Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə52/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   48   49   50   51   52   53   54   55   ...   192

 

10



– Hə, – Co dedi. Daha doğrusu, dili dedi, onun iradəsindən asılı olmayaraq yalan danıĢdı. O 

özü  cavab  vermək  fikrində  deyildi.  Öz  cavabına  ağrılı  bir  heyrətlə  qulaq  asdı.  Ancaq  artıq  gec 

idi. – Ona verdim ki, gizlətsin.  

– Aha,  – Makiçern dedi. Dərindən  nəfəs aldı, az  qala,  ləzzətlə – qalib gəlmiĢ adam kimi 

böyük  bir  məmnunluq  içərisində  nəfəsini  dərdi.  –  Əlbəttə,  indi  heç  Ģübhəsiz,  deyəcəksən  ki, 

samanlıqda  gizlədilən  təzə  kostyumu  da  sənə  analığın  alıb.  Bu  günəcən  əlindən  gələn  bütün 

günahlar məlum idi: tənbəllik, naĢükürlük,  hörmətsizlik, küfr. Ġndi isə mən daha iki günahını faĢ 

elədim:  yalan  və  əxlaqsızlıq.  Əxlaqsız  iĢlər  üçün  deyilsə,  bəs  onda  təzə  kostyum  sənin  nəyinə 

lazımdır?  – Bununla da o, on iki il əvvəl övladlığa götürdüyü uĢağın artıq kiĢi olduğunu etiraf 

etmiĢ oldu. Artıq, demək olar, burun-buruna dayanmıĢdılar, Makiçern ona möhkəm bir yumruq 

iliĢdirdi. 

Co  ilk  iki  zərbəyə,  bəlkə  də,  vərdiĢ  etdiyinə  görə,  bəlkə  də,  təəccübdən  mətanətlə  dözdü. 

Hər  halda,  bu  iki  ağır  yumruğun  hər  dəfə  sifətində  necə  möhkəm  partladığını  bütün  əzaları  ilə 

hiss etsə də, dözdü. Sonra burnunun qanını yalaya-yalaya, tövĢüyə-tövĢüyə kənara sıçradı. QarĢı-

qarĢıya durmuĢdular. 

– Bax, bir də mənə əl qaldırma, – dedi. 

Sonra  çardaqda,  öz  yatağında  buz  kimi  soyuq,  əl-ayağı  qıc  olmuĢ  halda  uzanıb  qalanda 

aĢağıdakı otaqdan onların dar pilləkənlərlə üzüyuxarı qalxan səslərini eĢitdi. 

– Onu mən almıĢam! – Missis Makiçern dedi. – Mən! Öz pulumla, satdığım yağın puluyla. 

Sən özün dedin ki, mən o pulu öz istədiyim kimi... xərcləyə bilərəm... Saymon! Saymon! 

– Sən ondan da betər ağ yalan uydurursan, – kiĢi dedi. Makiçernin rahat, eyni ahəngli, sərt, 

soyuq səsi pilləkən boyu qalxıb onun çarpayısınacan gəldi. O, ona qulaq asmırdı. – Diz çök. Diz 

çök. DĠZ  ÇÖK,  QADIN. Məndən yox, Allahdan mərhəmət və üzr dilə. 

 

Qadın  ilk  gündən  –  on  iki  il  bundan  əvvəlki  ilk  dekabr  gecəsindən  bəri  həmiĢə  onunla 



mehriban  davranmağa  çalıĢmıĢdı.  O  gün  araba  evə  yaxınlaĢanda  o,  artırmada  dayanıb  onları 

gözləyirdi; bu  səbirli, fağır məxluqun cinsiyyətini səliqəylə təpəsinin ortasına yığılıb bağlanmıĢ 

ağ saçlarından və bir də əynindəki dondan savayı heç nəylə təyin etmək olmazdı. Elə bil, qəddar, 

fanatik əri onu yavaĢ-yavaĢ, tədricən məhv edib içini çürütməmiĢ, hətta özünün belə  istəmədiyi 

və o  qadının bilmədiyi bir Ģeyə  döndərməmiĢ, çəkicə yaxĢı gələn, üzüyola metal kimi elə bircə 

dəfəyə  döyüb,  incəldə-incəldə  lal  ümidlərin,  puça  çıxmıĢ  arzuların  kül  kimi  boz,  tutqun 

qısırlığına çevirmiĢdi. 

Araba  dayananda  o  onlara  elə  yaxınlaĢdı  ki,  sanki,  hər  Ģeyi  –  uĢağı  qucağına  alıb 

oturacaqdan  necə  düĢürəcəyini,  onu  evə  necə  aparacağını  qabaqcadan  düĢünmüĢ,  yaxĢı-yaxĢı 

məĢq eləmiĢdi. Yeriməyə baĢladığı vaxtdan uĢağı heç bir qadın qucağına almamıĢdı. Buna görə 




 

10



də  dartınıb  onun    əlindən  çıxdı,  xırda  addımlar  ata-ata,  büründüyü  kiĢi  paltosunun  içərisində 

bapbalaca bir Ģey kimi itib bata-bata evə özü getdi. Qadın onun böyrünə düĢdü, tez-tez sağına-

soluna  keçdi.  Ġçəridə  onu  oturtdu;  onun  uĢağa    olan  bu  yavıqlığında,  davranıĢında  nəsə  bir 

gərginlik, eqoist bir çaĢqınlıq vardı, sanki, hər Ģeyin təzədən təkrar olunmasını istəyirdi; istəyirdi 

ki,  o  da,  uĢaq  da  onun  əvvəlcədən  düĢünüb-daĢındığı  kimi  hərəkət  eləsin.  UĢağın  önündə  dizi 

üstə çökdü, onun ayaqqabılarını çıxarmaq istədi və uĢaq onun nə eləmək istədiyini baĢa düĢdüyü 

anacan  buna  çalıĢdı.  Amma  uĢaq  baĢa  düĢən  kimi  onun  əlini  geri  itələdi,  ayaqqabılarını  özü 

çıxardı, ancaq onları yerə qoymadı, əlində saxladı. Qadın onun corablarını soyundurdu, dərhal da 

bir  ləyən  isti su gətirdi  və  onu elə  tez gətirdi ki,  uĢaqdan  baĢqa  istənilən adam onun  bu  ləyəni, 

bəlkə  də,  lap sübh obaĢdan hazır  saxladığını güman edərdi. UĢaq elə onda  ilk dəfə  ağzını açdı: 

“Mən dünən yuyunmuĢam”. 

Qadın  heç  nə  demədi.  UĢağın  önündə  dizi  üstə  çökdü,  uĢaq  isə  onun  təpəsinin  ortasına, 

ayaqlarını qurdalayan əllərinə baxırdı. Ġndi o, qadına kömək etməyə çalıĢmırdı. Onun nə eləmək 

istədiyini baĢa düĢmürdü, hətta soyuqdan qıc olmuĢ ayaqlarını isti suya salanda da baĢa düĢmədi. 

Ġnanmırdı ki, hər Ģey bununla bitsin, çünki bu ona həddən artıq ləzzət eləyirdi. Sonrasını, bunun 

– hansı Ģəkildə  olursa olsun – pis, acılı hissəsinin haçan baĢlayacağını gözləyirdi.  

Sonra qadın onu yatağa uzatdı. Artıq iki il idi ki, o özü geyinir, özü soyunurdu, bu iĢdə ona 

nə məsləhət verən, nə də kömək edən vardı – hansısa Alisa adlı qızdan savayı; ancaq bu da çox 

nadir hallarda olardı. Dərhal yuxuya gedə bilmədi, çünki bərk yorulmuĢdu; indi həm də çaĢ-baĢ 

qalmıĢdı, əsəbiləĢirdi, təkcə bir Ģeyi – bu qadının otaqdan çıxıb getməyini, ona yatmağa imkan 

verməyini  arzulayırdı.  O  isə  çıxıb  getmək  bilmirdi.  Əksinə,  kətili  çarpayının  yanına  çəkib, 

oturdu. Otaqda soba yanmırdı, soyuq idi. Qadının çiynində Ģal vardı, ona bürünmüĢdü, ağzından 

buğ  çıxırdı,  elə  bil,  siqaret  çəkirdi.  Yuxusu  tamam  qaçmıĢdı.  Hansı  günahına  görə,  hansı  cəza 

olursa olsun, o həmiĢə pis, xoĢ olmayan hissənin haçan baĢlayacağını gözləyirdi. BaĢa düĢmürdü 

ki,  bu  günlük  hər  Ģey  bununla  bitib.  Çünki  belə  bir  Ģey  əvvəllər  heç  vaxt  onun  baĢına 

gəlməmiĢdi.  

Hər Ģey o gecədən baĢladı. Ona elə gəldi ki, ömrünün axırına kimi belə də davam edəcək. 

Ġndi on yeddi yaĢında dönüb geriyə baxarkən o, həyat iflasının, əlacsızlığın və mürgülü instinktin 

doğurduğu  adi,  boĢ  və  mənasız  səylərin  uzun  bir  zəncirə  döndüyünü  görürdü:  onun  üçün 

xəlvətcə  hazırlanan  yeməklər,  həmin  xörəkləri  xəlvətcə  götürüb,  xəlvətcə  yeməsi  üçün  edilən 

israrlar (halbuki o özü bunu istəmirdi, çünki bilirdi ki, Makiçern üçün bunun elə  bir əhəmiyyəti 

yoxdu),  bu axĢamkı kimi onunla cəza arasında sipər olmağa can atdığı neçə-neçə hadisələr; belə 

olmalıydımı,  olmamalıydımı,  haqlı  və  ya  haqsız    –  kiĢi  də,  oğlan  da  bu  hadisələrə  təbii  və 

qaçılmaz fakt kimi baxırdı, ta o vaxta qədər ki, qadın iĢə qarıĢır, buna nəsə bir rayihə, zəriflik, 

dad qatırdı. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə