İnhalyasion anestetiKLƏr anesteziologiya və Reanimatologiya kafedrası

Yüklə 14,67 Kb.
səhifə2/5
tarix30.12.2023
ölçüsü14,67 Kb.
#165897
1   2   3   4   5
Rean #1 Mehdizadə Əsmər

Lakin xəstənin yuxuya getməsi güclü psixomotor oyanma ilə müşayiət olunur. Həmçinin, efir simpato adrenal sistemin fəallığını da artırır. Digər tərəfdən, sitoplazmatik zəhər olan efir sinir hüceyrələrinin, qara ciyər və böyrəklərin fəaliyyətini kəskin endirir, baş beyindəki damar-hərəki mərkəzin iflicini verə bilir. Geniş terapevtik diapazonda olan efir orqanizmdən ağciyərlərlə xaric olur və bu zaman tənəffüs yollarının selikli qişasını qıcıqlandırır, bronxların sekresiyasını gücləndirir. Ağırlaşmaları çox olduğundan müasir anesteziologiyada efir işlədilmir.

Xloroform (trixlormetan). Şirin dadlı, rəngsiz maye olan xloroform öz narkoz törətmə qabiliyyətinə görə efirdən 4-5 dəfə güclüdür. Lakin ərimə temperaturu 61-62°C olan xloroformun terapevtik təsir dairəsi azdır. Əksinə, güclü toksikliyə malik olduğundan ürək-damar və tənəffüs sistemlərinə, qaraciyərə mənfi təsir göstərərək onların funksiyasını kəskin pozur, tez bir zamanda da doza artıqlığı verir. Xloroform işığın və havanın təsirindən parçalanaraq fos gen kimi toksiki maddə əmələ gətirir. Hazırda xloroformdan istifadə olunmur

Ftorotan (halotan, narkotan, fluotan). Yağlarda yaxşı həll olan, halogen tərkibli ftorotan rəngsiz, şirin qoxulu mayedir və ərimə temperaturu 50,2° C-dir. Tünd rəngli flakonlarda saxlanılır, partlama təhlükəsi yoxdur. Efirdən 4-5 dəfə güclü olan ftorotanı işlədərkən narkoza giriş qısamüddətli (3-4 dəq.) olduğundan 1-2 dəqiqədən sonra xəstənin huşu itir, 3-5 dəqiqədən sonra isə narkoz yuxusu dövrü başlayır və əzələlərin tam relaksasiyası ilə müşayiət edilir. Efirdən fərqli olaraq ftorotan narkozunda, demək olar ki, gərginləşmə dövrü olmur və xəstə narkozdan tez ayılır. Ftorotan selikli qişaları qıcıqlandırmır, lakin tüpürcək vəzlərinin sekresiyasını azaldır, bronxları genişləndirir, qanqlio blokator və miorelaksant effektli təsir göstərir.

Yüklə 14,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə