ÜNDƏricat ön söz



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix21.06.2018
ölçüsü0,56 Mb.
#50120
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   18

 

Ö



N SÖZ 

 

Bu nəşr Azərbaycanda ikinci Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatının (GYTS) həyata 

keçirilməsinə dair hesabatdır.  

Məlumdur ki, tütün dünyada vaxtından əvvəl ölüm və xəstəlik hallarının əsas qarşısı alına bilən səbəbidir.  

Tütünçəkmə  ürək  xəstəlikləri  və  insult,  ağciyər  xərçəngi  və  xroniki  obstruktiv  ağciyər  xəstəliyi  kimi 

qeyri-infeksion  xəstəliklər  yaradır.  Ümumdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  məlumatına  görə  tütündən 

istifadə  edən  insanların  təxminən  yarısı  orta  hesabla  vaxtından  15  il  əvvəl  ölür.  Bu  gün  tütün  dünyada 

böyüklər  arasında  on  nəfərdən  birinin  ölümünə  səbəb  olur  (ildə  altı  milyon)  və  səkkiz  aparıcı  ölüm 

səbəbinin  altısı  üçün  risk  amilidir.  Hazırkı  tendensiyalar  davam  edərsə,  vaxtından  əvvəl  ölüm  hallarının 

80%-i aşağı və orta gəlirli ölkələrdə baş verməklə, tütün 2030-cu ilədək hər il dünyada 8 milyondan çox 

insanın həyatına son qoyacaq. Təcili tədbirlər görülməzsə, bu əsrin sonunadək tütün bir milyarddan çox 

insanı məhv edə bilər.   

GYTS,  Məktəb  İşçiləri  arasında  Qlobal  Tədqiqat  (GSPS),  Tibb  Tələbələri  arasında  Qlobal  Tədqiqat 

(GHPSS)  və  Böyüklər  arasında  Tütündən  İstifadənin  Qlobal  Tədqiqatı  (GATS)  vasitəsilə  məlumatların 

toplanması üçün  1999-cu ildə Qlobal Tütünə Nəzarət Sistemi (GTSS) yaradılmışdır  ki,  bu da  hərtərəfli 

milli  tütünə  nəzarət  proqramlarının  planlaşdırılması,  həyata  keçirilməsi  və  qiymətləndirilməsi,  eləcə  də 

Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının əsas maddələrinə nəzarət etmək üçün 

ölkələrin potensialının gücləndirilməsində mühüm addım oldu.  

GYTS  13-15  yaşlı  yeniyetmələr  arasında  keçirilir,  məlumatlar  məktəblərdən  toplanır.  İnsanların 

əksəriyyəti  18  yaşadək  tütündən  istifadə  etməyə  başlayır.  Kiçik  yaşlardan  siqaret  çəkmək  tütünlə  bağlı 

səbəblərdən  ölüm  riskini  artırır  və  ölümün  baş  verəcəyi  ehtimal  olunan  yaş  dövrünü  azaldır. 

Tütünçəkməyə  daha  erkən  başlayan  insanlar  bu  vərdişdən  çətinliklə  imtina  edə  bilirlər.  Son  zamanlar 

yaranan meyillər, uşaq və yeniyetmələr arasında tütünçəkmə hallarının artması tütünçəkməyə daha erkən 

yaşda başlanmasını göstərir. Məktəblərdə sorğunun keçirilməsi tütünçəkmənin yayılması, tütünlə əlaqəli 

media  və  reklam,  ikincili  tütün  tüstüsünün  təsirinə  məruz  qalma,  tütün  məmulatlarının  əlçatanlığı  və 

mövcudluğu,  tütündən  imtina,  tütünlə  bağlı  məktəb  dərsləri  haqqında  məlumatın  toplanması  və 

yayılmasına şərait yaradır.  

Azərbaycanda GYTS-in keçirilməsi hökumət və cəmiyyətin tütünlə mübarizəyə dəstək verməsini göstərir. 

GYTS-in həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş 

“Azərbaycan  Respublikasında  qeyri-infeksion  xəstəliklərlə  mübarizəyə  dair  2015-2020-ci  illər  üçün 

Strategiya”nın  həyata  keçirilməsi  üzrə  Səhiyyə  Nazirliyinin  Fəaliyyət  Planının  aidiyyəti  bəndlərinin,  o 

cümlədən  digər  tütünlə  mübarizə  tədbirlərinin  müvəffəqiyyətlə  icrasına  kömək  edə  bilər.  Sorğunun 

nəticələri  yeniyetmələr  arasında  tütünçəkmənin  qarşısının  alınması  və  azaldılmasına  yönələn  sağlamlıq 

proqramlarında,  xüsusilə  də  2014-cü  ildən  Azərbaycanda  həyata  keçirilən  Təhsil  Nazirliyinin  “Sağlam 

təhsil – Sağlam millət” layihəsi çərçivəsində istifadə edilə bilər.  

Bu  hesabat  tütün  epidemiyasının  yaratdığı  artan  təhlükəyə  qarşı  daha  güclü  cavab  üçün  zəruri  statistik 

məlumatlar və dəlilləri əks etdirir. Hesabat Azərbaycanın GYTS-də iştirakının səbəblərinə, ölkənin tütünə 

dair  hazırkı  siyasətinə,  tütünlə  əlaqəli  Azərbaycanda  keçirilmiş  digər  tədqiqatlara,  ölkənin  spesifik 

məqsədlərinə,  nəticələrin  ölkə  üçün  əhəmiyyətinə,  təklif  olunan  müdaxilə  və  tövsiyələrə  xüsusi  diqqət 

yetirir.  Tütün  epidemiyası  təhlükəsi  hələ  də  mövcuddur.  Lakin  biz  bu  təhlükələrə  effektiv  nəzarət  edə, 

hətta tütün epidemiyasını geri döndərə bilərik. 

Ceyhun Məmmədov 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin  

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru 




 

Minnətdarlıq 

Bu  hesabat  2016-cı  ildə  Azərbaycanda  həyata  keçirilmiş  Gənclər  arasında  Tütündən  İstifadənin  Qlobal 

Tədqiqatının  nəticələrinə  əsaslanır  və  tədqiqatın  əlaqələndiricisi  -  Azərbaycan  Respublikası  Səhiyyə 

Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev 

tərəfindən hazırlanmışdır. 

Sənədin  hazırlanması  və  dərc  edilməsində  göstərilən  texniki  və  maliyyə  dəstəyinə  görə  Ümumdünya 

Səhiyyə Təşkilatına və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə (CDC) təşəkkür edilir. 

Tədqiqat  üzrə  ümumi  rəhbərlik,  dəstək  və  yardıma  görə  Səhiyyə  Nazirliyi  İctimai  Səhiyyə  və  İslahatlar 

Mərkəzinin  rəhbərliyinə,  eləcə  də  tədqiqata  verdiyi  töhfəsinə  görə  Monitorinq  və  analiz  şöbəsinin 

meneceri Samir Mehdiyevə  minnətdarlıq bildirilir. 

Tədqiqat  zamanı  dəstək  və  əməkdaşlıqlarına  görə  Azərbaycan  Respublikasının  Səhiyyə  və  Təhsil 

nazirliklərinə bir daha təşəkkür edilir.  

GYTS-yə  hər  hansı  şəkildə  cəlb  edilən  insanların  dəstəyi və yardımı  olmadan  bu  tədqiqatın  baş  tutması 

mümkün olmazdı. 



 

Q



ISA XÜLASƏ

 

Ümumi məlumat: Tütün qlobal miqyasda xəstələnmə və ölüm hallarının aparıcı səbəbidir. 2005-ci ilin 

noyabr  ayında  Azərbaycan  Tütünə  qarşı  mübarizə  haqqında  ÜST-nin  Çərçivə  Konvensiyasını  (TMÇK) 

ratifikasiya etmişdir. Beləliklə, Azərbaycan hər bir tərəf ölkə kimi ÜST TMÇK məqsədlərinə nail olmaq 

istiqamətində  inkişafa  nəzarət  etmək  üçün  effektiv  tütünə  nəzarət  proqramlarının  hazırlanması,  həyata 

keçirilməsi və qiymətləndirilməsini öhdəsinə götürmüşdür. Gənclər arasında Tütündən İstifadənin Qlobal 

Tədqiqatı  (GYTS)  tütünə  nəzarət  proqramlarının  hazırlanması  və  tətbiqi  üçün  gənclərin  tütündən 

istifadəsinə dair məlumatları təqdim edir. Vaxtaşırı tütünlə bağlı tədqiqatların, xüsusilə də yeniyetmələrlə 

bağlı ikinci GYTS tədqiqatının Azərbaycanda keçirilməsi tütünlə bağlı əsas göstəricilərə dair, o cümlədən 

tütünçəkmənin  yayılması,  bilik  və  davranış  üzrə  spesifik  məlumatların  monitorinqi  vasitəsilə  tütün 

epidemiyasına qarşı ölkənin mübarizəsini dəstəkləyir. Tütünçəkmənin qarşısının alınmasına yönələn daha 

yaxşı  ictimai  səhiyyə  müdaxilələrinin  işlənib  hazırlanması  məqsədilə  yeniyetmələr  arasında  siqaret 

çəkməklə bağlı müvafiq amillərin müəyyən edilməsi zəruridir. Bu hesabatda 2016-cı ildə Azərbaycanın 

paytaxtı, yeddi şəhər və on bir rayonunda aparılan GYTS-in nəticələri əks olunur. İkinci GYTS vasitəsilə 

Azərbaycanda  orta  məktəb  şagirdləri  arasında  tütünçəkmənin  yayılması  səviyyəsi  araşdırıldı  və  əvvəlki 

nəticələrlə müqayisə edildi. Məsul şəxslərin gələcəkdə aparılacaq tədbirlər istiqamətində tütünlə mübarizə 

fəaliyyətlərini  müvafiq  qaydada  planlaşdırmağa  və  müdaxilələrin  nəticələrinə  nəzarət  etməyə  şərait 

yaratmaq üçün strateji qərarların inandırıcı və sübutlara əsaslanan, əhali arasında vaxtaşırı təkrar keçirilən 

etibarlı tədqiqatlara arxalanması vacibdir.  



Metodologiya: GYTS Azərbaycanda İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Səhiyyə və Təhsil 

nazirliklərinin  dəstəyi,  yardımı  və  əməkdaşlığı  ilə  seçmə,  sorğu  anketinin  hazırlanması,  sahə  işləri 

prosedurları  və  məlumatların  idarə  olunması  üçün  standartlaşdırılmış  metodologiyadan  istifadə  edən 

məktəblərdə  keçirilən  tədqiqatdır.  Məlumatlar  özü  doldurulan  anonim,  pre-test  edilmiş  və 

uyğunlaşdırılmış  GYTS  sorğu  anketləri  vasitəsilə,  xüsusi  təlim  keçmiş  intervüyerlər  tərəfindən  milli 

reprezentativ  iki  mərhələli  klaster  seçimi  çərçivəsində  13-15  yaşlı  orta  məktəb  şagirdləri  arasında 

(təsadüfi  seçilmiş  məktəblər  və  siniflər  vasitəsilə)  toplanmışdır.  Məlumatların  işlənib  hazırlanması  və 

statistik  təhlil  ABŞ-ın  Xəstəliklərə  Nəzarət  və  Profilaktika  Mərkəzi  tərəfindən  (CDC)  həyata 

keçirilmişdir. Ümumi olaraq 2016-cı ildə Azərbaycanda keçirilmiş GYTS tədqiqatında 25 məktəbin 121 

sinfindən 2122 nəfər 13-15 yaşlı məktəbli iştirak etmişdir. 2016-cı ildə keçirilmiş GYTS-də iştirak etmək 

üçün  8,  9  və  10-cu  siniflər  seçilmişdir.  Bu  sorğudan  alınmış  məlumatlar  marağı  olan  tərəflər  və  məsul 

şəxslər tərəfindən  həyata keçirilən tütünə  nəzarət proqramlarının  qiymətləndirilməsi üçün əsas göstərici 

kimi istifadə edilə bilər. 

Nəticələr: Azərbaycanda 2016-cı ildə keçirilmiş 2-ci GYTS tədqiqatında ümumilikdə 2220 şagird iştirak 

etmiş,  onlardan  2122  nəfəri  13-15  yaşda  olanlar  idi,  oğlan  və  qızların  sayı  təxminən  bərabər  idi  (1062 

oğlan,  1058  qız,  2  nəfər  cinsini  qeyd  etməmişdir).  2016-cı  ildə  keçirilmiş  GYTS  göstərdi  ki, 

Azərbaycanda oğlanlar arasında daha çox, yəni 15.1% olmaqla, məktəblilərin 10.3%-i nə vaxtsa siqaret 

çəkib  (2011-ci  ildəki  GYTS-də  10.6%  olmuşdur).  Hazırda  (son  bir  ayda)  tütün  çəkənlərin  sayı  7.3% 

(2011-ci  ildə  6.8%),  bu  rəqəm  oğlanlar  üçün  11.6%,  qızlar  üçün  2.3%  təşkil  etmiş,  hazırda  siqaret 

çəkənlərin sayı 2.9% olmuşdur (2011-ci ildə 2.7%). Evdə siqaret çəkənlərin sayı 2011-ci ildə 17.7% olsa 

da,  2016-cı  ildə  bu  rəqəm  aşağı  düşərək  13.4%  təşkil  etmişdir.  Hazırda  hər  gün  siqaret  çəkənlərin  sayı 

2011-ci ildə olduğu kimi 1% idi. Bundan əlavə, nə vaxtsa siqaret çəkənlərin 32.6%-i (əsasən oğlanlar) on 

yaşadək  siqaret  çəkməyə  başlamasını,  heç  vaxt  siqaret  çəkməyənlərin  8%-i  isə  (2011-ci  ildə  8.7%) 

növbəti  il  ərzində  siqaret  çəkməyə  başlaya  bilməsini  qeyd  etmişlər.  Tütünçəkmə  ilə  bağlı  vərdişlər 

haqqında  məktəblilər  arasında  yanlış  düşüncələrin  mövcudluğu  da  sorğu  nəticələrindən  aydın  oldu. 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə