ÜNDƏricat ön söz



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix21.06.2018
ölçüsü0,56 Mb.
#50120
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   18

13 

 

Tütünlə  Mübarizə  üzrə  Milli  Koalisiyanın  üzvləri,  dövlət,  beynəlxalq  və  qeyri-hökumət 



təşkilatları, Səhiyyə Nazirliyinin, İSİM-in, media nümayəndələri və başqaları da iştirak etdilər.   

-

 



2015-ci  ildə  SN-nin  İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzi  tütünə  nəzarət  tədbirlərini 

reallaşdırmaq  məqsədilə  www.tobaccocontrol.az  internet  platformanı  yenilədi  və  yeni 

www.nosmoke.az (tütün əleyhinə “Hər günün tütünsüz olsun!” adlı davamlı Kampaniyaya aiddir) 

internet platformanı yaratdı. 



1.5  Tütünlə əlaqəli digər tədqiqatlar 

GYTS  Azərbaycanda  ilk  dəfə  2011-ci  ildə  keçirilmişdir.  GYTS-ə  əlavə  olaraq  aşağıdakı  tədqiqatlar 

Azərbaycanda reallaşmışdır:   

 



Azərbaycan Çoxgöstəricili Klaster Sorğusu (MICS), 2000 

 



Şərqi Avropa və Avrasiyada reproduktiv, ana və uşaq sağlamlığı: müqayisəli hesabat, 2001 

 



Azərbaycan Reproduktiv Sağlamlıq Sorğusu, 2001

17

 



 

Gənclərin Sağlamlığı və İnkişafı üzrə araşdırma, 2002 



 

Azərbaycan Demoqrafiya və Sağlamlıq Sorğusu, 2006



18

 



 

Azərbaycanda  böyüklər  arasında  Sağlamlıq  barədə  Bilik,  Davranış  və  Təcrübə  (KAP):    Sosial-

epidemioloji təhlil, 2006  

 



Azərbaycanda qeyri-infeksion xəstəliklərə dair vəziyyətin təhlili, 2009 

 



Demoqrafiya və Sağlamlıq Sorğusu, Azərbaycan, 2011

19

  



 

Azərbaycanda xroniki qeyri-infeksion xəstəliklərin risk amilləri üzrə milli araşdırma, 2011



20

 



 

Azərbaycanda  qadınlar  arasında  müəyyən  qeyri-infeksion  xəstəliklərin  risk  faktorlarının 

yayılması meylləri üzrə araşdırma, 2015

21

 



 

Azərbaycan  Respublikasının  tütünlə  əlaqəli  müvafiq  qanunvericiliyinin  Tütünə  qarşı  mübarizə 



haqqında  ÜST-nin  Çərçivə  Konvensiyasına  uyğunluğunun  müqayisəli  təhlili,  2015-ci  ildə 

aparıldı


22

 və 2016-cı ildə yeniləndi. 



1.6  Ölkə üzrə spesifik vəzifələr 

1.

 



Azərbaycanda 8, 9 və 10-cu sinif şagirdləri arasında cari tütündən istifadə etmə səviyyəsini 2016-

cı ildə 7.3%-dən 2020-ci ildə 6.5%-ə qədər azaltmaq. 

2.

 

Azərbaycanda 8, 9 və 10-cu sinif şagirdləri arasında heç vaxt siqaret çəkməyənlərin buna başlama 



ehtimalını 2016-cı ildə 8.0%-dən 2020-ci ildə 7.2%-ə qədər azaltmaq. 

3.

 



Azərbaycanda 8, 9 və 10-cu sinif şagirdləri arasında siqaret çəkməyi tərgitmək cəhdlərini 2016-cı 

ildə 65.0%-dən 2020-ci ildə 71.5%-ə qədər artırmaq. 

4.

 

Azərbaycanda  8,  9  və  10-cu  sinif  şagirdləri  arasında  siqaretçəkən  gənclərin  daha  cəlbedici 



olduğunu düşünənlərin faizini 2016-cı ildə 29.2%-dən 2020-ci ildə 26.3%-ə qədər azaltmaq.  

5.

 



Azərbaycanda 8, 9 və 10-cu sinif şagirdləri arasında adətən evdə siqaret çəkən hazırda tütündən 

istifadə edənlərin faizini 2016-cı ildə 13.4%-dən 2020-ci ildə 12.0%-ə qədər azaltmaq.  

6.

 

Azərbaycanda  8,  9  və  10-cu  sinif  şagirdləri  arasında  yaşına  görə  heç  bir  məhdudiyyətlə 



üzləşməyərək  mağazadan  siqaret  alanların  faizini  2016-cı  ildə  64.8%-dən  2020-ci  ildə  58.3%-ə 

qədər azaltmaq. 

7.

 

Azərbaycanda 8, 9 və 10-cu sinif şagirdləri arasında onların yanında başqaları tərəfindən siqaret 



çəkilən evdə yaşayanların faizini 2016-cı ildə 28.8%-dən 2020-ci ildə 25.9%-ə qədər azaltmaq. 

8.

 



Azərbaycanda  8,  9  və  10-cu  sinif  şagirdləri  arasında  başqalarının  siqaret  çəkməsi  onlara  zərər 

yetirdiyi barədə düşünənlərin faizini 2016-cı ildə 81.8%-dən 2020-ci ildə 90.0%-ə qədər artırmaq. 

9.

 

Azərbaycanda  8,  9  və  10-cu  sinif  şagirdləri  arasında  tütün  əleyhinə  media  məlumat  görənlərin 



faizini 2016-cı ildə 62.3%-dən 2020-ci ildə 68.5%-ə qədər artırmaq. 

10.


 

Azərbaycanda  8,  9  və  10-cu  sinif  şagirdləri  arasında  məktəbdə  tütündən  istifadənin  təhlükələri 

haqqında məlumat alanların faizini 2016-cı ildə 66.0%-dən 2020-ci ildə 72.6%-ə qədər artırmaq.  



14 

 

2.



 

M

ETODOLOGIYA

 

2.1  Sorğu anketi 

GYTS-in sorğu anketi bir neçə cavab variantı olan  77 sualdan ibarətdir. Sorğuya GYTS-in Əsas Sorğu 

Anketindən 43 sual, 33 seçilmiş əlavə sual və 1 ölkə üzrə spesifik sual daxil edilmişdir. Sorğu anketinin 

son  variantı  azərbaycan  dilinə  və  düzgünlüyünü  yoxlamaq  məqsədilə  yenidən  ingilis  dilinə  tərcümə 

edilmişdir. 2016-cı ilin Azərbaycan üzrə sorğu anketi Əlavə A-da verilir.  

2.2  Seçmə 

Azərbaycanda  2016-cı  ildə  keçirilmiş  GYTS  8-10-cu  sinif  şagirdləri  arasında  milli  reprezentativ  seçim 

etmək  üçün  məktəblər  üzrə  iki  mərhələli  klaster  seçimindən  istifadə  edən  sorğudur.  Seçiməyə  8-10-cu 

sinifləri olan bütün məktəblər daxil edildi. İlk mərhələdə ölkə məktəblərinin siyahısı əsasında mütənasib 

ehtimalı ilə sorğuda iştirak edəcək məktəblər seçilmişdir. Seçimin ikinci mərhələsində birinci mərhələdə 

seçilmiş  hər  bir  məktəbin  sinifləri  arasında  sistemli  bərabər  ehtimal  seçməsi  (təsadüfi  başlamaqla) 

aparıldı.  Beləliklə,  GYTS  25  məktəb  və  121  sinifdə  keçirilmişdir.  GYTS-də  2220  məktəbli  iştirak 

etmişdir. 2016-cı ildə keçirilən GYTS üçün 8, 9 və 10-cu siniflər seçilmişdir.   



2.3  Məlumatın toplanması 

Məlumatın toplanması 18 aprel 2016-cı il tarixdən 07 may 2016-cı il tarixədək təlim keçmiş 8 intervüyer 

tərəfindən həyata keçirilmişdir. 

Sorğu  prosedurları  anonim  və  könüllü  iştirakı  təmin  etməklə  şagirdlərin  məxfiliyi  qorunmaqla  təşkil 

edilmişdir.  Sorğu  şagirdlər  tərəfindən  doldurulan  anketlər  vasitəsilə  keçirilmişdir.  Şagirdlər  tərəfindən 

cavablar birbaşa kompüter vasitəsilə skan edilə bilən cavab vərəqələrinə qeyd edildi.  



2.4  Məlumatın təhlili 

Əhalini  qiymətləndirmək  üçün  ehtimal  edilən  seçim,  cavabın  olmaması  və  stratifikasiyadan  sonrakı 

tənzimləmələrə  düzəlişlər  etmək  üçün  çəki  əmsalı  şagirdin  hər  bir  cavabına  dair  tətbiq  edilmişdir. 

Kompleks  sorğu  məlumatlarının  statistik  təhlili  üçün  istifadə  edilən  proqrqam  təminatı  olan  SUDAAN, 

yayılmanın ölçülmüş qiymətləndirməsini və qiymətləndirmənin standart səhvlərini (SE  – standard error) 

hesablamaq  üçün  istifadə  edilmişdir  (standart  səhvlərdən  95%  etimad  intervalları  [CI  -  confidence 

intervals] hesablanmışdır. GYTS-in əsas tütünlə mübarizə göstəricilərini nəzərə alan sorğu sualları üçün 

tezlik cədvəlləri hazırlanmışdır. Göstəricilər ÜST TMÇK və MPOWER texniki paket ilə uyğun gəlir. 

 

 

 

 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə