ġlahi!  

Demək  bu  belə  olurmuĢ”.  O  da  qızla  yanaĢı  çılpaq  uzanmıĢdı,  əlini  ona  toxundurur,  ondan 

danıĢırdı. Harda anadan olması, indiyəcən nə iĢlər görməsi barədə deyil, yalnız onun bədənindən 

danıĢırdı;  sanki,  indiyəcən  heç  kim  nə  bu  qızla,  nə  də  baĢqa  birisilə  belə  Ģeylər  eləməmiĢdi. 

Sanki, o, danıĢa-danıĢa uĢaq  həvəsi,   uĢaq  marağı  ilə qadın  bədəni  barədə  hər  Ģeyi öyrənməyə 

çalıĢırdı.  Qızsa  ilk  dəfə  görüĢdükləri  gecə  söz  açdığı  xəstəliyindən  danıĢdı.  Co  bu  dəfə 

eĢitdiklərindən dəhĢətə gəlib sarsılmadı. Çılpaqlıq kimi, bədənin quruluĢu kimi bu da onun üçün  

nəsə  əvvəllər  baĢ  verməmiĢ,  yaxud  mövcud  olmamıĢ  bir  Ģey  idi.  Buna  görə  o  da  qıza  öz 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə