Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə66/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   62   63   64   65   66   67   68   69   ...   192

 

13



ordaydı,  elə  bil,  birdən-birə  göydən  düĢmüĢdü.  O  da  geyinikli  idi,  əynində  qara  yubka  vardı, 

Ģlyapası da əlindəydi. Yanındakı qara açıq qapının o tayında, yarıqaranlıq otaqda isə yol yükü – 

bir  neçə  çamadan  hazır  vəziyyətdə  qoyulmuĢdu.  Bəlkə  də  o,  heç  bunları  görmədi.  Bəlkə,    göz 

atıb bir anlığa Mən heç bilmirdim ki, onun bu qədər çox əşyası var düĢüncəsindən də sürətlə, bir 

qırpıma gördü. Bəlkə, elə o an  ilk dəfə ağlına gəldi ki, onların getməyə  heç  bir  miniyi  yoxdu, 

düĢündü Bəs mən bütün bunları necə aparacam   Ancaq dayanmadı, tanıĢ qapıya tərəf getdi. Və 

yalnız  əli  ilə toxunanda o qapının arxasına ölü  bir sükut çökdüyünü  hiss etdi;  elə  bir sükut ki, 

artıq on səkkiz ildir bildiyi kimi, onu tək adam heç cür yarada bilməz. Amma yenə dayanmadı, 

yəqin  ki,  dəhlizin  yenidən  boĢaldığını,  sarıĢın  qadının  eĢidilmədən,  görünmədən  yenidən  yoxa 

çıxdığını da hiss etmədi.   

Qapını  açdı.  Ġndi  o  qaçırdı,  yəni  insan  qəfil  yerə  mıxlanıb  qaldığı  anda  özündən,  öz 

bilgisindən xeyli qabağa qaçdığı kimi. Ofisiant qız çarpayıda oturmuĢdu, onu bu pozada bir dəfə 

də  olsun  görməmiĢdi.  Əvvəldən  güman  etdiyi  kimi  qız  qara  paltarda,  qara  Ģlyapada  idi.  BaĢını 

aĢağı  salıb  oturmuĢdu,  qapı  açılanda  da  onu  qaldırmadı,  baxmadı,  həddən  artıq  gen  paltarda 

qeyri-təbii    görünən  hərəkətsiz  əlində  siqaret tüstülənirdi.  Otaqdakı  yad  kiĢini  də  Co  elə  bu  an 

gördü.  Əvvəllər  onunla  heç  rastlaĢmamıĢdı.  Ancaq  indi  bunun  fərqində  deyildi.  O  bunu  da, 

yarıqaranlıq otaqda bir anlığa gözünə dəyən, sonra isə gözün düĢüncə sürətilə ayaqlaĢa bilmədiyi 

üçün unutduğu çamadanları da yalnız sonralar xatırladı.   

Tanımadığı, yad adam da çarpayıda oturmuĢdu, siqaret çəkirdi. ġlyapasını gözünün üstünə 

basmıĢdı,  buna  görə  də  ağzı  yaxĢı  görünmürdü,  üstünə  kölgə  düĢmüĢdü.    O,    nə  yaĢlı,  nə  də 

cavan idi. Maksa çox oxĢayırdı, elə bil, doğma qardaĢ idilər – Afrika kəndlərindən birinə düĢən 

iki  ağ  adamın  yerlilərin  gözündə  doğma  qardaĢa  bənzədikləri  kimi.  Onun  sifəti,  daha  doğrusu 

iĢıq düĢən çənəsi daĢ kimi donuq idi. Yad adamın ona tərəf baxıb-baxmadığını bilmirdi. Maksın 

arxada  dayandığından  da  xəbərsizdi.  Amma  nədən  danıĢdıqlarını  anlamasa  da,  onlara  qulaq 

asmasa da səslərini eĢidirdi:  Özündən soruş   

O hardan bilir  Bəlkə də o bu sözləri  eĢitdi. Amma yox.  Yəqin ki,  bu səslər onun üçün 

möhkəm  bağlanmıĢ  pəncərələrin,  ya  da  baxdığı,  amma  hələ  görə  bilmədiyi  səliqəylə  düzülmüĢ 

çamadanların arxasından eĢitdiyi həĢərat vızıltısı qədər də əhəmiyyətli deyildi.  Bobbi deyir ki, o, 

dərhal aradan sivişib çıxdı 

Bəlkə,  o bilir.  Bir bilək görək də, biz niyə burdan baş götürüb qaçırıq 

Ġçəri girdiyindən, qaçmağa ara vermədiyindən bəri hələ də yerindən tərpənməmiĢdi. Maks 

onun çiyninə toxunanda elə sərt arxaya döndü ki, elə bil, qaçan adamı qəfil tutub saxlamıĢdılar. 

Heç  ağlına  da  gətirməzdi  ki,  Maks  da  otaqdadır.  Çiyninin  üstündən  çıldırmıĢ  kimi  hirsli-hirsli 

ona baxdı. “De görək, cavan oğlan, – Maks dedi. – Nə baĢ verib orda?” 

– Harda – orda? – Co dedi.  




 

13



–  Qocanı  deyirəm.  Səncə,  onun  iĢini  birdəfəlik  bitirmisən?  Amma  düzünü  de.  Sən  ki, 

Bobbinin belə bir zibilə bulaĢmasını istəməzsən. 

– Bobbi, – Co  dedi. FikirləĢdi  Bobbi, Bobbi Geriyə dönüb yenidən qaçmağa baĢladı; bu 

dəfə Maks, o qədər kobud olmasa da, əl atıb onun çiynindən yapıĢdı.  

– Bura bax, – Maks dedi. – Burda biz hamımız dostuq axı.  Sən onun iĢini bitirmisən? 

–  ĠĢini  bitirmiĢəm?  –  Co  aramsız  uĢaq  suallarından  təngə  gəlmiĢ  adam  kimi  hövsələsini 

zorla basıb hirslə dedi.   

Sonra yad adam dilləndi: 

– Kətili baĢına çırpdığın adamı deyirik. O öldü? 

– Öldü?  – Co təkrar etdi. BaxıĢlarını  yad adama  tərəf çevirdi.  Bu  vaxt  yenə  ofisiant qızı 

gördü  və  yenə  də  qaçdı.  Amma  bu  dəfə,  doğrudan  da,  hərəkətə  gəldi.  Hər  iki  kiĢini  tamam 

unutdu.  Çarpayıya  yaxınlaĢdı,  sifətində  vəcd  və  qalibiyyətqarıĢıq  bir  ifadə,  cibindən  nəsə 

çıxarmağa çalıĢdı. Ofisiant qız ona tərəf baxmırdı. Ġçəriyə girdiyi andan bəri bir dəfə də olsun, 

ona  tərəf  baxmamıĢdı,  amma  çox  güman  ki,  o,    bunu  heç  hiss  eləməmiĢdi  də.  Qız  bir  dəfə  də 

olsun,  yerindən  qımıldanmamıĢdı,  əlindəki  siqaret  hələ  də  tüstülənirdi.  Onun  rəngi  qaçmıĢ,  iri, 

tərpənməz  əlləri    biĢmiĢ  ət  kimi  cansız  idi.  Yenə  kimsə  arxadan  Conun  çiynindən  yapıĢdı.  Bu 

dəfə yad adam idi. O, Maks çiyin-çiyinə dayanmıĢdı; hər ikisi Coya baxırdı. 

– Uzatma. Əgər qocanın iĢini bitirmisənsə, elə də de. Bilirsən, belə bir Ģeyi uzun müddət 

gizli saxlaya bilməzsən. Uzağı bir ay, ay yarımdan sonra onsuz da hər Ģey üzə çıxacaq.  

 – Sizə dedim axı, bilmirəm! – Co dedi. Əsəbi halda, amma hələ qəzəbsiz, gah bunun, gah 

da  onun  sifətinə  baxa-baxa.  –  Mən  onu  vurdum.  O  da  yıxıldı.  Ona  əvvəlcədən  demiĢdim. 

DemiĢdim  ki,  bir  gün  öz  payını  alacaq.  –  Gah  bunun,  gah  da  onun  sifətinə  baxırdı  –  hər  ikisi 

sakit, ifadəsiz, demək olar ki, eyni idi. Yad adamın yapıĢdığı çiynini dartıĢdırmağa baĢladı. 

Ġndi də Maks danıĢırdı. 

– Bəs bura niyə gəlmisən? 

–  Mən  niyə...  –    dedi.  –  Mən  niyə  bura...  –  hirsli  baxıĢlarını  bu  sifətdən  o  sifətə  keçirə-

keçirə  öləziyən  səslə  təkrar  etdi,  amma  hələ  ki,  qəzəbini  boğa  bilirdi.  –  Nə  üçün  gəlmiĢəm? 

Bobbini  aparmağa.  Siz  elə  bilirsiniz  mən....    mən  ki  evə,  evlənmək  üçün  pul  götürməyə 

getmiĢdim... – yenidən onları tamam unutdu, beynindən çıxarıb atdı. Ġrəli dartınıb, yenə də heç 

nəyi xatırlamadan, məğrur-məğrur, təntənəylə üzünü qıza sarı çevirdi. Yəqin ki, bu təntənəli an o 

kiĢilərin hər ikisini havaya sovrulan bir cüt kağız parçası kimi onun həyatından silib atdı. Yəqin 

ki, o heç Maksın qapıya tərəf dönüb, kimisə çağırdığını, bir saniyədən sonra sarıĢın qadının otağa 

girdiyini də hiss etmədi. Ofisiant qızın baĢını aĢağı salıb hərəkətsiz halda oturduğu çarpayının – 

qızın üzərinə əyildi, cibindəki kağız, sikkə pulları qamarlayıb çarpayının üstünə tökməyə baĢladı. 

– Ala! Buna bax. Bax. Gedib gətirdim. Görürsən?    



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə