Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə57/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   53   54   55   56   57   58   59   60   ...   192

 

11



baĢlamısan.  Amma  haqqında  dediyim  bu  xoĢ  sözlər  səni  yoldan  çıxarmamalıdır,  mən  buna 

imkan verə  bilmərəm. Bir gün məni bu dediklərimə görə peĢman etmək üçün, təzədən tənbəllik 

və avaralıq girdabına yuvarlanmaq üçün sənin hələ xeyli vaxtın və fürsətin olacaq; elə istəyin də; 

buna heç bir Ģübhəm yoxdur. Lakin cəza kimi mükafat da insan üçün Allah tərəfindən buyrulub. 

O düyəni görürsən? Bu gündən o sənindir, Ģəxsi malındır. Elə et ki, haçansa bunu sənə verdiyimə 

görə peĢman olmayım”. 

Co ona təĢəkkür etdi. Ġndi o, düyəyə baxıb ucadan deyə bilərdi: “Bu mənim özümündür, öz 

malımdır”.  Ona  baxdı  və  yenə  də,  sanki,  düĢünmədən,  bir  göz  qırpımında,  özü  də  birnəfəsə 

içindən  keçdi  Bu  hədiyyə  deyil.  Bu  heç  vəd  də  deyil,  təhdiddir  və  fikirləĢdi:  “Bunu  mən  xahiĢ 

etmədim.  Özü  verdi.  Mən  ondan  xahiĢ  etmədim”,  çünki  içində  bir  əminlik  vardı  Allah  özü 



şahiddir, mən onu öz alın tərimlə qazandım 

 

Bir ay keçdi. ġənbə günü səhər tezdən idi. “Elə bilirdim Ģəhərə getmək daha sənin xoĢuna 

gəlmir”, – Makiçern dedi.  

– Bir dəfə getməklə mənə heç nə olmaz, – Co cavab verdi. Cibində yarım dollar pulu vardı. 

Bunu ona missis Makiçern vermiĢdi. Düzdü, özü beĢ sent istəmiĢdi. Qadın isə zorla onu yarım 

dollar götürməyə məcbur etmiĢdi.  O da pulu alıb, soyuq bir ikrahla  ovcunda gizlətmiĢdi. 

–  Elədi  heç  nə  olmaz,  –  Makiçern  dedi.  –  YaxĢı  da  iĢləmisən.  Amma  Ģəhərə  getmək  öz 

həyat yolunu hələ dəqiq müəyyən eləməmiĢ, hələ tamam biĢməmiĢ cavan üçün pis vərdiĢdi.                      

Ora gizlincə qaçıb getmədi, hərçənd, lazım gəlsəydi,  o cür də edərdi, hətta zor da iĢlədərdi. 

Makiçern  özü  onun  iĢini  yüngülləĢdirdi.  Cəld,  tələm-tələsik  restorana  yollandı.  Bu  dəfə  içəri 

girəndə ayağı büdrəmədi. Ofisiant qız orada yox idi. Bəlkə də, bunu salona fikir verəndən sonra 

anladı. SarıĢın qadının oturduğu siqaret vitrininin önündə ayaq saxladı, əlindəki yarım dollarlığı 

onun üstünə qoydu. “Sizə beĢ sent borcum var. Bir fincan qəhvəyə görə. Mən o vaxt ondan həm 

qəhvə,  həm  də  piroq  istəmiĢdim,  amma  bilmirdim  ki,  o,  on  sentədir.  Buna  görə  sizə  beĢ  sent 

borcluyam”.  PiĢtaxtaya tərəf baxmadı. ġlyapalarını yan qoyub, damaqlarında siqaret tüstülədən 

kiĢilər  yenə  orda  oturmuĢdular.  Belinə  çirkli  önlük  bağlamıĢ  restoran  sahibi  də  ordaydı;  Co, 

nəhayət, onun siqaret tüstüsünün arasından keçib gələn səsini eĢitdi. 

– Nolub orda? Ona nə lazımdı? 

– Deyir ki, Bobbiyə beĢ sent borcu var, – qadın cavab verdi. – Bobbiyə beĢ sent vermək 

istəyir. – Qadın sakit danıĢırdı. Restoran sahibinin də səsi sakit idi. 

– Ġlahi, sən özün saxla, – o dedi. Coya elə gəldi ki, salonda hər Ģey səs-küyə çevrilib. Qulaq 

asmadan  eĢidir,  baxmadan  görürdü.  Qapıya  tərəf  yollandı.  Yarım  dollarlıq  sikkə  ĢüĢə  vitrinin 

üstünə atılıb qalmıĢdı. Restoran sahibi uzaqdan da olsa,  onu görə bildi, dedi: 

– Bəs o nə üçündü? 




 

11



– Deyir ki, bir fincan qəhvəyə görə bizə borcu var, – qadın izah elədi. 

Co artıq qapıya çatmaq üzrəydi. 

–  Bura  bax,  Cek,  –  restoran  sahibi  onu  arxadan  səslədi.  Co  dayanmadı.  –  Onun  pulunu 

özünə  qaytar,  –  restoran  sahibi  hələ  də  yerindən  tərpənmədən  yumĢaq  səslə  dedi.  Heç  bir 

hərəkətin təsirinə  məruz qalmayan siqaret tüstüsü, yəqin ki, sifətinin önündə  yenə də öz ahəngi 

ilə  yuxarı qalxırdı. – Qaytar ver özünə, – o, dedi. – Bilmirəm onun nə  bicliyi var. Ancaq burda 

keçməz. Qaytar pulunu. Ey, kəndçi, sən öz fermana çıxıb getsən yaxĢıdı. Orda beĢ sentə, bəlkə, 

hansısa qızın baĢını tovlaya bilərsən.  

Və  budur,  artıq  küçədədir,  araba  təkəri  kimi  iri,  yarım  dollarlıq  sikkə  tər  içində  çimir, 

əlində islanırdı. GülüĢ səsləri isə onu arxadan qovurdu. KiĢilərin istehzalı gülüĢü altında qapıdan 

çıxmıĢ, oranı tərk etmiĢdi. Bu gülüĢ küçədə də  onu  haqladı,  sanki,  yerdən qaldırıb  bir  müddət 

özüylə  apardı;  sonra  sürətlə  irəliyə  Ģığıdı,  öləziyib  sönəndə  isə  onu  yerə  –  səkiyə  atdı.  Və  o, 

ofisiant  qızla  üz-üzə  qaldı.  Qızın  əynində  qara  palto,  baĢında  Ģlyapa  vardı,  baĢını  aĢağı  salıb 

yeyin-yeyin  gedirdi,  onu  dərhal  görmədi.  Amma  görən  kimi  ayaq  saxladı;  o  vaxt  restoranda 

olduğu kimi yenə də baĢını qaldırmadı, ona tərəf baxmadı, amma baxıbmıĢ kimi hər Ģeyi anladı. 

Dedi: “Aha-a. Deməli, siz mənə pul verməyə gəlmiĢdiniz. Özü də onların gözü qabağında. Onlar 

da sizə güldülər, eləmi?  Bir iĢə bax”. 

– FikirləĢdim ki, birdən o pulu siz özünüz ödəməli olarsınız... FikirləĢdim ki... 

– Bir buna bax. Bəlkə,  bunu unudasan, hə?! Unut getsin. 

Üz-üzə  dayansalar  da bir-birinə  baxmırdılar. Onları bağçada seyrə  dalarkən bir-birinə  rast 

gəlmiĢ iki rahibə bənzətmək olardı. 

– Mən, sadəcə, fikirləĢirdim ki... 

– Siz harada yaĢayırsınız? – qız soruĢdu. – Kənddəmi? Bir iĢə bax. Adınız nədir? 

– Makiçern deyil, – o dedi. – Kristmasdır. 

– Kristmas? Bu sizin soyadınızdı? Kristmas! Bir iĢə bax... 

  

Yeniyetmə vaxtlarında da, ondan sonra da özü kimi dörd-beĢ uĢaqla Ģənbə günləri ova, ya 



da  balıq  tutmağa  gedərdi.  Qızları  isə  ancaq  bazar  günləri  kilsədə  görürdü.  Qız  deyəndə  ağlına 

yalnız  bazar  günləri,  bir  də  kilsə  gəlirdi.  Buna  görə  də  onlara  diqqət  yetirmək  ağlına  belə 

gəlmirdi.  Fikir  verə  bilmirdi.  Diqqət  yetirsəydi,  bu  –  hətta  onun  üçün  –  dinə  nifrətdən  imtina 

etmək  olardı.    Amma  oğlanlarla  birlikdə  olanda  öz  aralarında  qızlardan  danıĢırdılar.  Bəlkə  də, 

onların  hansısa  (məsələn,  o  vaxt  zənci  qızla  danıĢıb  onu  yola  gətirən  oğlan)  bu  haqda  bilirdi. 

“Onlar  hamısı  bunu  istəyir,  –  o,  qalanlarına  demiĢdi.  –  Ancaq  bəzən  bunu  eləyə  bilmirlər”. 

Qalanları  bunu  bilmirdi.  Onlar  bilmirdilər  ki,  qızların  hamısı  bunu  eləmək  istəyir,  bunu  eləyə 

bilmədikləri  vaxtların  olduğundan  isə  tamam  bixəbər  idilər.  Onlar  bu  iĢi  baĢqa  cür  təsəvvür 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə