Ümümi cərrahiyyə ixtisası üzrə test nümunələri 21. 01. 13-cü il tarixində əlavə olunmuşdur. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Narat əməliyyatının məqsədi nədir?



Yüklə 1,39 Mb.
səhifə10/15
tarix26.03.2018
ölçüsü1,39 Mb.
#34671
növüРуководство
1   ...   7   8   9   10   11   12   13   14   15

522) Narat əməliyyatının məqsədi nədir?
A) Dərialtı venaların tunelləşdirmə metodu ilə çıxarılması

B) Dərialtı venaların budda və baldırda aparılmış lampas kəsiklərdən çıxarılması

C) Dərialtı venaların zond vasitəsi ilə çıxarılması

D) Varikoz venaların ketqutla dərialtı tikilməsi

E) Kommunikant venaların subfassial bağlanması
Ədəbiyyat: В.С.Савельев. Флебология. «Медицина», Москва, 2001.
523) Madelunq əməliyyatının məqsədi nədir?
A) Dərialtı venaların budda və baldırda aparılmış lampas kəsiklərdən çıxarılması

B) Kommunikant venaların fassiya üstü bağlanması

C) Dərialtı venaların tunelləşdirmə metodu ilə çıxarılması

D) Dərialtı venaların zond vasitəsi ilə çıxarılması

E) Varikoz venaların ketqutla dərialtı tikilməsi
Ədəbiyyat: В.С.Савельев. Флебология. «Медицина», Москва, 2001.
524) Klapp əməliyyatının məqsədi nədir?
A) Kommunikant venaların fassiya üstü bağlanması

B) Dərialtı venaların tunelləşdirmə metodu ilə çıxarılması

C) Varikoz venaların ketqutla dərialtı tikilməsi

D) Dərialtı venaların zond vasitəsi ilə çıxarılması

E) Dərialtı venaların budda və baldırda aparılmış lampas kəsiklərdən çıxarılması
Ədəbiyyat: В.С.Савельев. Флебология. «Медицина», Москва, 2001.
525) Kokket əməliyyatının məqsədi nədir?
A) Dərialtı venaların zond vasitəsi ilə çıxarılması

B) Dərialtı venaların tunelləşdirmə metodu ilə çıxarılması

C) Kommunikant venaların fassiya üstü bağlanması

D) Kommunikant venaların subfassial bağlanması

E) Varikoz venaların ketqutla dərialtı tikilməsi
Ədəbiyyat: В.С.Савельев. Флебология. «Медицина», Москва, 2001.
526) Linton əməliyyatının məqsədi nədir?
A) Dərialtı venaların zond vasitəsi ilə çıxarılması

B) Kommunikant venaların fassiya üstü bağlanması

C) Dərialtı venaların tunelləşdirmə metodu ilə çıxarılması

D) Varikoz venaların ketqutla dərialtı tikilməsi

E) Kommunikant venaların subfassial bağlanması
Ədəbiyyat: В.С.Савельев. Флебология. «Медицина», Москва, 2001.
527) Tromboz zamanı əsas müalicə tədbirlərinə aşağıdakılardan hansı aiddir?
A) Spazmolitiklər

B) Parenteral yolla böyük miqdarda maye köçürmək

C) Antibiotiklər

D) Antikoaqulyantlar

E) Aktiv hərəkətlər
Ədəbiyyat: В.С.Савельев. Флебология. «Медицина», Москва, 2001.
528) Hansı əlamət ətraflarda dərin venaların kəskin trombozuna xas deyil?
A) Hərarətin yüksəlməsi

B) Zədələnmiş venanın boyunca hiperemiya

C) Sianoz

D) Gərginlik xarakterli kəskin ağrılar

E) Ətrafın ödemi
Ədəbiyyat: В.С.Савельев. Флебология. «Медицина», Москва, 2001.
529) Aşağı ətraflarda səthi venaların kəskin tromboflebitin konservativ terapiyası zamanı nə məsləhət deyil ?
A) Butadion

B) Ətrafın hündürdə qalması

C) Vişnevski mazı ilə kompres

D) Yataq rejimi

E) Gəzmək
Ədəbiyyat: В.С.Савельев. Флебология. «Медицина», Москва, 2001.
530) Ağciyər arteriyasının əməliyyatdan sonrakı trombozuna səbəb adətən nə olur?
A) Endarteritlər

B) Flebotrombozlar

C) Fleqmonalar

D) Limfadenitlər

E) Abseslər
Ədəbiyyat: В.С.Савельев. Флебология. «Медицина», Москва, 2001.
531) Əməliyyatdan sonrakı dövrdə baldırın elastiki bintlə bintləməsində məqsəd nədir?
A) Trofiki dəyişiklərin profilaktikası

B) Qan dövranın konsentrasiyası

C) Arterial qan axınına təsir etmək

D) Dərin venalarda qan axınını sürətləndirmək

E) Limfostazın profilaktikası
Ədəbiyyat: В.С.Савельев. Флебология. «Медицина», Москва, 2001.
532) Ağciyər arteriyasının tromboemboliyası zamanı ən çox rast gələn klinik simptom aşağıdakılardan hansıdır?
A) Bəlğəmlə öskürək

B) Plevranın sürtünmə küyü

C) Təngnəfəslik

D) Qanhayxırma

E) Köks qəfəsində ağrılar
Ədəbiyyat: В.С.Савельев. Флебология. «Медицина», Москва, 2001.
533) Qapı venasının zədələnməsi zamanı aşağıdakılardan hansı icra olunur?
A) Qapı venasının rezeksiyası

B) Qapı venasının bağlanması

C) Damar tikişinin qoyulması

D) Dalaq venası ilə anastomoz

E) Ekk əməliyyatı
Ədəbiyyat: В.С.Савельев. Флебология. «Медицина», Москва, 2001.
534) Varikoz xəstəlik zamanı hansı müayinə üsulu daha informativdir?
A) Kapilyaroqrafiə

B) Fleboqrafiya

C) Radionukleid fleboqrafiya

D) Limfoqrafiya

E) Flebomanometriya
Ədəbiyyat: Э.В.Луцевич, Д.Д.Бершаденко. Варикозная болезнь. «ВЕДИ», Москва, 2004.
535) Aşağıdakılardan hansı aşağı ətrafdan qan axınına şərait yaradır?
A) Ağırlıq qaldırma ilə məşğul olmaq

B) Velosportla məşğul olma

C) Qarın boşluğu təzyiqin artması

D) Xroniki öskürək

E) Uzun müddət ayaq üstdə durmaq
Ədəbiyyat: Э.В.Луцевич, Д.Д.Бершаденко. Варикозная болезнь. «ВЕДИ», Москва, 2004.
536) Kiçik dərialtı vena daha çox halda hara açılır?
A) Dizaltı venaya

B) Böyük dərialtı venaya

C) Baldırın yuxarı 1/3-də dərin venalara

D) Xarici qalça venasına

E) Bud venasına
Ədəbiyyat: Э.В.Луцевич, Д.Д.Бершаденко. Варикозная болезнь. «ВЕДИ», Москва, 2004.
537) Bud yırtığı və böyük dərialtı venanın budda varikoz düyününün diferensial diaqnostikasında aşağıdakılardan hansı istifadə edilir?

A) Astrov Simptomu barmaqla düyünün kənarına toxunduqda onun boşalması və şişkinliyin itməsi

B) Şişkinliyin auskultasiyası

C) «Öskürək təkanı» simptomu

D) «Marş» sınağı

E) Troyanov-Trendelenburq sınağı


Ədəbiyyat: И.М.Матяшин, А.А.Ольшанецкий, А.М.Глузман. Симптомы и синдромы в хирургии. “Здоровье”, Киев, 1975.
538) Pecet-Şretter sindromu nədir?
A) Kəskin ileofemoral venoz tromboz

B) Aşağı boş venanın kəskin trombozu

C) Varikoz və posttrombotik xəstəliklər olmadığı hallarda aşağı ətrafın miqrasiyaedici tromboflebiti

D) Kəskin mezenterial venoz tromboz

E) Körpücükaltı venanın kəskin trombozu
Ədəbiyyat: И.М.Матяшин, А.А.Ольшанецкий, А.М.Глузман. Симптомы и синдромы в хирургии. “Здоровье”, Киев, 1975. с.191
539) Mondor xəstəliyi nədir?
A) Aşağı boş venanın böyrək seqmentinin kəskin trombozu

B) Yuxarı boş venanın körpücükaltı-qoltuqaltı seqmentinin kəskin trombozu

C) Döş qəfəsinin ön divarının və süd vəzisinin dərialtı venalarının kəskin tromboflebiti

D) Aşağı ətrafların səthi venalarının kəskin tromboflebiti

E) Aşağı ətrafların dərin venalarının posttromboflebitik sindromu
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». Санкт-Петербург. 1999.
540) Aşağı ətraflarda venaların varikoz genişlənməsində dərin venaların keciriçiliyini bilmək ücün hansı funksional sınaqlar aparılır

1. İvanov

2. Qakkenbrux-Sikar

3. Delbe-Pertes

4. Pratt

5. Brodi-Troyanov-Trendelenburq
A) 2, 4, 5

B) 1, 3, 4

C) 1, 3, 5

D) 1, 2, 4

E) 2, 3, 5
Ədəbiyyat: П.Н.Мазаев, И.П.Королюк, Б.Н.Жуков. Хроническая венозная недостаточность нижних конечностей. “Медицина”, Москва, 1989. с.350
541) Aşağı ətraflarda venaların varikoz genişlənmənin inkişafında hansı əsas faktor deyil?
A) Vena boyu küt travma almaq

B) Uzun müddət ayaq üstdə durmaq

C) Böyümüş qasıq limfa düyünləri

D) Hamiləlik

E) Qarındaxili təzyiqin artması
Ədəbiyyat: П.Н.Мазаев, И.П.Королюк, Б.Н.Жуков. Хроническая венозная недостаточность нижних конечностей. “Медицина”, Москва, 1989. с.350
542) Postromboflebitik xəstəliyin müalicəsi zamanı pozulmuş hemodinamikanın korreksiyası üçün aparılan əməliyyatlardan hansıları daha yaxşı nəticələr verir:

1. Trombintimektomiya

2. Arxa qamış venasının rezeksiyası

3. Linton və Kokket əməliyyatları

4. Palma-Esperon əməliyyatı

5. Psatakis əməliyyatı
A) 1, 4

B) 2, 3


C) 2, 4

D) 3, 5


E) 1, 5
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». Санкт-Петербург. 1999.
543) Sekretin harada ifraz olunur?
A) mədəaltı vəzidə

B) qaraciyərdə

C) nazik bağırsağın distal hissəsində

D) 12 barmaq bağırsaqda

E) hipotalamusda
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
544) Sekretinin ifraz olunmasında əsas stimulyator nədir?
A) yağlar

B) yağlar və karbohidratlar

C) duz turşusu

D) karbohidratlar

E) zülal mübadiləsinin məhsulları
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
545) 12 barmaq bağırsağın perforativ xorasında sağ qalça nahiyəsində əzələ gərginliyinin yaranmasının səbəbi nədir?
A) möhtəviyyatın sağ yan kanal ilə axması

B) onurğa boyun sinirlərinin reflektor əlaqəsi

C) soxulcanabənzər çıxıntıdan vissero-visseral refleks ilə

D) qarın boşluğunda, o cümlədən sağ qalça nahiyəsinə havanın yığılması

E) inkişaf edən yayılmış peritonit ilə
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
546) Teylora görə mədənin və ya 12 barmaq bağırsağın xorasının perforasiyasının konservativ müalicəsi nədən ibarətdir?
A) mədənin soyuq fizioloji məhlulla daimi yuyulmasından

B) mədə möhtəviyyatının daimi aspirasiyasından, mayenin vena daxili vurulmasından, antibiotiklərin təyinindən

C) yerli hipotermiya və mayenin vena daxilinə vurulmasından

D) qələvi və mədənin peristaltikasını azaldan maddələrdən istifadə etməsindən

E) periodik olaraq (hər 4-5 saatdan) mədənin zondlanması, mayenin vena daxil vurulması və azan sinirin farmakoloji blokadasından
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
547) Mədənin rezeksiyasından sonra 12 barmaq bağırsağın güdülünün tikişlərinin çatışmazlığının çox vaxt səbəbi nə olur?
A) əməliyyatdan sonrakı pankreatit

B) hipoproteinemiya

C) nazik bağırsağın aksial dönməsi

D) duodenostaz

E) əməliyyat zamanı hipotenziya
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
548) Qastroduodenal qanaxmaların residivləri aşağıdakılardan hansında daha çox rast gəlinir?
A) penetrasiya etmiş xorada

B) kalloz xorada

C) selikli qişanın səthi eroziyalarında

D) çapıqlaşmış xorada

E) diametri 0,1 sm çox olan xoranın dibində damarın tromblaşmasında
Ədəbiyyat: Ş.B.Quliyev. Cərrahi xəstəliklər. Bakı, 2002.
549) Böyük duodenal məməcikdə pərçimlənmiş daş zamanı nə etmək lazımdır?
A) Xoledoxoentero anastomozun qoyulması

B) Duodenotomiya və daşın çıxarılmasından sonra xoledoxun kisə axarının güdülündən drenləşdirilməsi

C) Xoledoxun açılması,daşın çıxarılmasına cəhd; mümkün olmadıqda duodenotomiya,daşın çıxarılması,onikibarmaq bağırsağın tikilməsi və ümumi öd axarının drenləşdirilməsi

D) Xoledoxoduodenal anastomoz qoymaq

E) Duodenotomiya etmək, daşı çıxarmaq və bağırsağı tikmək
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000. A.Qrinberq. Neotlocnaə abdominalğnaə xirurqiə. «Triada-X», Moskva, 2000.
550) Xəstədə duodenal xoranın perforasiyası nəticəsində inkişaf etmiş yayılmış peritonit vardır. Hansı cərrahi əməliyyat yerinə yetirilməlidir?
A) Hofmeyster-Finster üsulu ilə mədə rezeksiyası

B) Trunkulyar vaqotomiya və piloroplastika

C) Bilrot-I üsulu ilə mədə rezeksiyası

D) Selektiv proksimal vaqotomiya və piloroplastika

E) Xoranın tikilməsi, qarın boşluğuna drenajın qoyulması
Ədəbiyyat: Y.M.Pansırev. Kliniki cərrahlıq. «Medisina», Moskva, 1988. (Q)
551) Dekompensasiya olmuş stenozla ağırlaşmış, 12 barmaq bağırsağın xora xəstəliyi olan xəstədə ətrafların toniki qıc olmaları, bayılma halı baş vermişdir. Adı çəkilənlər hansı səbəbdən ola bilər?
A) Elektrolit balansının pozulması

B) 12 barmaq bağırsağın xorasının perforasiyası

C) Hipoqlikemik şok

D) Qanaxma

E) Beyin qan dövranının pozulması
Ədəbiyyat: A.Şalimov, V.F.Sayenko. Mədənin və 12 barmaq bağırsağın cərrahiyyəsi. «Zdorovye», Kiyev, 1972. (Q)
552) Dekompensasiya olmuş stenozla ağırlaşmış, 12 barmaq bağırsağın xora xəstəliyi olan xəstədə aşağı ətrafların toniki qıc olmaları, huşun itməsi vardır. İlk növbədə hansı preparatlar istifadə olunmalıdır?
A) Eritrosit kütləsinin köçürülməsi

B) Qlükoza məhlulu

C) İnsulin

D) Ürək qlikozidləri və mezaton

E) Natrium xlor məhlulu və kalium xlor məhlulu
Ədəbiyyat: Y.M.Pansırev. Kliniki cərrahlıq. «Medisina», Moskva, 1988. (Q)
553) Laparotomiya zamanı onikibarmaq bağırsağın peritonarxası hissəsinin zədələnməsini aşkar edən əlamət hansıdır?
A) Mədəyə öd refluksu.

B) Kiçik piyliyin qanla imbibsiyası

C) Onikibarmaq bağırsağın enən hissəsində peritonarxası sahənin ödlə imbibisiyası və həmin nahiyədə qaz toplanması

D) Nazik bağırsaq müsariqəsinin kökünün ödemi

E) Hepatoduodenal bağın ödemi
Ədəbiyyat: И.З.Козлов, С.З.Горшков, В.С.Волков. Повреждения живота. «Медицина», Москва, 1988.(Q)
554) Onikibarmaq bağırsağın təzə yaralanmaları zamanı aşağıdakılardan hansı göstərişdir?
A) Yaranın tikilməsi

B) Finney üsulu ilə qastroduodenostomiya

C) Onikibarmaq bağırsaq yarasının tikilməsi və xolesistektomiya

D) Qastroenteroanostomoz

E) Mədənin Bilrot-II üsulu ilə rezeksiyası
Ədəbiyyat: И.З.Козлов, С.З.Горшков, В.С.Волков. Повреждения живота. «Медицина», Москва, 1988. (Q)
555) Oniki barmaq bağırsağın öd daşı ilə keçməməzliyi zamanı aşağıdakılardan hansı göstərişdir?
A) Duodenotomiya, daşın çıxarılması

B) Qastroenteroanastomoz

C) Daşın endirilməsi, enternotomiya

D) Mədənin dekompressiyası

E) Spazmolitiklərin təyin edilməsi
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
556) Oniki barmaq bağırsağın böyük məməciyinin infiltrativ formalı xərçəngində hansı ağırlaşma erkən yaranır?
A) Qanaxma

B) Sarılıq

C) On iki barmaq bağırsağın stenozu

D) On iki barmaq bağırsağın deformasiyası

E) Şişin mədəaltı vəzin başına sirayət etməsi
Ədəbiyyat: Э.И.Галперин, Ю.М.Дедерер. Нестандартные ситуации при операциях на печени и желчных путях. «Медицина», Москва 1987. (Q)
557) Boğulmuş yırtığın əməliyyatı zamanı boğulmamış yırtıqdan fərqli olaraq nə etmək lazımdır?
A) laparotomiya etmək

B) boğulmuş orqanların (bağırsaq, piylik) rezeksiyasını etmək

C) hər ikisini etmək olar, yırtıq qapısının sonrakı plastikası ilə

D) birinci növbədə boğucu həlqəni kəsmək

E) əvvəlcə yırtıq kisəsini kəsmək
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
558) Boğulmuş yırtığın özbaşına yerinə düzəlməsi zamanı cərrahın taktikası necə olmalıdır?
A) laparotomiya, qarın boşluğunun reviziyası ilə

B) stasionar şəraitdə xəstəyə ciddi müşahidə

C) xəstəni evə buraxmaq imkanı, təkrar baxışla

D) isti vanna

E) təmizləyici imalə
Ədəbiyyat: Ş.B.Quliyev. Cərrahi xəstəliklər. Bakı, 2002
559) Xəstə qasıq nahiyəsində yırtığın olmasından şikayətlənir. Boğulmada qasıqüstü nahiyədə ağrı, sidik ifrazına çağırışların tezləşməsi müşahidə olunur. Böyük ehtimalla xəstəyə hansı diaqnozu qoymaq olar?
A) düz qasıq yırtığı

B) çəp qasıq yırtığı

C) qapayıcı dəliyin yırtığı

D) bud yırtığı

E) sürüşgən yırtıq
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
560) Düz qasıq yırtığının cərrahi müalicəsi üçün daha məqsədə uyğun əməliyyat növü hansıdır?
A) Bassini və Postempski

B) Jirar-Spasokukotski

C) Ruci-Parlaveççio

D) Martınov

E) Ru
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
561) Herniotomiya əməliyyatı zamanı bağırsaq ilgəyinin həyat qabiliyyətini itirməsi müəyyən edilərsə, aparıcı bağırsaq ilgəyi nekrozun gözlə görünən sərhədindən hansı məsafədə rezeksiya olunmalıdır?
A) 15-20 sm

B) 25-30 sm

C) 35-40 sm

D) 45-50 sm

E) 5-10 sm
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbləri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
562) Qasıq-xayalıq yırtığı ilə xaya qişalarının hidropsu arasında diferensial diaqnostika apararkən aşağıdakılardan hansından istifadə olunmalıdır?
A) Düz bağırsağın digital müayinəsi

B) Perkusiya

C) Transillüminasiya və diafanoskopiya

D) Rentgenoloji müayinə

E) Auskultasiya
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
563) Bud yırtığında yırtıq kissəsinin boynu necə yerləşir?
A) Kupfer bağından medial

B) Bud damarlarından medial

C) Girdə bağdan öndə

D) Bud damarlarından arxada

E) Bud damarlarından lateral
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
564) Daxili üzvlər aşağıdakı yırtıq zamanı yırtıq kisəsinin bir divarını təşkil edir:Bu hansı yırtıqdır?
A) Göbək

B) Rixter

C) Sürüşkən

D) Düz


E) Çəp qasıq
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
565) Boğulmuş bağırsaq divarında nekrotik dəyişiklər bir qayda olaraq haradan başlayır?
A) Subseroz qatdan

B) Seroz qişadan

C) Əzələ qişasından

D) Selik altı qatdan

E) Selikli qişadan
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
566) Boğulmuş qasıq yırtığı ilə xəstəxanaya daxil olmuş xəstəyə hansı ilk tədbir görülməlidir?
A) Yırtığın daha yüngül qaytarılması üçün spazmolitiklərin tətbiqi

B) Təcili cərrahi əməliyyat

C) Analgetik və spazmolitiklərin təyini

D) Yırtığı məcburi düzəltmək və stasionar şəraitində müşahidə aparmaq:

E) Spontan yerinə qayıtmaq məqsədi ilə isti vanna
Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq IV cild. Tibb İnstitutunun tələbələri üçün dərslik. «Maarif», Bakı, 1982.
567) Sürüşən qasıq yırtığına görə aparılan əməliyyat zamanı texniki çətinlik baş verə bilər ki, bu nə ilə əlaqəlidir:
A) Nazik bağırsağın çözü yırtıq qapısında boğulmuşdur

B) Yırtığın divarlarından birini bağırsaq təşkil edir

C) Diaqnostik səhvlə

D) Köndələn fassiyanın anadangəlmə çatmamazlığı

E) Çox vaxt sol tərəfli lokalizasiyalı yırtığa rast gəlinir
Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq IV cild. Tibb İnstitutunun tələbələri üçün dərslik. «Maarif», Bakı, 1982.
568) Boğulmuş yırtıq öz-özünə düzəldikdə təcili əməliyyata nə göstəriş sayılır?
A) Peritoneal əlamətlərin təzahür etməsi

B) Yırtıq dəbəliyinin yox olması

C) Dizurik əlamətlər

D) Hərarətin yüksəlməsi

E) Yırtıq qapısı nahiyəsində ağrı sindromunun olması
Ədəbiyyat: Y.M.Pansırev. Kliniki cərrahlıq. «Medisina», Moskva, 1988 P.N.Napalkov, A.V.Smirnov, M.Q.Şrayber. Cərrahi xəstəliklər.. «Medisina», Leninqrad şöbəsi, 1976
569) Boğulmuş yırtıqlarda bağırsağın həyat qabiliyyəti olmasının əsas göstəriciləri nədir?
A) Bağırsaq divarının peristaltikası

B) Bağırsaq divarı çəhrayı rəngdədir, seroz qişa parıltılıdır, müsariqənin damarlarının pulsasiyası və bağırsaq divarının peristaltikası saxlanılmışdır.

C) Müsariqənin damarlarının pulsasyisı.

D) Serroz qişa parıltılıdır, bağırsaq divarının peristaltikası saxlanmışdır.

E) Seroz qişa parıltılı, qara albalı rəngdədir.
Ədəbiyyat: А.А.Гринберг. Неотложная абдоминальная хирургия. «Медицина», Москва, 2000. (Г)
570) Əməliyyatdan sonrakı giqant boğulmuş yırtıqlarda nəyin edilməsi vacibdir?
A) Boğulmanı ləğv etməli, yırtıq kisəsinin vərəqləri ilə yırtıq qapısını plastika etmək .

B) Boğulmanı ləğv etməli, yırtıq qapısını plastika etməmək

C) Boğulmanı ləğv etməli, klassiki üsullarla yırtıq qapısını plastika etmək.

D) Kisə açılmadan onun möhtəviyyatı qarın boşluğuna geri qaytarmaq, plastik materialdan istifadə etməklə yırtıq qapısının plastika etmək.

E) Boğulmanı ləğv etmək. Yırtıq kisəsini rezeksiya etmək, plastik materialdan istifadə etməklə yırtıq qapısının plastika etmək.
Ədəbiyyat: А.А.Гринберг. Неотложная абдоминальная хирургия. «Медицина», Москва, 2000. (Г)
571) Qasıq limfoadenitini boğulmuş bud yırtığından çətin differensasiyası zamanı aşağıdakı tədbirlərdən hansı icra olunmalıdır?
A) Kalium izotopu ilə müayinə

B) Cərrahi əməliyyat

C) İrriqoskopiya

D) Antibiotiklərlə müalicə

E) Törəmənin punksiyası
Ədəbiyyat: М.Н.Кузин и соавт. Хирургические болезни. «Медицина», Москва, 1986, с.704(Г)
572) Boğulmuş bud yırtığının cərrahi əməliyyatında Jimbernat bağı kəsilərkən damar zədələnmişdir. Bu hansı damardır?
A) Aşağı müsariqə arteriyası

B) Bud arteriyası

C) Qapayıcı arteriya

D) Xarici qalça arteriyası.

E) Bud venası
Ədəbiyyat: А.А.Гринберг. Неотложная абдоминальная хирургия. «Медицина», Москва, 2000. (Г)
573) Bağırsağın müsariqəyə əks tərəfinin boğulması hansı tip yırtıqlarda rast gəlinir?
A) Pti üçbucağının yırtığında

B) Spigel xəttinin yırtığında

C) Rixter yırtığında

D) Kombinə olunmuş qasıq yırtığında

E) Litre yırtığında
Ədəbiyyat: Н.Литман. Оперативная хиpургия. Будапешт, 1982. с.1175. (Г)
574) Mekkel divertikulunun boğulması aşağıdakılardan hansında rast gəlinir?
A) Kombinasiya olunmuş qasıq yırtığında

B) Rixter yırtığında

C) Litre yırtığında

D) Pti üçbucağının yırtığında

E) Spigel xəttinin yırtığında
Ədəbiyyat: Н.Литман. Оперативная хирургия. Будапешт, 1982. с. 1175 (Г)
575) Qasıq yırtığı ilə əlaqədar aparılan herniotomiyanın səhəri günü xəstədə sidikburaxma aktı zamanı ağrılar, makrohematuriya müşahidə edilərsə, bunun səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Böyrək sancısı

B) Prostatit

C) Kəskin sistit

D) Sidik kisəsinin yaralanması

E) Xroniki pielonefritin kəskinləşməsi
Ədəbiyyat: М.Н.Кузин. и соавт. Хирургические болезни. «Медицина», Москва, 1986. с.704 (Г)
576) Göstərilən əlamətlərdən hansı sürüşkən yırtığın meyarıdır?
A) Yırtıq möhtəriyyatının olmaması

B) Yırtıq möhtəviyyatının olması

C) Yırtıq kissəsinin əmələ gəlməsində mezoperitoneal yerləşmiş orqanın iştirak etməsi.

D) Yırtıq kissəsinin əmələ gəlməsində ekstraperitoneal yerləşmiş orqanın iştirak etməsi

E) Yırtıq kissəsinin əmələ gəlməsində intraperitoneal yerləşmiş orqanın iştirak etməsi
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Г)
577) Yırtıq kisəsinin fleqmonası zamanı nə göstərişdir?
A) Antibiotiklərlə konservativ müalicə

B) Laparotomiya, bir blokla yırtıq kissəsinin nekrozlaşmış bağırsaq ilgəyi ilə birlikdə kəsilib götürülməsi

C) Aktiv aspirasiya ilə fleqmonanın ikimənfəzli boru ilə drenaj olunması

D) Miller-Ebot zondu ilə bağırsağın intubasiyası

E) Fleqmonanın açılması
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Г)


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə