12
7
O gecəni səhərəcən elə orda, tində qaldılar. Nə yoldan kənara çəkildilər, nə də baĢqa bir
yerə gəzməyə getdilər. Ot basmıĢ dikdirdə oturub söhbət etdilər. Bu dəfə qız danıĢırdı – özü
barədə danıĢırdı. Amma onun hekayəsi o qədər də uzun olmadı. Sadəcə, Conun lap əvvəldən
bildikləri indi daha aydın Ģəkil aldı: restoran, damağından siqaret düĢməyən, yanlarından
keçərkən hırıldaya-hırıldaya bu qıza söz atan iĢsiz-gücsüz kiĢilər və onun özü – baĢı sallaq,
məhzun, yazıq görkəmdə aramsız obaĢ-bubaĢa Ģütüyən ofisiant qız... Onun söhbətinə qulaq
asarkən, sanki, burnuna adsız, ünvansız kiĢilərin torpağın xoĢ ətrini boğan çirkab iyi gəlirdi.
Qızın baĢı aĢağı sallanmıĢ, əlləri hərəkətsiz halda dizlərinin üstünə düĢmüĢdü. Əlbəttə, o bunları
görmürdü. Bunları görmək ona heç lazım da deyildi.
– Mən elə bilirdim, sən bilirsən, – qız dedi.
– Yox, – dedi. – Yəqin ki, bilmirdim.
– Elə bilirdim bilirsən.
– Yox, – o dedi. – Yəqin ki, bilmirdim.
Ġki həftə sonra o, tüstüdən gözlərini qıya-qıya siqaret çəkməyə və içməyə baĢladı.
AxĢamlar Maksla, Meymlə, bəzən isə daha üç-dörd kiĢi və bir, ya iki qadınla birlikdə içirdi;
bəzən bu qadınlar Ģəhərin özündən olurdu, bəzən isə onlar Memfisdən gətirilən, iĢsiz-gücsüz
kiĢilərin gün keçirdikləri restoranda bir həftə, yaxud bir ay piĢtaxta arxasında ofisiant kimi
çalıĢan qadınlar idi. Çox vaxt birlikdə içdiyi adamların adlarını belə bilmirdi, amma Ģlyapasının
qıraqlarını onlar kimi əzməyi yaxĢı öyrənmiĢdi; bunu heç də onlardan pis bacarmırdı: axĢamlar o
Ģlyapanı yan qoyub, Maksgilin pərdələri örtülmüĢ otağına yığıĢmıĢ yad adamlarla bir yerdə
yeyib-içir, ümidsiz yeniyetmə səsilə onlara ofisiant qız haqqında, onun qulağı eĢidə-eĢidə ağzına
gələni danıĢır, onu öz “qəhbəsi” adlandırırdı. Hərdənbir isə qızı Maksın maĢınında Ģəhərə rəqsə
aparır və Makiçernin bundan xəbər tutmaması üçün əvvəlcədən tədbirli olmağa çalıĢırdı. “Heç
bilmirəm eĢitsə, nəyə daha çox hirslənəcək, – bir dəfə qıza dedi, – səninlə bir yerdə olmağıma,
yoxsa rəqsə getməyimə?” Bir dəfə isə onlar Conu o evdə, əvvəllər buraya ayaq basa biləcəyini
xəyalına belə gətirmədiyi bir yerdə ölü kimi sərxoĢ halda yatağa salmalı oldular. Səhəri gün,
görməsinlər deyə ofisiant qız özü onu sübh obaĢdan maĢında evlərinə apardı. Gündüz isə
Makiçern tərs, donqultulu bir səslə gözünü ondan çəkmədi.
– DemiĢdim axı, o düyəni sənə verdiyimə məni peĢman etmək üçün əlinə hələ çox fürsət
düĢəcək, – Makiçern dedi.
9
Makiçern yataqdaydı. Otağa qaranlıq çökmüĢdü, amma o hələ yatmamıĢdı. Missis
Makiçernlə yanaĢı uzanmıĢdı, onun yuxuya getdiyini güman edir, gərgin halda, sürətlə
12
8
fikirləĢirdi: “Kostyum geyilib. Amma haçan? Gündüz ola bilməz, çünki həmiĢə gözümün
qabağındadı; bircə Ģənbə günlərindən baĢqa, o da günortadan sonra. Ancaq istənilən Ģənbə günü
günortadan sonra tövləyə gedib, geyinməyini özüm tələb etdiyim kostyumu ordan çıxarıb geyə,
sonra yenə qaytarıb gizlədə bilər; bu cür bəzənib-düzənmək isə ona yalnız günah iĢlər görmək
üçün lazım ola bilər, elə lazım olub da”. Ġndi o bilirdi, sanki, ona demiĢdilər. DemiĢdilər ki,
kostyum gizlincə geyilir – özü də, çox güman ki, gecələr. Əgər belədisə, onda oğlanın əxlaqsız
iĢlər görməkdən baĢqa nə məqsədi ola bilər? Özü ömründə bir dəfə də olsun, əxlaqsız iĢ
tutmamıĢdı, hətta yanında kiminsə əxlaqsız Ģeylərdən danıĢmağına belə imkan verməmiĢdi. Nə
isə, yarım saat gərgin düĢünəndən sonra artıq Conun əməlləri barədə hər Ģeyi bilirdi – hətta onun
özünün danıĢa biləcəyindən də çox; yalnız yer və adam adlarından savayı. O, hətta bunları
Conun öz ağzından eĢitsəydi, çox, çox güman ki, inana bilməyəcəkdi; zira bu tip insanlarda xeyir
kimi Ģər və onun mexanizmi, gediĢatı haqda da əvvəlcədən yaranmıĢ möhkəm, dəyiĢməz
təsəvvür olur. Beləliklə, fanatizmlə bəsirət, demək olar ki, eyni anda hərəkətə gəlmiĢdi; yalnız
fanatizm bir qədər gecikmiĢdi: Co kəndirlə üzüaĢağı sürüĢərkən ay iĢığında onun pəncərəsi
önündən sürətlə, qara kölgə kimi ötüb keçəndə Makiçern onu dərhal tanımadı, bəlkə də,
gözlərinə inanmadı; halbuki kəndir düz gözləri önündə üzüaĢağı sallanırdı. Yerindən qalxıb
pəncərəyə yaxınlaĢanacan isə Co artıq kəndiri yana çəkib bağlamıĢ, ordan xeyli uzaqlaĢmıĢdı;
indi o artıq tövləyə sarı gedirdi. Pəncərədən onun arxasınca baxarkən Makiçerni pak, ruhani bir
qəzəb hissi bürüdü; belə bir hissi yalnız ən yüksək cəza ilə ittiham olunan müttəhimin aĢağı
əyilib məhkəmə ittihamçısının qoluna tüpürdüyünü görən hakim keçirə bilərdi.
Evlə Ģose arasındakı yolun tən yarısında – ağaclıqda gizlənmiĢdi, ordan Ģosenin kənarında
dayanmıĢ Conu görə bilirdi. Zəif də olsa, maĢının səsini eĢitdi, onun Coya çatan kimi
dayandığını, oğlanın ona mindiyini də gördü. O maĢında daha kimlərin də olduğu, bəlkə də, onu
maraqlandırmırdı. Bəlkə də, bunu bilirdi və yalnız onların hara yollandıqlarını görmək istəyirdi.
Bəlkə, bunu da bildiyinə əmin idi (halbuki maĢın istənilən tərəfə gedə bilərdi, ətrafda nə qədər
desən münasib yer vardı, bu yol onların hansına desən, gedib çıxa bilərdi), çünki dərhal hələ də
pak, ruhani bir qəzəb içərisində geri dönüb, sürətlə evə yollandı, sanki, dəqiq bilirdi ki, bundan
da güclü və bundan pak qəzəb hissi özü onu lazım olan yerə aparacaq və onda bu hissiyyatına
zərrə qədər də olsa, Ģübhə yaranmayacaq. Ġpdən toxunma sürütmələrdə, baĢıaçıq, Ģlyapasız, ətəyi
Ģalvarının içinə salınmıĢ gecə köynəyində, aĢırmasının qayıĢları aĢağı sallanmıĢ halda birbaĢ
axura yönəldi, iri, qoca, güclü, ağ atını yəhərləyib – həyətdən çıxanda missis Makiçern mətbəx
qapısı ağzından onu səsləsə də – yola, ordan da Ģoseyə tərəf ağır-ağır, dördnala çapdı. Heyvanın
belinə sinib elə onun kimi gərgin, qabağa əyilmiĢ halda, elə o cür ləngərli, ağır dördnala qaçıĢla,
sürətin dəhĢətli mücəssəməsi kimi Ģose boyu irəli çapdı; hərçənd sürətin özündən əsər-əlamət