İnhalyasion anestetiKLƏr anesteziologiya və Reanimatologiya kafedrası



Yüklə 14,67 Kb.
səhifə1/5
tarix30.12.2023
ölçüsü14,67 Kb.
#165897
  1   2   3   4   5
Rean #1 Mehdizadə Əsmər

İNHALYASİON ANESTETİKLƏR

Anesteziologiya və Reanimatologiya kafedrası

HAZIRLAYAN : MEHDİZADƏ ƏSMƏR, 119A4B

Anesteziologiya - ağrısızlaşdırma, orqanizmi əməliyyat travması və onun zərərli təsirlərindən qoruma üsulları, cərrahi müdaxilə zamanı, ondan sonrakı erkən dövrlərdə orqanizmin mühüm həyati əhəmiyyətli üzvlərinin funksiyalarına nəzarət və bu funksiyaların idarə edilməsi haqqında olan bir elmdir.

İnhalyasion narkozun özü də anestetikin yeridilmə üsulundan asılı olaraq üç yerə bölünür: a. Maska inhalyasion narkozu; b. Endotraxeal inhalyasion narkoz; c. Endobronxial inhalyasion narkoz.

İnhalyasion narkozda işlədilən bütün anestetiklər 2 böyük qrupa bölünürlər: Uçucu maye və Qaz halında olanlar.

UÇUCU MAYE OLANLAR ;

  • Efir (dietil efiri).
  • Narkoz məqsədilə xüsusi təmizlənmiş efir işlədilir. Alifatik sıra törəmələrindən olan efir özünəməxsus iyi olan, rəngsiz, tez alışan, şəffaf və yandırıcı dadı olan uçucu mayedir. Yağlarda və spirtdə yaxşı həll olan efirin ərimə temperaturu 36,5° C-dir. O, işığın və havanın təsirindən parçalanaraq tez yararsız hala düşdüyündən tünd rəngli, ağzı kip bağlanan flakonlarda saxlanılır. Maye efirin sıxlığı 0,713-0,715-dir. Efir buxarları hava, eləcə də oksigenlə qarışdıqda asanlıqla partladığından onunla cərrahi əməliyyat otağında ehtiyatla davranılmalıdır. Güclü anestetik olan efir dərin narkoz halı törədir. Belə ki, narkozun başlanmasından 10-20 dəq. sonra xəstə yatır, efirin verilməsi dayandırıldıqdan 30-40 dəq. sonra isə narkoz yuxusundan ayılır. Efirdərin yuxu, tam analgeziya və miorelaksasiya törədir.

Lakin xəstənin yuxuya getməsi güclü psixomotor oyanma ilə müşayiət olunur. Həmçinin, efir simpato adrenal sistemin fəallığını da artırır. Digər tərəfdən, sitoplazmatik zəhər olan efir sinir hüceyrələrinin, qara ciyər və böyrəklərin fəaliyyətini kəskin endirir, baş beyindəki damar-hərəki mərkəzin iflicini verə bilir. Geniş terapevtik diapazonda olan efir orqanizmdən ağciyərlərlə xaric olur və bu zaman tənəffüs yollarının selikli qişasını qıcıqlandırır, bronxların sekresiyasını gücləndirir. Ağırlaşmaları çox olduğundan müasir anesteziologiyada efir işlədilmir.


Yüklə 14,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə