Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə68/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   64   65   66   67   68   69   70   71   ...   192

 

13



onu  unutmusan  bu  da  bizim  romeonun  pulcuğazları  allah  bilir  yolda  hansı  bazar  günü 

məktəbinin kassasını soyub indi onlar bobbinindi bəyəm görmədin özü ona verdi səxavəti gözünə 

girsin nə deməkdir götür onları qızım hamısını yığışdır hesab elə ki borcunu ödəyib ya da xatirə 

hədiyyəsi  və  ya  buna  bənzər  bir  şey  kimi  qəbul  elə    nədi  götürmək  istəmir  belə  de  sən  bir 

bədbəxtliyə  bax  gör  nə  müşkülə  düşmüşük  burda  atıb  getməyəcəyik  ki  döşəmə  çürüyəcək  onda 

deşiklər  açılacaq  artıq  belə  bir  deşik  açılıb,  amma  o  çox  böyükdür  bu  pul  ona  çatmaz  ona 

ümumiyyətlə  heç  nə  çatmaz  ey  bobbi  ey  balaca  düz  eləyirsən  mən  özüm  onları  bobbi  üçün 

götürərəm  heç  nəyi  götürə  bilməzsən  yəni  demək  istədim  ki  yarısını  götürərəm  bobbi  üçün  əl 

vurmayın  onlara  heyvərələr  onlar  nəyinizə  lazımdı  bu  onun  pullarıdır  aman  allah  pul  onun 

nəyinə  gərəkdi  o  ki  hər  şeydən  pulsuz  istifadə  edir  onlar  ona  gərək  deyil  istəyirsən  bobbidən 

soruş  gör  ona  pul  lazımdı  biz  ona  nə  üçün  ödəyək  havayı  verirlər  dedim  ki  onlara  əl  vurma 

mənim  deyil  ki  burda  qoyub  gedəm  bobbinindi  sənin  ki  deyil  yoxsa  lənət  şeytana  deyirsən  ki 

onun sənə də borcu qalıb yoxsa məndən xəlvət sən də özünü kredit hesabına ona təslim etmisən 

dedim ki, onlara əl vurma rədd ol sən də  bu nə puldur hərəyə beş-altı dollar ancaq düşər  Sonra 

sarıĢın  qadın  onun  üstünə  əyildi,  –  bu  zaman  o,  sakitcə  qadına  baxırdı,  –  donunun  ətəyini 

qaldırdı, corabının boğazından bir dəstə pul çıxardı, onların arasından bir əskinas götürüb onun 

Ģalvarının kiçik saat cibinə soxdu. Sonra qadın yox oldu tez olun tez olun burdan çıxaq sən özün 



hələ hazır deyilsən hələ kimononu qatlayıb çamadana qoyacaqsan yaxanı bağlayacaq ən azı bir 

dəfə  də    pudralanacaqsan  mənim  çamadanımı,  şlyapamı  bura  gətir  indi  get  yox  sən  bobbinin 

qalan çamadanları götür gedin maşına minin maksla məni orda gözləyin elə bilirsiniz mən sizi 

burda tək qoyacam ki onun o  axırıncı pulunu da əkişdirəsiniz tez olun çıxın burdan  

Sonra onlar  çıxıb  getdilər:  son  addım,  son  qapı  cırıltısı.  Sonra  o,  maĢın  mühərrikinin  iĢə 

düĢdüyünü eĢitdi, cücülərin səsi  batdı;  maĢının gurultusu onların  vızıltısından daha gur çıxırdı, 

sonra  bərabərləĢdi,  yavaĢ-yavaĢ  zəiflədi,  axırda  yalnız  cücülərin  vızıltısı  qaldı.  Lampanın  düz 

altında  uzanmıĢdı.  Hələ  tərpənə  bilmirdi,  sadəcə,  heç  nə  görmədən  baxır,  heç  nə  anlamadan 

dinləyirdi; naqilin ucları hələ birləĢməmiĢdi və o, hərdənbir uĢaq kimi dodaqlarını yalaya-yalaya 

sakitcə uzanıb qalmıĢdı.    

Sonra  naqilin  ucları  bir-birinə  toxundu,  birləĢdi.  Bunun  hansı  anda  baĢ  verdiyini  dəqiq 

bilmədi, yalnız birdən hiss etdi ki, baĢı bərk ağrıyır, ehmalca qalxıb oturdu, tədricən özünə gəlib 

ayağa qalxdı. BaĢı gicəllənirdi, bütün otaq düĢüncələri kimi yavaĢ-yavaĢ, yellənə-yellənə baĢına 

fırlanırdı;  buna görə də  düĢüncəsi  Hələ yox dedi. Amma  hələ də  heç  bir ağrı  hiss etmirdi,  heç 

zorla  kamoddan  yapıĢıb  güzgüdə  ĢiĢkin,  qana  bulaĢmıĢ  sifətinə  baxmağa,  əlini  ona 

toxundurmağa baĢlayanda da hiss etmədi. “Aman allah, – dedi. – Gör məni nə hala salıblar”.  O 

hələ  fikirləĢmirdi,  hələ  Ģüuruna  gedib  çatmamıĢdı  Artıq  burdan  getmək  lazımdı  Artıq  burdan 



getmək  lazımdı    Qapıya  yaxınlaĢdı,  kor,  yaxud  lunatik    adamlar  kimi  əllərini  irəliyə  uzatdı. 


 

14



Qapıdan necə keçdiyini his etmədən, dəhlizə çıxdı, sonra o biri yataq otağına girdi, yəqin ki, hələ 

bu barədə fikirləĢməsə də, çıxıĢ qapısına doğru getdiyinə ümid edirdi. Bu yataq otağı da darısqal 

idi.  Amma  ona  elə  gəldi  ki,  sarıĢın  qadın  hələ  də  burdadı,  nahamar,  darısqal  divarlar  onun 

döyüĢkən,  almaz  təmkinli  mötəbərliyi  önündə  ĢiĢib  dağılır.  Çılpaq  kamodun  üstündə    yarım 

litrlik  viski ĢüĢəsi atılıb qalmıĢdı, demək olar ki,  doluydu.  Götürüb onu  yavaĢ-yavaĢ, qurtum-

qurtum, heç bir acılıq hiss etmədən içdi,  ayaq üstə dura bilmək üçün kamoddan yapıĢdı. Soyuq, 

melassa

6

 kimi dadsız viski boğazına axdı. Viski ĢüĢəsini yerinə qoydu, kamoda söykənib baĢını 



aĢağı  saldı,  heç  nə  fikirləĢmədən,  bəlkə,  özü  də  bilmədən  gözləməyə  baĢladı;  bəlkə  də, 

ümumiyyətlə, heç nəyi gözləmirdi. Sonra içdiyi viski bədənində qızıĢmağa, özü isə yavaĢ-yavaĢ 

baĢını bulamağa baĢladı, içi-içalatı tədricən qızıĢıb hallandıqca  düĢüncəsi də o cür yavaĢ-yavaĢ 

hərəkətə  gəldi:  “Burdan  getmək  lazımdı”.  Dəhlizə  qayıtdı.  Ġndi  beyni  aydınlaĢmıĢdı,  yalnız 

bədəni sözünə baxmırdı. Onu bütün dəhliz boyu çıxıĢ qapısına çatanadək birtəhər, divardan tuta-

tuta özüylə daĢımalı oldu, fikirləĢdi:  “Hə, tez ol, özünə gəl. Burdan çıxmaq lazımdı”. FikirləĢdi 



Birtəhər  təmiz  havaya,  soyuğa,  sərin  qaranlığa  çıxa  bilsəydim  Əlləriylə  qapının  dəstəyini  necə 

axtardığına tamaĢa elədi, onlara kömək etmək, zorla saxlamaq, yönləndirmək istədi. “YaxĢı ki, 

qapını arxadan bağlamayıblar, – deyə düĢündü. – Aman Allah, yoxsa səhərəcən burda qalardım. 

Bu halda nə pəncərəni aça, nə də bayıra çıxa bilərdim”.  Axır ki, qapını açdı, bayıra çıxdı, onu 

arxasınca örtdü, özünə əziyyət vermək istəməyən bədənini bu iĢə zorla məcbur etdi; tərk edilmiĢ 

evdəki  iki  lampa  hələ  də  tərk edildiklərindən  xəbərsiz  halda, bir  vaxtlar ucuz  Ģəhvani gecələrə, 

çirkli, bulaĢıq stəkanlara, çirkli, minilmiĢ yataqlara biganə qaldıqları kimi indi də içəridə hökm 

sürən  sakitliyə, boĢluğa, bu  atılmıĢlığa  biganə  halda sakitcə  yanırdı.  Bədəni  bir  az özünə  gəldi, 

indi sözünə daha yaxĢı qulaq asırdı. Qaranlıq artırmadan keçib ay iĢığına düĢdü; baĢ-gözü qana 

bulaĢmıĢ, ac mədəsi viskinin dəmindən qızıĢıb qəddarlaĢmıĢ, azğınlaĢmıĢ halda, burdan baĢlayıb 

düz on beĢ il davam edəcək küçəyə  çıxdı.    

Bir müddət sonra içkinin dəmi avazıdı, sonra yenisilə əvəz olundu, yenidən avazıdı, amma 

küçə  bitmək  bilmədi.  O  gecədən  baĢlayaraq  yüzlərlə  küçə  hiss  olunmayan  döngələri,  bir-birini 

əvəzləyən  mənzərələri,  cürbəcür  dayanacaqları  ilə  bir-birinə  calandı;  kiməsə  yol  yoldaĢı  oldu, 

nəyəsə  xəlvəti mindi, gah qatarda, gah yük maĢınında, gah da arabada elə hey yol getdi; budur, 

iyirmi, iyirmi beĢ, otuz yaĢında sifətində hələ də daĢ kimi tərpənməz, qəddar ifadə,  çirkli, cırıq 

da olsa, Ģəhərli kostyumunda arabada əyləĢib, arabaçı isə onun kim olduğunu, hardan gəlib hara 

getdiyini  heç  cür  kəsdirə  bilmir,  soruĢmağa  da  cəsarəti  çatmır.  Küçə  onu  çəkib  özüylə 

Oklahamaya,  Missuriyə,  hətta  lap  cənuba  –  Meksikaya  apardı,  ordan  da  geriyə,  Ģimala  – 

Çikaqoya,  Detroyta  qaytardı,  sonra  isə  təzədən  cənuba  və  nəhayət,  Missisipiyə  gətirib  çıxardı. 

Bu  küçə  düz  on  beĢ  il  uzandı:  Ģəhərlərin  vəhĢi,  iyrənc  fasadları  arasından    keçib  getdi;  bu 

                                                

6

 

 Melassa – qara patka, mət (Ģəkəri çıxarılmıĢ çuğundur tullantısı) 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə