Ümümi cərrahiyyə ixtisası üzrə test nümunələri 21. 01. 13-cü il tarixində əlavə olunmuşdur. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena



Yüklə 1,39 Mb.
səhifə4/15
tarix26.03.2018
ölçüsü1,39 Mb.
#34671
növüРуководство
1   2   3   4   5   6   7   8   9   ...   15

176) 10-12 saat əvvəl kəskin appendisitə görə əməliyyat olunmuş 22 yaşlı xəstədə zəiflik, başgicəllənmə, dəri və görünən selikli qişanın avazıması, arterial təzyiqin enməsi qeyd olunur. Hansı ağırlaşmadan şübhələnirsiniz?

A) Koprostaz

B) Yeridilmiş dərman preparatlarına reaksiya

C) Qarın boşluğuna daxili qanaxma

D) Paralitik bağırsaq keçməməzliyi

E) Ürək qan-damar çatmamazlığı


Ədəbiyyat:

Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.


177) Mədə çıxacağının stenozu olduqda orqanizimdə gedən və aşağıda göstərilən metabolik dəyişikliklərdən hansı daha çox ehtimal olunur?

A) Xlorid turşusunun itirilməsi, su-duz balansı pozğunluqları

B) Qara ciyərin funksional pozğunluqları

C) Hiperqlikemiya

D) Böyrək çatmamazlığı

E) Arterial hipertenziya


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
178) Mədə çıxacağının stenozunda hansı aşağıda göstərilən müalicə metodunun seçilməsi düzgündür?

A) Cərrahi əməliyyat

B) Ambulator müalicə

C) Sanator-kurort müalicəsi

D) Dərman müalicəsi

E) Başqa alternativ metodlar


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
179) 28 yaşında xəstə 6 saat əvvəl epiqastral nahiyədə kəskin ağrıların baş verməsi ilə əlaqədar xəstəxanaya gətirilmişdir. Xəstəliyin klinik mənzərəsi və aparılmış müayinələr nəticəsində ilk anlardan xəstədə mədə və ya 12-barmaq bağırsaq xorasının sərbəst qarın boşluğuna perforasiyası diaqnozu qoyulmuşdur. Sizin sonrakı taktikanız?

A) Xəstənin planlı əməliyyata hazırlanması

B) 10 saatdan sonra təcili laparotamiya

C) Xəstənin mədəsinə zondun salınması və su ilə yuyulması

D) Laparotomiya-radikal operasiya

E) Xəstənin imalə olunması


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
180) Qastroduodenal qanaxmalarda hansı müayinə metodları ilə qanaxmanın mənbəyini dəqiq təyin etmək olar?

A) Diaqnostik laparotomiya

B) Radioizotopla müayinə

C) Arterioqrafiya

D) Endoskopik qastroduodenskopiya

E) Mədənin R-skopiyası


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
181) Virus mənşəli (Hepatit B,C,D ) hepatitlər ağır və getdikcə artmaqda olan xroniki xəstəliklər sırasına aiddirlər. Xəstəliyin bütün dünyada çox yayılmasına səbəb olan faktorlardan biri virusla yoluxma mənbələrinin çoxluğudur. Yoluxma yolları hansılardır?

A) Tibbi manipulyasiyalar: stomatoloji

B) Hemotransfuziya

C) Tibbi manipulyasiyalar:ginekoloji, cərrahi, endoskopik, inyeksiyalar və s.

D) Hamısı

E) Cinsi əlaqələr


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
182) Qastroduodenal qanaxmaya səbəb aşağıda qeyd olunan hansı patalogiyadır?

A) Mədə və 12-barmaq bağırsağın xorası

B) Mədə xərçəngi

C) Eroziv qastrit

D) Mədənin və yemək borusu venalarının varikoz genişlənmələri

E) Bütün göstərilənlər


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
183) Kəskin daxili qanaxmalarda ilk laborator dəyişikliklər qanın aşağıda göstərilən hansı parametrlərində olur?

A) Arterial qanın Ph və PCO2

B) Leykoformulada

C) Eritrositlərin çökmə sürətində

D) Hemoqlobinin və hematokritin səviyyəsində

E) Qanın oksigenlə doyma dərəcəsində


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
184) II qan qrupuna malik xəstəyə təcili plazma köçürülməlidir. Hansını köçürtmək olar?

A) Ancaq öz qrupun

B) İstəlinən qrup qan plazmasını

C) III qrupu

D) I qrupu

E) IV qrupu


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
185) Anafilaktik şokda təxirəsalınmaz yardım kimi hansı daha çox effektivdir?

A) Adrenalin, Prednizolon

B) Aminokapron turşusu

C) Kalsium xlorid

D) Noradrenalin

E) Dimedrol


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.

Anesteziologiya və intensiv terapiya

186) Fentanil necə təsir edir?

A) Neyroleptik kimi

B) Psixotrop preparat kimi

C) Antidepressant kimi

D) 20-25 dəqiqə ərzində güclü ağrıkəsici kimi

E) 2-3 dəqiqə ərzində ağrıkəsici kimi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
187) Qlükozanın izotonik məhlulu hansı hesab olunur?

A) 3%


B) 0,8%

C) 5%


D) 4,2%

E) 10%
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.


188) Ürəyin birbaşa-açıq yolla masajına göstəriş hansıdir?

A) 2 dəqiqə müddətində qapalı ürək masajından sonra yuxu arteriyasında nəbzin olması

B) Ürəyin dayanması

C) Huşun itməsi

D) Tənəffüsün dayanması

E) Ürəyin fibrilyasiyası


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
189) Plazma əvəzedici kimi hansı daha çox effektlidir?

A) Fizioloji məhlul

B) Dekstran, plazma

C) Plazma, ringer-laktat

D) Jelatin, plazma

E) Ringer-laktat, kristalloid


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с.

190) Damardaxili trombozda hansı istifadə olunmalıdır?

A) Heparin, fibrinolizin

B) Heparin, fibrinogen, fibrinolizin

C) Fibrinolizin

D) Bütün sadalananlar

E) Fibrinogen, fibrinolizin, trombositar kütlə


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с.
191) Tromb əmələgəlmə ehtimalına nə təsir etmir?

A) Fibrinolitik aktivliyin yuxarı olması, hipodinamiya, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi

B) Fibrinolitik aktivlik yuxarı olması, yanıqlar, hipodinamiya, onkoloji xəstəliklər

C) Fibrinolitik aktivliyin yuxarı olması

D) Yanıqlar, hipodinamiya, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi

E) Fibrinolitik aktivliyin yuxarı olması, yanıqlar, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с.

Üz-çənə cərrahiyyəsi. Neyrocərrahiyyə məsələləri


Torakal cərrahiyyəsi

192) Mədənin kardial hissəsinin xərçəngində sadalananlardan hansı radikal müalicə sayılır?

A) Şişin elektrokoaqulyasiyası

B) Kombinə olunmuş müalicə

C) Şüa terapiyası

D) Kimyəvi terapiya

E) Cərrahi müalicə


Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва
193) Qeyri spesifik spontan pnevmotoraks hansı xəstəliklə əlaqədardır?

A) Astma


B) Bulloz emfizema

C) Sarkoidoz

D) Revmatoid artrit

E) Anadangəlmə ağ ciyər kistası


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
194) Ağ ciyərin qanqrenası olduqda hansı üsuldan daha çox istifadə olunur?

A) Lobektomiya

B) Ağ ciyərin pazvari rezeksiyası

C) Pnevmotomiya

D) Torakoplastika

E) Pnevmonektomiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
195) Ekssudativ plevrit hansı xəstəliyin ağırlaşması kimi əmələ gəlir?

A) Kəskin pnevmoniya

B) Abses

C) Exinokokkoz

D) Bronxoektatik xəstəlik

E) Vərəm
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.


196) Qida borusu zədələnməsinin daha çox rast gəlinən səbəbi hansıdır?

A) Spontan cırılmada

B) Endoskopiya

C) Traxeostomiya

D) Narkoz zamanı traxeyanı intubasiya edərkən

E) Yad cisim


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

197) Qida borusunun dərin yanığına səbəb nə ola bilər?

A) İsti su

B) Qələvi məhlulu

C) Fosfor preparatı

D) Spirt

E) Turşu məhlulu


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
198) Mədənin kardial hissəsinin xərçəngində radikal müalicə hansı sayılır?

A) Şua terapiyası

B) Cərrahi müalicə

C) Şişin elektrokoaqulyasiyası

D) Kombinə olunmuş müalicə

E) Kimyəvi terapiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
199) «Diaqnostik torakotomiya» aşağıdakılardan hansısını nəzərdə tutur?

A) Torakotomiya, dərhal icra olunacaq əməliyyatın həcmini dəqiqləşdirmək məqsədi ilə ekspress-morfoloji tədqiqat üçün materialın götürülməsi

B) Torakotomiya, ağ ciyərin, plevral boşluğun reviziyası və prosesin operabelliyi və ya rezektabelliyi məsələsinin həlli

C) Torakotomiya, plevral boşluğun, ağ ciyərin, divararalığının, diafraqmanın reviziyası

D) Torakotomiya, plevral boşluğun, ağ ciyərin reviziyası və morfoloji tədqiqat üçün materialın götürülməsi

E) «Kiçik» torakotomiya və morfoloji tədqiqat üçün materialın götürülməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
200) Diafraqmanın cırılması ilə torakoabdominal yaralanma diaqnozu aşağıdakı hansı müştərək müayinələr aparıldıqda daha böyük ehtimalla qoyula bilər?

A) Torakoskopiya və döş qəfəsi orqanlarının rentgenoqrafiyası

B) Laparoskopiya, qarın boşluğunun və döş qəfəsinin USM-i

C) Qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası, qarın boşluğunun və döş qəfəsinin USM-i

D) Diaqnostik pnevmoperitoneum, qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası

E) Torakoskopiya və laparoskopiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
201) Prosesin patogenezinə əsaslanaraq ağ ciyərin ocaqlı vərəmində seçim əməliyyatı hansıdır?

A) Ağ ciyərin tipik seqmentar və biseqmentar rezeksiyası

B) Lobektomiya

C) Mediastinal limfonodulektomiya ilə aparılan lobektomiya

D) Plevrolobektomiya

E) Ağ ciyərin atipik rezeksiyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
202) Hansı proses müşahidə olunan xəstəliklər şişönü hesab edilir?

A) Epitelin displaziyası

B) Epitelial qatın alterasiya prosesləri

C) Atrofiya halları ilə toxumaların trofikasının pozulması

D) Epitelial hüceyrələrin stratifikasiyasının pozulması

E) Epitelin proliferasiya və metaplaziyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

203) Hansı orqanların şişlərində ağ ciyər metastazlarına daha çox rast gəlinir?

A) Mədənin, düz və çənbər bağırsağın xərçəngində

B) Süd, qalxanvari və prostat vəzlərinin xərçəngində

C) Uşaqlığın, yumurtalıqların xorionepiteliomalarında

D) Böyrəyin, yumurtalığın, sidik kisəsinin xərçəngində

E) Qida borusunun xərçəngində, dərinin melanomasında


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

204) Traxeyanın fenestrasiyası nədir?

A) Traxeyanın ön divarında dairəvi pəncərənin kəsilib götürülməsindən ibarət olan xroniki traxeostomiya variantı

B) Terminal xroniki traxeostomiya əməliyyatının sinonimii

C) Traxeyanın inkişaf qüsuru – traxeyanın boyun hissəsində qığırdaq yarımdairələri sahəsinin anadan gəlmə olmaması

D) Traxeyanın ön divarının oval kəsilməsindən və fonasiyanı yaxşılaşdırmaq məqsədi ilə dəri loskutlarının (klapanların) formalaşmasından ibarət olan daimi (xroniki) traxeostomiya variantı

E) Traxeostoma yaradılması məqsədi ilə üzükvari qığırdağın ön səthinin ləğv edilməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
205) Bronxlarda yad cisimlərin olduğu təqdirdə cərrahi əməliyyat hansı həcmdə icra oluna bilər?

A) Bronxotomiya, bronxun sirkulyar rezeksiyası

B) Bronxotomiya, ağciyərin rezeksiyası

C) Bronxotomiya

D) Bronxun sirkulyar rezeksiyası, ağciyərin rezeksiyası

E) Bronxotomiya, bronxun sirkulyar rezeksiyası, ağ ciyərin rezeksiyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
206) Ezofaqoqastroskopiya zamanı qida borusunun perforasiyası baş verdikdə nə gösətərişdir?

A) Qastrostomiya, intensiv konservativ terapiya (antibakterial, infuzion), divararalığına, plevral boşluqlara nəzarət

B) Təcili cərrahi müdaxilə: divararalığının açılması, qida borusu defektinin tikilməsi, divararalığının drenə edilməsi, nazoqastral zondun və ya qastrostomiyanın qoyulması

C) Yalnız dinamik müşahidə

D) Nazoqastral zond, intensiv konservativ terapiya (antibakterial, infuzion), divararalığına, plevral boşluqlara nəzarət

E) Yalnız konservativ müalicə


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
207) Boyun nahiyəsindəki irinli proseslər plevra boşluğuna necə keçir?

A) Traxeya boyunca

B) Böyük arterial və venoz damarlar boyunca

C) Boyun fassiyaları boyunca

D) Döş sümüyünün arxa səthi boyunca

E) Qida borusu boyunca


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
208) Sol qayıdan sinirin travmasının əməliyyatdan sonrakı ən xarakterik klinik simptomu hansıdır?

A) Klod Bernar-Qorner simptomu

B) Bronxospazm

C) Səsin karlaşması

D) Larinqospazm

E) Anizokoriya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
209) Ağ ciyərdə qan axınının qiymətləndirilməsi üçün hansı müayinə aparılır?

A) Ventilyasion radioqrafiya və maqnit-rezonans tomoqrafiya

B) Pnevmotaxoqrafiya və perfuzion ssintiqrafiya

C) Angiopulmonqrafiya və ventilyasion radioqrafiya

D) Pnevmotaxoqrafiya və nüvə-maqnit tomoqrafiyası

E) Perfuzion ssintiqrafiya və angiopulmonoqrafiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
210) Normada plevral boşluqda hansı təzyiq müşahidə edilir?

A) 0 – a bərabər

B) Mənfi

C) Atmosfer təzyiqdən bir qədər yuxarı təzyiq

D) Atmosfer təzyiqdən bir qədər aşağı təzyiq

E) Atmosfer təzyiqə bərabər


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
211) Hansı zədələnmə döş qəfəsinin müştərək travmasını göstərir?

A) Müxtəlif növ enerjinin təsiri nəticəsində döş qəfəsinin bir neçə orqanının zədələnməsi

B) Döş qəfəsi və döş boşluğu orqanlarının zədələnməsi

C) Müxtəlif növ enerjinin təsiri nəticəsində döş qəfəsinin və bədənin digər hissələrinin zədələnməsi

D) Döş qəfəsinin bir neçə orqanının zədələnməsi

E) Eyni növ mexaniki faktorun təsiri nəticəsində döş qəfəsinin və bədənin digər hissələrinin zədələnməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

212) Hansı zədələnmə döş qəfəsinin kombinəolunmuş travmasını göstərir?

A) Müxtəlif növ faktorun təsiri nəticəsində döş qəfəsinin və bədənin digər hissələrinin zədələnməsi

B) Döş qəfəsinin bir neçə orqanının zədələnməsi

C) Döş qəfəsinin və bədənin digər hissələrinin qısa zaman fasiləsində zədələnməsi

D) Eyni növ enerjinin təsiri nəticəsində döş qəfəsinin və bədənin digər hissələrinin zədələnməsi

E) Döş qəfəsi və döş boşluğu orqanlarının zədələnməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
213) Diafraqmanın təsdiqlənmiş cırılması nəyə göstərişdir ?

A) Müayinə başa çatdıqdan sonra təcili əməliyyata göstərişdir

B) Həyati göstəriş üzrə təcili əməliyyata mütləq göstərişdir

C) Planlı əməliyyata göstərişdir

D) Yalnız ağırlaşma inkişaf edən hallarda əməliyyata göstərişdir

E) Dinamik müşahidəyə göstərişdir


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
214) Döşdaxili limfa düyünlərinin vərəmi hansı səbəblərdən inkişaf edir?

A) Tənəffüs orqanları vərəminin müstəqil formasıdır və əsas etibarilə uşaqlarda,yeniyetmələrdə və böyüklərdə (25 yaşa qədər) vərəmlə birincili yoluxma nəticəsində inkişaf edir

B) Vərəmin ağ ciyərdən kənar formasıdır və vərəmlə birincili yoluxma nəticəsində istənilən yaşda inkişaf edə bilər

C) Periferik limfa düyünlərinin vərəminin lokal təzahürüdür

D) Ağ ciyərlərin disseminəolunmuş vərəminin ağırlaşmasıdır

E) Vərəmin ağ ciyər formasına münasibətdə ikincilidir


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
215) Ağ ciyərin kavernoz vərəminin cərrahi müalicəsində seçim əməliyyat hansıdır?

A) Tipik seqmentar, biseqmentar və ya kombinəolunmuş rezeksiya

B) Kavernotomiya

C) Lobektomiya

D) Atipik seqmentar rezeksiya

E) Kavernoplastika


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
216) Anadangəlmə bronxektaziya üçün xarakterik əlamət hansıdır?

A) Ikitərəfli pay və ağciyərlərin geniş sahədə zədələnməsi

B) Sol ağ ciyərin aşağı payının və dil seqmentinin birtərəfli zədələnməsi

C) Ağ ciyərlərin ikitərəfli seqmentar zədələnməsi

D) Sağ ağ ciyərin aşağı payının birtərəfli zədələnməsi

E) Sol ağ ciyərin aşağı payının birtərəfli zədələnməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

217) Gərgin residiv spontan pnevmotoraks zamanı nə göstərişdir?

A) Torakoskopiya

B) Torakotomiya

C) Plevral punksiya

D) Plevra boşluğunun Bulau tipli drenləşdirilməsi

E) Plevra boşluğunun aktiv aspirasiyası ilə birgə drenləşdirilməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
218) Ağ ciyərin ağırlaşmamış exinokokkozunda hansı üsul ən çox icra olunur?

A) Lobektomiya, bilobektomiya

B) İkimomentli exinokokkektomiya

C) Pulmonektomiya

D) Ağ ciyərin atipik rezeksiyası

E) Birmomentli exinokokkektomiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

219) Ağ ciyər xərçənginin daha tez-tez rast gəlinən metastazvermə yolu hansıdır?

A) Hematogen və implantasion

B) Limfogen və hematogen

C) Bütün metastazvermə yolları eyni dərəcədə

D) Limfogen və implantasion

E) Limfogen


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
220) Ağ ciyərin xoşxassəli şişləri arasında ən çox rast gəlinəni hansısıdır?

A) Nevrinoma

B) Adenoma

C) Hamartoma

D) Fibroma

E) Mioma
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.


221) Ağ ciyər xərçənginin hansı klinik-anatomik formaları ayırd edilir?

A) Düyünlü, infiltrativ, qarışıq

B) Endobronxial, peribronxial, parenximatoz

C) Kökətrafı, parenximatoz, qarışıq

D) Mərkəzi, periferik, atipik

E) Ekzofit, endofit, parenximatoz


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
222) Ağ ciyərin mərkəzi xərçənginin erkən mərhələsinə hansı aiddir?

A) T1-2N0M0 mərhələsində olan xərçəng

B) Intraepitelial xərçəng

C) Gizli xərçəng

D) Rentgen-neqativ xərçəng

E) T1N0M0 mərhələsində olan xərçəng


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

223) Traxeostomiyanın traxeotomiyadan fərqi nədir?

A) Traxeyaya cərrahi yaxınlaşmanın həyata keçirilməsi

B) Traxeyanın kəsilmə üsulu

C) Traxeya mənfəzinə kanyulanın yeridilməsi

D) Həyata keçirilməsinin müddəti

E) Həyata keçirilməsinə göstəriş


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
224) Mediastinit nədir?

A) Divararalığının birləşdirici toxumasının irinli iltihabıdır

B) Divararalığında şiş və iltihab mənşəli istənilən patoloji prosesdir

C) Divararalığında spesifik və qeyri-spesifik flora tərəfindən törədilən istənilən kəskin iltihabi prosesdir

D) Perikardın və divararalığının birləşdirici toxumalarının vərəm mənşəli iltihabıdır

E) Divararalığının mikrob florası, eləcə də mexaniki travma, kimyəvi maddələrin və fiziki amillərin təririndən törənən kəskin və xroniki iltihabıdır


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
225) Qanhayxırma nədir?

A) Bəlğəmdə yalnız yeni eritrositlərin tapılması

B) Bəlğəmlə təmiz halda 50 ml-ə qədər qanın xaric olması

C) Qan qarışığı, o cümlədən mikroskopik qan qarışmış bəlğəmli öskürək simptomu

D) Istənilən miqdarda təmiz və ya dəyişilmiş qanın öskürəklə xaric olması

E) Sutka ərzində 300 ml-ə qədər yeni və /və ya dəyişilmiş qanın öskürəklə xaric olması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
226) Ümumi kombinəolunmuş anesteziyanın əsas komponentləri hansılardır?

A) Analgeziya və huşun olmaması

B) Analgeziya, relaksasiya, huşun olmaması

C) Huşun və reflekslərin olmaması

D) Analgeziya və relaksasiya

E) Relaksasiya və reflekslərin olmaması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
227) Əgər ürək-ağ ciyər reanimasiyasını iki nəfər həyata keçirirsə, onda ventilyasiya ürəyin qapalı masajı nisbəti necə olmalıdır?

A) 1:15


B) 3:15

C) 1:5


D) 2:15

E) 1:10
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.


228) Ağ ciyər xərçənginin hormonal aktivliyi ilə əlaqədar olan paraneoplastik sindromlara aşağıdakılardan hansında daha çox rast gəlinir?

A) Karsinoiddə

B) Kiçik hüceyrəli xərçəngdə

C) Bronxoalveolyar xərçəngdə

D) Yastıhüceyrəli xərçəngdə

E) Bədxassəli hamartomada


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
229) Ağ ciyərin rentgen-neqativ mərkəzi xərçənginin aşkar edilməsi metoduna hansı aiddir?

A) Perfuzion ssintiqrafiya

B) Pozitron emission ssintoqrafiya

C) Kompüter tomoqrafiya

D) Bəlğəmin sitoloji müayinəsi

E) Ultrasəs exolokasiyası


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
230) Süd vəzinin xərçənginin uzaq metastazlarına ən çox harda rast gəlinir?
A) Ağciyərlər

B) Baş beyin

C) Böyrəküstü vəzilər

D) Sümüklər

E) Qaraciyər
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.

Damarların cərrahiyyəsi

231) Ağ ciyər arteriyasının tromboemboliyası əsasən hansı damarın hesabına olur?

A) Yuxarı ətrafın dərin venaları

B) Səthi aşağı ətraf venaları

C) Aşağı ətrafın dərin venaları və kiçik çanaq venaları

D) Səthi yuxarı ətraf venaları

E) Üz venaları


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə