Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə183/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   179   180   181   182   183   184   185   186   ...   192

 

38



sındakı adamlar sürükləyiblər. Mənim vətənimdə irqçiliyi qızıĢdıranların – Emmet Tillin

41

 qətli 



iĢindəki  bütün  Milamlar  və  Brayantlar,  yaxud  ağ  dərili  qadına  hücum  edib,  onu  zorlamaqla 

intiqam alan zəncilər, bütün bu hitlerlər və napoleonlar, yəni adları insanların düçar olduğu əzab 

və iĢgəncələrin rəmzinə çevrilən adamların hamısının yaĢı iyirmi ilə qırx arasında olub. 

 S u a l: Siz Emmet Tillin qətli ilə  bağlı mətbuatda bəyanatla çıxıĢ etmisiniz. Buna nəsə 

əlavə etmək istərdinizmi?     

 F o l k n e r: Yox, yalnız indiyəcən dediklərimi təkrarlaya bilərəm: əgər biz amerikalılara 

bir millət kimi yaĢamaq nəsib olacaqsa, bu yalnız onun sayəsində baĢ verəcək ki, hər Ģeydən əv-

vəl amerikalı olmağın – dərisinin rəngindən, onun ağ, qara, qırmızı, mavi, yaxud yaĢıl olmasın-

dan asılı olmayaraq vahid ümumi bir insan cəbhəsi kimi dünya önünə çıxmağın hüquq və vəzi-

fələrini  öz  üzərimizə  götürməyi,  onları  qorumağı  bacaracağıq.  Bəlkə  də  mənim  doğma  Ģtatım 

Missisipidə bədbəxt zənci oğlan uĢağına qarĢı iki ağ adamın törətdiyi bu dəhĢətli və faciəvi qət-

lin bütün məğzi, mənası ondadır ki, bizi sınağa çəkiblər: görəsən, bu torpaq üzərində  yaĢamağa 

haqqımız  var  ya  yox?!  Çünki  əgər  biz  bu  gün  Amerikada,  öz  məhkum  sivilizasiyamızda  uĢaq-

ların qətl edildiyi – səbəbi və dərisinin rəngi nə olursa olsun, fərqi yoxdur – bir nöqtəyə çatmıĢıq-

sa, deməli, yaĢamağa haqqımız yoxdur və ola bilsin ki, məhv olacağıq.   

 S u a l:   «Əsgər mükafatı» ilə «Sartoris» arasındakı dövrdə sizin yaradıcılıq taleyinizdə 

nə baĢ verib, baĢqa cür desək, 

Yoknapatofa

 saqasına baĢlamağa sizi nə məcbur etdi? 

   F  o  l  k  n  e  r:  «Əsgər  mükafatı»  üzərində  iĢləyəndə  gördüm  ki,  yazmaq  maraqlı  iĢdi. 

Ancaq sonra baĢa düĢdüm ki, təkcə ayrı-ayrılıqda hər kitabda müəyyən ideya, fikir olmamalıdı, 

sənətkarın  bütün  yaratdıqları,  onun  bütün  yaradıcılığı  ümumi  bir  ideyaya,  fikrə  tabe  olmalıdı. 

«Əsgər mükafatı» və «Moskitlər»i, sadəcə, yazmaqdan xoĢum gəldiyi üçün yazdım. «Sartoris»i 

baĢlayanda anladım ki, mənim poçt markası boyda olan doğma torpağımdan yazmağa dəyər və 

bu mövzunu heç vaxt yazıb qurtara bilmərəm; amma gerçəkliyə ümumi, ali bir məna verməklə 

öz qabiliyyətimi – əgər o məndə varsa – tam inkiĢaf etdirmək sərbəstliyi qazana bilərəm. Bu mə-

nim  üçün  zəngin  bir  xəzinənin  önünü  açdı,  beləliklə  mən  öz  kosmosumu  yaratdım.  Tanrı  kimi 

mən də insanları nəinki məkan, həmçinin zaman  daxilində  hərəkət etdirə  bilirəm. Onları zaman 

daxilində sərbəst Ģəkildə hərəkət etdirə bilməyim – hər halda, mənə belə gəlir – mənim belə  nə-

zəriyyəmi təsdiq edir ki, zaman öz varlığı olmayan və yalnız ayrı-ayrı insanlar vasitəsilə təzahür 

edən axarı bir vəziyyətdir. «Vardı» mövcud deyil, yalnız «var» mövcuddu. Əgər keçmiĢ mövcud 

olsaydı,  nə    qüssə,  nə  də  qəm  olmazdı.  Kainatın  təməl  daĢı  kimi  yaratdığım  dünya  haqqında 

                                                

41

 



 

1955-ci  ildə

  14  yaĢlı  zənci  yeniyetmə  Emmet  Till  tətil  vaxtı  Çikaqodan  Missisipi  Ģtatının  Qrinvud 

qəsəbəsinə  gələrkən  ağ  irqçilər  tərəfindən  vəhĢicəsinə  öldürülmüĢ,  həbs  olunmuĢ  iki  qatil  isə  yerli  məhkəmə 

tərəfindən  azadlığa  buraxılmıĢdır.  Bu  da    zənci  əhalisinin  qəzəblənəsinə  və  ayağa  qalxmasına  səbəb  olmuĢdur. 

Folkner bu münasibətlə “Yunayted Press” Agentliyinə bəyanat vermiĢ və həmin bəyanat 

1995-ci il 

sentyabrın 9-da  

“Nyu York Herald Tribun”  qəzetində dərc edilmiĢdir.   

 



 

38



düĢünmək  xoĢuma  gəlir,  bu  daĢ  nə  qədər  kiçik  olsa  da,  onu  götürsən,  kainat  dağılar.  Mənim 

sonuncu  kitabım  «Qiyamət  günü»,  yaxud 

«Yoknapatofanın

  qızıl  kitabı»  olacaq.  Bundan  sonra 

qələmimi  sındırıb atacam və bir daha yazmayacam. 

 

                                                                                                                 1956 



 

 

  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 


 

38



FOLKNER VĠRCĠNĠYA UNĠVERSĠTETĠNDƏ

42

 

 



(Tələbə və müəllimlərlə söhbətlərdən seçmələr)                             

 

 



Birinci məĢğələ. 15 fevral 1957 

 

Sual:  “Hay-küy  və  qəzəb”  romanının  üç  hissəsində  hadisələri  üç  Kompson  qardaĢı 

danıĢır. Romanda əhəmiyyətli rol oynadığı halda nə üçün siz Keddi Kompsona  danıĢmaq imkanı 

verməmisiniz? 

Folkner:  Haqlı sualdır. Bilmək  istəyirsinizsə, kitabın  müəmması da elə  bundadır. Hər 

Ģey  alt  tumanı  palçığa  bulaĢmıĢ    bir  qız  uĢağının  obrazından  baĢladı:  o,  qonaq  otağının 

pəncərəsindən içəri baxa bilmək üçün ağaca dırmaĢıb, qardaĢları isə aĢağıda dayanıb, onun ordan 

nə deyəcəyini gözləyirlər – onlar ağaca çıxa biləcək qədər cəsarətli deyillər. Əvvəlcə bu əhvalatı 

qardaĢlardan  birinin  təsəvvür  etdiyi  kimi  nəql  etməyə  çalıĢdım,  birinci  hissəni  yazdım,  amma 

hiss  elədim  ki,  nəsə  çatıĢmır.  Ġkinci  qardaĢa  danıĢmaq  imkanı  verdim  –  yenə  alınmadı.  Sonra 

üçüncü qardaĢı götürdüm, çünki Keddi hələ də mənə o qədər kövrək və gözəl görünürdü ki, onu, 

sadəcə,  hadisələri  təkrarlamağa  məcbur  etmək  istəmirdim;  belə  hesab  eləyirdim  ki,  baĢqaları 

onun haqqında danıĢsa, kitab daha canlı olar. Bu cəhd də uğursuz oldu. Onda, kitabın dördüncü 

hissəsində baĢ verənləri öz dilimdən danıĢmaq qərarına gəldim və... yenə heç nə alınmadı.   

Sual:  Romana  edilən  əlavədə  deyilir ki,  Keddi  nasistlərin dəmir ağuĢuna düĢür. Onun 

onların əlindən qurtulmasına nəsə bir ümid varmı?   

Folkner:  Məncə,  bu,  Keddiyə  qarĢı  ədalətsizlik  olardı.  Qoy  o,  düĢdüyü  yerdə  qalsın. 

Əgər Keddi mənən yeniləĢsəydi,  kitabın bütün ideyasına zidd olan  Ģablon bir Ģey alınardı. Mən 

bacardığımı eləmiĢəm. Əlbəttə, əgər hər Ģeyi əvvəldən baĢlayıb, romanı təzədən yazsaydım...  bu 

isə mümkün deyil. 

Sual:  Məni  “Hay-küy  və  qəzəb”  romanının  simvolikası  maraqlandırır.  Kventinin 

kitabda daim haqqında danıĢılan kölgəsinin rəmzi  mənası o qədər də aydın deyil:  Kventin  gah 

öz kölgəsinin üstünə çıxır, bu kölgə gah öndə, gah da arxada olur.  

Folkner:  Burada  düĢünülmüĢ  rəmzi  məna  yoxdur.  Mən  deyərdim  ki,  Kventinin 

Ģüurunda daim mövcud olan kölgə onun öz ölümünü qabaqcadan duymasıdı. Kventin, təxminən, 

bu cür düĢünür: budur, ölüm lap yaxındadı, indi neyləyim, onu qəbul edim, yoxsa hələ bir qədər 

də gözləmək olar? Mən, onsuz da, ölümdən qaça bilməyəcəm, onu indimi qəbul edim, yoxsa bir 

                                                

42

 

 



Folkner 1957 və 1958-ci illərin fevral-iyun aylarında  Virciniya Universitetinin tələbə və müəllim 

heyəti ilə iki semestr (cəmi 36 məĢğələ) söhbətlər aparmıĢ və bu söhbətlər maqnitofon lentinə yazılmıĢdır. 

 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə