Ümümi cərrahiyyə ixtisası üzrə test nümunələri 21. 01. 13-cü il tarixində əlavə olunmuşdur. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Göstərilən simptomlardan hansı osteoxondrozlar üçün xarakter deyil



Yüklə 1,39 Mb.
səhifə8/15
tarix26.03.2018
ölçüsü1,39 Mb.
#34671
növüРуководство
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

411) Göstərilən simptomlardan hansı osteoxondrozlar üçün xarakter deyil:
A) Lümbaqo

B) Biradikulyar sindrom.

C) Monoradikulyar sindrom

D) Lumbalgiya

E) Broun-Sekar sindromu
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq. (dərslik). Bakı, 2004; И.М.Иргер. Нейрохирургия. «Медицина», Москва, 1982.; А.П.Ромаданов, Н.М.Мосейчук. Нейрохирургия. «Выща школа», Киев, 1990.
412) Osteoxondrozların konservativ müalicəsində istifadə olunmayan metod hansıdır?
A) Vitaminoterapiya

B) Antalgik terapiya

C) Dehidratasion terapiya

D) Antikoaqulyantların təyini

E) Mikrosirkulyasiyanı yaxşılaşdırmaq
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq. (dərslik). Bakı, 2004; И.М.Иргер. Нейрохирургия. «Медицина», Москва, 1982.; А.П.Ромаданов, Н.М.Мосейчук. Нейрохирургия. «Выща школа», Киев, 1990.
413) Alın payının şişlərində əsasən hansı sinirlər zədələnir?
A) Dil-udlaq

B) Eşitmə

C) Qoxu

D) Üçlü sinir.



E) Azan
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq. (dərslik). Bakı, 2004; И.М.Иргер. Нейрохирургия. «Медицина», Москва, 1982.; А.П.Ромаданов, Н.М.Мосейчук. Нейрохирургия. «Выща школа», Киев, 1990.
414) Gicgah payının şişlərində hansı simptom rast gəlinmir?
A) Amnestik afaziya

B) Homonim hemianopsiya

C) Qoxu, dad, eşitmə, görmə hallsunasiyaları

D) Motor afaziya

E) Senzor afaziya
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq. (dərslik). Bakı, 2004; И.М.Иргер. Нейрохирургия. «Медицина», Москва, 1982.; А.П.Ромаданов, Н.М.Мосейчук. Нейрохирургия. «Выща школа», Киев, 1990.
415) Ənsə payının şişinə xarakter olan əlaməti göstərin.

A) Görmə pozğunluqları

B) Aqrafiya, afaziya

C) Aleksiya

D) Apraksiya

E) Asteroqnoz


Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq. (dərslik). Bakı, 2004; И.М.Иргер. Нейрохирургия. «Медицина», Москва, 1982.; А.П.Ромаданов, Н.М.Мосейчук. Нейрохирургия. «Выща школа», Киев, 1990.
416) Alın payı şişlərinə xarakter olmayan simptom hansıdır?
A) Ataksiya

B) Abaziya

C) Görmə aqnoziyası

D) Astaziya

E) Apatiko-abulik sindrom
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq. (dərslik). Bakı, 2004; И.М.Иргер. Нейрохирургия. «Медицина», Москва, 1982.; А.П.Ромаданов, Н.М.Мосейчук. Нейрохирургия. «Выща школа», Киев, 1990.
417) Aşağıdakılardan hansıının ən sevimli lokalizasiya yeri ön divararalığıdır?
A) divararalığının limfaqranulomatozu

B) timoma

C) divararalığın enterogen sisti

D) perikardın celomik sisti

E) divararalığın bronxogen sisti
Ədəbiyyat: В.И.Бураковский, Л.А.Бокерия. Сердечно сосудистая хирургия. «Медицина», Москва, 1989.
418) Aşağıdakılardan hansı ən çox qabırğa-onurğa sütunu bucağında yerləşir?

A) divararalığın nevrinoması

B) divararalığın parazitar sisti

C) divararalığın lipoması

D) divararalığın dermoid sisti

E) lokal mezotelioma


Ədəbiyyat: С.А.Симбивчева. Основы оперативной хирургии. «Медицина», Москва, 2000.
419) Xəstədə pnevmonektomiya cərrahiyyə əməliyyatından 2 gün sonra bronx güdülünün birincili açılması baş verir. Bu zaman xəstəyə mütləq hansı köməyi göstərmək lazımdır?
A) Plevranın punksiyası

B) Təcili retorokotomiya

C) Xəstəyə nəzarət etmək

D) Plevra boşluğunun drenə edilməsi

E) Bronxoskopiya və bioloji kleyin yeridilməsi
Ədəbiyyat: L.A.Məmmədov, C.İ.Əliyev, L.M.Hüseynov. Döş nahiyəsinin topoqrafiyası və cərrahiyyə əməliyyatı, «Təbib», Bakı, 2001.
420) Xəstənin ağciyərinin periferik hissəsində döş qəfəsi divarına söykənən kiçik törəmə aşkar olunur. Bu törəmənin xarakterini müəyyən etmək üçün hansı müayinə məsləhət görülür?
A) bəlğəmdə BK və şiş hüceyrələrinin təkrar müayinələri

B) iynə ilə transtorakal biopsiya

C) bronxoskopiya zamanı yuyulmuş mayenin müayinəsi

D) bronxoskopiya zamanı kataterizasiyon biopsiya

E) bronxoskopiya
Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq. III hissə. “Maarif”, Bakı, 1979.
421) Senker divertikulunun müalicəsinin ən əlverişli metodu hansıdır?

A) Heller əməliyyatı

B) divertikulun kəsilib götürülməsi

C) krikofarinqial miotomiya, divertikulun kəsilib götürülməsi və tikilməsi

D) Belş əməliyyatı

E) Nissen üsulu ilə fundoplikasiya


Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq. III hissə. “Maarif”, Bakı, 1979.
422) İkidəlikli boru ilə intrubasiya üçün mütləq göstəriş hansıdır?
A) Lobektomiyanın aparılması məcburiyyəti

B) Ağ ciyərin şişi

C) Torakal şöbədə laminektomiya

D) Yemək borusunda əməliyyat

E) Bronxoplevral fistula
Ədəbiyyat: Б.В.Петровский, М.И.Перельман, Н.С.Королева. Трaхеобронхиальная хирургия. «Медицина», Москва, 1978.
423) Aşağıdakı əlamətlərdən ağciyər arteriyalarına uyğun olanını seçin.
A) Oksigenləşmiş qanı ağciyər toxumasına aparır

B) Oksigenlə zənginləşməmiş qanı ürəkdən aparır

C) Oksigenləşmiş Qanı ürəyə aparır

D) Paylararası arakəsmədə yerləşir

E) Qabırğaarası arteriyalardan çıxır
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999
424) Aşağıdakı əlamətlərdən ağciyər arteriyalarına uyğun olanını seçin.
A) Oksigenlə zənginləşməmiş qanı ürəkdən aparır

B) Qabırğaarası arteriyalardan çıxır

C) Oksigenləşmiş qanı ürəyə aparır

D) Ağciyərlər parenximasını qanla təchiz edir

E) Paylararası arakəsmədə yerləşir
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
425) Bronxoektaziya xəstəliyi zamanı rentgenoloji müayinə metodlarından ən informativi hansıdır?
A) Rentgenoskopiya

B) Rentgenoqrafiya

C) Bronxoqrafiya

D) Kompyuter tomoqrafiyası

E) Tomoqrafiya
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
426) Divararalığının hansı şişi daim bəd xassəli olur?
A) Limfoma

B) Hemangioma

C) Timoma

D) Nevrinoma

E) Teratoma
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
427) Diafraqmanın qabırğa hissəsi hansı qabırğa cütlərinin daxili səthindən başlayır?
A) VIII qabırğa cütlərindən

B) V qabırğa cütlərindən

C) IX qabırğa cütlərindən

D) VI qabırğa cütlərindən

E) VII qabırğa cütlərindən
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
428) Diafraqmanın döş və qabırğa hissələri arasında sahə sağ tərəfdə necə adlanır?
A) Boxdalek üçbucağı

B) Larrey yarığı

C) Hesselbax üçbucağı

D) Rauxfus üçbucağı

E) Morqani üçbucağı
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
429) 26 yaşlı xəstədə profuz “ağciyər qanaxması ilə ağırlaşmış ağ ciyərin qanqrenoz absesi”, diaqnozu qoyulub. Bu halda ən effektiv müalicə üsulu hansıdır?
A) hemostatik terapiya

B) süni pnevmotoraks

C) drenəedən bronxun tamponadası

D) ağciyərin rezeksiyası

E) pnevmoperitoneum
Ədəbiyyat: Б.В.Петровский, М.И.Перельман, Н.С.Королева .Трaхеобронхиальная хирургия. «Медицина», Москва, 1978.
430) Ağciyər qanaxmasının şübhəsiz əlaməti nədir?
A) ağ ciyərdə kölgələşmə

B) bronxoskopiyada bronxlarda qanın olması

C) köpüklü al qan ilə öskürək

D) plevral boşluqda ekssudatın olması

E) ağız boşluğundan qan ifrazatı
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 2000.
431) Ağciyərlərin kəskin absesi zamanı ilk günlər optimal taktika necə olmalıdır?
A) bronxoskopiya ilə sanasiya

B) massiv antibakterial terapiya

C) ağciyərin rezeksiyası

D) plevrotomiya

E) plevra boşluğuna drenaj
Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq. III hissə. “Maarif”, Bakı, 1979.
432) Pasient arxası üstü vəziyyətdən böyrü üstə çevrildikdə, aşağı ağciyərin oksigeni udma qabiliyyəti necə olur?
A) Bir qədər artır

B) 15-30% artır

C) 15-30% azalır

D) Dəyişilmir

E) Bir qədər azalır
Ədəbiyyat: В.И.Бураковский, Л.А.Бокерия. Сердечно сосудистая хирургия. «Медицина», Москва, 1989.
433) Arteria qanın oksigenlə doyma səviyyəsi nə qədər azaldıqda sianoz əlamətləri meydana çıxır?

A) 100%


B) 80%

C) 85%


D) 95%

E) 90%
Ədəbiyyat: В.И.Бураковский, Л.А.Бокерия. Сердечно сосудистая хирургия. «Медицина», Москва, 1989.


434) 32 yaşlı kişi, özünü tam sağlam hesab edir. Müayinə zamanı ağciyərin sağ yuxarı payında homogen, dairəvi,diametri 6 sm olan, sərhədi dəqiq olan kölgə müşahidə olunmuşdur. Mantu reaksiyası mənfidir. Qan analizində eozinofiliya aşkarlanmışdır.Hansı xəstəlikdən şübhələnmək olar?
A) Tuberkulomadan

B) Exinokokkoz

C) Ağciyər absesi

D) Ağciyərin periferik xərçəngi

E) Aktinomikoz
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
435) Ağciyər qanaxmasının mənbəyini təyin etmək üçün sadalanan hansı diaqnostik metodlara üstünlük verilir?
A) Bronxoskopiya

B) Bronxoqrofiya

C) Tomoqrafiya

D) Torokoskopiya

E) 2-3 proyeksiyada rentgenoqrafiya
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
436) Sadalananlardan hansı ağciyər qanaxmasının olmasını göstərir?
A) Periodik qusma ilə qan xaric olur

B) Səhər tezdən tüpürcəklə qan xaric olur

C) Xəstə yastıqda periodik qan ləkəsinin olmasını qeyd edir

D) Qan öskürərkən xaric olur

E) Xəstə isti qida qəbul edəndən sonra tüpürcəkdə qan olmasını qeyd edir
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
437) Divar aralığı üzvlərinin zədələnmiş tərəfə yerdəyişməsi nəyə dəlalət edir?
A) Laxtalanmış hemotoraks

B) Hemopnevmotoraks

C) Gərginlik pnevotoraksı

D) Diafraqmanın cırılması

E) Ağciyərin atelektazı
Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. “Медицина”, Москва, 1981.
438) 27 yaşlı xəstədə 1 saat əvvəl tam sağlamlıq fonunda döş qəfəsinin sol yarısında birdən-birə güclü ağrılar, hava çatışmamazlığı kimi əlamətlər meydana çıxıb. Ağciyərlər üzərində tənəffüs eşidilmir, perkussiyada timpanik səs qeyd edilir. Divararalığı sağa tərəf çəkilib.Ən böyük ehtimalla xəstəyə hansı diaqnozu qoymaq olar?

A) Spontan qeyri-spesifik pnevmotoraks

B) Ağ ciyər arteriyası şaxələrinin tromboemboliyası

C) Miokardın infarktı

D) Boğulmuş diafraqmal yırtıq

E) Quru plevrit


Ədəbiyyat: В.И.Бураковский, Л.А.Бокерия. Сердечно сосудистая хирургия, «Медицина», Москва, 1989.
439) Kliniki göstəricilərə görə, spontan qeyri-spesifik pnevmotoraks barədə düşünülür. Belə halda ən sadə diaqnostik üsul aşağıdakılardan hansı ola bilər?
A) Torakoskopiya

B) Ağciyərlərin rentgenoskopiyası və rentgenoqrafiyası

C) Bronxoskopiya

D) Ağ ciyərlərin skanlaşdırılması

E) Plevral punksiya
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 2000.
440) Piopnevmotorakslı xəstələrin müalicəsi necə başlanılır?
A) İltihabəleyhinə müalicədən

B) Plevra boşluğunun daimi yuyulmaqla drenləşdirilməsindən

C) Plevral punksiyadan

D) Vaqosimpatik blokadadan

E) Torakotomiyadan
Ədəbiyyat: В.И.Бураковский, Л.А.Бокерия.Сердечно сосудистая хирургия, «Медицина», Москва, 1989.
441) Seroz xarakterli ekssudatı plevral boşluqdan evakuasiya etməyin ən asan üsulu hansıdır?
A) Plevral punksiya və elektrosorucu ilə aspirasiya

B) Plevral punksiya və keçiricisi olan sadə sprits ilə aspirasiya

C) Seldinger üsulu ilə drenajın yeridilməsi

D) Geniş torakotomiya

E) Plevral boşluğun drenə edilməsi
Ədəbiyyat: Б.В.Петровский, М.И.Перельман, Н.С.Королева. Трахеобронхиальная хирургия. «Медицина», Москва, 1978.
442) Xəstə avtomabil qəzasına düşüb. Sol tərəfli hemo pnevmotoraks və döş qəfəsinin sol tərəfinin dərialtı emfizeması diaqnozu qoyulub. Rentgen müayinədə sol V, VI, VII qabırğaların sınığı, eyni zamanda VI qabırğanın sınığının yerdəyişməsi və qəlpənin birinin ağciyər toxumasına keçməsi aşkar olunub. Hansı əməliyyat aparılmalıdır?
A) Konservativ qan dayandırıcı müalicə

B) Toraktomiya, qabırğanın osteosintezi və ağ ciyər yarasının tikilməsi

C) Ağciyərlərə süni tənəffüs verilməsi

D) Plevra boşluğuna yalnız drenaj qoyulması

E) Ekstraplevral osteosintez
Ədəbiyyat: Э.А.Вагнер. Хирургия повреждения груди. «Медицина», Москва, 1981.
443) Hemotoraksın əsas müalicə metodu hansıdır?
A) Torakotomiya və hemotoraksın ləğvi

B) Geniş torakotomiya

C) Yanaşma yalnız fərdi olmalıdır

D) Plevra boşluğuna drenaj qoyulması

E) Plevranın punksiyası
Ədəbiyyat: Б.И.Стручков, О.Б.Стручков. Общая хирургия. «Медицина», Москва, 1987.
444) Pnevmotoraksı ləğv etmək üçün drenaj etməyə əlverişli nahiyə hansıdır?
A) Orta körpücük xətti ilə 2-ci qabırğaarası sahə

B) Ön aksiliyar xətlə 7-ci qabırğaarası sahə

C) Arxa aksiliyar xətti ilə 8-ci qabırğaarası sahə

D) Orta körpücük xətti ilə 3-cü qabırğaarası sahəsi

E) Ön qoltuq xətti ilə 4-cü qabırğaarası sahə
Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq. III hissə. “Maarif”, Bakı, 1979.
445) Paradoksal tənəffüs aşağıdakıların hansında daha çox təsadüf edilir?
A) Pnevmoniyada

B) Pnevmotoraksda

C) İdarə olunan ventilyasiyada

D) Larinqospazmda

E) Atelektazda
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 2000.
446) Gözlənilməz cərrahi pnevmotoraks aşağıdakılardan hansılar ilə bağlıdır?

1. Nefrektomiya və adrenalektomiya ilə

2. Boyun simpatektomiyası ilə

3. Tireoidektomiya və traxeotomiya ilə

4. Qastrektomiya ilə
A) 3, 4

B) 1, 2


C) 2, 3

D) 1, 4


E) 2, 4
Ədəbiyyat: С.А.Симбивчева. Основы оперативной хирургии. «Медицина», Москва, 2002.
447) Qeyri-spesifik spontan pnevmotoraksin inkişaf etməsinin səbəbi nədir?

1. Ağ ciyərin anadangəlmə sisti

2. Bullyoz xəstəliyi

3. Astma

4. Revmotoid artriti
A) 3, 4

B) 2, 3


C) 1, 3

D) 1, 4


E) 1, 2
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 2000.
448) Döş qəfəsinin rentgenoqrafiyası zamanı aşkar oluna bilən mayenin minimal həcmi nə qədərdir?
A) 200 ml

B) 500 ml

C) 400 ml

D) 300 ml

E) 100 ml
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
449) Reaktiv ekssudativ plevrit aşağıdakı hansı xəstəliklərdə daha çox baş verə bilər?
A) Diafraqma altı abssess

B) Kəsgin xolesistit, pankreatit

C) Ağciyər vərəmində

D) Kəsgin pnevmoniya

E) Septik pnevmoniya
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
450) Qeyri-spesifik spontan pnevmotoraksın əmələ gəlməsinin əsas səbəbi hansıdır?

A) Plevra bitişmələrinin dağılması

B) Bronxun dağılması

C) Ağciyər absesin dağılması

D) Ağciyərin emfizematoz kistinin dağılması

E) Ağciyərin anadan gəlmə kistinin dağılması


Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
451) Qeyri-spesifik spontan pnevmotoraksın əsas müalicə metodu nədir?
A) Torokotomiya

B) Müşahidə

C) Plevra boşluğunun torokoskopiya ilə drenə olunması

D) Aktiv aspirasiya ilə plevral boşluğun drenə olunması

E) Havanın aspirasiyası ilə plevral punksiyası
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
452) Xəstənin 45 yaşı var. 2 həftə əvvəl güclü soyuqdəymədən sonra bədən temperaturu 39°C olmuşdur, sonra döş qəfəsinin sağ tərəfində ağrılar əmələ gəlmişdir. Aşağı payın pnevmoniyası aşkar edilmiş , müalicə başlamışdır. Amma,7 gündən sonra öskürək artmış, xəstə irinli, üfunətli bəlğəm xaric etməyə başlamışdır. Bir gün sonra qəflətən döş qəfəsinin sağ tərəfindən güclü ağrı təngnəfəslik əmələ gəlmişdir.Aşağıdakılardan hansından şübhələnmək olar?
A) Qeyri-spesifik spontan pnevmotoraks

B) Ağciyər absesi

C) Enksudativ plevrit

D) Fibroz plevrit

E) Piopnevmotoraks
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
453) Torakoabdominal yaralanmalarda aşağıdakılardan hansı icra edilir?
A) Torakotomiya və laporatomiya

B) Torakotomiya və laparoskopiya

C) Plevral boşluğunun drenə olunması və laparotomiya

D) Torakotomiya

E) Laparotomiya
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
454) Plevra boşluğundan havanı çıxarmaq üçün drenaj etməyin tipik yeri hansı sahədir?
A) Arxa qoltuqaltı xətlə yeddinci qabırğaarası sahə

B) Orta körpücük xətti ilə beşinci qabırğaarası sahə

C) Orta körpücük xətti ilə ikinci qabırğaarası sahə

D) Ön qoltuqaltı xətlə üçüncü qabırğaarası sahə

E) Qoltuqaltı xətlə IV qabırğaarası sahə
Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. “Медицина”, Москва, 1981.
455) Plevra boşluğundan qanı çıxarmaq üçün drenaj etməyin tipik yeri hansı sahədir?
A) Ön qoltuqaltı xətlə üçüncü qabırğaarası sahə

B) Arxa qoltuqaltı xətlə yeddinci qabırğaarası sahə

C) Qoltuqaltı xətlə V qabırğaarası sahə

D) Orta körpücük xətti ilə beşinci qabırğaarası sahə

E) Orta körpücük xətti ilə ikinci qabırğaarası sahə
Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. “Медицина”, Москва, 1981.
456) Sonrakı reinfuziya məqsədilə plevra boşluğundan evakuasiya olunan hər 500 ml qana əlavə edilən heparinin dozası neçə ml-dir?
A) 0, 2 ml

B) 1 ml


C) 1, 5 ml

D) 0, 5 ml

E) 1,2 ml
Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. “Медицина”, Москва, 1981.
457) Laxtalanmış hemotoraksın müalicəsi üçün aşağıdakılardan hansı istifadə edilir?

1. Fizioterapevtik tədbirlər

2. Rentgenoterapiya

3. Plevral boşluğun drenə edilməsi və plevral boşluğa fermentativ preparatların yeridilməsi

4. Torakotomiya

5. Torakoskopiya
A) 2, 4, 5

B) 1, 3, 5

C) 1, 2, 3

D) 3, 4, 5

E) 1, 2, 4
Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. “Медицина”, Москва, 1981.
458) Diafraqma gümbəzinin cırılmasının ən xarakter əlaməti hansıdır?

A) Qabırğa önü ağrı

B) Rentgen müayinədə qarın orqanlarının döş qəfəsinə keçməsi

C) Xəstənin ümumi vəziyyətinin ağır olması

D) Travma olan tərəfdə tənəffüsün zəifləməsi

E) Çiyin nahiyəsinə vuran döş qəfəsində olan ağrı


Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 2000.
459) Xəstə yol travmasını almışdır. Müayinə nəticəsində çanaq sümüklərinin sınığı aşkarlanıb. Döş qəfəsinin sol yarısında auskultasiyada peristaltika küyü eşidilir.Aşağıdakılardan hansının baş verdiyini demək olar?
A) Diafraqmanın sol kupolunun cırılması, qarın boşluğu üzvlərinin döş boşluğuna keçməsi

B) Kombinə olunmuş travmanı aydınlaşdırmaq üçün əlavə müayinə gərəkdir

C) Qarın boşluğuna qanaxma

D) Ürəyin küt travması

E) Ağciyərin partlaması
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1987.
460) Xəstə 4 saat əvvəl döş qəfəsinin çox saylı bıçaq yarasını almışdır. Dəri örtüyü normal rəngdədir. Nəbz 1-də 92 vurğu olub kafi dolğundur. A/t 100/70 mm c.st. Hemopnevmotoraks yoxdur. Xəstəyə aparılacaq müalicə taktikası necə olmalıdır?

A) Solda plevral punksiya

B) Soltərəfli torakotomiya

C) Sol plevra boşluğunun drenajı

D) Döş qəfəsi yarasının birincili cərrahi işlənməsi

E) Sağda plevral punksiya


Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq. “Maarif”, Bakı, 1979.
461) Xəstə döş qəfəsinin sağ yarısına işləyən bıçaq yarası almışdır, Dəri örtüyü solğundur. A/t 90/60 mm cv.st. Nəbz zəif dolğun olub, 112 vurğudur, ritmikdir. Döş qəfəsinin R-qrafikasında, geniş maye səviyyəsi, kürək sümüyünün aşağı bucağına çatır. Müalicə taktikası necə olmalıdır?
A) Təcili torakotomiya

B) Müalicəvi plevral punksiya

C) Ancaq intensiv terapiya

D) İntensiv terapiya plevra boşluğunun drenajı ilə kombinə olmalıdır

E) Plevra boşluğunun drenajı
Ədəbiyyat: M.A.Topçubaşov. “Xüsusi cərrahlıq” III hissə.” Maarif”, Bakı, 1979.
462) Xəstədə ikitərəfli qabırğa sınığı nəticəsində nəzərə çarpan dərialtı emfizema aşkar olunur. Klinik və rentgenoloji olaraq pnevmotoraks və hemotoraks yoxdur. Həkimin taktikası necə olmalıdır?
A) Döş qəfəsinin ön səthində dərialtı toxumaya iynə yeridilməsi

B) Plevra boşluğunun drenə olunması

C) Hər iki plevra boşluğunun drenajı

D) Dinamik nəzarət

E) Döş qəfəsində və boyunda səthi kəsiklər aparmalı
Ədəbiyyat: M.A.Topçubaşov. “Xüsusi cərrahlıq” III hissə.” Maarif”, Bakı, 1979.
463) Döş qəfəsinə işləyən yaralanmalar zamanı geniş torakotomiya üçün mütləq göstəriş hansıdır?
A) Döş qəfəsinin dəlib-keçən yarası

B) Pnevmotoraks

C) Hemo-pnevmotoraks

D) Plevra boşluğuna davamlı qanaxma

E) Hemotoraks
Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq. III hissə. “Maarif”, Bakı, 1979.
464) Diafraqmanın deşilmiş – kəsilmiş yaraları hansı tikişlərlə tikilir?
A) Fasiləsiz ketqut tikişlə

B) Sorulmayan düyünlü tikişlərlə

C) Fasiləli ketqut tikişlərlə

D) İki sıralı düyünlü tikişlərlə

E) Sorulmayan materiallardan fasiləsiz tikişlər
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
465) Diafraqmanın sol gümbəsinin arxa və arxa yan hissəsində yaranı tikmək üçün hansı kəsiyin aparılması daha rahatdır?
A) Torakotomiya

B) Laparotomiya və sternotomiya

C) Laparotomiya

D) Sternotomiya

E) Torakolaparotomiya
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
466) Qabırğa diafraqmal sinusun yan hissəsinə girmək üçün hansı qabırğaarası sahədən kəsik aparılır?
A) VI

B) VIII


C) X

D) V


E) IX
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
467) Ürəyin tamponadasına xas əlamətlər hansıdır?
A) Hipertenziya, taxikardiya, ürək vurğusunun güclənməsi

B) Bradikardiya, bradipnoe, dəri örtüklərinin avazıması

C) Taxikardiya, sapvarı nəbz, soyuq tər

D) Taxikardiya, taxipnoe, sianoz

E) Hipotoniya, boyun venalarının şişməsi, ürək tonlarının zəifləməsi, ürək sərhədlərinin genişlənməsi, mərkəzi venoz təzyiqin artması
Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. “Медицина”, Москва, 1981.
468) Divararalığının emfizeması nəyin inkişaf etməsi üçün təhlükəlidir?

1. Ağciyər ödeminin

2. Asfiksiyanın

3. Ürəyin ekstraperikardial tompanadasının


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə