Ümümi cərrahiyyə ixtisası üzrə test nümunələri 21. 01. 13-cü il tarixində əlavə olunmuşdur. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Aşağıda qeyd edilənlərdən hansı tromboz faktoru deyil?



Yüklə 1,39 Mb.
səhifə5/15
tarix26.03.2018
ölçüsü1,39 Mb.
#34671
növüРуководство
1   2   3   4   5   6   7   8   9   ...   15

232) Aşağıda qeyd edilənlərdən hansı tromboz faktoru deyil?

A) Varikoz genəlmə

B) Səyrici aritmiya

C) Fibrinolitik aktivliyin aşağı düşməsi

D) Vena damar tamlığının pozulması

E) Venalarda qan axınının zəifləməsi


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
233) Aşağı ətrafın səthi venalarının tromboflebitində hansı simptom tez-tez rast gəlinir?

A) Ocaqlı ağrı

B) Dərinin hiperemiyası və vena gedişi boyu ödem

C) Palpasiyada kəskin ağrı

D) Hərarətin qalxması

E) Distal ödem


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
234) Aşağı ətrafın dərialtı venalarının varikoz genəlməsinə hansılar aiddir?

A) Fasiləli axsama

B) Ətrafın trofik dəyişikliyi

C) Gözlə görünən böyümüş venalar

D) Qıcolmalar

E) Distal hissəvi ödem


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
235) Ürəyin parasimpatik innervasiyası hansı sinir hesabına həyata keçirilir?

A) Sadalananların heç biri

B) Dil-udlaq siniri

C) Dilaltı sinir

D) Diafraqmal sinir

E) Azan sinir


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.

236) Sağ qulaqcığa hansı damar açılmır?

A) Aşağı boş vena

B) Ürək koronar sinusunun venoz damarı

C) Ürəyin kiçik venaları

D) Yuxarı boş vena

E) V. hemiaziqoz


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
237) Ürəyin ön səthində sağ və sol mədəciklərinin sərhəddini təşkil edən boylama şırımdan nə keçir?

A) Sağ tac arteriyası

B) Sağ tac arteriyasının orta şaxəsi

C) Ürəyin böyük venası

D) Sol tac arteriyasının enən şaxəsi

E) Hamısı düzdür


Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
238) Arxa boylama şırım (buradan keçən sağ tac arteriyanın arxa enən şaxəsi və sol tac arteriyasının uc şaxəsi ilə) harda yerləşir?

A) Ürəyin aşağı səthində

B) Ürəyin arxa səthində

C) Ürəyin ön səthində

D) Ürəyin ön və arxa səthində

E) Heç bir variant düz deyil


Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
239) Qulaqcıq-mədəcik düyünü ( Aşof-Tavar ) harada yerləşir?

A) Sol mədəciyin miokardında

B) Tac cibindən yuxarı qulaqcıq arakəsməsinin arxa aşağı şöbəsində

C) Sağ mədəciyin miokardında

D) Sol qulaqcığın miokardında

E) Sağ mədəcik-qulaqcıq dəliyinindən dorzal tərəfdə


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
240) Aortanın bifurkasiyası hansı səviyyədə yerləşir?

A) Hüdudi xətt səviyyəsində

B) Böyük oturaq dəlik səviyyəsində

C) Bel fəqərəsi səviyyəsində

D) Oma-qalça birləşməsi səviyyəsində

E) Sadalanan hər bir variant ola bilər


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
241) Sidik axarlarının hüdudi xətt səviyyəsində qalça damarlarına münasibəti hansıdır?

A) Damarlardan arxa medial tərəfdə yerləşir

B) Damarlardan arxada yerləşir

C) Damarlardan lateral tərəfdə yerləşir

D) Damarlardan öndə yerləşir

E) Damarlardan medial tərəfdə yerləşir


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.

Qarin boşluğu orqanlarinin cərrahiyyəsi

242) Mədə xorasının perforasiyası zamanı cərrahi üsulun seçilməsində adətən hansı rəhbər tutulur?

A) Xəstənin yaşı

B) Perforativ dəliyin yerləşməsi

C) Peritonun iltihabi dəyişiklik dərəcəsi

D) Deşilmə müddəti

E) Perforativ dəliyin ölçüsü


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
243) Mədənin qanaxan xorasının diaqnozunu dəqiqləşdirmək məqsədilə ilk növbədə hansı yerinə yetirilir?

A) Hemoqlobin və hematokritin təyini

B) Nəcisin gizli qana analizi

C) Fibroqastroskopiya

D) Mədə şirəsinin gizli qana analizi

E) Mədənin kontrast rentgenoskopiyası


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
244) 12-barmaq bağırsağın stenozlaşan xorasına aid olan simptomlar hansıdır?

A) Qusma, mədə proyeksiyasında çalxalanma küyünün olması, kloyber kasalarının olması, gəyirmə

B) Mədə proyeksiyasında çalxalanma küyünün olması, kloyber kasalarının olması, gəyirmə, arıqlama

C) Qusma, mədə proyeksiyasında çalxalanma küyünün olması, gəyirmə, arıqlama

D) Qusma, kloyber kasalarının olması, gəyirmə, arıqlama

E) Qusma, mədə proyeksiyasında çalxalanma küyünün olması, kloyber kasalarının olması, gəyirmə, arıqlama


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
245) Mədənin xora xəstəliyinin cərrahi müalicəsinə mütləq göstərişlərə nə aiddir?

A) Perforasiya, maliqnizasiya, rentgenoloji müayinə zamanı aşkar edilmiş dərin «taxça» simptomlu penetrasiya xorası, mədə çıxacağının dekompensə edici stenozu

B) Konservativ üsullarla dayanmayan qanaxma, maliqnizasiya, rentgenoloji müayinə zamanı aşkar edilmiş dərin «taxça» simptomlu penetrasiya xorası, mədə çıxacağının dekompensə edici stenozu

C) Perforasiya, konservativ üsullarla dayanmayan qanaxma, maliqnizasiya, mədə çıxacağının dekompensə edici stenozu

D) Perforasiya, konservativ üsullarla dayanmayan qanaxma, maliqnizasiya, rentgenoloji müayinə zamanı aşkar edilmiş dərin «taxça» simptomlu penetrasiya xorası

E) Perforasiya, konservativ üsullarla dayanmayan qanaxma, maliqnizasiya, rentgenoloji müayinə zamanı aşkar edilmiş dərin «taxça» simptomlu penetrasiya xorası, mədə çıxacağının dekompensə edici stenozu


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
246) Mədə və ya 12-barmaq bağırsaq xorasının perforasiyasına hansı dəlalət edir?

A) Epiqastral güclü ağrılar

B) Leykositozun 15000 qədər yüksəlməsi

C) Bel nahiyəsində ağrı

D) Sklera və dəri örtüyünün yüngül sarılığı

E) Taxta qarın


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
247) Mədə və ya 12-barmaq bağırsaq xorasının deşilməsi zamanı hansı daha çox rast gəlinir?

A) Taxikardiya

B) Sancışəkilli ağrı

C) Duru nəcis ifrazı

D) Gözlənilmədən əmələ gələn intensiv ağrı

E) Lokallaşmış mülayim ağrı


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
248) Qastroduodenal qanaxmaların residiv ehtimalı hansında daha çox olur?

A) Çapıqlaşan xorada

B) Kallyoz xorada

C) Penetrasiya edən xorada

D) Selikli qişanın səthi eroziyalarında

E) Xora dibində diametri 0,1 sm-dən böyük tromblaşmış damar olarsa


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
249) Mədə xərçəngi həmişə haraya metastaz verir?

A) Regionar limfa düyünlərə

B) Sümüklərə

C) Ağ ciyərlərə

D) Qara ciyərə

E) Periton boyunca


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
250) Mədə xərçənginin uzaq metastazlarına hansılar aiddir?

A) Ağ ciyərə metastaz, Krukenberq metastazı, Virxov metastazı, Şnitsler metastazı, mədə-mədəaltı vəzi bağına metastaz

B) Ağ ciyərə metastaz, Virxov metastazı, Şnitsler metastazı, mədə-mədəaltı vəzi bağına metastaz

C) Krukenberq metastazı, Virxov metastazı, Şnitsler metastazı, mədə-mədəaltı vəzi bağına metastaz

D) Ağ ciyərə metastaz, Krukenberq metastazı, Virxov metastazı, Şnitsler metastazı

E) Ağ ciyərə metastaz, Krukenberq metastazı, Virxov metastazı, mədə-mədəaltı vəzi bağına metastaz


Ədəbiyyat: Черноусов А.Ф. Хирургия рака желудка. М., 2004, 316 с.
251) Qarının boğulmuş yırtığında erkən əlamətlərə hansı aiddir?

A) Kəskin başlama, yırtığın yerinə düzəlməməsi, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı, yüksək hərarət

B) Kəskin başlama, yırtığın yerinə düzəlməməsi, kəskin ağrı, yüksək hərarət

C) Yırtığın yerinə düzəlməməsi, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı, yüksək hərarət

D) Kəskin başlama, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı, yüksək hərarət

E) Kəskin başlama, yırtığın yerinə düzəlməməsi, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

252) Hansı yırtıqlarda daxili orqanlar yırtıq kisəsinin divarının bir hissəsini təşkil edə bilər?

A) Sürüşən yırtıq

B) Çəp qasıq yırtığı

C) Rixter yırtığı

D) Düz qasıq yırtığı

E) Göbək yırtığı


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
253) Boğulmuş bağırsağın divarında nekrotik dəyişikliklər hansı qatdan başlayır?

A) Selikli qişadan

B) Əzələ qişasından

C) Seroz qişadan

D) Selikaltı qişadan

E) Subseroz qişadan


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
254) Kəskin pankreatitdə aktivləşmiş fermentlərin ən çox toplaşdığı maye mühit hansıdır?

A) Sidik


B) Qarın boşluğu eksudatı

C) Arterial qan

D) Limfa

E) Venoz qan


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
255) Kəskin pankreatitin kişilərdə əsas inkişaf səbəbləri hansıdır?

A) Qara ciyər sirrozu

B) Kortikosteroidlərin istifadəsi

C) Qarnın travması

D) Alkoqolizm

E) Xroniki xolesistit


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
256) Peritonitlə xəstələrdə əsas rast gəlinən ağırlaşmalara hansı aiddir?

A) Qarın boşluğunda irinliklərin əmələ gəlməsi

B) Bağırsaq svişlərinin əmələ gəlməsi

C) Eventrasiya

D) Ağ ciyər arteriyasının tromboemboliyası

E) Pnevmoniya


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
257) Peritonitlə xəstələrdə aparıcı müalicə üsulunu hansı təşkil edir?

A) Tənəffüs pozğunluğu səbəblərinin aradan qaldırılması

B) Dezintoksikasion müalicə

C) Cərrahi müdaxilə

D) Rasional antibiotikoterapiya

E) Bağırsaq parezi ilə mübarizə


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
258) Qara ciyərdən kənar öd yollarının zədələnməsini aradan qaldırmaq nə ilə mümkündür?

A) Axacağı T-yə bənzər drenaj üzərində tikməklə, axacağı L-ə bənzər drenaj üzərində tikməklə, biliodigestiv anastomoz qoymaqla, xolesisto-qastroanastomoz qoymaqla

B) Zədə yerini atravmatik ayrı-ayrı tikişlərlə tikməklə, axacağı T-yə bənzər drenaj üzərində tikməklə, axacağı L-ə bənzər drenaj üzərində tikməklə, biliodigestiv anastomoz qoymaqla

C) Zədə yerini atravmatik ayrı-ayrı tikişlərlə tikməklə, axacağı T-yə bənzər drenaj üzərində tikməklə, biliodigestiv anastomoz qoymaqla, xolesisto-qastroanastomoz qoymaqla

D) Zədə yerini atravmatik ayrı-ayrı tikişlərlə tikməklə, axacağı T-yə bənzər drenaj üzərində tikməklə, axacağı L-ə bənzər drenaj üzərində tikməklə, xolesisto-qastroanastomoz qoymaqla

E) Zədə yerini atravmatik ayrı-ayrı tikişlərlə tikməklə, axacağı L-ə bənzər drenaj üzərində tikməklə, biliodigestiv anastomoz qoymaqla, xolesisto-qastroanastomoz qoymaqla


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
259) Xolangit üçün hansı xarakterdir?

A) Hektik tipli qızdırma, tərləmə, susuzluq, ağızda quruluq, dalağın böyüməsi, qara ciyərin böyüməsi

B) Hektik tipli qızdırma, şiddətli üşütmə, tərləmə, susuzluq, ağızda quruluq, qara ciyərin böyüməsi

C) Şiddətli üşütmə, tərləmə, susuzluq, ağızda quruluq, dalağın böyüməsi, qara ciyərin böyüməsi

D) Hektik tipli qızdırma, şiddətli üşütmə, tərləmə, susuzluq, ağızda quruluq, dalağın böyüməsi

E) Hektik tipli qızdırma, şiddətli üşütmə, dalağın böyüməsi, qara ciyərin böyüməsi


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
260) Öd daşı xəstəliyinin rasional müalicəsi hansıdır?

A) Mineral sularla müalicə

B) Sanator-kurort

C) Medikamentoz

D) Cərrahi

E) Dietik


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
261) Fasiləli sarılıq nə ilə izah edillir?

A) Xoledoxun ventil xarakterli daşı ilə

B) Böyük duodenal məməcikdə ilişmiş daş ilə

C) Qara ciyərdən xaric öd yollarının xərçəngilə

D) Öd kisə axacağının daşı ilə

E) Öd kisə axacağının oklüziyası ilə müşayiət edilən öd kisəsi daşları olarsa


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
262) Kəskin öd hipertenziyasına əsas səbəblər hansıdır?

A) Hepato-pankreatiko-duodenal sahənin şişləri, böyük duodenal məməciyin stenozu, duodenal hipertenziya, qurd invaziyası

B) Hepato-pankreatiko-duodenal sahənin şişləri, böyük duodenal məməciyin stenozu, xoledoxolitiaz, duodenal hipertenziya

C) Hepato-pankreatiko-duodenal sahənin şişləri, böyük duodenal məməciyin stenozu, xoledoxolitiaz, qurd invaziyası

D) Hepato-pankreatiko-duodenal sahənin şişləri, böyük duodenal məməciyin stenozu, xoledoxolitiaz, duodenal hipertenziya, qurd invaziyası

E) Böyük duodenal məməciyin stenozu, xoledoxolitiaz, duodenal hipertenziya, qurd invaziyası


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
263) Mexaniki sarılığın səbəbini əsas hansı vasitələrlə müəyyənləşdirmək mümkündür?

A) Retroqrad xolangioqrafiya

B) Qara ciyərin ssintiqrafiyası

C) Venadaxili xolesisto-xolangioqrafiya

D) Peroral xolesistoqrafiya

E) Birbaşa spleno-portoqrafiya


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
264) Obturasion bağırsaq keçməməzliyinə səbəb olan öd daşı, bağırsaq mənfəzinə öd kisəsinin hansı orqanla əmələ gətirdiyi fistuladan keçir?

A) Nazik bağırsaq

B) 12-barmaq bağırsaq

C) Çənbər bağırsaq

D) Kor bağırsaq

E) Mədənin kiçik əyrilliyi


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
265) Qara ciyərin solitar abseslərində əsas əməliyyat növü hansıdır?

A) Hemihepatektomiya

B) Qara ciyər payının və ya seqmentinin rezeksiyası

C) Absesin yarılması və drenə edilməsi

D) Qara ciyərin transplantasiyası

E) Biliodigestiv anastomozun qoyulması


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
266) Qara ciyərin amöb absesi hansı hallarla müşayiət olunur?

A) 12 b/b xora xəstəliyinin mövsümi kəskinləşməsi ilə

B) Amöb dizenteriyası əlamətlərinin artması ilə

C) Kəskin respirator virus xəstəliklərinin epidemiyası ilə

D) İnfeksion hepatitin artması ilə

E) Opistorxoz hallarının artması ilə


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
267) Qara ciyərin böyük amöb abseslərinin kompleks konservativ müalicəsi hansı üsul ilə tamamlanmalıdır?

A) Geniş spektrli antibiotiklərin tətbiqi ilə

B) Qara ciyərin rezeksiyası ilə

C) Hemihepatektomiya ilə

D) Abses boşluğunun punksion aspirasiyası və ona anti-amöb preparatların vurulması ilə

E) Laparotomiya, abses boşluğunun yarılması və drenə edilməsilə


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
268) Qara ciyər sirrozunun gecikmiş mərhələsi üçün hansı xarakterdir?

A) Splenomeqaliya, qida borusu venalarının varikoz genişlənməsi qarnın ön divar venalarının varikoz genişlənməsi, assit, mədənin kəskin genişlənməsi

B) Splenomeqaliya, qida borusu venalarının varikoz genişlənməsi qarnın ön divar venalarının varikoz genişlənməsi, mədənin kəskin genişlənməsi

C) Splenomeqaliya, qarnın ön divar venalarının varikoz genişlənməsi, assit, mədənin kəskin genişlənməsi

D) Splenomeqaliya, qida borusu venalarının varikoz genişlənməsi, qarnın ön divar venalarının varikoz genişlənməsi, assit

E) Qida borusu venalarının varikoz genişlənməsi qarnın ön divar venalarının varikoz genişlənməsi, assit, mədənin kəskin genişlənməsi


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
269) Qida borusu venalarının varikoz genişlənməsindən qanaxma zamanı zonddan istifadə edilməsi hansı ağırlaşmalarla müşayiət oluna bilər?

A) Pnevmoniya, qida borusu selikli qişasının trofiki dəyişikliyi, hipersalivasiya, tireoidit

B) Qida borusu selikli qişasının trofiki dəyişikliyi, yataq yarası, hipersalivasiya, tireoidit

C) Pnevmoniya, yataq yarası, hipersalivasiya, tireoidit

D) Pnevmoniya, qida borusu selikli qişasının trofiki dəyişikliyi, yataq yarası, hipersalivasiya, tireoidit

E) Pnevmoniya, qida borusu selikli qişasının trofiki dəyişikliyi, yataq yarası, hipersalivasiya


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.

270) Kəskin bağırsaq keçməməzliyində rentgenoloji əlamətlərə nə aiddir?

A) Mədənin genişlənməsi ilə əlaqədar daxilində çoxlu miqdarda maye və qazın toplanması, kloyber kasalarının dəqiq görünüşlə çoxlu miqdarda aşkarlanması, diafraqmanın adi səviyyədə və normal hərəkətli olması

B) Maneəyə yaxın hissədə bağırsaqda mülayim köpün olması, mədənin genişlənməsi ilə əlaqədar daxilində çoxlu miqdarda maye və qazın toplanması, kloyber kasalarının dəqiq görünüşlə çoxlu miqdarda aşkarlanması, diafraqmanın adi səviyyədə olması

C) Mədənin genişlənməsi ilə əlaqədar daxilində çoxlu miqdarda maye və qazın toplanması, kloyber kasalarının dəqiq görünüşlə çoxlu miqdarda aşkarlanması, diafraqmanın adi səviyyədə və normal hərəkətli olması

D) Bağırsaq ilgəklərində mayenin səviyyəsi qazlardan çox olması, maneəyə yaxın hissədə bağırsaqda mülayim köpün olması, Kloyber kasacıqlarının dəqiq görünüşlə çoxlu miqdarda aşkarlanması, diafraqmanın adi səviyyədə və normal hərəkətli olması

E) Bağırsaq ilgəklərində mayenin səviyyəsi qazlardan çox olması, maneəyə yaxın hissədə bağırsaqda mülayim köpün olması, mədənin genişlənməsi ilə əlaqədar daxilində çoxlu miqdarda maye və qazın toplanması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
271) Su-elektrolit və zülal mübadiləsi pozğunluğu daha çox hansı hallarda olur?

A) Bitişmə mənşəli bağırsaq keçməməzliyində

B) Paralitik bağırsaq keçməməzliyində

C) Obturasion bağırsaq keçməməzliyində

D) Spastik bağırsaq keçməməzliyində

E) Stranqulyasion bağırsaq keçməməzliyində


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

272) Yüksək səviyyəli nazik bağırsaq keçməməzliyində kompleks müalicə tədbirləri hansı üsuldan başlanılmalıdır?

A) Cərrahi müdaxilə

B) İnfuzion terapiya

C) Nazoqastral zondlama

D) Antixolinesteraz təsirli preparatların tətbiqi

E) Antibiotikoterapiya


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
273) Bağırsaqların dolaşaraq düyün əmələ gətirməsi daha çox hansı bağırsaqlar arasında baş verir?

A) Nazik bağırsaq ilgəkləri

B) Siqmaya bənzər və nazik bağırsaq

C) Kor və nazik bağırsaq

D) Düz və nazik bağırsaq

E) Enən çənbər və siqmaya bənzər bağırsaq


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
274) Öd kisəsinin hidropsu hansı səbəbdən inkişaf edir?

A) Kisə axacağının daşla tutulması

B) Ümumi qara ciyər axacağının daşla tutulması

C) Ümumi öd axacağının daşla tutulması

D) Böyük duodenal məməciyin daşla tutulması

E) 12 b/b keçiriciliyinin xroniki pozğunluğu


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
275) Mellori-Veys sindromuna nə aiddir?

A) «Güzgülü» xoraların olması

B) Pilorik stenoz

C) Mədənin antral şöbəsinin selikli qişasının cırılması

D) Kardial sfinkterin spazmı

E) Mədənin kardial şöbəsinin selikli qişasının cırılması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
276) Xora xəstəliyi nə ilə ağırlaşır?

A) Qanaxma, penetrasiya, perforasiya, maliqnizasiya

B) Qanaxma, perforasiya, maliqnizasiya, stenoz

C) Qanaxma, penetrasiya, perforasiya, maliqnizasiya,stenoz

D) Qanaxma, penetrasiya, perforasiya, stenoz

E) Penetrasiya, perforasiya, maliqnizasiya, stenoz


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
277) Boğulmuş yırtıqda ilk növbədə nə icra edilir?

A) Törəmənin punksiyası

B) Boğucu həlqənin kəsilməsi

C) Laparotomiya

D) Yırtıq kisəsinin kəsilməsi

E) Spazmolitiklərin təyini


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
278) Qarın boşluğu orqanlarının travması zamanı ən opitimal cərrahi yol hansı biri sayılır?

A) Torakoadominal kəsik

B) Orta laparotomiya

C) Koxer, Fyodorov kəsiyi

D) Köndələn laparotomiya

E) Çerni kəsiyi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
279) Mədəaltı vəzin yaralanması zamanı onun rezeksiyası nə zaman göstərişdir?

A) Postravmatik pankreatit zamanı

B) Mədəaltı vəzin başının yaralanması zamanı

C) Dalaq arteriyasının yaralanması zamanı

D) Peritonarxası toxumaların geniş steotonekrotik zamanı

E) Tam köndələn cırılma və dağılıb- didilmə zamanı


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
280) Nazik bağırsağın yaralanamsı zamanı hansı olunmalıdır?

A) Transverzoyeyunoanastomozun qoyulması

B) Yaranın tikilməsi

C) Maydl əməliyatının aparılması

D) Nazik bağırsağın rezeksiyası

E) Entrerotomiya


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
281) Nazik bağırsağın travması zamanı rezeksiya hansı hallarda göstərişdir ?

A) Müsariqənin bağırsaq divarından 4 sm və daha çox sahədə qopması

B) Müsariqənin homotoması

C) Travma olan sahədə seroz qişada nöqtəvari qansızmaların olması

D) Geniş peritonarxası hemotoma

E) Nazik bağırsağın dəlib keçən yaralanması


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
282) Ümumi öd axarının kəsilməsi zamanı erkən əməliyyatönü dövrdə hansı fəsad əmələ gəlir?

A) Öd axması

B) Mexaniki sarılıq

C) Hıçqırıq

D) İrinli xolangit

E) Ödlü qusma


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə