http://coqrafiya.blogspot.com/
Mənbə
-
http://behruzmelikov.com
ASİYA
ÜMUMİ İCMAL
Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti.
Asiya yer kürəsinin ən böyük qitəsidir. Asiya çox
böyük məsafədə qərbdən şərqə və cənubdan şimala uzanır.
Ucqar nöqtələri şimalda Çelyuskin burnu, cənubda Piay
burnu, qərbdə Baba burnu, şərqdə Dejnev burnudur. Cənubda
Asiya qitəsinə aid edilən Malay arxepalaqı adaları 11º c.e
qədər, şimalda isə Şimal Torpağı adaları 81ºşm.enliyinə qədər
uzanır. Beləliklə Asiya ərazisi meridian istiqamətində cənubdan
şimala 93º-yə qədər,enlik istiqamətində,qərbdən şərqə 63º.50´
uzanır. Qitənin ən geniş yeri subtropik enliklerdə yerləşir.
Asiyanın sahəsi Qafqaz və Zaqafqaziya ilə birlikdə
43 448min km
2
-ə çatır. Bundan 8 milyon km
2
yarımadaların,
2mln.km
2
-dən bir qədər artığı adaların payına düşür. .Xarici
Asiyanın sahəsi 26 mln.km
2
-dir. Qitənin şimal sahilləri
nisbətən zəif parçalanmışdır. Burada Taymır, Yamal və
Qıdan yarımadaları,qitə dayazlığı üzərində isə Şimal Torpağı,
Novosibir arxipelaqları və Vrangel adası yerləşir. Şərq sahil
çox parçalanmışdır. Şərqdə böyük yarımadalardan Kamçatka,
Koreya,adalardan Kuril adaları, Yapon, Ryukyu, Tayvan və
Filippin adaları və s.göstərmək olar. Şərq sahildə qövs şəklində
şimaldan cənuba uzanan adalar ilə qitə arasında dərin kənar
dənizlər- Oxot, Yapon, Sarı, Şərqi Çin və Cənubi Çin dənizləri
yerləşir. Qitənin cənub-şərqində Hind Çin yarımadası və Malay
arxepalağı adaları (Kalimantan, Yava,Sumatra, Sulavesi və
s.)yerləşir. Cənub və cənub-qərb sahil zəif parçalanmışdır.
Burada Asiyanın Hindistan, Ərəbistan,qərbdə Kiçik-Asiya kimi
böyük yarımadaları vardır.Şimal-şərqdə Asiya ilə Şimali
Amerikanı ensiz (85km) və dayaz Berinq boğazı ayırır. Suveyş
kanalı çəkilənə qədər cənub-qərbdə Suveyş bərzəxi Asiyanı
Afrika ilə birləşdirirdi. Avropa ilə sərhəd qurudan keçir. Asiya
ərazisinin böyüklüyü və yığcamlığı ilə əlaqədar olaraq onun
daxili vilayətləri dəniz sahillərindən 2-2.5min km uzaqda
yerləşir (Avropada 600km)
Asiya orta yüksəkliyinə görə də qitələr arasında birinci
yerdə durur.(Asiya 940 m,Afrika 750 m,Avropa 320 m) .
Ərazinin böyüklüyü,oroqrafik quruluşunun mürəkkəbliyi və
daxili vilayətlərin dənizlərdən çox uzaqda,yüksək dağlar
arxasında yerləşməsi,qitənin daxili və kənar hissələrində
tamamilə müxtəlif landşaft komplekslərinin inkişafına səbəb
olmuşdur. Xarici Asiyanın kənar hissələri (Qabaq Asiya
müstəsna olmaqla) dəniz və okeanların təsiri altında qalır. Buna
görə də,qitənin kənar hissələri üçün rütubətli musson iqlimi
səciyyəvidir. Qitənin daxili hissələrini şərq və cənubdan əhatə
edən yüksək dağ silsilələri dənizlərdən gələn rütubətli musson
havalarına çevrilmiş yamacları olduqcaq bol yağıntı aldığı
halda,həmin dağların daxili yamacları quru iqlimə malikdir.
Qitənin daxili hissələrinin qapalı və yarımqapalı sahələri
kəskin kontinental iqlim və arid landşaftı ilə səciyyələnir.
Asiya dünyada ən yüksək dağ silsilələrinin,dağlıq
yaylaların və axarsız hövzələrin olması,eyni zamanda geoloji
inkişafının daha mürəkkəbliyi ilə də başqa qitələrdən seçilir.
Qitənin ayrı-ayrı morfostruktur sahələri bir-birindən kəskin
sürətdə fərqlənir. Asiyada fiziki-coğrafi zonallıq olduqca
mürəkkəbdir. Bu bir tərəfdən qitənin böyük məsafədə qərbdən
şərqə uzanması ilə,digər tərəfdən daxili sahələrlə kənar
sahələrin rütubətlənmə dərəcəsində ciddi fərq olması ilə izah
edilməlidir. Yuxarıda qısa şəkildə göstərilən əlamətlərdən
aydın olur ki, Asiya yer kürəsində ən mürəkkəb ,ən maraqlı
təbii-coğrafi xüsusiyyətlərlə zəngin bir qitədir.
Asiyanın şimal hissəsi SSRİ ərazisində yerləşir. Həmin
hissənin fiziki coğrafiyası SSRİ fiziki coğrafiyası kursunda
keçildiyi üçün burada söhbət yalnız xarici Asiyadan
gedəcəkdir. .
GEOLİJİ QURULUŞU
VƏ İNKİŞAFININ ƏSAS MƏRHƏLƏLƏRİ
Başqa qitələrdən fərqli olaraq Asiya bir neçə qədim
platforma özəyinə malikdir. Şimalda Sibir platforması,
mərkəzdə və şərqdə Çin platforması,cənubda və cənub-qərbdə
Hindistan və Ərəbistan platformaları yerləşir. Bu platformalar
arasında öz inkişafını paleozoy və mezozoyda qurtarmış
geosinklinallar üzərində yaranmış geniş ərazi tutan cavan
platforma və orogen sahələri vardır. Qitənin şərq və cənub-
şərqində aktiv vulkanizm,güclü zəlzələlər və kəskin təzadlı
tektonik hərəkətlər sahəsi olan müasir geosinklinallar
mövcuddur. Asiya qitəsinin geoloji inkişaf tarixində aşağıdakı
böyük mərhələlər ayrılır:Kembridən əvvəlki mərhələ,paleozoy,
mezozoy və kaynozoy mərhələləri.
Kembridən əvvəlki mərhələdə Asiyada yerləşən
platformaların qırışıq əsası yaranmışdır. Müəyyən edilmişdir
ki,qitənin qədim platformaları sahəsində bir çox qədim
geosinklinallar mövcud olmuşdur. Bu geosinklinallarda arxey
və proterezoy eralarında quvvətli qırışıqlı hərəkətlər,
vulkanizm,maqmatizm,metamorfizm hadisələri baş vermişdir.
Müasir üsullarla aparılan tədqiqatlara əsasən müəyyən
edilmişdir ki, Sibir platformasındakı Anbar və Aldan
qalxanlarında , Çin ,Hindistan və Ərəbistan platformalarında ən
qədim qırışıqlıq, Rus platformasında olduğu kimi, Saam
qırışıqlığıdır. Aldan qalxanında Saam qırışıqlığı çox qalın
(15-20km) geosinklinal çöküntü kompleksini əhatə etmişdir.
İstər Aldan qalxanında, istərsə də Asiyanın qalan platforma
sahələrində Saam qırışıqlığı sahəsi ətraflardan Kareliya, Satpur
və Baykal qırışıqlıqları sahələri ilə əhatə olunur. Lakin hər
Dostları ilə paylaş: |