Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə47/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   43   44   45   46   47   48   49   50   ...   192

 

96 


getmək olardı. Missis Makiçern saat onun yarısında göründü. Ürkək-ürkək otağa boylandı, artıq 

qara donunu geyinmiĢ, Ģlyapasını baĢına qoymuĢdu; o, beli azca bükülmüĢ, bapbalaca, fağır bir 

qadındı, üzgün sifəti vardı. Öz cantaraq, sağlam bədənli ərindən on beĢ yaĢ qoca görünürdü. Heç 

otağa  da  girmədi.  BaĢında  Ģlyapa,  əynində  yuyulmaqdan  bozarmıĢ,  amma  tərtəmiz  qara  don, 

əlində  çətir  və  yelpik  astanada  durub  bir  an  gözlədi;  gözlərində  qəribə  bir  ifadə  vardı:  elə  bil, 

gördüyü, eĢitdiyi  hər Ģeyi daha aydın kiĢi obrazı, kiĢi  səsi arasından görür, eĢidirdi;  sanki, o  – 

medium, cantaraq, qəddar əri isə bu mediumun tənzimləyicisi, ruhu idi. Bəlkə də, əri onu eĢitdi. 

Amma nə baĢını qaldırıb ona baxdı, nə də cavab verdi. Qadın geri dönüb, ordan uzaqlaĢdı. 

Düz bir saatdan sonra Makiçern baĢını qaldırdı. “Ġndi bilirsən?” – deyə soruĢdu. 

Oğlan yerindən tərpənmədi. “Yox”, – dedi.  

Makiçern  yavaĢ-yavaĢ,  tələsmədən  ayağa  qalxdı.  Masanın  üstündən  saatını  götürdü, 

qapağını  örtdü,  qaytarıb  cibinə  qoydu,  zəncirini  yenidən  aĢırmasına  keçirdi.  “Getdik”,  –  dedi. 

Dönüb  geriyə  də  baxmadı.  Oğlan  onun  arxasınca  düĢdü,  uzun  dəhliz  boyu  arxa  qapıya  tərəf 

getdi; o da Ģəstlə, dinməzcə, baĢını dik tutub yeriyirdi. Onların kürəkləri, sanki,  irsi bir ĢeymiĢ 

kimi, eyni tərsliyi ifadə edirdi. Missis Makiçern mətbəxdəydi. Hələ də Ģlyapası baĢında, çətir və 

yelpiyi əlindəydi. Onlar bayıra çıxanda qapıya tərəf baxırdı. “Pa”, – dedi. Heç biri dönüb ona sarı 

baxmadı. Elə bil, eĢitmədilər, sanki, o, heç nə deməmiĢdi. Onlar qapıdan keçib bayıra çıxarkən 

bir zəncirin iki həlqəsinə bənzəyirdilər – bütün kompromisləri qəti rədd etmək sarıdan bir-birilə 

eyniləĢən,  bir-birini  tamamlayan  iki  kürək;  heç  qan  qohumluğu  da  onları  bir-birinə  bu  qədər 

oxĢada bilməzdi. Həyəti keçib tövləyə girdilər. Makiçern burdağın qapısını açıb, kənara çəkildi. 

Oğlan  burdağa  girdi.  Makiçern  mıxdan  asılmıĢ  qoĢqu  qayıĢını  götürdü.  QayıĢ  da  ayaqqabıları 

kimi nə köhnəydi, nə də təzə. Onlar kimi tərtəmizdi və o da sahibi kimi təmiz, möhkəm, saf dəri 

iyi verirdi. KiĢi oğlana baxdı. 

“Kitab  hanı?”  –  deyə  soruĢdu.  Oğlan  dinməzcə  böyründə  dayanmıĢdı,  onun  sakit  sifəti, 

hamar perqament sarısı yüngülcə ağardı. “Sən onu gətirməmisən, – Makiçern dedi. –  Qayıt, get 

gətir”.    Səsi  acıqlı  deyildi.  Bu  səsdə,  ümumiyyətlə,  insana  xas,  ən  azı,  Ģəxsi  heç  nə  yox  idi. 

Sadəcə, yazılmıĢ, yaxud çap olunmuĢ söz kimi  soyuq və rəhmsiz idi. Oğlan geri dönüb, bayıra 

çıxdı. 


Evə  girəndə  missis  Makiçern  dəhlizdəydi.  “Co”,  –  qadın  ona  dedi.  O  isə  cavab  vermədi. 

Heç dönüb ona tərəf baxmadı da, buna görə də qadının sifətini, onun bir qədər yuxarı qovzanmıĢ 

əlinin qaxaclaĢmıĢ  hərəkətini  –  insan  əlinin  bacara  biləcəyi  ən  nəvaziĢli  hərəkətin qaxaclaĢmıĢ 

karikaturasını  görmədi.  Sifətində  daĢlaĢmıĢ,  əyilməz  bir  ifadə  –  bəlkə  də,  məğrurluqdan  və  

ümidsizlikdən, bəlkə də, lovğalıqdan, sarsaq kiĢi lovğalığından doğan bir ifadə – onun yanından 

ötüb keçdi. Masanın üstündən katexizisi götürüb tövləyə qayıtdı. 




 

97 


Makiçern  əlində  qayıĢ  gözləyirdi.  “Qoy  yerə”,  –  dedi.  Oğlan  kitabı  döĢəmənin  üstünə 

qoydu.  “Ora  yox,  –  Makiçern  qəzəbsiz  dedi.  –  Sən  hələ  elə  bilirsən  ki,  Allah  kəlamını  tövlə 

döĢəməsinə,  mal-qaranın  tapdağı  altına  atmaq  olar?!  Amma  bunu  da  sənə  öyrədəcəm”.  Kitabı 

yerdən özü götürüb taxçaya qoydu. “ġalvarını çək aĢağı, – dedi, – biz onu bulaya bilmərik.” 

ġalvar  sürüĢüb  belindən düĢdü, oğlan qısa köynəkdə qaldı, qılçaları köynəyin  ətəyinədək 

çılın-çılpaq  açıldı.  Etinasız,  dimdik  dayanıb  durmuĢdu.  Qamçının  birinci  zərbəsi  ona  dəyəndə 

yerindən  tərpənmədi,  heç  sifətini  də  turĢutmadı.  Sakit,  dərin  bir  ifadə  ilə  düz  qabağa  baxırdı  – 

Ģəkildəki rahib  kimi. Makiçern qamçıyla ardıcıl,  yavaĢ,  əvvəlcədən  hesablanmıĢ ahəngə uyğun 

zərbələr endirərək, onu hələ də hirssiz və qəzəbsiz döyməyə baĢladı. Onlardan hansının sifətinin 

daha gərgin, daha sakit, öz əqidəsində daha möhkəm olduğunu söyləmək çətin idi. 

Qamçıyla on zərbə vurdu, sonra əlini saxladı. “Götür kitabı, – dedi. – ġalvara dəymə”. O, 

katexizisi  oğlana  uzatdı.  Oğlan  onu  götürdü.  Sonra  yenə  əvvəlki  kimi  baĢını  dik  tutub,  əlində 

kitab  dərin  bir  ehtiram  içərisində  dimdik  dayandı.  Bu  vəziyyətdə  o,  eynilə  katolik  xorunda 

oxuyan  oğlan  uĢağını  xatırladırdı,  bircə  cübbəsi  çatıĢmırdı,  nef

5

 

yerinə  isə  burdağ,  kor-kobud 



taxta divar tövlənin dərinliyinə  doğru uzanıb gedirdi;  o divarın arxasında, quru peyin  iyi  verən 

qaranlıqda  gözə  görünməyən  heyvanlar  hərdənbir  fınxırır,  dırnaqlarını  tənbəl-tənbəl  yerə 

döyəcləyirdilər.  Makiçern  belini  əymədən  axurun  qırağına  çökdü,  qılçalarını  yerbəyer  eləyib 

oturdu,  bir  əlini  dizinin  üstünə  qoydu,  gümüĢ  saatını  o  biri  ovcuna  aldı;  təmiz,  saqqallı  sifəti 

daĢdan yonulmuĢ heykəl kimi gərilmiĢdi, gözləri amansız və soyuq idi, amma acıqlı deyildi. 

Beləcə,  daha  bir  saat  burda  qaldılar.  Bu  müddət  ərzində  miss  Makiçern  yalnız  bircə  dəfə 

evin  arxa  qapısında  göründü.  Amma  heç  nə  demədi.  Sadəcə,  baĢında  Ģlyapa,  əlində  çətir  və 

yelpik orda dayanıb tövləyə tərəf baxdı. Sonra yenə də qayıdıb evə girdi. 

Düz bir saat saniyəbəsaniyə tamam olandan sonra Makiçern saatını qaytarıb cibinə qoydu. 

“Ġndi  bilirsən?”  –  deyə  soruĢdu.  Oğlan  cavab  vermədi  –  gözünün  önündə  açıq  kitab,  dimdik 

donub qalmıĢdı. Makiçern kitabı onun  əlləri arasından dartıb götürdü. Bu vaxt oğlanın tükü də 

tərpənmədi. “Katexizisi təkrar elə”, – Makiçern dedi. Oğlan gözlərini qarĢıdakı divara zilləmiĢdi. 

Ġndi onun bənizi, dərisinin dolğun rəng tonuna baxmayaraq, tamam ağarmıĢdı. Makiçern kitabı 

tələsmədən,  səliqəylə  taxçaya  qoydu,  qayıĢı  əlinə  aldı.  Yenə  on  dəfə  vurdu.  Qurtarandan  sonra 

oğlan  bir anlıq da dözdü,  yerindən tərpənmədi. O hələ  səhər  yeməyini  yeməmiĢdi;  elə  ikisi də 

yeməmiĢdi.  Sonra  oğlan  səndirlədi,  əgər  Makiçern  əlindən  yapıĢıb  onu  saxlamasaydı, 

yıxılacaqdı. “Gəl, – Makiçern onu axura tərəf dartıb dedi, – otur burda”. 

“Yox”, – oğlan dedi və əlini Makiçernin  əlindən dartıb qoparmağa çalıĢdı. Makiçern onu 

buraxdı. 

“Nə olub sənə? Xəstəsən?” 

                                                

5

 



 Xristian məbədinin uzunsov hissəsi 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə