37
7
içmək, sevmək mümkün deyil, iĢləmək isə – mümkündü. Məhz bu səbəbdən də insan həm
özünü, həm də baĢqalarını bədbəxt eləyir.
S u a l: Yəqin siz özünüzü ġervud Andersona borclu hiss edirsiniz. Bəs bir yazıçı kimi
onun haqqında nə fikirdəsiniz?
F o l k n e r: O mənim nəslimdən olan yazıçıların atasıdı və bizdən sonrakı nəsillərin
davam etdirəcəyi Amerika ədəbiyyatı ənənələrinin banisidi. O öz qiymətini almamıĢ yazıçıdı.
Drayzer onun böyük qardaĢı, Mark Tven isə – hər ikisinin atasıdı.
S u a l: O dövrün Avropa yazıçıları barədə nə fikirdəsiniz?
F o l k n e r: Mənim dövrümdə iki böyük insan var idi: Tomas Mann və Coys. Coysun
«Uliss»inə savadsız baptist vaizin Əhdi-Ətiqə yanaĢdığı kimi – inancla yanaĢmaq lazımdır.
S u a l: Necə olub ki, siz Bibliyanı bu qədər yaxĢı öyrənmisiniz?
F o l k n e r: Mənim ulu babam Marri yumĢaq və xeyirxah adam idi – ən azı, bizə,
uĢaqlara qarĢı. ġotlandiya əsilli olsa da, o qədər də mömin, sərt adam deyildi, amma çox
möhkəm prinsipləri vardı. Onlardan biri bundan ibarət idi ki, hər gün səhər tezdən hamı süfrə
baĢına yığıĢanda, böyüklər də daxil olmaqla, ailənin hər üzvü Bibliyadan bir neçə sətir əzbər
deməliydi və bunu deyə bilməyənlər səhər yeməyindən məhrum edilirdi; yalnız otaqdan çıxıb
hansısa sitatı əzbərləməyə icazə verilirdi. Adətən, bu cəzaya məruz qalan otaqdan babamın
sağlığında evin böyüyü rolunu oynayan qarımıĢ qız xalamla bir yerdə çıxırdı, o isə sənin
beyninin içini elə oyurdu ki, sabahı gün hər Ģey öz qaydasında olurdu.
Amma sətirləri son dərəcə dəqiq deməliydin. Nə qədər ki, balacaydın, eyni bir sitatı –
əgər o səndə yaxĢı alınırdısa – təkrar əzbər deyə bilərdin. Hər səhərimiz belə keçirdi və tədricən
yaĢın artır, böyüyürdün; nəhayət, bir səhər ( bu vaxtacan sən artıq dil-dil ötür, demək olar ki, nə
dediyini belə dinləmədən qabağa qaçmağa çalıĢırdın, çünki Ģüurunda artıq beĢ, ya on dəqiqə idi
ki, mətni oxuyub qurtarmıĢdın, artıq vetçina, bifĢteks, cücə qızartması, Ģirin kartof və iki-üç növ
qızardılmıĢ çörək yeyirdin) o baxıĢları öz üzərində hiss edirdin: gömgöy, yumyumĢaq və çox
mehriban... Bu anda hətta ciddi olmasa da, qətiyyətli bir cüt göz sənə tuĢlanırdı və sabahı gün
sən yeni sətirlər əzbərləmiĢ olurdun.
S u a l: Bəzi adamlar deyirlər ki, sizin yazdıqlarınızı hətta iki, üç dəfə oxuyandan sonra
da baĢa düĢmürlər. Bu adamlara nə məsləhət görərdiniz?
F o l k n e r: Dördüncü dəfə oxumağı.
S u a l: Müasir yazıçıları oxuyursunuzmu?
F o l k n e r: Yox. Təkrar oxuduğum kitabları hələ gəncliyimdə tanımıĢ və sevmiĢəm,
adam köhnə dost yanına qayıtdığı kimi mən də indi onlara təkrar qayıdıram. Bu, Əhdi-Ətiq,
Dikkens, Konrad, Servantesin «Don Kixot»udu. Onları hər il təkrar oxuyuram – bəzi adamlar
Bibliyanı, Floberi, Balzakı təkrar oxuduğu kimi. Balzak öz böyük dünyasını yaradıb və onun
37
8
iyirmi kitabının hamısını canlı qan dövranı bir-birinə birləĢdirir. Sonra Dostoyevski, Tolstoy,
ġekspir. Hərdən Melvili, Ģairlərdən isə Marlo, Kempion, Conson, Gerrik, Donna, Kits və ġellini
təkrar oxuyuram. Hələ də Hausmanı mütaliə edirəm. Bu kitabları o qədər tez-tez oxuyuram ki,
indi onları birinci səhifədən axıra qədər oxumağıma ehtiyac yoxdu, adətən, hansısa qəhrəmanla
bağlı bir səhnəyə, yaxud parçaya müraciət edirəm: bu, küçədə tanıĢınla rastlaĢanda bir neçə
dəqiqəliyinə ayaq saxlayıb, onunla söhbət eləməyinə bənzəyir.
S u a l: Bəs Freydi?
F o l k n e r: Mən Nyu Orleanda yaĢayanda hamı Freyddən danıĢırdı, ancaq özüm onu
heç vaxt oxumamıĢam. Ancaq axı ġekspir də Freydi oxumayıb. Heç Melvill də, Mob Dik isə –
ondan da betər.
S u a l: Nə vaxtsa detektiv oxuyubsunuzmu?
F o l k n e r: Simenonu oxumuĢam, çünki o mənə Çexovu xatırladır.
S u a l: Sizin sevimli ədəbi qəhrəmanlarınız kimlərdi?
F o l k n e r: Bir xarakter kimi Sara Qemp xoĢuma gəlir: əyyaĢ, opportunist, qəddar,
zalım bir qadındı, xarakterində yaxĢı Ģeylər çox azdı, ancaq ən azı, əsl xarakterdi; missis
Harris
36
, Folstaf, ġahzadə Hel, Don Kixot və əlbəttə, Sanço. Ledi Makbet obrazına həmiĢə
heyran olmuĢam. BaĢqa kimləri deyim? Osnova
37
, Ofeliya, Merkutsio. Merkutsio və xanım
Qemp yaĢamağı bacarırlar: naz-nemət axtarmırlar və heç nədən sızıldayıb eləmirlər. Əlbəttə,
Hek Finn və Cim. Tom Soyerdən heç vaxt xoĢum gəlməyib – məncə, o, dəhĢətli dərəcədə
nümunəvidi. Sonra Corc Harrisin keçən əsrin 40, ya 50-ci illərində Tennesi dağlarında yazdığı
kitabların birindəki Sat Lavinquddan
38
xoĢum gəlir. Onun özü ilə bağlı heç bir illüziyası yoxdu,
bacardığını edir, hərdən qorxaqlıq elədiyi də olur, ancaq bunu özü də bilir və bundan utanmır,
heç vaxt taleyini lənətləmir, öz bədbəxtliklərinə görə baĢqalarını, ya da Allahı günahlandırmır.
S u a l: Roman janrının gələcəyini necə Ģərh edərdininz?
F o l k n e r: Mənə elə gəlir ki, insanlar roman oxumağı yadırğamadıqca onu
yazacaqlar, ya da əksinə... Əlbəttə ki, əgər illüstrasiyalı jurnallar, komikslər insanın mütaliə
qabiliyyətini öldürməsə. Ancaq belə görünür ki, bizim ədəbiyyat geriyə, neandertal dövrünün
mağaralarındakı ibtidai yazılara doğru yuvarlanır.
S u a l: Sizcə, tənqidin təyinatı nədən ibarətdir?
F o l k n e r: Sənətkarın tənqidçilərə qulaq asmağa vaxtı yoxdu. Tənqid hələ yazıçı
olmağa hazırlaĢanlar üçün maraqlıdı, amma artıq yazan adamın tənqid oxumağa vaxtı yoxdu.
36
Sara Gemp, missis Harris – Çarlz Dikkensin “Martin Çezlvit: həyatı və sərgüzəĢtləri” romanın
personajları
37
Osnova – U. ġekspirin”Yay gecəsinin yuxusu” əsərində toxucu qadın
38
Sat Lavinqud – Amerikalı müəllif Corc VaĢinqton Harrisin (1814 – 1869) eyniadlı yumoristik hekayələr
toplusunun qəhrəmanı