Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə64/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   60   61   62   63   64   65   66   67   ...   192

 

13



DemiĢdim axı, bir gün öldürəcəm! Bunu ona demiĢdim axı!” Kətili sağa-sola qovzaya-qovzaya, 

sifətində  sakit  bir  ifadə,  dalı-dalı  qapıya  tərəf  getdi.  “Heç  kim  yerindən    tərpənməsin!”  –  dedi, 

gözlərini sürətlə, ara vermədən, sanki, maska taxılmıĢ sifətlərin üzərində gəzdirdi. Sonra əlindəki 

kətili yerə atıb geri döndü, cəld qapıdan bayıra, yumĢaq və xal-xal ay iĢığına bürünmüĢ torpağın 

ağuĢuna atıldı. Qızı, maĢına minəndə haqladı. Möhkəm tövĢüyürdü, ancaq səsi hələ də sakit idi: 

sifəti, elə bil, yuxuya  getmiĢdi, amma ağır nəfəs alırdı, eĢitmək olurdu. “Get, Ģəhərə qayıt, – o 

dedi.  –  Mən  də  ora  gələcəm,    qoy...”    Güman  ki,  hələ  nə  dediyinin,  nə  hadisə  baĢ  verdiyinin 

fərqində  deyildi:  qız  maĢının  qapısı  ağzında  geri  dönüb,  onu  Ģapalaqlamağa    baĢlayanda  

yerindən tərpənmədi, səsi də əvvəlki kimi sakit çıxdı: “YaxĢı. Düzdü. Orda olacam, qoy...” Sora 

geri dönüb ordan qaçdı, qız isə hələ də onu ĢapalaqlayırmıĢ kimi əllərini havada oynadırdı.  

Makiçernin  atı  harda  saxladığını,  ümumiyyətlə,  bura  atla  gəlib-gəlmədiyini  heç  cür  bilə 

bilməzdi. Ancaq, hər halda, düz o atın üstünə qaçdı, sanki, atalığının hadisələrin daim bir axarda, 

heç  bir  istisnasız  gərdiĢ  etdiyinə  möhkəm  inamı  ona  da  sirayət  etmiĢdi.  Dərhal  atın  belinə 

sıçrayıb  Ģoseyə tərəf  çapdı. MaĢın artıq o  yola  çıxmıĢdı. Ora çatanda onun qırmızı  iĢıqlarının 

getdikcə kiçilərək gözdən itdiyini gördü.  

Qoca  qoĢqu  atı  asta,  ahəngdar,  dördnala  qaçıĢla  evə  qayıdırdı.  Yeniyetmə  oğlan  onun 

belində  rahat, sərbəst oturmuĢdu,  xeyli qabağa  əyilərək özünü rahatca tarazlamıĢdı  və  yəqin ki, 

bütün qadağaları, Olmazları həmiĢəlik bir kənara atdığı, Ģərəf və qanun məngənəsindən, axır ki, 

birdəfəlik  qurtulduğu  üçün  Faust  kimi  sevinirdi.  Hərəkətdə  ikən  kəskin  at  tərinin  kükürd 

qoxusuna bənzər iyi burnuna vururdu; gözlə görünməyən külək üzünə əsirdi. O, ucadan qıĢqırdı: 

“Axır ki, mən bunu elədim! Axır ki, mən bunu elədim! DemiĢdim axı eləyəcəm!” 

ġosedən cığıra dönüb, atın sürətini azaltmadan ay iĢığı altında evə doğru çapdı. FikirləĢirdi 

ki, ev qaranlıq olacaq, amma qaranlıq deyildi. Heç bir tərəddüd keçirmədi; indi gizlətdiyi kəndir 

də Ģərəf və ümid kimi, on üç ildir ən baĢlıca düĢmənlərindən biri olan və budur, hələ də yuxuya 

getməyib onu gözləyən bu zəhlətökən qarı kimi  artıq onun üçün yaĢanmıĢ, geridə qalmıĢ həyatın 

bir  hissəsinə  çevrilmiĢdi.  Qarıyla  Makiçernin  yataq  otağında  iĢıq  yanırdı,  qadın  özü  isə  gecə 

köynəyində  çiynində  Ģal  qapının  ağzında  dayanmıĢdı.  “Co?”  –  o  dedi.  Oğlan  yeyin  addımlarla 

dəhlizə  girdi.  Sifəti  Makiçernin  kətil  baĢına  çırpılan  zaman  gördüyü  sifət  kimiydi.  Bəlkə  də, 

qadın hələ ona əməlli-baĢlı diqqət yetirə bilməmiĢdi. “Nə olub? – qadın dedi. – Atan ata minib 

getdi.  Mən  onun...”  Bu  anda  oğlanın  sifətini  gördü.  Ancaq  geri  çəkilməyə  macal  tapmadı.  O, 

qadını  vurmadı,  sadəcə,  onu  qapıya  gedən  yoldan  dərhal,  tələm-tələsik  yox  etmək  üçün  əliylə 

kobudcasına kənara itələdi. Sanki, qapı önünə çəkilmiĢ pərdəni hirslə kənara çəkdi. 

“O  rəqsdədir,  –  Co  dedi.  –  Çəkil  yolumdan,  qarı”.  Qadın  geriyə  döndü,  bir  əliylə  Ģalını 

sıxıb, o biri əliylə qapıdan yapıĢdı, Co otağın içindən keçib, pilləkənlərlə qaça-qaça çardaqdakı 

otağına çıxanacan onun ardınca baxdı. Yuxarı qaçarkən Co bir dəfə  dönüb arxaya boylandı. Bu 



 

13



zaman qadın lampa iĢığında onun diĢlərinin necə parıldadığını gördü. “Orda rəqsdədir, eĢidirsən? 

Ancaq  rəqs-zad  eləmir”.  Arxaya  dönüb,  lampaya  tərəf  baxa-baxa  qəhqəhə  çəkdi;  sonra  baĢını 

qabağa döndərib gülməyinə  və qaçmağına ara  vermədən,  yenə də qaça-qaça, gülə-gülə gözdən 

itdi – əvvəlcə baĢı, sonra isə  bütün bədəni yox oldu; sanki, qaça-qaça  elə  bir Ģeyə çırpıldı ki, o 

Ģey onu yazı taxtasına tabaĢirlə çəkilmiĢ Ģəkil kimi silib yox elədi.   

Qadın hıqqına-hıqqına pilləkənlə onun ardınca yuxarı qalxdı. Elə dərhal, Co yanından ötüb 

keçən kimi dalınca düĢdü; sanki, ərini burdan aparan qarĢısıalınmaz qüvvə oğulluğu ilə birlikdə 

evə qayıtmıĢ, ərindən ona keçmiĢdi. Bir əliylə  məhəccərdən yapıĢıb, o biri əliylə  Ģalını sinəsinə 

sıxa-sıxa, dinib danıĢmadan, arxadan onu səsləmədən dar pilləkənlərlə yuxarı dırmaĢdı. Bu anda 

o,  mövcud  olmayan  hökmdarın  əmrini  yerinə  yetirən  ruha  bənzəyirdi.  Co  lampanı 

yandırmamıĢdı.  Amma  otağa  zolaq-zolaq  ay  iĢığı  düĢürdü,  hərçənd  qadın  onun  nə  etdiyini 

bunsuz da görə bilərdi. Divardan yapıĢmıĢdı, ayaq üstə güclə dura bilirdi, əlini divarda gəzdirə-

gəzdirə  birtəhər çarpayının yanına çatanda isə çökdü, onun üstündə əyləĢdi. Bunacan xeyli vaxt 

keçdi,  çünki  qadın  öz  saxlancına  tərəf  boylananda  Co  artıq  çarpayıya  yaxınlaĢmıĢdı;  qadın  ay 

iĢığında  onun  dəmir  qutunu  necə  ağzı  üstə  çevirdiyini,  xırda  sikkələri,  kağız  pulları  necə 

qarmaladığını, onları cibinə necə soxduğunu gördü. Yalnız bu anda Co ona – bir əliylə çarpayıya 

dirsəklənən, o biri əliylə isə Ģalından yapıĢıb bir qədər arxaya əyilərək oturan qadına tərəf baxdı. 

“Mən  özüm  qəsdən  bunları  səndən  xahiĢ  edib  istəmədim,  –  o  dedi.  –  Yadında  saxla.  Özüm 

istəmədim,  qorxdum  ki,  verəcəksən.  Onları  özüm  götürdüm.  Bunu  unutma”.  Və  sözünü 

bitirməmiĢ,  dönüb  qaçmağa  baĢladı.  Qadın  onun  aĢağıdan  gələn  iĢığı  necə  yarıb  keçdiyinə, 

pilləkənlə  necə  aĢağı  düĢdüyünə  arxadan  tamaĢa  elədi.  Oğlan  gözdən  itsə  də,  onu  hələ  də 

eĢidirdi. Sonra dəhlizdən qaçaraq ayaq səslərini, bir qədər sonra isə həyətdən yüyəni buraxılmıĢ 

at ayaqlarının tappıltısını duydu, çox keçməmiĢ bu tappıltılar da kəsildi, eĢidilməz oldu. 

 

Gecə  saat birin zəngi eĢidiləndə  Co qoca, artıq  yorulub  əldən düĢmüĢ atı Ģəhərin  mərkəzi 



küçəsilə  çapırdı.  At  çoxdan  təngnəfəs  olmuĢdu,  tez-tez  büdrəyirdi,  amma  Co  yoğun  dəyənəklə 

onun  sağrısına  həmahəng  zərbələr  endirir,    zorla  qaçmağa  məcbur  edirdi.  Bu,  qamçı  deyildi, 

sınıq 

 

süpürgə  sapıydı,  bundan  əvvəl  miss  Makiçern  onu  çiçək  ləkində  hansısa  bitkiyə  dayaq 



vurmuĢdu. At hələ də dördnala qaçsa da, onun sürəti piyada yeriyən adamın sürətindən  azca iti 

olardı. Elə dəyənək də o cür yorğun,  son dərəcə yavaĢ-yavaĢ qalxıb-enirdi, atın belindəki cavan 

oğlan isə hələ də bütün bədənini qabağa əyib onun yalmanına sinmiĢdi, elə bil, atın necə əldən 

düĢdüyündən  xəbərsiz  idi;    ya da ay  iĢığında  ala-bulaya çalan küçədə  ayaqlarını zorla,  yavaĢ-

yavaĢ yerə basan bu yorğun, heydən düĢmüĢ  heyvanı zorla irəli qovurdu. Bu vəziyyətdə onlar – 

at və onun  belindəki oğlan  – qəribə,  ilğımlı  bir görünüĢ almıĢdılar; onlar oğlanın,  bəlkə də,  bu 

qədər  basqılı  olmayan,  amma  ən  azı,  bu  qədər  hövsələsiz,  bundan  da  cavan  istəyinə  ram  olub 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə