Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem


ORACLE CDM metodikasının xüsusiyyətləri



Yüklə 0,63 Mb.
səhifə40/48
tarix30.12.2023
ölçüsü0,63 Mb.
#167951
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   48
mumi m lumat. nformasiya sistemi n dir Sistem.

ORACLE CDM metodikasının xüsusiyyətləri
ORACLE CDM metodikasının tətbiq sahəsini və ona xas olan məhdudluqları təyin edən xüsusiyyətlərə aşağıdakıları aid etmək olar:

  1. CDM-in adaptivlik dərəcəsi həyat dövrünün 3 modeli ilə məhdudlaşır:

-klassik: bütün mərhələlər nəzərə alınır;
-tez hazırlanma: modelləşdirmə instrumentlərindən və ORACLE mühitində proqramlaşdırmadan istifadəyə istiqamətlənir;
-sadələşdirilmiş model: kiçik layihələrdə və tətbiqin tez prototipləşdirilməsi mümkün olan hallar üçün nəzərdə tutulur.
2) CDM-də nəzərə alınmayan əlavə məsələləri sistemə daxil etmək mumkün deyil. Həyat dövrünün baxılan 3 modelindən heç birində nəzərə alınmayan məsələnin (və onun yaratdığı sənədlərin) sistemdən kənarlaşdırılması və məsələlərin həllinin qəbul olunmuş ardıcıllığını dəyişmək mümkün deyil.
3)Həyat dövrünün bütün modelləri mahiyyət etibarilə kaskad tiplidirlər. Hətta prototipləşdirməyə görə əməliyyəatların iterativ icrasına baxmayaraq, «sadələşdirilmiş» model də məsələlərin ardıcıl və determinləşdirilmiş icra qaydasını saxlayır.
4)Metodika məcburi sayılmır, lakin firma standartı hesab oluna bilər.
5) Burada tətbiqi sistemə proqram-texniki sistem kimi baxılır. Odur ki, bu metodikada yeni informasiya sisteminə keçildikdə praktiki olaraq həmişə baş verən təşkilati-struktur dəyişilmələrin aparılması imkanı yoxdur.
6)CDM-in istənilən instrumental vasitələrdən istifadə olunan layihələrə asan uyğunlaşdırılması haqqında fikirlərə baxmayaraq, bu metodika ORACLE instrumental vasitələrindən istifadə olunması ilə çox sıx bağlıdır.
7)ORACLE firmasının VBİS-ləri və instrumental vasitələrinə əsaslanan informasiya sistemlərinin layihələndirilməsində istifadə üçün nəzərdə tutulan ORACLE CDM metodikası layihə sənədlərinin hazırlanması səviyyəsinə qədər detallaşdırılmış konkret materialdır.
Həyat dövrünün əsas və köməkçi prosesləri
ISO 12207 standartında həyat dövrünün 5 əsas prosesi təsvir olunur:
1-alınma prosesi: informasiya sistemini, proqram məhsulunu, proqram təminatı xidmətini alan alıcı-müəssisəsinin əməliyyatlarını təsvir edir;
2-tədarük prosesi: alıcı-müəssisəni sistemlə, proqram məhsulu ilə və proqram təminatı xidməti ilə təchiz edən tədarükçü-müəssisəsinin əməliyyatlarını təsvir edir;
3-hazırlama prosesi: sistemi və onun proqram təminatını hazırlayan müəssisənin əməliyyatını təyin edir;
4-fəaliyyət prosesi: sistemin fəaliyyəti prosesində ona xidmət edən müəssisənin-operatorun əməliyyatlarını təyin edir. Sistemin sənədlərində istismara aid göstərilən təlimatlardan fərqli olaraq, burada istifadəçilərə kömək üçün operatorun planlaşdırdığı və öz üzərinə götürdüyü işlər, istifadəçi ilə əks əlaqənin qurulması və s. təyin olunur.
5-müşayiət prosesi: proqram məhsulunun müşayiətini təmin edən heyətin hərəkətlərini təyin edir, yəni proqram məhsulunun işlək vəziyyətinin dəstəklənməsi, onun modifikasiyalarının idarə olunması və s. Buraya həmçinin proqram məhsulunun kompüterə yüklənməsi və kənarlaşdırılması da aiddir.
Sadalanan əsas proseslərdən əlavə ISO 12207 standartı proqram məhsulunun həyat dövrünün ayırmaz hissələri olan və proqram təminatının lazımi keyfiyyətini təmin edən 8 köməkçi prosesi də əhatə edir. Onlara aşağıdakılar aiddir:
- problemin həll prosesi;
- sənədləşdirmə prosesi;

  • konfiqurasiyanın idarə olunması prosesi;

  • keyfiyyətin təminatı prosesi;

  • verifikasiya prosesi;

  • attestasiya prosesi;

  • birlikdə qiymətləndirmə prosesi;

  • audit prosesi.

ISO 12207 standartında həmçinin 4 təşkilati proses təyin olunur:

  • idarəetmə prosesi;

  • infrastrukturun yaradılması prosesi;

  • təkmilləşdirmə prosesi;

  • öyrətmə prosesi.

Burada təkmilləşdirmə prosesi İS-in və ya proqram təminatının deyil, proseslərin özlərinin (alınma, tədarük, hazırlanma və s.) təkmilləşdirilməsini nəzərdə tutur.
Nəhayət, ISO 12207 standartında adaptasiya adlanan xüsusi bir proses də var ki, o da həmin standartın konkret layihənin şərtlərinə adaptasiya üçün lazım olan əsas əməliyyatları təyin edir.
ISO 12207 standartının xüsusiyyətləri
Bütün yuxarıda deyilənlər ISO 12207 standartının aşağıdakı xüsusiyyətlərini formalaşdırmağa imkan verir:
1) Bir prosesin digərini və ya onun bir hissəsini çağırmaqla proseslərin və məsələlərin icra ardıcıllığının təyin edilməsi üsulu ISO 12207 standartının dinamik xarakter daşımasına dəlalət edir. Bu xüsusiyyət həyat dövrünün istənilən modelini reallaşdırmağa imkan verir.
2)ISO 12207 standartı maksimal dərəcədə adaptivliyi təmin edir. Proseslər və məsələlər çoxluğu elə qurulur ki, onları konkret informasiya sistemlərinin layihələrinə uyğun adaptasiya etmək mümkün olur. Belə adaptasiya konkret layihəyə uyğun olmayan prosesin, fəaliyyət növünün və məsələnin həmin çoxluqdan çıxarılması ilə əldə edilir.
3)Standart konkret əməliyyat metodlarını, o cümlədən, hazır qərarları və ya sənədləri özündə əks etdirmir. O, yalnız proqram təminatının həyat dövrü proseslərinin arxitekturasını təsvir edir, lakin proseslərə daxil olan xidmətlərin və məsələlərin necə reallaşdırılmasını və ya yerinə yetirilməsini təfsilatı ilə konkretləşdirmir. Baxılan standart tədarük edilən sistemə və ya proqram təminatına aid sənədlərin adını, formatını və məzmununu nəzərə almır. Bu cür məsələləri standartı tətbiq edən tərəflər həll edirlər.
4)Keyfiyyətin təmin olunması prosesləri müstəqil heyət tərəfindən aparılır. CDM metodikasından fərqli olaraq, keyfiyyətə nəzarət layihələndirmənin ilkin mərhələlərindən başlayaraq məhsulun tələbatlara uyğunluğu baxımından yerinə yetirilir.
5) Müəssisə ISO 12207 standartının tətbiqi haqda qərar qəbul edikdən sonra ticarət münasibətlərinin şərtləri həmin standarta uyğun olaraq minimal tələb olunan sayda proseslərin və məsələlərin yerinə yetirilməsi ilə təyin olunur.
6)Standart, VB-nin layihələndirilməsi ilə bağlı çox az məsələlərə toxunur. Bu onunla izah olunur ki, müxtəlif sistemlər və tətbiqi proqram kompleksləri xüsusi tip VB-dən istifadə edə bilərlər və ya VB-dən heç istifadə etməzlər.
ISO 12207 standartının əhəmiyyəti ondan ibarətdir ki, o, layihə situasiyalarını hərtərəfli əhatə edən məsələləri, keyfiyyət xarakteristikalarını, qiymətləndirmə kriterilərini və s. özündə əks etdirir.
Proqram təminatına qoyulan tələblərin təhlilində keyfiyyətin təmin olunması üçün 11 sinif xassələr nəzərə alınır. Bu zaman icraçı proqram təminatına qoyulan tələblər şəklində sənədləşdirilən aşağıdakı spesifikasiyaları və xarakteristikaları nəzərə almalıdır:

  • proqram təminatının yerinə yetirilməsini, istismar mühitinin şərtlərini və fiziki xarakteristikalarını əks etdirən funksional və mümkünlük spesifikasiyaları;

  • proqram təminatı ilə xarici əlaqələri (interfeysləri);

  • proqram məhsulunun qiymətləndirilməsi və təsdiq edilməsi tələbləri;

  • fəaliyyət və müşayiət metodları, xarici mühitin və xidmətçi heyətin təsiri ilə bağlı olan etibarlılıq spesifikasiyaları;

  • informasiyanın dəqiqliyinin şübhəliliyini də nəzərə almaqla mühafizə spesifikasiyaları;

  • əl ilə idarəetmə, avadanlıqlarla insanların qarşılıqları əlaqələri, xidmətçi heyətə qoyulan məhdudluqlarla bağlı mühəndis psixologiyası (erqanomika) üzrə insan amillərini əhatə edən spesifikasiyaları;

  • verilənlərin və verilənlər bazasına qoyulan tələblərin müəyyən edilməsi;

  • tədarük olunan proqram məhsulunun istismar və müşayiət edildiyi yerlərdə quraşdırılması və təhvil verilməsi üçün tələbləri;

  • istifadəçi üçün sənədləri;

  • hazır proqram məhsulunun işlənməsinə qoyulan tələbləri;

  • istifadəçinin servis tələbləri.

ISO 12207 standartı İS-in və ya proqram təminatının həyat dövrünün konkret modelini və ya hazırlanma metodunu nəzərə almasa da, standartdan istifadə zamanı iştirakçı tərəflər aşağıdakılara məsuliyyət daşıyırlar:

  • yaradılan layihə üçün həyat dövrünün modelinin seçilməsi;

  • standartın nəzərdə tutduğu proseslərin və məsələlərin həmin modelə adaptasiyası;

  • proqram təminatının hazırlanması metodlarının seçilməsi və tətbiqi;

  • proqram təminatının layihəsinə uyğun əməliyyatların və məsələlərin yerinə yetirilməsi.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə