ÜNDƏricat ön söz



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix21.06.2018
ölçüsü0,56 Mb.
#50120
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   18

 

Yeniyetmələrin 19.0%-i düşünür ki, siqaret çəkən gənclərin daha çox dostları olur (2011-cil ildə 18.7%) 



və 29.2%-i düşünür ki, onlar daha da cəlbedicidirlər (2011-cil ildə 19.1%). 2016-cı ildə siqaret çəkənlər 

arasında 64.8%-i yaşına görə heç bir məhdudiyyətlə üzləşməyərək mağazadan siqaret alıb (2011-cil ildə 

59.1%),  5.9%-nə  isə  (2011-ci  ildə  12.2%),  bunu  qadağan  edən  qanuna  baxmayaraq,  pulsuz  tütün 

məmulatı təklif edilmişdir. 8.7% şagirddə isə siqaret markasının şəkli olan hər hansı əşya vardır (2011-ci 

ildə  10.7%).  Ətrafa  yayılan  tütün  tüstüsünə  gəldikdə  isə  sorğuda  iştirak  edən  28.8%  şagird  onların 

yanında başqaları tərəfindən siqaret çəkilən evdə yaşayır (2011-ci ildə 27.1%) və məktəblilərin 40.8%-i 

qapalı  ictimai  yerlərdə  tütün  tüstüsünün  təsirinə  məruz  qalır  (2011-ci  ildə  27.3%).  2016-cı  ildə 

məktəblilərin  82.8%-i  düşünür ki,  qapalı  ictimai  yerlərdə  tütünçəkmə  qadağan  edilməlidir  (2011-ci  ildə 

94.0%)  və  81.8%-i  düşünür  ki,  başqalarının  siqaret  çəkməsi  onlara  zərər  yetirir  (2011-ci  ildə  85.9%). 

2016-cı  ildə  şagirdlərin  42.6%-nin  bir  və  ya  hər  iki  valideyni  siqaret  çəkdiyi  məlum  oldu  (2011-ci  ildə 

40.5%).  Qeyd  olunduğu  kimi  2016-cı  ildə  məktəblilərin  66.0%-i  son  bir  il  ərzində  məktəbdə  tütündən 

istifadənin təhlükələri haqqında məlumat almışdır (2011-ci ildə 65.5%). Yəqin ki, məntiqi nəticə olaraq, 

hazırda tütün çəkən məktəblilərin 65%-i son bir il ərzində tütündən imtina üçün cəhd etmişdir (2011-ci 

ildə 53.7%). Nəticələr həmçinin məktəblilərin tütünlə bağlı reklam və satışın stinullaşdırılmasının təsirinə 

məruz qalmalarını göstərir. 2016-cı ildə şagirdlərin 62.3%-i tütün əleyhinə media məlumatı gördüyü və ya 

eşitdiyi halda (2011-ci ildə 72.3%), 68.9%-i televiziya, video və  ya filmlərdə  kiminsə tütündən  istifadə 

etdiyini görüb (2011-ci ildə 61.0%). 2016-cı ildə məktəblilərin 1/3-i düşünür ki, satış yerlərində görünən 

siqaret vitrinləri gəncləri siqaret çəkməyə həvəsləndirir (bu sual 2011-ci ildə daxil edilməmişdi). 



Yekun:

  2-ci  GYTS-in  nəticələri  Azərbaycanda  orta  məktəb  şagirdləri  arasında  tütünçəkmənin 

yayılmasının hələ də yüksək olduğunu göstərir. Gənclər arasında siqaretçəkmə az yaşlı uşaqlara yönələn 

tütünə nəzarət qanunvericiliyi, siyasəti və müdaxilələrə dair səylərin lazımi dərəcədə olmaması şəraitində 

vəziyyətin  pisləşməsini  əks  etdirən  mühüm  problemin  mövcudluğunu  vurğulayır.  Bu  tədqiqatda  qeyd 

olunan  amillər  yeniyetmələr  arasında  tütünçəkmənin  azaldılmasına  yönələn  ictimai  səhiyyə,  təhsil  və 

digər  sahələrə  aid  müdaxilələrin  hazırlanmasında  nəzərə  alınmalıdır  və  bu  hesabatdakı  məlumatlar 

gələcək  qiymətləndirmə  zamanı  əsas  meyar  kimi  istifadə  edilə  bilər.  Məktəb  və  ev  şəraitində  aparılan 

tütünə  qarşı  müdaxilələrin  birləşməsi  Azərbaycanda  yeniyetmələrin  siqaret  çəkməsinə  effektiv  nəzarət 

edə bilər. Bu zaman ölkədəki tütünlə mübarizə səyləri təsiredici mexanizmləri daxil etmək və ya mövcud 

tədbirləri daha da inkişaf etdirmək, eləcə də yeni qanun və qaydaları qəbul etmək məqsədilə, xüsusilə də 

Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan 

Respublikasında  qeyri-infeksion  xəstəliklərlə  mübarizəyə  dair  2015-2020-ci  illər  üçün  Strategiya”nın 

həyata  keçirilməsi  üzrə    Səhiyyə  Nazirliyinin    Fəaliyyət  Planı  çərçivəsində  mövcud  qanunvericiliyin 

gücləndirilməsinə  diqqət  yetirməlidir.  Bu  müddəaların  çoxu  ÜST  TMÇK-nı  ratifikasiya  etmiş 

Azərbaycan  kimi  bütün  ölkələrdən  tələb  olunur.  Tütünün  dolayı  reklamı  və  satışın  stimullaşdırılması, 

tütün tüstüsündən azad ictimai yerlər və ikincili tütün tüstüsünün təsirinə məruz qalma, 18 yaşa çatmamış 

gənclərə  tütün  məmulatlarının  satışı,  siqaret  qutuları  və  etiketləri  üzərində  səmərəli  xəbərdarlıqlar  və 

ismarıclar,  tütün  asılılığından  müalicə,  tütünə  nəzarət  proqramlarına  valideyn  və  müəllimlərin  cəlb 

olunması, ÜST TMÇK-nın məqsədlərinə nail olmaq  istiqamətində tərəqqiyə nəzarət etmək  üçün GYTS 

məlumatlarının istifadə edilməsinə dair təsiredici tədbirlərin həyata keçirilməsi Azərbaycan üçün həlledici 

məqamlardır. Bu məqsədlərə nail olunduğu zaman Azərbaycanda tütün istehlakı və onun təsirinə məruz 

qalma  göstəriciləri  əhəmiyyətli  dərəcədə  azalacaq.  Hazırkı  GYTS  tədqiqatının  nəticələri  Azərbaycanın 

tütünə  nəzarət  və  onun  qarşısının  alınmasında  bir  sıra  ciddi  problemlərlə  üzləşdiyini  göstərir.  GYTS 

məlumatları  gənclər  arasında  tütündən  istifadəyə  nəzarət  etmək,  milli  tütünə  nəzarət  və  profilaktika 

proqramının  hazırlanması,  həyata  keçirilməsi  və  qiymətləndirilməsini  istiqamətləndirmək,  tütünlə  bağlı 

məlumatların milli, regional və qlobal səviyyələrdə müqayisə etmək üçün ölkənin potensialını gücləndirə 

bilər. 



 

1.



 

Giriş 

Tütündən  istifadə  qarşısı  alına  bilən  ölüm  hallarının  qlobal  miqyasda  aparıcı  səbəbidir.  ÜST-nin 

məlumatına görə tütün hər il təxminən 6 milyon insanın ölümünə səbəb olur. Bu rəqəmin 2030-cu ilədək 

8 milyondan çox olacağı gözlənilir.

1

 İnsanların əksəriyyəti tütündən istifadəyə 18 yaşadək başlayır.



Gənclər  arasında  Tütündən  İstifadənin  Qlobal  Tədqiqatı  (GYTS)  Tütündən  Azad  Təşəbbüsü  (TFI), 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) 

Tütünçəkmə və Sağlamlıq İdarəsi (OSH) tərəfindən ÜST-nin altı regionunu təmsil edən bir sıra ölkələrin 

iştirakı  ilə  gənclər  arasında  tütünə  dair  əhatəli  profilaktika  və  nəzarətə  aid  məlumatların  toplanması 

məqsədilə təşkil edilmişdir. GYTS gənclərin tütündən istifadəsinin sistematik monitorinqinin və tütünlə 

əsas mübarizə indikatorlarına nəzarətin qlobal standartlarını təmin edir. GYTS bütün ölkələr üzrə ardıcıl 

və  standart  protokoldan  istifadə  edən,  13-15  yaşlı  şagirdlər  arasında  məktəblərdə  həyata  keçirilən  milli 

reprezentativ sorğudur. GYTS ölkədaxili və ölkələrarası müqayisə edilə bilən məlumatların hazırlanması 

üçün nəzərdə tutulub.   



1.1  Ölkə üzrə statistik məlumatlar 

Azərbaycan ÜST-nin Avropa Regionun Üzv Ölkəsidir və yuxarı orta gəlirli ölkə hesab edilir.   

Tarixi Azərbaycan torpaqları Ön Asiyada Qafqaz dağlarından Urmiya gölünün cənub və cənub-şərqdəki 

dağlıq əraziyədək 210 min km

2

-ə qədər bir ərazini əhatə edirdi. Əlverişli coğrafi mövqeyə malik ərazidə 



yerləşən  Azərbaycan  daim  yadelli  qəsbkarların  müdaxiləsinə  məruz  qalmışdır.  XIX  və  XX  əsrlər 

Azərbaycan xalqı və torpaqları üçün daha faciəli olmuşdur. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay 

müqavilələri  Azərbaycanın  müstəqilliyinə  son  qoydu  və  Azərbaycanı  iki  hissəyə  böldü.  Cənubi 

Azərbaycan İranın, Şimali Azərbaycan Rusiyanın tərkibinə qatıldı. 

1918-ci ilin 28 mayında Şimali Azərbaycanda şərqdə ilk olaraq Demokratik Cümhuriyyət yaradıldı. Onun 

sahəsi 114 min km

2

, sərhədlərinin uzunluğu 3504 km idi. 1920-ci il 28 apreldə bu ərazi sovet Rusiyası 



tərəfindən işğal olundu. 1924-cü ildə Göycə və Zəngəzur mahalları Ermənistana verildi. Qarabağın dağlıq 

hissəsində  Muxtar  Vilayət  yaradıldı.  1991-ci  il  oktyabrın  18-də  Azərbaycan  Respublikası  yenidən  öz 

müstəqilliyini  bərpa  etdi.  Hazırda  Azərbaycan  Respublikasının  sahəsi  (BMT-nin  qəbul  etdiyi  sərhədlər 

daxilində) 86.6 min km

2

-dir. 


Qafqaz  dağlarının  cənubunda  və  Xəzər  dənizinin  qərbində  yerləşən  Azərbaycan  cənubdan  765  km 

məsafədə  İranla  və  15  km  məsafədə  Türkiyə  ilə,  şimaldan  390  km  məsafədə  Rusiya  ilə,  şimal-qərbdən 

480  km  məsafədə  Gürcüstanla,  qərbdən  1007  km  məsafədə  Ermənistanla  həmsərhəddir.  Xəzər  dənizi 

vasitəsilə  Azərbaycan  4  ölkə  ilə  su  sərhədinə  malikdir:  Rusiya,  Qazaxıstan,  Türkmənistan,  İran. 

Azərbaycanın paytaxtı Xəzər dənizinin sahilində yerləşən liman şəhəri olan qədim Bakıdır. 2015-ci ilin 

əvvəlinə  Azərbaycan  əhalisi  9.5  milyon  nəfəri  ötmüşdür,  onlardan  47%-i  kənd  sakinləridir.  Kişi  və 

qadınların sayı təxminən bərabərdir. 

19-cu əsrin sonlarından Azərbaycan dünyanın aparıcı neft istehsalçısı ölkələri sırasında oldu. 1991-ci ildə 

müstəqillik  əldə  edildikdən  sonra  neft  və  təbii  qaz  yataqlarının  kəşfi  Azərbaycana  növbəti  illərdə 

yoxsulluqla  mübarizə  və  hərtərəfli,  davamlı  orta  gəlirli  iqtisadiyyata  doğru  inkişaf  etmək  üçün  yeni 

imkanlar verdi. 

Demokratik dövlət sisteminə, habelə sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyat 

sisteminin  formalaşması  məqsədilə  ictimai-siyasi  və  sosial-iqtisadi  sistemlərini  transformasiya  etmək 

Azərbaycan  üçün  sözsüz  ki,  zəruri  idi.  Milli  müstəqilliyinin  möhkəmləndirilməsi,  hüquqi  və  dünyəvi 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə