Ümümi cərrahiyyə ixtisası üzrə test nümunələri 21. 01. 13-cü il tarixində əlavə olunmuşdur. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Mədə rezeksiyasından sonra xəstə şirin və südlü qida qəbulundan sonra epiqastral nahiyədə ağırlıq hissi, huşun itməsi, zəiflikdən şikayətlənir. Bu hal xasdır



Yüklə 1,39 Mb.
səhifə11/15
tarix26.03.2018
ölçüsü1,39 Mb.
#34671
növüРуководство
1   ...   7   8   9   10   11   12   13   14   15

578) Mədə rezeksiyasından sonra xəstə şirin və südlü qida qəbulundan sonra epiqastral nahiyədə ağırlıq hissi, huşun itməsi, zəiflikdən şikayətlənir. Bu hal xasdır:
A) anastomozun peptik xorası

B) mədəaltı vəzin insulinoması

C) gətirici ilgək sindromu

D) kiçik mədə sindromu

E) dempinq sindromu
Ədəbiyyat: Ş.B.Quliyev. Cərrahi xəstəliklər. Bakı, 2002.
579) “Təcrid etmə” ilə rezeksiyanı hansı halda aparmaq olar?
A) aşağı postbulbar xoralarda

B) xora qaraciyərə penetrasiya etdikdə

C) xoranın qara ciyər -12 barmaq bağırsaq bağına penetrasiyası

D) 12 barmaq bağırsaq nahiyəsində güclü iltihabı infiltrat olduqda

E) xora mədə altı vəzə penetrasiya etdikdə
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
580) Əməliyyatdan sonrakı dövrdə mədənin kəskin genişlənməsinin erkən əlaməti hansıdır?
A) qusma

B) hıçqırma

C) epiqastral nahiyədə şişkinlik

D) bağırsaq küylərinin eşidilməməsi

E) taxikardiya
Ədəbiyyat: Ş.B.Quliyev. Cərrahi xəstəliklər. Bakı, 2002.
581) Mədənin kəskin genişlənməsini hansı üsulla aşkar etmək olar?
A) laparosentez

B) vertikal vəziyyətdə döş qəfəsinin R-qrafiyası

C) nazoqastral zondlama

D) qanda serotoninin təyini

E) qarın divarının perkusiyası
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
582) Bəd xassəli transformasiyaya aşağıdakılardan hansı tez-tez məruz qalır?

A) subkardial zonanın xorası

B) postbulbar xoralar

C) mədənin böyük əyriliyinin xoraları

D) 12 barmaq bağırsaq soğanağının xoraları

E) mədənin kiçik əyriliyinin xoraları


Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
583) Xora xəstəliyinə görə aparılmış kiçik həcmli mədə rezeksiyası aşağıdakılardan hansının tez-tez təzahür etməsinə səbəb olur?
A) anastomozun peptik xorası

B) dempinq-sindrom

C) hipoqlikemik sindrom

D) gətirici ilgəyin sindromu

E) “kiçik mədə” sindromu
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
584) Mədənin xərçəngi ən çox harda lokalizasiya edir?
A) mədənin antral hissəsində

B) mədənin kiçik əyriliyi üzrə

C) mədənin kardial hissəsində

D) mədənin böyük əyriliyi üzrə

E) mədənin dibində
Ədəbiyyat: Ş.B.Quliyev. Cərrahi xəstəliklər. Bakı, 2002.
585) Qastrostomiya əməliyyatı hansı halda göstərişdir?
A) mədənin cisminin inoperabel xərçəngində

B) mədənin antral hissəsinin inoperabel xərçəngində

C) mədənin ezofaqokardial keçidinin şişlə törənmiş stenozunda

D) kardiyanın axalaziyasında

E) reflyuks-ezofaqitdə
Ədəbiyyat: Ş. B.Quliyev. Cərrahi xəstəliklər. Bakı, 2002
586) Tipik mədə rezeksiyasından sonra qanaxma daha tez-tez harda baş verir?
A) eroziv qastrit

B) mədənin kiçik əyriliyi

C) duodenal güdül

D) qastroenteroanastomozun peptik xorası

E) mədənin böyük əyriliyi
Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq IV cild. Tibb İnstitutunun tələbələri üçün dərslik. «Maarif», Bakı, 1982.
587) Xora mənşəli davamlı mədə qanaxması və yanaşı gedən ağır xəstəlikləri olan 75 yaşlı xəstəyə aşğağıdakılardan hansı göstərişdir?
A) Mədə rezeksiyası

B) Konservativ müalicə

C) Qanaxan damarın tikilməsi

D) Mədə xorasının pazvari kəsilib götürülməsi

E) Fibroqastroskopun köməyi ilə qanaxan damarın termokoaqulyasiyası.
Ədəbiyyat: М.Н.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. (Г)
588) Mədənin kəskin genişlənməsi zamanı əməliyyatdan sonrakı dövrdə hansı tədbir görülməlidir?
A) Spazmolitiklərin yeridilməsi

B) Volfer üsulu ilə qastroenteroanastomozun qoyulması

C) Piloroplastika ilə kötük vaqotomiyanın aparılması

D) Mədə möhtəviyyatının fasiləsiz aspirasiyası və su-elektrolit balansının korreksiyası

E) Mədə möhtəviyyatının sutka ərzində 2 dəfə evakuasiyasının həyata keçirilməsi
Ədəbiyyat: О.Л.Шевченко. Частная хирургия. Том 1, СПб. 2000. с.512. (Г)
589) Nissen üsulu ilə fundoplikasiyadan sonrakı disfagiya aşağıdakı hansı səbəb ilə əlaqədardır?
A) Diafraqmanın qida borusu dəliyinin həddən çox daralması

B) Kardiyanın hipertonusu .

C) Diafraqmal sinirin zədələnməsi

D) Manjetin hiperfunksiyası

E) Azan sinirinin zədələnməsi
Ədəbiyyat: К.В.Пучков, В.Б.Филимонов. Грыжи пищеводного отверстия диафрагмы. «Медицина», Москва, 2003. (Г)
590) Zollinger-Ellison sindromu nədir?
A) Mədənin residivləşən xorasının diafraqmanın qida borusu dəliyinin yırtığı ilə müştərək olması

B) Mədə və on iki barmaq bağırsağın residivləşən xorasının mədəaltı vəzin adacıqlı aparatının adenoması ilə müştərək olması.

C) Mədənin, on iki barmaq bağırsağın, acı və qalça bağırsağın çox saylı xoralı zədələnməsi

D) Selikli qişanın atrofiyası fonunda mədənin peptik xoraları.

E) Mədənin və on iki barmaq bağırsağın peptiki xoranlarının enterit və ya diareya ilə müştərək olması
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
591) Çıxarılması mümkün olmayan rektosiqmoidal şöbənin şişinin perforasiyası zamanı nə göstərişdir?
A) Perforativ dəliyin tikilməsi, iki lüləli siqmostomiya, qarın boşluğunun drenləşdirilməsi

B) Perforasiyaya tampon yeridilməsi, bir lüləli stomanın qoyulması

C) Sekostomiya, qarın boşluğunun drenləşdirilməsi

D) Perforativ dəliyin tikilməsi, iki lüləli kolostomanın qoyulması

E) Perforativ dəliyin tikilməsi, qarın boşluğunun drenaj olunması
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
592) Düz bağırsağın yuxarı ampulyar şöbəsinin xərçənginin qaraciyərə solitar metastazı zamanı aşağıda göstərilən əməliyyatlardan hansı icra edilir?
A) Düz bağırsağın aşağı ön rezeksiyası və kimyəvi terapiya

B) Düz bağırsağın aşağı ön rezeksiyası və qaraciyərin rezeksiyası

C) İlgəkli siqmostomiya və kimyəvi terapiya

D) İlgəkli siqmostomiya, qaraciyər arteriyasının şaxəsinin embolizasiyası və kimyəvi terapiya

E) Düz bağırsağın Kenyu-Mayls üsulu ilə ekstripasiyası
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
593) Kəskin apendisit ilə əlaqədar cərrahi əməliyyat zamanı absesin formalaşması ilə gedən kövrək infiltrat aşkar edilmişdir.Cərrahın taktikası necə olmalıdır?
A) Soxulcanabənzər çıxıntının götürülməsi, abses boşluğuna drenajın qoyulması.

B) İnfiltrat zonasına tampon yeridilməsi və qarın boşluğunun qapanması.

C) Şkolnikov üsulu ilə novokain blokadası.

D) Laparotomiya abses boşluğunun drenaj olunması.

E) Abses boşluğunun ekstraperitoneal drenajın qoyulması.
Ədəbiyyat: М.Н.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с. 704. (Г)
594) Appendektomiyadan sonra qarın boşluğuna qoyulmuş drenaj borusunun uzun müddət qalması nəyə səbəb ola bilər?
A) Xroniki kolitə

B) Xroniki sistitə

C) Qanaxmaya

D) Bağırsaq fistulasının əmələ gəlməsinə

E) Yaranın irinləməsinə
Ədəbiyyat: О.Б.Милонов, И.Д.Тоскин, В.В.Жебровский. Послеоперационные осложнения и опасности в абдоминальной хирургии. «Медицина», Москва, 1990. (Г)
595) Divertikullar daha çox harda rast gəlinir?
A) Onikibarmaq bağırsaqda

B) Nazik bağırsaqda

C) Qida borusunda

D) Çənbər bağırsaqda

E) Mədədə
Ədəbiyyat: В.Л.Ривкин, А.С.Бронлетеин, С.Н.Файн. Руководство по колопроктологии. «Медицина», Москва, 2001. (Г)
596) Köndələn çənbər bağırsağın təzə yaralanmaları zamanı nə göstərişdir?
A) Yaranın tikilməsi

B) Hemikolektomiya

C) Kolostomiya

D) Laxey əməliyyatı

E) Yaranın tikilməsi və qarın boşluğunun drenajı
Ədəbiyyat: И.З.Козлов, С.З.Горшков, В.С.Волков. Повреждения живота. «Медицина», Москва, 1988. (Г)
597) Peritonitin gedişinin ağırlığı nədən asılı deyil?
A) Xəstənin bədən çəkisindən

B) İntoksikasiyanın dərəcəsindən

C) Mikrofloranın xarakterindən

D) Zülal, elektrolit mübadiləsi və turşu-qələvi tarazlığının pozulması dərəcəsindən

E) Hipovolemiyadan
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.; А.А.Гринберг. Неотложная абдоминальная хирургия. «Триада-Х», Москва, 2000.; М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва,1987.
598) Peritonitli xəstələrdə infuzion terapiya zamanı dövran edən qan həcminin defisitinin dərəcəsi və onun dinamikasını ən dolğun əks etdirən hansı göstəricidir?

1. Mərkəzi venoz təzyiq

2. Arterial təzyiq

3. Saatlıq diurez

4. Turşu – qələvi tarazlığının göstəriciləri

5. Hematokrit
A) 1, 3, 5

B) 2, 3, 5

C) 1, 2, 4

D) 2, 4, 5

E) 1, 3, 4
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб., 1999. (Г)
599) Kəskin bağırsaq keçməməzliyi zamanı, sianotik, peristaltikasız, tonusunu itirmiş bağırsağın həyat qabiliyyətini müəyyən etmək üçün aşağıdakı üsullar tətbiq edilir?

1. bağırsaqların isti fizioloji məhlulla isladılmış salfetlə qızdırılması 5 dəqiqə

2. bağırsaq müşariqəsinə 50-60 ml 0,25%-li novokain yeridilməsi

3. bağırsağın yüngül tumarlanması və hərəkətləndirmə

4. bağırsağın seroz qişasına NaCL kristallarını sürtmə

5. göz damarlarına geparin məhlulu yeridilməsi
A) 2, 4, 5

B) 1, 2, 3

C) 1, 3, 5

D) 1, 2, 4

E) 3, 4, 5
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва,1987.
600) Hansı xəstəlik zamanı su-elektrolit və zülal mübadiləsi daha çox pozulur?
A) Dinamik bağırsaq keçməzliyinin paralitik forması zamanı

B) Bitişmə mənşəli bağırsaq keçməzliyi zamanı

C) Dinamik bağırsaq keçməzliyinin spastik forması

D) Obturasion bağırsaq keçməzliyi zamanı

E) Stranqulyasion bağırsaq keçməzliyi zamanı
Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq IV cild. Tibb İnstitutunun tələbələri üçün dərslik. «Maarif», Bakı, 1982.
601) Əməliyyat vaxtı, əgər nazik bağırsaqda nekrozlaşmış ilgək aşkar olunsa, gətirici ilgək görünən nekrozlaşmış sərhəddən hansı məsafədə rezeksiya edilməlidir?
A) 25-30 sm

B) 40-50 sm

C) 15-20 sm

D) 5-10 sm

E) 60-70 sm
Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq IV cild. Tibb İnstitutunun tələbələri üçün dərslik. «Maarif», Bakı, 1982.
602) Bağırsaqlar arasında düyünlənmə daha çox hansı bağırsaqlarda rast gəlinir?
A) Enən və S-ə bənzər bağırsaqlar arasında

B) Kor və nazik bağırsaqlar arasında

C) Düz və nazik bağırsaqlar arasında

D) Nazik bağırsaq ilgəkləri arasında

E) S-ə bənzər və nazik bağırsaqlar arasında
Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq IV cild. Tibb İnstitutunun tələbələri üçün dərslik. «Maarif», Bakı, 1982.
603) Reflektor paralitik bağırsaq keçməməzliyinin səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Mədənin xora xəstəliyinin kəskinləşməsi

B) Səyrici aritmiya

C) Kron xəstəliyi

D) Hipertonik kriz

E) Fəqərənin kompression sınığı
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbləri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
604) Kəskin bağırsaq keçməməzliyi zamanı hipovolemiya hansı səbəbdən inkişaf edir?

1. Qarın boşluğu və bağırsaqdaxilində plazma itkisi

2. Böyrəklər tərəfindən elektrolitlərin ekskresiyasının pozulması

3. Qanın sekvestrasiyası

4. Endotoksikoz nəticəsində miokardın yığılma qabiliyyətinin pozulması

5. Orqanizmə daxil olan mayenin itməsi və defisiti
A) 2, 3, 5

B) 1, 3, 5

C) 2, 4, 5

D) 1, 2, 4

E) 1, 3, 4
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб., 1999. (Г)
605) Sidikdə amilazanın miqdarı hansı vahiddən çox olduqda patologiya hesab edilir?
A) 256 vahid

B) 32 vahid

C) 16 vahid

D) 128 vahid

E) 64 vahid
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.; М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва,1987.
606) Mədəaltı vəzin sistinin müalicəsi zamanı sistoqastrostomiya qoyulur. Bu əməliyyatdan sonra tez-tez hansı ağırlaşma baş verir?
A) Kistanın residivi

B) Bədxassəli törəmə

C) Əməliyyatdan sonrakı qanaxma

D) İnfeksiya

E) Tripsinin təsirindən baş verən ezofagit
Ədəbiyyat: N.Y.Bayramov. Mədəaltı vəzin xəstəlikləri. Ankara, 2002
607) Mədəaltı vəzin sistin müalicəsi zamanı mədə-bağırsaq traktı ilə anastomozun qoyulması praktikası tez-tez tətbiq edilir. Bunlardan daha yaxşısı hansı sayılır?
A) Sistoyeyunostomiya, bağırsaqlararası anastomozla

B) Sistoqastrostomiya

C) Sistoduodenostomiya

D) Sistoyeyunostomiya, ayrılmış ilgəklə

E) Sistokalostomiya
Ədəbiyyat: N.Y.Bayramov. Mədəaltı vəzin xəstəlikləri. Ankara, 2002
608) Mədəaltı vəzin xarici fistulasının formalaşması zamanı aşağıdakılardan hansı göstərişdir?
A) Mədəaltı vəzin endokrin funksiyasının zəifləməsinə yönəldilmiş konservativ müalicə (5-ftorurasil, ribonukleaza, somatostatin), pəhriz.

B) Fistulanın kəsilib götürülməsi

C) Fistula ilə nazik bağırsaq arasında anastomozun qoyulması.

D) Fistulanın plomblanması

E) Mədəaltı vəzinin rezeksiyası.
Ədəbiyyat: В.И. Филин, А. Л. Костюченко. Неотложная панкреотология. «Питер». – СПб, 2000; 512. (Г)
609) Kəskin pankreatitdə xəstəliyin ilkin mərhələsində əsas intoksikasiya mənbəyi hansıdır?
A) Köndələn çənbər bağırsağın müsariqəsinin ödemi.

B) APUD sistemi aktivliyinin əhəmiyyətli dərəcədə artması.

C) Ferment tarazlığının pozulması

D) Kinin «partlayışı».

E) Prostoqlandinlərin atılması
Ədəbiyyat: Ю. Л. Шевченко. Частная хирургия. Том 2. Специальная литература, СПб. 2000. с. 496. (Г)
610) Kəskin pankreatitin ilkin mərhələsində hemodinamik pozğunluqlar nə ilə əlaqədardır?

A) Ürəyin sağ yarısının yüklənməsi ilə.

B) Ürək çatmamazlığı

C) Portal sistemin tutum həcminin kəskin artması ilə

D) Damar keçiriciliyinin artması və qanın maye hissəsinin ətraf toxumarası sahəyə keçməsi

E) Damarların toksiki dilatasiyası ilə


Ədəbiyyat: Ю. Л. Шевченко. Частная хирургия. Том 2. Специальная литература, СПб. 2000. с. 496. (Г)
611) Mədəaltı vəzin yaralanması var. Virsunq axarı zədələnməyib.Bu zaman hansı əməliyyat icra olunmalıdır?
A) Piylik kisəsinin drenaj olunması.

B) Mədəaltı vəzin rezeksiyası, splenektomiya.

C) Mədəaltı vəzin rezeksiyası.

D) Qanaxmanı dayandırmaq məqsədi ilə mədəaltı vəzin yarası tikilməsi.

E) Yaranın drenə olunması, xolestektomiya, piylik kisəsinin drenə olunması, pankreatitin profilaktikası.
Ədəbiyyat: В.И. Филин, А. Л. Костюченко. Неотложная панкреотология. «Питер». – СПб, 2000; 512. (Г)
612) Reaktiv ödemli pankretatitlə ağırlaşmış kəskin obturasion daşlı xolesistitdə cərrahi əməliyyatın həcmi necə olmalıdır?
A) Xolesistektomiya və qarın boşluğunun drenləşdirilməsi.

B) Xolesistektomiya,xoledoxun kisə axarının güdülü vasitəsilə drenləşdirilməsi,qarın boşluğunun drenləşdirilməsi.

C) Xolesistektomiya və piylik kisəsinin drenləşdirilməsi.

D) Xolesistektomiya və xoledoxunT-bənzər drenajla drenləşdirilməsi.

E) Xolesistostomanın formalaşdırılması.
Ədəbiyyat: В.И. Филин, А. Л. Костюченко. Неотложная панкреотология. «Питер». – СПб, 2000; 512. (Г)
613) Kəskin pankreatitdə erkən cərrahi əməliyyata əsas göstərişləri göstərin:

1. İntoksikasiyanın artması

2. Yayılmış fermentativ peritonit, nəzərə çarpacaq endogen intoksikasiya əlamətləri ilə

3. Qarının yuxarı yarısında infiltratın aşkarlanması.

4. Kəskin, əksər hallarda kalkulyoz xolesistit.

5. 3-4 gün müddətində azalmağa tendensiyası olmayan sarılıq
A) 1, 2, 4

B) 3, 4, 5

C) 1, 2, 3

D) 2, 4, 5

E) 1, 3, 5
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
614) İrinli-nekrotik parapankreatitlə ağırlaşmış kəskin pankreatitlə xəstələrin cərrahi müalicəsinin optimal variantını seçin.
A) Laparotomiya, göstəriş olduqda xolesistostomiya, nekrsekvestrektomiya, bütün irinlik ocaqlarının tamponadası və drenləşdirilməsi.

B) Laparotomiya, nekrsekvestrektomiya, bütün irinlik ocaqlarının tamponadası və drenləşdirilməsi.

C) Müalicəvi laparoskopiya, xolesistostomiya

D) Laparotomiya, mədəaltı vəzin kapsulasının kəsilməsi, parapankreatik toxumanın tamponadası və xaricə drenləşdirilməsi

E) Laparotomiya, xolesistostomiya, piylik kisəsinin xaricə drenləşdirilməsi.
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
615) Mədəaltı vəzin sistlərinin hansı ağırlaşmaları təcili cərrahi əməliyyatın aparılmasını tələb edir?

1. Sistin irinləməsi və partlaması ilə yayılmış peritonitin inkişafı

2. Sistin plevra boşluğuna açılması ilə hemorragik və ya irinli plevritin inkişafı

3. Sist boşluğuna qanaxma

4. Xoledoxun sıxılması

5. On iki barmaq bağırsağın keçməməzliyi
A) 1, 2, 4

B) 2, 4, 5

C) 1, 2, 3

D) 3, 4, 5

E) 1, 3, 5
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
616) Xarici pankreatogen fistulanın yekun diaqnostikasında hansı müayinə daha sadə və asan icra ediləndir?
A) Fistuloqrafiya

B) Yara və ya fistula möhtəviyyatında pankreatogen fermentlərin aktivliyinin müəyyənləşdirilməsi

C) Mədəaltı vəzin kompüter tomoqrafiyası

D) Mədəaltı vəzin USM-si

E) RXPQ
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
617) Adekvat konservativ terapiyanın aparılması fonunda kəskin pankreatitli xəstədə peritonit əlamətləri meydana çıxarsa müalicə taktikası necə olmalıdır?
A) Təcili laparotomiya, xolesistostomiya, qarın boşluğunun sanasiyası və drenləşdirilməsi

B) Konservativ müalicənin davam etdirilməsi

C) Laparosentez

D) Dinamiki müşahidə

E) Diaqnostik laparoskopiya
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
618) Laparoskopiya zamanı müəyyən olunan aşağıda göstərilən əlamətlərdən hansı pankreatitin ödemli formasına xas deyil?
A) Kiçik piyliyin və qaraciyər-on iki barmaq bağırsağın ödemi

B) Öd kissəsinin ölçücə kiçilməsi

C) Qaraciyər altı sahədə seroz toplantı

D) Qarın boşluğunun yuxarı şöbələrində visseral peritonun hiperemiyası

E) Mədənin divarının öndən şişkinləşməsi
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
619) Qaraciyərxarici portal hipertenziyanın daimi simptomu nədir?
A) Burun selikli qişasının qanaxması

B) Uşaqlığın qanaxması

C) Splenomeqaliya

D) Ümumi zəiflik

E) Qızdırma
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва,1987.
620) Kəskin xolesistitlə əlaqədar aparılan cərrahi əməliyyat zamanı sərbəst öd qarışıqlı maye, hepatoduodenal bağa və öd kisəsinin boynuna hopmuş öd aşkar edilmişdir. Bu dəyişikliklərin səbəbi aşağıdakılardan hansıdır?
A) Fermentativ xolesistit

B) Destruktiv pankreatit

C) İrinli xolangit

D) Destruktiv xolesistit

E) Piloroduodenal xoranın perforasiyası
Ədəbiyyat: О.С.Кочнев. Хирургия неотложных заболеваний. «Казанский университет», Казань, 1981. с.272. (Г)
621) Aşağıda göstərilən hansı halda öd kisəsinin qalan hissəsinin selikli qişasının elektrokoaqulyasiya olunmaqla hissəvi çıxarılması göstərişdir?

A) Perevezikulyar abses

B) Bərk perivezikulyar infiltrat

C) Qanqrenoz xolesistit

D) Mirizzi sindromu

E) Öd yollarının atipizmi


Ədəbiyyat: О.Б.Милонов, И.Д.Тоскин, В.В.Жебровский. Послеоперационные осложнения и опасности в абдоминальной хирургии. «Медицина», Москва, 1990. (Г)
622) Öd yollarının erkən əməliyyatdan sonrakı dövrdə baş verən təzə zədələnmələrinə aşağıdakı hansı müayinənin nəticəsinə əsasən diaqnoz qoyulur?
A) USM

B) Retroqrad xolangiopankreatoqrafiya

C) Fistuloxolangioqrafiya

D) Retroqrad xolangiopankreatoqrafiya+ dəridən qaraciyərdən keçən xolangioqrafiya

E) Dəridən qaraciyərdən keçən xolangioqrafiya
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
623) Erkən əməliyyatdan sonrakı dövrdə öd yollarının kəsilməsi necə təzahür edir?
A) Mexaniki sarılıq

B) Hıçqırma

C) İrinli xolangit

D) Ödlü qusma

E) Öd axma sindromu
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
624) Erkən əməliyyatdan sonrakı dövrdə qaraciyərdən xaric öd yollarının bağlanması hansı əlamətlərlə təzahür edir?
A) Öd pertoniti

B) Pankreonekroz

C) Qızdırma

D) Öd axma

E) Mexaniki sarılıq
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
625) Öd yollarının uzun müddətli karkas drenləşdirilməsi üçün nə tətbiq olunur?
A) Felker drenajı

B) Ker-Meyo-Robson drenajı

C) T-vari drenaj

D) İtirilmiş drenaj

E) Hets-Seypol-Kurian üsulu ilə dəyişən transhepatik drenaj
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
626) Xarici öd fistulası olan xəstələrdə öd yollarının vəziyyətinin qiymətləndirilməsinin daha sadə üsulunu göstərin.
A) RXPQ

B) USM


C) Qara ciyərin sintiqrafiyası

D) Fistuloxolanqioqrafiya

E) Dəridən qara ciyərdən keçən xolanqioqrafiya
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999. (Г)
627) Xolangitin inkişaf etməsinin əsas səbəbi hesab olunur:

1. Hepatopankreatoduodenal zonanın şişi.

2. Kəskin xolesistit.

3. Xoledoxolitiaz.

4. Hepatikoxoledoxun çapıq strukturası

5. Biliodiqestiv anastomozların çapıq strikturaları.
A) 1, 3

B) 2, 5


C) 1, 4

D) 3, 5


E) 2, 4
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993 И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999. (Г
628) Öd yollarının strukturasında bərpaedici əməliyyatlara növbəti müdaxilələr aiddir:

1. Qeynek – Mikuliç üsulu ilə plastika

2. Bihepatikoyeyunoanastomozun formalaşdırılması

3. Biliobiliar anastomoz

4. Rehepatikoyeyunoanastomoz

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə