Ümumi Regional landşaftşünaslıq


Səhralaşma və ona qarşı mübarizə tədbirləri



Yüklə 125,42 Kb.
səhifə17/33
tarix06.06.2023
ölçüsü125,42 Kb.
#115691
1   ...   13   14   15   16   17   18   19   20   ...   33
mumi Regional land aft nasl q

Səhralaşma və ona qarşı mübarizə tədbirləri
Dünyada baş verən ən böyük qlobal ekoloji problemlərdən biri də səhralaşmadır. Bu problem Yer kürəsində XX əsrin 60-cı illərində yaranmışdır. Həmin illərdə Afrikanın Saxel ölkələrində (Böyük səhra) dəhşətli aclıq baş vermişdir. Böyük Səhrada və ətraf landşaftlarda ardıcıl baş verən quraqlıq insanların sistemsiz, normallaşdırılmamış antropogen təsirləri, savannaların, yarımsəhraların təbii potensialını kəskin şəkildə aşağı salmışdır. Beləliklə, Afrika dəhşətli aclıqla, quraqlıqla qarşılaşan bu prosesə sonralar səhralaşma adı verildi.
Səhralaşma ekoloji proses kimi səhra ərazilərində deyil, onun əhatəsində yerləşən yarımsəhra, quru-çöl, arid seyrək meşə kolluqlar, savanna və seyrək meşə və s. arid, semiarid landşaftlarda baş verir. Səhralaşma Antraktidadan başqa bütün materiklərdə müxtəlif intensivliklə müşahidə edilir. Bu faciə ilk dəfə Afrikada baş versə də, hazırda dünyanın bir milyarddan artıq əhali yaşayan 110 ölkəsini əhatə edir. Yer kürəsinin səhralaşmaya məruz qalmış əraziləri qurunun 69% ərazisini tutur. Bu ərazilərə səhralar da daxildir.
Afrikanın səhralaşma ilə bağlı 100 milyondan artıq mal-qarası məhv olmuşdur. XX əsrin əvvəllərinə qədər 10 milyondan artıq insan “Ekoloji qaçqın” kimi səhralaşma rayonlarından digər sahələrə köçürülmüşdür.
Səhralaşmanın ən əsas səbəbi fasiləsiz olaraq meşə sahələrinin azalması nəticəsində kontinental su dövriyyəsi intensivliyinin aşağı düşməsi sayılır. Məhz qurunun biotası kontinentlərə suyun dövriyyəsinin 70-75%-ni təmin edir. Təbii meşələrdə günəş radiasiyasının 90%-i yarpaqlar tərəfindən udulur və transpirasiyaya sərf olunur, meşənin yerində insan tərəfindən yaradılan aqrosenozlarda günəş radiasiyasının yalnız 40%-i transpirasiyaya sərf olunur. Səhralaşma prosesində hədsiz mal-qara otarılması da mühüm faktor sayılır. Məlum olduğu kimi, quraqlıq ərazilərin çox hissəsi əkinçilik üçün az yararlı olduğundan maldarlıqda istifadə edilir. Bitki örtüyü davamlı olmayan belə sahələrdə mal-qaranın həddindən artıq toplanması nəticəsində əvvəlcə tədricən otlağın vəziyyəti pisləşir və məhsuldarlığı aşağı düşür. Bitki örtüyünün biokütləsi mal-qaranın tələbatının ödəmədikdə bitki örtüyü pozulur, torpaq dağılır və bu zaman səhralaşma prosesinə zəmin yaranır. Torpaqdan düzgün istifadə edilmədikdə (nəzarətsiz) də arid iqlimli rayonlarda səhralaşma prosesi baş verir. Bu rayonlarda səhralaşma əsasən suvarma ilə əlaqədardır. Dünyada suvarılan torpaqların 30%-ə qədəri şorlaşmaya və şorakətləşməyə məruz qalmışdır. Dünyada hər il suvarılan torpaqların 1,5 mln. ha-ı şorlaşaraq sıradan çıxır.

Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə