37
9
Axı tənqidçi də bunu deməyə çalıĢır: “Kilroy burda olub”
39
. Amma onun fəaliyyəti birbaĢa
yaradıcılıqla bağlı deyil, sənətkar tənqidçidən tam bir pillə yüksəkdə durur, çünki sənətkar
tənqidçini həyəcanlandıran bir Ģey yaradır, tənqidi əsərlər isə kimi desən həyəcanlandıra bilər,
ancaq sənətkarı yox.
S u a l: Deməli, siz öz əsərinizi kimləsə müzakirə etməyə ehtiyac duymursunuz?
F o l k n e r: Yox, mən ancaq öz iĢimlə məĢğulam. ÇalıĢıram ki, özüm razı qalam və
əgər yazdığım məni qane edirsə, onu kimləsə müzakirə etməyə ehtiyac görmürəm. Qane etməsə
belə, heç bir müzakirə onu yaxĢılaĢdırmayacaq, çünki onu yaxĢılaĢdırmağın yeganə yolu yenidən
üzərində iĢləməkdi. Mən ədəbiyyatçı deyiləm, yalnız və yalnız yazıçıyam, peĢəkarlıq
məsələlərini müzakirə etmək mənə ləzzət vermir.
S u a l: Bəzi tənqidçilər bildirirlər ki, personajlar arasında qan qohumluğu sizin üçün
çox böyük əhəmiyyət kəsb edir.
F o l k n e r: Bu, tənqidi fikirlərdən biridir, ancaq dediyim kimi, mən tənqidçiləri
oxumuram. Məncə, insanlardan yazmaq istəyən yazıçı üçün qan qohumluğu, qəhrəmanın
burnunun hansı formada olmasından – əlbəttə, bu əlaqənin süjetin inkiĢafında rol oynadığı hallar
istisna olunmaqla – çox da əhəmiyyətli deyil. Əgər yazıçı fikrini maraqlanmalı olduğu Ģeydə –
bu isə hər Ģeydən əvvəl həqiqət və insan ruhudu – cəmləyibsə, onun müxtəlif ideyalar, yaxud
burun quruluĢu və ya qan qohumluğu kimi baĢqa Ģeylərlə maraqlanmağa vaxtı qalmır; Ģəxsən
mənim təsəvvürümdə ideya və faktların həqiqətlə yalnız çox cüzi dərəcədə bağlılığı var.
S u a l: Bundan əlavə, tənqidçilər həm də belə hesab edirlər ki, sizin qəhrəmanlarınız
xeyirlə Ģər arasında heç vaxt Ģüurlu seçim eləmirlər.
F o l k n e r: Real həyatın xeyir və Ģərə dəxli yoxdu. Xeyirlə Ģər arasında daim Don
Kixot seçim edir – o da yalnız öz xəyali dünyasında. Don Kixot dəli-divanənin biridi. O, gerçək
həyatla üzləĢəndə və insanları tanımağa çalıĢanda, xeyirlə Ģəri bir-birindən heç cür ayıra bilmir.
Ġnsanlar isə gerçək həyatda yaĢayırlar və onların bütün gücü, sadəcə, yaĢamağa sərf olunur.
Həyat hərəkətdi və yalnız insanı hərəkətə gəlməyə məcbur eləyən Ģeylər – Ģöhrətpərəstlik,
hakimiyyət, həzz –əhəmiyyətlidi. Ġnsan öz mənəviyyatının təmiz qalmasına sərf etdiyi vaxtı, bir
hissəciyi olduğu həyatın ümumi hərəkətindən kəsib qoparır. Əlbəttə, insan gec, ya tez xeyir və
Ģər arasında seçim etməli olur. Çünki bunu ondan əxlaqi borc tələb edir, ayrı cür olsa, insan
yaĢaya bilməz. Əxlaqi borc isə insanın arzulamaq haqqı almaq üçün tanrılardan qəbul etməyə
məcbur qaldığı lənətdi.
S u a l: Söhbət sənətkardan gedəndə, «hərəkət» məfhumuna nə anlam verdiyinizi izah
edə bilərsinizmi?
39
“Kilroy burda olub” – Amerika əsgərlərinin Ġkinci dünya müharibəsində azad edilən Ģəhərlərdə evlərin
divarlarına cızdıqları yazı
38
0
F o l k n e r: Hər bir sənətkarın məqsədi sənət üsulları vasitəsilə hərəkəti, həyatı
dayandırmaqdı, ancaq bu elə olmalıdı ki, 100 ildən sonra kənar bir adam həmin mənzərəyə
baxanda o, dərhal «canlansın», yenə hərəkətə gəlsin. Ġnsanlar ölürlər və ölümsüzlüyün yeganə
mümkün forması özündən sonra daim hərəkətdə və buna görə də ölümsüz olan bir Ģey qoyub
getməkdi. Ġnsanın əzəl-axır keçməli olacağı axirət və labüd unudulma qapılarına sənətkar bunları
yazır: “Kilroy burda olub”.
S u a l: Malkolm Kauli
40
deyib ki, sizin qəhrəmanların hamısı taleyinə boyun əyən
adamlardı.
F o l k n e r: Bu, Malkolm Kaulinin fikridi. Mənsə deyərdim ki, qəhrəmanlarımın
bəziləri öz taleyinə boyun əyir, bəziləri isə yox. Misal üçün, mənə elə gəlir ki, «Avqust iĢığı»
romanındakı Lina Qrouv öz taleyini özü çox gözəl qurur. Ərinin kim – Lukas Berç, ya baĢqa bi-
risi olacağının onun üçün, taleyi üçün, ümumiyyətlə, əhəmiyyəti yoxdu. Onun qismətinə yazılıb
ki, əri və uĢaqları olacaq, o buna qəti əmindi, buna görə də evdən çıxıb gedir, heç bir kənar
kömək olmadan öz həyatını qurmaqla məĢğul olur. O, öz taleyinin kapitanıdı. Ümidsizliyə
qapılmıĢ Bayron Banç zorla ona yiyələnmək istəyəndə, o, tövrünü pozmadan, çox sakitcə,
mənim öz qəhrəmanlarımdan heç vaxt eĢitmədiyim ən ağıllı sözləri dilinə gətirir: “Ayıb deyil.
Axı körpəni yuxudan oyada bilərdiniz”. O heç də çaĢmır, qorxmur. Hətta insanların ona yazığı
gəlib-gəlməyəcəyi, ümumiyyətlə, bunun ona lazım olub-olmayacağı barədə də düĢünmür. Misal
üçün, elə onun son sözlərini götürək: “Sən bir iĢə bax, gör adam haralara gəlib çıxa bilərmiĢ.
Alabamadan çıxdığımız heç ikicə ay olmaz, amma biz indi artıq burda – Tenessidəyik”.
Ya elə «Mən öləndə» romanındakı Bandreni götürək. Arvadını itirmiĢ ailə baĢçısına,
təbii ki, baĢqa birisi lazımdı və o, onu əldə eləyir. Dərhal özünə belə bir qadın tapır, bu qadın
onların hamısına yemək biĢirəcək, üstəlik onun qrammofonu da var, ona görə də bu tapıntı hamı
üçün xoĢdu: iĢdən sonra qulaq asmağa nəsə olacaq. Düzdü, hamilə qızı hələ uĢaqdan qurtula
bilməyib, amma heç o da kefini pozmur. O, bunun üçün yenə nəsə eləyə bilər, əgər alınmasa,
heç alınmasın, burda nə var ki, uzaqbaĢı bir uĢaq da artıq olacaq – vəssalam.
S u a l: Malkolm Kauli deyir ki, sizin üçün iyirmi-qırx yaĢ arasında insani baxımdan
cəlbedici qəhrəmanlar yaratmaq çətindir.
F o l k n e r: Ġyirmi-qırx yaĢ arasındakı adamlar o qədər də cəlbedici deyillər. UĢaq çox
Ģeyə qadirdi, ancaq o, eyini zamanda, çox Ģeyləri anlamır. Ġnsan qırx yaĢından sonra – artıq fiziki
gücünün azaldığı vaxtlarda çox Ģeyləri baĢa düĢməyə baĢlayır. Ġyirmi-qırx yaĢ arasında insanın
iradəsi möhkəmlənir, o, təhlükəli olur; ancaq hələ həyatı tam dərk etmir, heç buna yaxınlaĢmayıb
da. Mühitin və Ģəxsi istəklərinin təzyiqi altında onun fəaliyyəti fəlakətli formalar ala bilər: insan
mənəvi keyfiyyətlərdən əvvəl gücə yiyələnir. Dünyanı böyük bəlalara məhz iyirmi-qırx yaĢ ara-
40
Malkolm Kauli – Amerika ədəbiyyatĢünası, Folknerin dostu, onun yaradıcılığı haqqında məqalələr müəllifi