İnhalyasion anestetiKLƏr anesteziologiya və Reanimatologiya kafedrası

Yüklə 14,67 Kb.
səhifə3/5
tarix30.12.2023
ölçüsü14,67 Kb.
#165897
1   2   3   4   5
Rean #1 Mehdizadə Əsmər

Ftorotan (halotan, narkotan, fluotan). Yağlarda yaxşı həll olan, halogen tərkibli ftorotan rəngsiz, şirin qoxulu mayedir və ərimə temperaturu 50,2° C-dir. Tünd rəngli flakonlarda saxlanılır, partlama təhlükəsi yoxdur. Efirdən 4-5 dəfə güclü olan ftorotanı işlədərkən narkoza giriş qısamüddətli (3-4 dəq.) olduğundan 1-2 dəqiqədən sonra xəstənin huşu itir, 3-5 dəqiqədən sonra isə narkoz yuxusu dövrü başlayır və əzələlərin tam relaksasiyası ilə müşayiət edilir. Efirdən fərqli olaraq ftorotan narkozunda, demək olar ki, gərginləşmə dövrü olmur və xəstə narkozdan tez ayılır. Ftorotan selikli qişaları qıcıqlandırmır, lakin tüpürcək vəzlərinin sekresiyasını azaldır, bronxları genişləndirir, qanqlio blokator və miorelaksant effektli təsir göstərir.

Ftorotanın mənfi cəhəti böyük konsentrasiyalarda damarları genəldərək arterial hipotoniya, aritmiya verməsi, miokardın yığılma qabiliyyətini zəiflətməsi və qara ciyərin funksiyasını pozmasıdır. Çox yüksək dozalarda hipotenziya və ürək fəaliyyətinin dayanması kimi qorxulu ağırlaşmalarverir. Hazırda döş və qarın boşluğunda güldürücü qaz narkozu ilə aparılan cərrahi əməliyyatlar zamanı ftorotandan bu əsas narkozu dərinləşdirmək məqsədilə geniş istifadə edilir.

Metoksifluran (pentran, inhalan).

  • Meyvə ətirli, rəngsiz, şəffaf maye olan halogen tərkibli anestetikdir. Ərimə temperaturu 104° C-dir, partlama təhlükəsi yoxdur. Təsirinə görə efir və xloroformdan güclüdür. Metoksifluran güclü analgetik təsir göstərir, minimal toksikidir. Bu zaman narkoz yuxusu tədricən-5-10 dəqiqədən sonra baş verir. Pentran narkozunda gərginləşmə mərhələsi aydın nəzərə çarpan olub, ayılma nisbətən uzun çəkir. Metoksifluran (pentran) arterial təzyiqi azalda, miokardın katexola minlərə (adrenalinə, noradrenalinə) həssaslığını artıra bilir. Yüksək doza larda və uzunmüddətli narkoz zamanı bu anestetik ürəyə, tənəffüs sisteminə və böyrəklərə mənfi təsir göstərir.

Yüklə 14,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə