Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə53/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   49   50   51   52   53   54   55   56   ...   192

 

10



Bəzən  təklikdə  olanda  qadına  açıb  demək  istəyirdi;  əmin  idi  ki,  bu  qadın  öz  əlacsızlığı 

ucbatından onun dediyini nə baĢqa cür yoza, nə də ona biganə qala biləcək; sadəcə, bir sirrə agah 

olacaq  və  onu  hökmən  ərindən  gizli  saxlamağa  məcbur  qalacaq;  çünki  ərinin  dərhal  və 

əvvəlcədən gözlənilən reaksiyası o xəbərin özünü elə ört-basdır edə  və  silə  bilərdi ki, bir daha 

onun  üstünə  qayıtmaq  mümkün  olmazdı.  Yemək  istəmədiyi  halda  ona  xəlvətcə  yedirtdiyi 

yeməklərin  əvəzini  xəlvətcə  ödəmək  xatirinə  o  qadına  xəlvətcə  demək  istəyirdi  ki:  “Qulaq  as. 

Ərin deyir ki, naĢükürün, kafirin birini saxlayıb böyüdüb. Bax indi bütün cəsarətini topla, get ona 

kimi saxladığını, kimi əziyyət çəkib böyütdüyünü de. O öz damı altında, öz süfrəsinin  çörəyi ilə, 

əslində, bir zənci balasını saxlayıb böyüdüb”.   

Qadın ona qarĢı həmiĢə mehriban olmuĢdu. Amansız, qəddar, hakim təbiətli kiĢi isə onun 

özünü  müəyyən  tərzdə  aparacağına  və  buna  görə  də  müəyyən  mükafat  və  ya  cəza  alacağına 

güvənirdi; oğlan da kiĢiyə elə o cür, özünün müəyyən düz və yanlıĢ hərəkətlərinə onun müəyyən 

tərzdə reaksiya  verəcəyinə  güvənə  bilərdi.  Məsələ qadında, onun  ən adi,  ən  məsum  hərəkətlərə 

belə cüzi də olsa, Ģeytani çalar qatmasında, xəlvəti iĢlərə olan qadın marağında, qadın həvəsində 

idi.  Qadın  onun  çardaqdakı  otağının  divarında,  sınıq-salxaq  taxta  lövhənin  arxasında  dəmir 

qutuda pul gizlətmiĢdi. Bu, o qədər də  çox pul deyildi və  məlum idi ki, onu ərindən baĢqa heç 

kimdən gizlətmir; hərçənd oğlana görə ər üçün bunun elə bir əhəmiyyəti yox idi. Özü üçün isə bu 

heç zaman sirr olmamıĢdı. Hələ  uĢaq  vaxtlarında  qadın onu özüylə  birlikdə  xəlvətcə, gizlənqaç 

oynayan  uĢaqlar  kimi  min  bir  ehtiyatla,  oğrun-oğrun  çardağa  çıxarar  və  gətirdiyi,  barmaqla 

sayılan  beĢ  və  ya  on  sentlik  miskin  (Allah  bilir,  hansısa,  hətta  dünyada  heç  kimin  etiraz  belə 

etməyəcəyi, xırda bicliklərin, yalanların məhsulu olan) sikkələri öz gizlin saxlancına atardı; o isə 

ciddi,  yumru gözləri  ilə,  hətta dəyərini  belə  anlaya bilmədiyi  bu dəmir pulların cingildəyərək o 

qabın içərisinə necə düĢdüyünə tamaĢa edərdi. Qadın ona etibar edirdi və bu  etibarını ona zorla 

verdiyi yeməklər kimi zorla qəbul etdirməyə çalıĢırdı:  birlikdə, bir-birinin yanında görülən hər 

gizlin, xəlvəti iĢin özü bu etibar aktının təsdiqinə çevrilməliydi. 

Məsələ nə onun nifrət etdiyi ağır iĢdə, nə də cəza və haqsızlıqlarda idi. Belə Ģeylərə o, hələ 

onların ikisini də tanımamıĢdan qabaq öyrəĢmiĢdi. BaĢqa bir Ģey də gözləmirdi; belə Ģeylər onu 

nə  təəccübləndirir,  nə  də  hirsləndirirdi.  Məsələ  qadında,  onun  yumĢaqlığında,  mehribanlığında 

idi;  ona  elə  gəlirdi  ki,  ömrü  boyu  bunun  qurbanı  olaraq  qalacaq  –  ən  qəddar,  amansız  kiĢi 

məhkəməsindən  də  çox  məhz  buna  nifrət  edirdi.  “Bu  qadın  istəyir  ki,  mən  ağlayım”,  –  əllərini  

baĢının  arxasına  qoyub,  əl-ayağı  buz  kimi  qıc  olmuĢ  halda,  ay  iĢığı  altında  öz  çarpayısında 

uzanarkən  düĢündü;  kiĢinin  israrlı  donqultusunu,  sanki,  onun  otağına  qalxan  pilləkənlərlə 

göylərə ucalmaq istəyən səsini eĢitdi. “Ġstəyir ki, mən ağlayım. FikirləĢir ki, onda mən həmiĢəlik 

onların əlində olacam”. 

                                               



 

10



                                                               8 

 

Səs salmadan, ehtiyatla kəndiri gizlətdiyi  yerdən  çıxardı. Ġç tərəfdən pəncərəyə  bərkitmək 



üçün onun bir ucuna əvvəlcədən ilgək vurmuĢdu. Artıq bir anın içindəcə ordan yerə düĢə, elə o 

cür də geri qayıda bilərdi;  indi, bir illik, bəlkə, ondan da çox təcrübə  sayəsində həmin kəndirlə, 

divara bircə dəfə belə toxunmadan, kölgəyəbənzər piĢik yüngüllüyü, piĢik cəldliyilə sürüĢüb yerə 

düĢə  bilirdi.  BaĢını  pəncərədən  çıxardı,  kəndirin  açıq  ucu  xıĢıltıyla  yerə  düĢdü.  Ay  iĢığında 

kəndir  hörümçək  torundan  da  nazik  görünürdü.  Sonra  bir-birinə  bağlanmıĢ  ayaqqabılarını 

arxadan  kəmərinə  keçirib,  həmin  kəndirlə  cəld  aĢağı  sürüĢdü,  Makiçernlərin  yatdıqları  otağın 

pəncərəsi  önündən  bir  anlıq  kölgə  kimi  Ģığıyıb  keçdi.  Kəndir  düz  onların  pəncərəsi  önündən 

aĢağı sallanırdı. Yerə düĢən kimi onu  çəpinə bir kənara çəkib tarım bağladı. Sonra ay iĢığında 

tövləyə tərəf getdi, samanlığa qalxıb, gizlətdiyi yerdən təzə kostyumu çıxardı. Kostyum səliqəylə 

kağıza bükülmüĢdü. Kağızı açmamıĢ onun qatlarını əli ilə yoxladı. “Tapıb”, – fikirləĢdi. “Bilir”. 

Sonra pıçıltıyla dedi: “Əclaf. OğraĢ”.  

Qaranlıqda  tələm-tələsik  geyindi.  Artıq  gecikirdi,  çünki  düyə  üstündəki  dava-dalaĢdan 

sonra onların  haçan  yuxuya gedəcəklərini  gözləməli olmuĢdu, günah  isə qadındaydı,  hər  Ģeyin 

bitdiyi, ya da, ən azı, sabaha saxlandığı bir anda təzədən iĢə qarıĢmıĢdı. Bükülünün içində bir ağ 

köynək və qalstuk da vardı. Qalstuku cibinə soxdu. Pencəyi ağ köynəyin üstündən elə geyindi ki, 

ay  iĢığında  çox  da  seçilməsin.  AĢağı  düĢüb,  tövlədən  çıxdı.  Dəfələrlə  yuyulmaqdan  yumĢalıb 

əldən düĢmüĢ kombinezondan sonra təzə paltarda özünü rahat hiss etmirdi, elə bil, o, əyninə bir 

qədər böyük, həm də  qabaydı.  Ay  iĢığında ev qara, anlaĢılmaz, bir qədər də  xəyanətkar bir Ģey 

kimi görünürdü. Elə  bil, canlı,  heybətli və anlaĢılmaz bir məxluqa çevrilmiĢdi. Onun yanından 

keçib,  yola  çıxdı.  Cibindən  bir  dollarlıq  saatını  çıxardı.  Onu  üç  gün  əvvəl  düyədən  qazandığı 

pula almıĢdı. Amma əvvəllər saatı olmadığı üçün qurmağı unutmuĢdu. Dəxli yox idi, saatsız da 

bilirdi ki, xeyli gecikir. 

Yol  ay  iĢığında  ağacların  arasıyla  uzanıb  gedirdi,  budaqların  kölgəsi  yumĢaq  toz  üzərinə 

düĢmüĢ qara ləkə kimi dolğun və aydın idi. Sürətlə addımlayırdı; ev xeyli arxada qalmıĢdı, indi 

evdən  baxsaydılar, onu görə  bilməzdilər. Bir qədər irəlidə  yol Ģoseyə  çıxırdı. MaĢın  hər dəqiqə 

Ģütüyərək  ordan  ötüb  keçə  bilərdi,  çünki  qıza  demiĢdi  ki,  əgər  yolayrıcına  vaxtında  gəlib 

çatmasa, onu birbaĢ məktəbdə, rəqs təĢkil edilən yerdə qarĢılayacaq. Ancaq maĢın görünmürdü, 

Ģoseyə çıxandan sonra da heç nə eĢitmədi. Yol da, gecə də kimsəsiz idi. “Bəlkə də, artıq keçib 

gedib”, – o düĢündü. ĠĢləməyən saatını təzədən cibindən çıxarıb baxdı. Saat ona görə iĢləmirdi 

ki,  onu  qurmağa  mane  olmuĢdular.  Qocaların  ucbatından  gecikirdi,  məhz  onlar  saatı  qurmağa 

imkan  verməmiĢdilər;  buna görə də  indi  bilmirdi  ki, gecikir,  ya  yox.    Arxada  –  yolun qaranlıq 

ucunda,  artıq  gözlə  görünməyən  evdə  qadın,  yəqin  ki,  çoxdan  yuxuya  getmiĢdi;  niyə  də 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə