İnhalyasion anestetiKLƏr anesteziologiya və Reanimatologiya kafedrası

Yüklə 14,67 Kb.
səhifə5/5
tarix30.12.2023
ölçüsü14,67 Kb.
#165897
1   2   3   4   5
Rean #1 Mehdizadə Əsmər

İnhalyasiyadan 1-2 dəqiqə sonra huş itir, gərginləşmə mərhələsiz tez bir vaxtda ağrısızlaşma qeyd edilir və xəstə narkozdan tez ayılır. Xəstə narkozu rahat keçirsə də, narkoz səthi olur, əzələ relaksasiyası baş vermir və reflekslər tam sönmür. Bu səbəblərdən də azot - oksid mononarkoz kimi yalnız kiçik həcmli cərrahi əməliyyatlarda, həmçinin, mamalıqda və şok əleyhinə müalicə kompleksində işlədilir. Zəif anesteziyaedici təsirini nəzərə alaraq azot 1-oksidi daha güclü anestetiklərlə (ftorotan, siklopropan, barbituratlar və s.) birgə istifadə edirlər.

Siklopropan (trimetilen). Azot 1-oksiddən 7-10 dəfə güclü anestetik xüsusiyyətə malik olan bu qaz yüngül neft qoxusu verir və rəngsizdir. Sıxlığı 1,879-dur. Maye halında, 5 atm. təzyiq altında qırmızı rəngli balonlarda saxlanılır. Yalnız oksigenlə qarışığından istifadə edilir. Asanlıqla partlayış verən siklopropan olduqca təhlükəlidir. Siklopropanın oksigenlə 10-15%-li qarışığı sürətli induksiya törətməklə xəstəni tez yatırdır, tənəffüs yollarını qıcıqlandırmır, əzələlərdə relaksasiya törədir. Lakin azan sinirə təsir edərək aritmiya verə bilir. Xəstə narkozdan tez ayılır. Siklopropanın təsirindən ürək əzələsinin adrenalinə və noradrenalinə həssaslığı artdığından qanitirmə və şok vəziy yətində olan xəstələrdə arterial təzyiqin enməsinin qarşısı alınır. Siklopropan orqanizmdə parçalanmır və dəyişməz formada bədəndən xaric olur. Qaraciyərə və böyrəklərə toksiki təsir göstərmir. Lakin ürək fəaliyyətini endirə və məd ciklərin fibrillyasiyasını törədə bilməsi, tənəffüsü zəiflətməsi, hipotenziya kimi ağırlaşmaların olmasını nəzərə alaraq siklopropan geniş tətbiq edilmir.

Dostları ilə paylaş:
1   2   3   4   5

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə