Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə65/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   61   62   63   64   65   66   67   68   ...   192

 

13



haçansa  o  qızı  gözləməyə  məcbur  qaldığı  tinə  doğru  inadla,  heysiz  halda  dördnala  çaparkən 

yavaĢıdılmıĢ kino lentini xatırladırdılar.  

At isə artıq ayaq üstə möhkəm dura, dördnala qaça bilmirdi, ağır-ağır zorla nəfəs alırdı; hər 

dəfə  nəfəs alanda, elə bil, inildəyirdi. Dəyənək isə durmadan qalxıb-enir, atın sürəti zəiflədikcə, 

zərbələrin  sayı  da  artırdı.  At  getdikcə  sürətini  yavaĢıdaraq  özünü  səkinin  qırağına  verməyə 

çalıĢdı.  Co cilovu özünə tərəf  möhkəm dartıb, onu bir də  vurdu, amma at özünü zorla  səkinin 

qırağına çatdırıb, ay iĢığının almalı kölgəsində bütün bədəni əsə-əsə dayandı, baĢını yerə dikib, 

elə  ağır  nəfəs  aldı  ki,  elə  bil,  insan  səsi  çıxarırdı.  Belindəki  oğlan  isə  hələ  də  atın  yalmanına 

sinib,  indicə  irəli  sıçrayacaq  bir  vəziyyət  almıĢdı;  əlindəki  dəyənəklə  qəzəblə  atın  sağrısına 

döyəcləyirdi. Əgər dəyənəyin Ģappıltısı, yazıq heyvanın iniltisi olmasaydı, onları pyedestalı tərk 

edib, ay iĢığında adda-budda kölgəyə bürünən sakit, bomboĢ küçədə yorğun-arğın halda donub 

qalmıĢ atlı heykəlinə bənzətmək olardı. 

Co atdan düĢdü. Ön tərəfinə keçib, onu  irəli dartıĢdırmağa  baĢladı, sanki, atı öz gücü  ilə 

hərəkətə  gətirmək,  sonra  da  belinə  sıçramaq  istəyirdi.  Atsa  yerindən  tərpənmək  bilmirdi.  Co 

inadından əl çəkmədi; onu irəliyə dartıĢdırmaqda davam etdi. Bu vəziyyətdə onlar – atla oğlan 

yenə  də  daĢ  heykəl  kimi  qarĢı-qarĢıya,  demək  olar  ki,  baĢ-baĢa  donub  qaldılar;  elə  bil,  ibadət 

edirdilər,  ya  da  nəyəsə  diqqətlə  qulaq  asır,  yaxud  nə  haqdasa  məsləhətləĢirdilər.  Sonra  Co 

əlindəki  dəyənəklə  yerindən  tərpənmək  bilməyən  atın  baĢına  döyməyə  baĢladı.  Var  gücü  ilə 

vururdu, axırda dəyənək qırıldı, amma o dayanmadı; əl boyda dəyənək qırığı ilə onu döyməyinə 

davam etdi. Bir qədər sonra isə – artıq ata acı çəkdirə bilmədiyinimi baĢa düĢdü, yoxsa qolumu 

yoruldu  –  əlindəki  ağac  parçasını  yerə  atıb  sürətlə  ordan  uzaqlaĢdı.  Heç  dönüb  geriyə  də 

baxmadı. Ağ köynəyi kölgələr arasında getdikcə kiçilə-kiçilə bu atın həyatından birdəfəlik qaçıb 

getdi, sanki, belə bir heyvan heç vaxt mövcud olmamıĢdı. 

HəmiĢə görüĢə  gəldiyi tini ötüb keçdi. Əgər o bu anda, ümumiyyətlə, nəsə  sezsəydi, nəsə 

düĢünsəydi,  yəqin  ki,  bunu  demiĢ  olardı  İlahi  gör  bu  haçan  olub.  Gör  haçan  olub    Yol  artıq 

çınqıllı küçəyə dönmüĢdü. Hələ, ən azı, bir mil yol getməliydi, buna görə də qaçmağa baĢladı – 

amma o qədər də  bərk  yox; ehtiyatla,  bir ahəngdə, sanki,  ayağının altına diqqət eləyirmiĢ kimi 

baĢını  azca  aĢağı  sallayaraq  peĢəkar  qaçıĢ  ustası  kimi  dirsəklərini  yanına  qısaraq  qaçırdı.  Ay 

iĢığında  ağappaq  ağaran  yol,  adətən,  dünən  hardan  gəldikləri,  sabahsa  hara  gedəcəkləri 

bilinməyən  adamların,  Ģəhərətrafı  zirzibilliklərdə  məskunlaĢan  sakinlərin  yaĢadığı  xırda, 

nizamsız səpələnmiĢ, sınıq-salxaq evlərin arasında itib-batırdı. Bütün evlərə qaranlıq çökmüĢdü 

– yalnız birindən, onun qaçıb çatmaq istədiyi evdən baĢqa. 

Evin  tuĢuna  çatanda  qaça-qaça  dönüb  yoldan  çıxdı;  eyni  sürətlə  atılan  addım  səsləri 

gecənin  sakitliyində  aydın  eĢidilirdi.  Bəlkə  də,  o  artıq  ofisiant  qızın  əynində  qara  yol  paltarı, 

baĢında Ģlyapa çamadanlarını  yığıĢdırıb onu gözlədiyini  xəyal etmiĢdi (necə gedəcəkləri,  nəylə 



 

13



gedəcəkləri  barədə  isə  bir  dəfə  də  olsun  düĢünməmiĢdi),  bəlkə,  elə  Meymlə  Maksı  da  gözü 

önünə  gətirmiĢdi,  amma  yəqin  ki,  onlar  geyinməmiĢdilər:  kiĢi  pencəksiz,    bəlkə  də,  sadəcə,  alt 

paltarında, qadın isə mavi kimonoda; hər ikisi vida anının qaydasına uyğun qayğıkeĢ, Ģən, hay-

küylü  olmalıydılar.  Əslində  isə  o,  ümumiyyətlə,  heç  nə  barədə  düĢünmürdü,  axı  qıza    yola 

hazırlaĢmağı da tapĢırmamıĢdı. Bəlkə də, ona elə gəlirdi ki, bunu qıza deyib, ya da o özü bunu 

baĢa  düĢməlidi,  çünki  keçmiĢ  hərəkətləri  və  gələcək  üçün  planları  Conun  özünə  çox  sadə  və 

hamının  dərhal  baĢa  düĢəcəyi  bir  Ģey  kimi  görünürdü.  Bəlkə  də  ona  elə  gəlirdi  ki,  qız  maĢına 

minəndə evə pul dalınca getdiyini də ona söyləyib. 

Qaçıb  artırmaya  çıxdı.  Ġndiyəcən,  hətta  bu  evdə  keçirdiyi  ən  xoĢ  günlərdə  belə,  həmiĢə 

mümkün qədər tez və nəzərə çarpmadan yoldan xəlvətcə siviĢib bu artırmanın, onu gözlədikləri 

evin  daldasına  sığınmaq  istəmiĢdi.  Qapını  döydü.  Əvvəlcədən  də  güman  etdiyi  kimi,  qızın 

otağında  iĢıq  yanırdı,  dəhlizdə  də  həmçinin;  pərdəsi  bağlı  pəncərələrdən  cürbəcür  səslər 

eĢidilirdi,  amma  o  səslərdə  Ģən  əhval-ruhiyyədən  daha  çox  narahatlıq  duyulurdu;  bunun  belə 

olacağını  özü  də  qabaqcadan  hiss  etmiĢdi,  düĢünmüĢdü    Yəqin  onlar  elə  bilirlər  ki,  artıq 



gəlməyəcəm. Lənətə gəlmiş yabı. Lənətə gəlmiş yabı Yenə qapını döydü, lap bərkdən, sonra onun 

dəstəyindən  yapıĢıb  silkələməyə,  dartıĢdırmağa  baĢladı,  sifətini  pərdə  tutulmuĢ  ĢüĢəsinə 

yapıĢdırdı.  Ġçəridəki  səslər  susdu.  Evdən  cınqırtı  belə  eĢidilmədi.  Ġki  iĢıq  –  qızın  otağındakı 

pərdənin və qapının bulanıq ĢüĢəsinə çəkilmiĢ örtüyün iĢığı gur və rahatca yanırdı; o, dəstəkdən 

yapıĢıb qapını var gücü ilə itələdiyi an, elə bil, evdəkilərin hamısı birdən öldü. Yenə, demək olar 

ki, heç bir fasilə  vermədən qapını döydü; qapı əlinin altında qəfil və sakitcə (nə  pərdəyə kölgə 

düĢdü,  nə  də    addım  səsi  eĢidildi)    açılarkən  o  hələ  də  onu  tıqqıldadırdı.  Sanki,  qapı  özü  onu 

dartıb içəri saldı, ayağını kandardan içəri qoyanda Maks qapının arxasından peyda olub yolunu 

kəsdi. O, əməlli-baĢlı geyinmiĢdi, hətta Ģlyapası da baĢındaydı. – Kimi görürəm, – dedi. Bunu o 

qədər  də  ucadan  demədi,  hər  Ģey  elə  alındı  ki,  sanki,  o  özü  Conu  dartıb  dəhlizə  salmıĢ,  oğlan 

artıq evin içində olduğunu dərk etməyə macal tapmamıĢ qapını örtmüĢdü. Ancaq  səsi yenə də 

ikibaĢlı, anlaĢılmazdı, elə  bil,  həm səmimiydi,  həm də  heç  bir  məmnunluq,  nəĢə  ifadə etmirdi, 

tamamilə bomboĢ idi; sanki, əvvəllər həmiĢə özüylə gəzdirdiyi, Coya da arxasından baxdığı sifət 

ifadəsi  kimi  son  dərəcə  zahiri,  saxta  bir  Ģeydi;  Co  məhz  buna  görə  o  vaxtlar  Maksa  çaĢqınlıq, 

qəzəb içində  baxardı. – Axır ki... Bu da bizim Romeo, – o dedi. – Bil-strit kralı.– Bu dəfə səsini 

bir az ucaltdı, “Romeo” sözünü isə lap ucadan dedi. – Keç içəri, qonağımız ol. 

Co  artıq  tanıĢ  qapıya  doğru  gedirdi,  yenə  də,  az  qala,  qaçırdı,  bu  qaçıĢa  heç  ara 

vermiĢdimi?! Maksı dinləmirdi. Bil-srtitin, Memfisdə bu üç-dörd məhəllədən ibarət olan bu yerin 

adını  belə  eĢitməmiĢdi;  onunla  müqayisədə  Harlem  yalnız  kinodekorasiya  ola  bilərdi.  O,  heç 

nəyə  baxmırdı.  Buna  görə  də  dəhlizin  lap  dərinliyində  dayanmıĢ    sarıĢın  qadını  birdən  gördü. 

Onun  dəhlizə  haçan  çıxdığını  anlamadı,  çünki  Co  içəri  girəndə  o  qadın  orda  deyildi.  Ġndi  isə 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə