ÜNDƏricat ön söz



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix21.06.2018
ölçüsü0,56 Mb.
#50120
növüXülasə
1   ...   10   11   12   13   14   15   16   17   18

 

29 


 

millət” layihəsi çərçivəsində məqsədyönlü aparılaraq yeniyetmələrin tütün əleyhinə məlumatlandırılması 

baxımından  son  dərəcə  təsirli  ola  bilər.  Eləcə  də  Çərçivə  Konvensiyasının  12-ci  maddəsi  dövlətlərin 

üzərinə tütünə qarşı mübarizə sahəsində əhalinin məlumatlandırılması sisteminin möhkəmləndirilməsi və 

dəstəklənməsi  öhdəliyi  qoyur.  Əhali  arasında  sağlam  həyat  tərzinin  təşviq  edilməsi  və  tütündən 

istifadənin  sağlamlığa  zərəri  barədə  maarifləndirmə  tədbirlərinin  keçirilməsi  “Azərbaycan 

Respublikasında  qeyri-infeksion  xəstəliklərlə  mübarizəyə  dair  2015-2020-ci  illər  üçün  Strategiyanın 

həyata  keçirilıməsi  üzrə  Səhiyyə  Nazirliyinin  Fəaliyyət  Planı”  və  Azərbaycan  Respublikası  Səhiyyə 

Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planında  öz əksini tapmış və ardıcıl olaraq reallaşdırılır.

 

4.2  Tütünlə əlaqəli keçirilmiş əvvəlki tədqiqatlarla müqayisə  

 

2016-ci ildə keçirilmiş GYTS göstərdi ki, Azərbaycanda nə vaxtsa siqaret çəkən (əsasən oğlanlar) 



məktəblilərin sayı (10.3%) 2011-ci ildəki GYTS-lə müqayisədə (10.6%) cüzi azalmış, hazırda (son 

bir ayda) siqaret çəkənlərin sayı isə əvvəlki sorğu nəticələri ilə müqayisədə (2.7%) cüzi artaraq 

2.9% təşkil etmişdir. Hazırda hər gün siqaret çəkənlərin sayı 2011-ci ildə olduğu kimi 1% idi. 

 



Evdə  siqaret  çəkənlərin  sayı  2011-ci  ildə  17.7%  olsa  da,  2016-cı  ildə  bu  rəqəm  aşağı  düşərək 

13.4% təşkil etmişdir.  

 



2016-cı ildə nə vaxtsa siqaret çəkənlərin 32.6%-i on yaşadək siqaret çəkməyə başlamasını qeyd 

etmişdir ki, bu da 2011-ci ildəki nəticələrdən (36.6%) azdır. 

 



Növbəti il ərzində siqaret çəkməyə başlaya bilməsini qeyd etmiş heç vaxt siqaret çəkməyənlərin 

sayı isə 8.7%-dən 8%-dək azalmışdır.  

 



Ötən sorğu ilə müqayisədə (18.7%) siqaretçəkən gənclərin daha çox dostları olduğunu düşünən 

yeniyetmələrin  sayı  az  artaraq  19.0%  təşkil  etsə  də,  siqaretçəkən  gənclərin  daha  da  cəlbedici 

olduğunu düşünənlərin sayı xeyli artmışdır (19.1%-dən 29.2%-dək).  

 



Yaşına  görə  heç  bir  məhdudiyyətlə  üzləşməyərək  mağazadan  siqaret  alan  siqaret  çəkən 

yeniyetmələrin  sayı  son  beş  ildə  59.1%-dən  64.8%-dək  artsa  da,  pulsuz  tütün  məmulatı  təklif 

edilən məktəblilərin sayı 2 dəfə (12.2%-dən 5.9%-dək) azalmış, siqaret markasının şəkli olan hər 

hansı əşyaya məxsus şagirdlərin sayı isə 10.7%-dən 8.7%-dək azalmışdır.  

 



2011-ci  illə  müqayisədə  2016-cı  ildə  başqaları  tərəfindən  siqaret  çəkilən  evdə  yaşayan 

məktəblilərin sayı az artsa da (27.1%-dən 28.8%-dək), qapalı ictimai yerlərdə tütün tüstüsünün 

təsirinə  məruz  qalan  məktəblilərin  sayı  1.5  dəfə  artmışdır  (27.3%-dən  2011-c  ildə  40.8%-dək 

2016-cı ildə). 

 



Qapalı ictimai yerlərdə tütünçəkmənin qadağan edilməsini düşünən məktəblilərin sayı 94.0%-dən 

82.8%-dək və başqalarının siqaret çəkməsi ilə onlara zərər yetirildiyini düşünənlərin sayı 85.9%-

dən 81.8%-dək azalmışdır. 

 



Bir  və  ya  hər  iki  valideyni  siqaret  çəkən  şagirdlərin  sayı  son  beş  ildə  40.5%-dən  42.6%-dək 

artmışdır.  

 



2016-cı  ildə  məktəblilərin  66.0%-i  son  bir  il  ərzində  məktəbdə  tütündən  istifadənin  təhlükələri 

haqqında məlumat almışdır (2011-ci ildə 65.5%). 

 



Son bir il ərzində tütündən imtina üçün cəhd etmiş hazırda tütün çəkən məktəblilərin sayı xeyli 

artmışdır (53.7%-dən 2011-ci ildə 65%-dək 2016-cı ildə).  

 



2016-cı  ildə  şagirdlərin  62.3%-i  tütün  əleyhinə  media  məlumatı  gördüyü  və  ya  eşitdiyi  halda 

(2011-ci ildə 72.3%), 68.9%-i televiziya, video və ya filmlərdə kiminsə tütündən istifadə etdiyini 

görüb (2011-ci ildə 61.0%).  


30 

 

4.3  Nəticələrin  Tütünə  qarşı  mübarizə  haqqında  ÜST-nin  Çərçivə  Konvensiyası  ilə 



əlaqəsi 

Bu  GYTS-in  nəticələri  ÜST  TMÇK  və  MPOWER  tələblərinin  həyata  keçirilməsi  və  başa  düşülməsi 

istiqamətində irəliləyişin ölçülməsi üçün vacibdir. 

Azərbaycanın  GYTS-də  iştirakı  MPOWER-in  birinci  elementinə  aiddir  (Tütündən  istifadənin  və 

profilaktika  strategiyalarının  monitorinqi)  və  GYTS  sorğusu  şagirdləri  MPOWER-in  bir  sıra  digər 

elementlərinə  aid  suallarla  da  əhatə  edir.  Alınan  nəticələr  Azərbaycanda  gənclər  arasında  MPOWER 

elementlərinin  tam  tətbiq  edilməsi  istiqamətində  tərəqqinin  ölçülməsi  üçün  vacibdir.  GYTS-in  təqdim 

etdiyi məlumatlar məktəb heyətinin və məktəbin hərtərəfli tütünə nəzarət siyasətinin rolu ilə əlaqəli olan 

TMÇK-nın bir sıra müddəalarına aid edə bilər.  

 



İnsanların  tütün  tüstüsündən  mühafizəsi:  GYTS  məlumatları  göstərir  ki,  şagirdlərin  41.5%-i 

evlərindən  kənarda  siqaret  çəkən  insanların  əhatəsində  olur  (69.2%  2011-ci  ildə)  və  28.8%-i 

onların yanında başqaları tərəfindən siqaret çəkilən evdə yaşayır (27.1% 2011-ci ildə). 

 



Tütündən  imtina  etmək  üçün  yardım  təklifi:  GYTS  nəticələri  göstərir  ki,  hazırda  siqaret  çəkən 

məktəblilər tütünçəkmədən imtina etməyi düşünür. Hazırda siqaret çəkən məktəblilərdən: 

o

 



65.6% siqaret çəkməkdən imtina etmək istəyir (61.8 % 2011-ci ildə). 

o

 



65.0% ötən il tütündən imtina etmək üçün cəhd edib (53.7% 2011-ci ildə). 

o

 



26.0% siqaret çəkməyi tərgitmək üçün nə vaxtsa yardım alıb (44.3 % 2011-ci ildə). 

 



Tütünün  təhlükələri  barədə  xəbərdarlıqlar:  Ötən  il  ərzində  məktəblilərin  66.0%  dərs  zamanı 

tütünçəkmənin təhlükələri haqqında məlumat almışdır (65.5% 2011-ci ildə). Son bir ayda siqaret 

çəkən şagirdlərin 74.3%-i siqaret qutuları üzərində sağlamlığa zərər barədə xəbərdarlıq görüb.  

 



Tütün  reklamı,  satışının  stimullaşdırılması  və  sponsorluğuna  dair  qadağaların  təmin  edilməsi: 

GYTS  nəticələri  göstərdi  ki,  şagirdlərin  62.3%  son  30  gün  ərzində  kütləvi  informasiya 

vasitələrində tütünçəkməyə qarşı məlumat gördüyünü göstərmişdir (72.3% 2011-ci ildə). Son bir 

ayda  məktəblilərin  32.5%-i  satış  yerlərində  olaraq  orada  tütün  məmulatlarının  reklamı  və 

satışının stimullaşdırılmasını görüb, 68.9%-i (2011-ci ildə 61.0%) televizora, videoya və ya filmə 

baxaraq  kiminsə  siqaret  çəkdiyini  görüb.  Məktəblilərin  8.7%-i  (2011-ci  ildə  10.7%)  üzərində 

tütün  şirkətinin  və  ya  məmulatının  adı  və  ya  şəkli  olan  əşyaya  məxsus  olduğunu  və  5.9%-nə 

(2011-ci  ildə  12.2%)  tütün  şirkəti  üçün  çalışan  şəxs  tərəfindən  pulsuz  tütün  məmulatı  təklif 

edilmişdir.  

 



Tütün  məmulatlarına  qoyulan  vergilərin  artırılması:  Məktəblilərin  1/3  hissəsi  bu  suala  cavab 

verə  bilmədi,  15.7%-i  düşünür  ki,  siqaret  qutusunun  qiyməti  1-2  manat  arasındadır,  7.8% 

düşünür  ki,  3  manatdır,  digərləri  (10.8%)  –  1  manatdan  az  və  ya  4  manatdan  çox  olduğunu 

düşünür.  Siqaret  çəkən  məktəblilərin  75.2%-i  (2011-ci  ildə  59.1%)  axırıncı  dəfə  çəkdikləri 

siqareti mağazadan alıblar (əsasən oğlanlar). Hazırda siqaret çəkən 64.8% (2011-ci ildə 86.9%) 

məktəbliyə  (əsasən  oğlanlar)  satıcı  tərəfindən  yaşlarının  az  olduğuna  görə  siqaret  satmaqdan 

imtina  edilməyib.  Siqareti  ədədlə  alan  və  siqareti  qutu  ilə  alan  hazırda  siqaret  çəkən 

məktəblilərin (əsasən oğlanlar) sayı eyni dərəcədə bərabər olub - 44.0%.   

GYTS  metodologiyası  TMÇK  tələblərinə  uyğun  olaraq  məktəbdə  tütünə  nəzarət  proqramlarının  həyata 

keçirilməsinin  monitorinqi  və  idarə  edilməsi  üçün  çox  yaxşı  çərçivə  təmin  edir.  Bu  sorğunun  nəticələri 

geniş yayılacaq və tütün istehlakı, nikotindən asılılıq və tütün tüstünün təsirinə məruz qalmanın qarşısının 

alınması  və  azaldılması  məqsədilə  effektiv  qanunvericilik  tədbirlərinin  uyğunlaşdırılması  və  həyata 

keçirilməsi üçün məqsədyönlü istifadə olunacaqdır. 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə