Ümumi Regional landşaftşünaslıq



Yüklə 125,42 Kb.
səhifə18/33
tarix06.06.2023
ölçüsü125,42 Kb.
#115691
1   ...   14   15   16   17   18   19   20   21   ...   33
mumi Regional land aft nasl q

I. Təbii amil
(fiziki-coğrafi) 1. Yüksək günəş radiasiyası (bu göstərici üzrə Muxtar Respublika ölkənin başqa ərazilərdən fərqlənir). 2. Yüksək hava temperaturu (yay aylarında 42-43S0 çatır). 3. Yüksək torpaq temperaturu. 4. Torpaq və havada rütubətin azlığı. 5. Bitki örtüyünün seyrəkliyi. 6. Torpaq əmələ gətirən süxurların duzlu və karbonatlı olması. 7. Torpaqların şorlaşma və şorakətləşməyə məruz qalması. 8. Külək eroziyanın (deflyasiya) şiddətli olmas
Səthi buxarlanmanın çox yüksək olması. 13. Qışın çox soyuq olması (bəzi hallarda 30-35 dərəcə soyuq olur). 14. İqlimin kontinentallığı. 15. Yayın çox isti keçməsi
Ümumiyyətlə, səhrlaşma prosesinə aid vilayətlərin təbii ehtiyatlarından kənd təsərrüfatında və sənayedə geniş istifadə etməyin nəticəsi kimi baxmaq lazımdır. Otlaqlardan uzun müddət plansız istifadə olunması, kollektor-drenaj sistemi olmadan, sahələrin suvarılması, növbəti əkin sisteminin tətbiq edilməməsi, müasir yerqazan və nəqliyyat maşınlarının plansız işlədilməsi və s. ekoloji sistemlərdə müvazinəti teztez pozur, təbii landşafta antopogen təzyiq, təbii komplekslərin dözümlüyü həddini aşır və istifadə olan torpaqlar yararsız hala düşür (torpaqlar şoranlaşır, bataqlaşır, qumlar çılpaqlaşır və hərəkətə gəlir, eroziya və deflyasiya prosesi qüvvətlənir) (şəkil 8.1). 105
1977-ci ildə Nayrobidə BMT səviyyəsində səhralaşmanın qarşısını almaq üçün konfrans keçirilir. İlk dəfə olaraq “Səhralaşmaya qarşı mübarizə” qətnaməsi qəbul edilir. Həmin qətnamədə səhralaşmanı yaradan 45 amil göstərilir. Bu amillərin 87%-i antropogen, 13%-i isə təbii proseslərin payına düşür. Təbii amillərə quraqlaşma, planetar istiləşmə və s. aiddir. Lakin sonralar qeyd edilən təbii amillərin böyük bir qisminin bilavasitə antropogen fəaliyyətlə bağlı olduğu göstərilir. Nayrobi konfransında səhralaşmaya aşağıdakı qiymət verilir: Arid və semiarid ərazilərdə üzvi potensialın təbii məhsuldarlığının azalması, deqradasiyanın inkişafı, landşaftın məhsuldarlığının minimum səviyyəyə enməsidir. Eroziya, səthi yuyulma, ot örtüyünün məhsuldarlığının pozulması da səhralaşmaya gətirib çıxarır. Bu proseslər təbii potensialı minimumm səviyyəyə çatdırır. Səhralaşma son nəticədə səhraların yaranması ilə nəticələnməyə də bilər. Yəni müəyyən landşaftların deqradasiyaya məruz qalması həm də səhralaşma kimi qiymətləndirilə bilər. Lakin onun yayıldığı areal semiarid landşaftlarla məhdudlaşmır.
Səhralaşmanın Yer kürəsində baş verdiyi əsas ərazilər Afrikanın tropik regionları və onların ətrafında yayılan landşaftlar (70%-ə qədər), Avrasiyada cənubi-şərqi Asiya, Mərkəzi Asiya və onları əhatə edən semiarid landşaftlar (40%), Cənubi Amerikanın Pataqoniya, Qərbi And, Şimali Amerikanın Meksika, Daxili Kordilyer və ətraf rayonlar, Avstraliyanın 90%-dən artıq təbii landşaftları, Aralıq dənizi sahilindəki arid sahələrin yayıldığı regionlardır. Göstərilən regionlardan səhralaşmaya ən çox məruz qalmış ərazilər Afrikadadır. Burada yerləşən Böyük səhranın ərazisi insanların tarixi dövrü ərzində iki dəfə artmışdır. Hazırda Böyük Səhranın ərazisi cənuba doğru ildə 1 km olmaqla sürətlə artır. Dünyada səhraların ümumi artımı 50 min km2/il təşkil edir. Quraqlıq dövründə səhralaşma prosesi fəlakətli xarakter daşıyır. Məsələn: 1968-1973-cü illərdə baş vermiş quraqlıq Böyük Səhra ilə Seneqal və Yuxarı Niger çay hövzələrinin əhatə etdiyi ərazidə, 250 mindən çox insan və ev heyvanlarının 70%-i suyun çatışmazlığı nəticəsində məhv olmuşdur. Heyvanların həddindən artıq otarılması və meşələrin qırılması Aralıq dənizi sahilindəki torpaqların səhralaşmasına səbəb olmuşdur. Yunan mədəniyyətinin inkişafı zamanı (b.e.ə. I əsr) Aralıq dənizi sahillərinin 65%-i meşə ilə örtülü olduğu halda, hazırda bu ərazilərin 10-15%-i meşə ilə örtülüdür, onun isə yalnız 4%-i məhsuldar meşəliliyə malikdir.
Səhralaşma ocaqları. Səhralaşma ocaqları adətən kəskin deqradasiyaya məruz qalmış, səthi aşınma və defilyasiya nəticəsində parçalanmış, yuyulmuş, bitki örtüyündən məhrum olmuş, aşınma materiallarının (qum, gil, çınqıl, daş və s.) və şoranlaşmış süxurların səthə çıxdığı ərazilərdir. Səhralaşma ocaqlarından hər tərəfə səhralar inkişaf edərək genişlənir. Dünyanın ən iri səhralaşma ocağı şimali və cənubi Afrikada, cənub-qərbi Asiyada, qərbi və mərkəzi Avstraliyada, Meksika yaylasında, Kolorado, Kolumbiya yaylalarında, Böyük Hövzədə, Mərkəzi Asiyanın dağlıq və düzənlik ərazilərində yerləşir.
Azərbaycanda əsas səhralaşma ocaqları Qobustanda, Naxçıvanda, Acınohur-Ceyrançöldə, Bozdağda, Axarbaxarda, Palantökəndə, Çobandağda və s. ərazilərdədir. Kür-Araz ovalığında Mil, Muğan, Şirvan, Cənub-şərqi Şirvan və s. düzənliklərdə kəskin minerallaşmış qrunt sularının Yer səthinə yaxınlaşması nəticəsində şorlaşma prosesi inkişaf edir. Bu da səhralaşmanın yayılmasında böyük rol oynayır.
Səhralaşma dərəcələri. Qurunun landşaftları yerləşdiyi ərazilərdən asılı olaraq səhralaşmaya müxtəlif dərəcədə məruz qalırlar. Ona görə də qurunun landşaftları səhralaşma dərəcəsinə görə qruplara ayrılır. Bu qruplar aşağıdakılardır;
1. Zəif səhralaşmış
2. Orta dərəcədə səhralaşmış
3. Güclü səhralaşmış
4. Şiddətli və ya çox güclü səhralaşmaya məruz qalmış ərazilər
Hazırda qurunun 40 mln km2 ərazisi bu və ya digər dərəcədə səhralaşma prosesinə məruz qalmışdır. Bunun 17 mln km2 ərazisi isə güclü və şiddətli səhralaşmış landşaftlara aiddir.
Zəif səhralaşmaya məruz qalmış landşaftların üzvi potensialının 10%-ə qədəri itir və ya dəyişdirilir. Orta dərəcədə səhralaşmış landşaftların üzvi potensialının 50%-ə qədəri itir. Güclü səhralaşmaya məruz qalmış landşaftların üzvi potensialının 50-80%-i, şiddətli səhralaşmaya məruz qalmış landşaftların üzvi potensialının 80%-i, bəzən isə 90%-i itir. (Dreqne). Güclü səhralaşmış ərazilərdə üzvi potensialın təbii bərpa imkanları tamamilə itir. Onlar tədricən səhralara çevrilir. Belə ərazilərin əksəriyyəti səhralaşma ocaqlarında geniş yer tutur.
Səhralaşmaya qarşı mübarizə tədbirləri. Səhralaşmanın qarşısını almaq üçün bütün dünya dövlətlərində sistemli mübarizə tədbirləri hazırlanır və ardıcıl şəkildə həyata keçirilir. Bu tədbirlərin elmi əsasları beynəlxalq konfranslarda, simpoziyumlarda bütün ölkələrin birgə iştirakı ilə hazırlanır. Səhralaşmaya qarşı beynəlxalq konvensiya sistemli mübarizə tədbirləri hazırlayır. Bu tədbirlərə aşağıdakılar aiddir:
1. Səhralaşma törədən amillərin düzgün diaqnostikasının hazırlanması; Təbii ki, səhralaşmanın dəqiq parametrləri düzgün müəyyənləşdirildikdən sonra ona qarşı daha əsaslı tədbirlər sistemi yaratmaq olar;
2. Səhralaşma rayonlarında antropogen yüklərin normallaşdırılması;
3. Təbii landşaftların potensialina müvafiq təsərrufat sahələri planlaşdırılmalıdır. Yəni, heyvandarlıqda mal-qaranın sayını, əkinçilikdə becərilən bitki növlərinin düzgün tətbiqi həyata keçirilməlidir;
4. Təbii komponentlərin və komplekslərin bərpa edilməsi; Hər bir komponentin xüsusiyyətinə müvafiq meliorativ tədbirlərin həyata keçirilməsi;
5. Pozulmuş, deqradasiyaya məruz qalmış landşaftların, səhralaşma ocaqlarının bərpa edilməsi, fitomeliorativ, suvarma, su təchizatı, müxtəlif abadlıq işlərini aparmaqla müvafiq potensiallarının bərpa edilməsi.
Bu tədbirlərə misal olaraq Böyük səhranın şimalında Əlcəzair tərəfindən həyata keçirilən “yaşıl zolağın” salınmasını göstərmək olar. Bu eni 10-15km, uzunluğu 1500 km olan meşə zolağı səhranı quru küləklərdən qoruyacaq. Böyük Səhranın cənubunda, yəni Seneqal çayının üzərində iki su qovşağı tikilir. Bu su qovşaqları 1,2 milyon hektardan çox ərazini su ilə təmin edəcək. Türkmənistandakı Qaraqum kanalı vasitəsilə 400 min hektar becərilən torpaqlar və 5 milyon hektar otlaqlar suvarılır.
1977-ci ildə Kenyanın paytaxtı Nayrobi şəhərində BMTnin keçirdiyi Beynəlxalq Konfransda «Səhralaşmaya qarşı mübarizə» planı qəbul olundu. Rio-de-Janeyroda (1992) keçirilən Beynəlxalq konfransda gündəliyə «XXI əsrdə səhralaşmaya və quraqlığa qarşı mübarizə» məsələsi salınara

Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə