ÜNDƏricat ön söz



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix21.06.2018
ölçüsü0,56 Mb.
#50120
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   18

11 

 

daha  çox  35-44  yaş  qrupunda  müşahidə  olunmuşdur  (61%).  Kişilərin  orta  hesabla  45.4%-i  hər 



gün  siqaret  çəkdiklərini  bildirmişdir.  Gündəlik  tütündən  istifadə  daha  çox  35-44  yaş  qrupunda 

yayılmışdır (58.3%).   

 

Tütün  çəkənlərin  üçü  istisna  olmaqla  hamısı  istehsal  edilən  siqaretlərdən  istifadə  etdiklərini 



bildirmişdir.  Hər  gün  çəkənlər  orta  hesabla  gündə 20  siqaret  çəkirdilər,  45-54 yaş  qrupunda  bu 

göstərici ən yüksək, 18-24 yaş qrupunda isə ən aşağı olmuşdur (müvafiq olaraq 24 və 14 siqaret). 

Respondentlərə  evdə  siqaret  çəkdikləri  haqqında  sual  verilmişdir.  Siqaret  çəkənlərin  təxminən 

39%-i  öz  evlərində  çəkdiklərini,  evdə  siqaret  çəkənlərin  69%-i  isə  bunu  hər  gün  etdiklərini 

bildirmişlər. Respondentlərin 41%-i ictimai yerlərdə heç vaxt çəkmədiklərini, 34%-i isə hər gün 

çəkdiklərini bildirmişlər. Siqaret çəkməyən respondentlərin təxminən 28%-i (461 nəfərdən 133-ü) 

nə vaxtsa əvvəllər hər gün siqaret çəkiblər. Kişilər üçün siqaretdən imtina vaxtı orta hesabla 37 

yaş olmuşdur. 

 

Yalnız  4  respondent  (0.2%)  tüstüsüz  tütün  məhsullarından  istifadə  etdiklərini  bildirmişdir, 



bunlardan  heç  biri  həmin  məhsulları  gündəlik  istifadə  etmirdi.  Araşdırma  zamanı  həmçinin 

ətrafdakı tütün tüstüsünün (ƏTT) təsiri, yəni passiv tütünçəkmə haqqında məlumat toplanılmışdır. 

Qadınların yalnız kiçik bir qismi tütün çəkməsi ilə yanaşı kişilərə nisbətən daha çox ƏTT təsirinə 

məruz qalırlar (müvafiq olaraq 41.2% və 31.8%). İşdə və ya ictimai yerlərdə ƏTT təsiri kişilərdə 

daha çox yayılmışdır ki, bu da onların daha yüksək məşğulluğu ilə və qadınların ənənəvi olaraq 

nadir  hallarda  (xüsusilə  kənd  yerlərində)  ictimai  yerlərdə  olduqları  ilə  izah  edilə  bilər.  Bütün 

respondentlərin təxminən 60%-i son 7 gün ərzində evdə, işdə və ya ictimai yerlərdə ƏTT təsirinə 

məruz  qaldıqlarını  bildirmiş  və  kişilər  bu  təsirə  qadınlara  nisbətə  daha  çox  məruz  qalmışlar 

(müvafiq olaraq 67.5% və 52.3%). Hər iki cins üçün tüstünün təsiri, nəinki evdə və ya işdə, daha 

çox ictimai yerlərdə baş verir (müvafiq olaraq 59.2%, 35.6% və 34.9%). ƏTT təsirinə daha çox 

cavan  yaşlı  respondentlər  məruz  qalırlar.  Bu  nəticələr  ƏTT  təsirini  azaltmaq  üçün  əlavə 

maarifləndirmə və qanunvericilik səylərinə ehtiyac olduğunu göstərir.  

 

Dövlət  Statistika  Komitəsinin  2015-ci  il  məlumatları  qadınla  arasında  tütünçəkmənin 



yayılmasının  çox  aşağı  səviyyədə  olması  barədə  2011-ci  ilin  QİX-in  risk  amilləri  üzrə  milli 

araşdırma nəticələrini təsdiqləyir. 



1.4  Ölkənin hazırkı tütünlə mübarizə siyasəti 

Hazırda Azərbaycanda tütünlə mübarizəyə aid bir sıra strategiya və qanunvericilik aktları mövcuddur:   

-

 

2001-ci ildə təsdiq edilmiş və 2002-ci ildə qüvvəyə minmiş “Tütün və tütün məmulatı haqqında” 



Azərbaycan Respublikasının Qanunu

9

 tütün məmulatının istehsalı, idxalı və ticarətini tənzimləyir 



və tütün çəkilən yerlərə məhdudiyyətlər müəyyən edir. Qanun 18 yaşına çatmamış şəxslərə tütün 

məmulatlarının  satışını,  təşviqinin  bütün  formalarını  qadağan  edir  və  tütünçəkmə  yerlərini 

məhdudlaşdırır,  sağlamlığa  mənfi  təsir  barədə  xəbərdarlıqların  tütün  qutuları  üzərində 

yerləşdirilməsini  tələb  edir.  Qanunla  tədris,  tərbiyə,  səhiyyə,  sağlamlıq  və  mədəniyyət,  habelə 

idman  yarışları  və  kütləvi tədbirlərin  keçirildiyi  obyektlərdə  siqaret  çəkmək  qadağandır.  Qanun 

Azərbaycanda  qapalı  ictimai  və  ümumi  iş  yerlərində  tütünçəkməni  qadağan  etsə  də,  müəyyən 

edilmiş  yerlərdə  siqaret  çəkməyə  icazə  verir.  İşəgötürənlər  siqaret  çəkmək  üçün  xüsusi  yerlər 

ayrılmasını  və  görünən  yerlərdə  "siqaret  çəkmək  qadağandır"  işarəsinin  olmasını  təmin 

etməlidirlər.  Uzaq  mənzilli  sərnişin  nəqliyyatında  xüsusi  ayrılmış  yerlər  istisna  olmaqla,  bütün 

ictimai nəqliyyat növlərində siqaret çəkmək qadağandır. Lakin bir sıra qanun müddəalarının icrası 

zəifdir. Tütün məmulatlarının ədədlə, eləcə də xəstəxana və məktəb yaxınlığında satışına, ictimai 

binalar və iş yerlərində siqaret çəkilməsinə hələ də tez-tez rast gəlinir. 

-

 

1997-ci



 

ildə  qəbul  edilmiş  və  2015-ci  ildə  yenilənmiş  “Reklam  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunu

10 


tütün,  tütün  məmulatlarının  və  onların  ləvazimatlarının  reklamını  və 

satışının stimullaşdırılmasını qadağan edir.  




12 

 

-



 

2002-ci  ildə  qəbul  edilmiş  “Televiziya  və  radio  yayımı  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununa

11

 görə televiziya və radio ilə tütün məmulatlarının reklamına yol verilmir. 



-

 

2009-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş  “Avtomobil 



nəqliyyatı  ilə  sərnişin  və  baqaj  daşınması  Qaydaları”na

12

  görə  taksi  minik  avtomobilinin 



salonunda siqaret çəkməyə yalnız sərnişinin və sürücünün qarşılıqlı razılığı ilə yol verilir. Eləcə 

də  sərnişin  avtonəqliyyat  vasitəsinin  salonunda  sərnişinə  siqaret  çəkmək,  həm  də  müntəzəm 

şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən 

avtobusda sərnişin avtonəqliyyat vasitəsinin işçi heyəti tərəfindən siqaret çəkmək qadağandır. 

-

 

2000-ci



 

ildə  təsdiq  edilmiş  və  2014-cü  ildə  yenilənmiş  Azərbaycan  Respublikasının  Vergi 

Məcəlləsi

13

  tütün  məmulatlarına  qoyulan  vergi  dərəcələrini  müəyyən  edir.  Əlavə  Dəyər  Vergisi 



18%  təşkil  edir.  Aksiz  vergisi  Azərbaycanda  istehsal  olunan  siqarlar,  ucları  kəsilən  siqarlar  və 

siqarillalar  (nazik  siqarlar)  üçün  1000  ədədinə  10,0  manatdır,  tütündən  hazırlanan  siqaretlər  və 

onun  əvəzediciləri  üçün  1000  ədədinə  4,0  manatdır.  2015-ci  ildə  idxal  edilən  tütün 

məmulatlarının aksiz dərəcələri dəyişərək tütündən hazırlanan siqarlar, ucları kəsilən siqarlar və 

siqarillalar üçün 1000 ədədinə 10,0 manat, tütündən hazırlanan siqaretlər üçün 1000 ədədinə 4,0 

manat  təşkil  etmişdir.  Sənayedə  emal  olunmuş  digər  tütün  və  tütünün  sənaye  əvəzediciləri; 

"homogenləşdirilmiş"  və  ya  "bərpa  edilmiş"  tütün;  tütün  ekstraktları  və  essensiyalarının  idxal 

rüsumu 1 kq üçün 1 ABŞ dollarıdır, tütün xammalı və tütün tullantıları üçün isə rüsum gömrük 

dəyərinin 15%-ni təşkil edir. 

-

 



2000-ci

 

ildə  təsdiq  edilmiş  və  2015-ci  ildə  yenilənmiş  Azərbaycan  Respublikasının  İnzibati 



Xətalar Məcəlləsi

14

 yeni cərimələr təyin edib və bir sıra əvvəlki cərimələri artırıb. Belə ki, “Tütün 



və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə 

siqaret  çəkməyə  görə  30  AZN,  müəssisələrdə,  idarələrdə,  təşkilatlarda  siqaret  çəkmək  üçün 

xüsusi  yerlərin  ayrılmasının  və  görünən  yerlərdə  “siqaret  çəkmək  qadağandır”  xəbərdarlıq 

yazısının  və  ya  işarəsinin  olmasının  təmin  edilməməsinə  görə  vəzifəli  şəxslər  400  AZN 

məbləğində,  hüquqi  şəxslər  1000  AZN  məbləğində  cərimə  edilir.  Hava  nəqliyyatında  müəyyən 

edilməmiş  yerlərdə  siqaret  çəkməyə  görə  100  AZN,  dəmir  yol,  dəniz  və  çay  nəqliyyatında 

müəyyən  edilməmiş  yerlərdə  siqaret  çəkməyə  görə  40  AZN,  metropoliten  stansiyaların 

vestibüllərində,  keçidlərində  və  platformalarında,  vaqonlarda  siqaret  çəkməyə  görə  50  AZN, 

müntəzəm  şəhərdaxili  (rayondaxili),  şəhərlərarası  (rayonlararası)  və  beynəlxalq  marşrutlar  üzrə 

hərəkət  edən  avtobusda  siqaret  çəkilməsinə  görə  50  AZN-dək  cərimə  müəyyən  edilir.  Tütün 

məmulatlarının satışı qaydalarının pozulmasına görə 50-80 AZN, yetkinlik yaşına çatmayanlara 

satılmasına görə 100 AZN cərimə müəyyən edilir. 

-

 

2009-cu  ildə  təsdiq  edilmiş  AZS  335-2009  “Tütün  məmulatları.  Qablaşdırma  və  markalanma” 



Dövlət Standartı

15

 Azərbaycan Respublikasının ərazisində istehsal edilən, idxal edilən və satılan 



tütün  məmulatlarına  şamil  edilir  və  bu  məmulatların  qablaşdırılması  və  markalanmasına  olan 

tələbləri  müəyyən  edir.  Bu  standart  tütün  məmulatlarının  istehsalında,  topdan  və  pərakəndə 

satışında, saxlanılması və sertifikatlaşdırılmasında istifadə edilmək üçün nəzərdə tutulmuşdur. 

-

 



2012-ci  ildə  İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzində  hazırlanmış  Tütüçəkmədən  imtina  etmə 

üzrə  Klinik  Protokol

16

  Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyi  tərəfindən  təsdiq 



edilmişdir. 

-

 



“Azərbaycan  Respublikasında  qeyri-infeksion  xəstəliklərlə  mübarizəyə  dair  2015-2020-ci  illər 

üçün  Strategiya”  2015-ci  ildə  Azərbaycan 

Respublikası 

Prezidentinin 

müvafiq  Sərəncamı ilə 

təsdiq edilmişdir.  

-

 

Tütünlə mübarizə tədbirlərini özündə əks etdirən “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



2014-2020-ci  illər  üzrə  Strateji  Planı  və  onun  Fəaliyyət  Planı  2014-cü  ildə  Səhiyyə  Nazirliyi 

tərəfindən təsdiq edilmişdir.  

-

 

Hər  il  Səhiyyə  Nazirliyinin  İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzi  (İSİM)  tərəfindən  milli 



səviyyədə  əhali,  xüsusilə  də  gənclər,  media  peşəkarları,  qərar  verən  şəxslərə  yönəldilən 

Ümumdünya Tütünsüz Günləri keçirilir. Məsələn, 2013 və 2014-cü illərdə Ümumdünya Tütünsüz 

Günlərinə  həsr  edilmiş  1-ci  və  2-ci  “No  Smoking”  Film  Festivalları  keçirilmişdir.  Tədbirlərdə 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə