UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ
HESABATLARINA QEYDLƏR (DAVAMI)
(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)
70
Əməliyyat riskləri
Qrup əməliyyat riskinə məruz qalır. Əməliyyat riski kredit, bazar və likvidlik risklərindən başqa,
birbaşa və ya dolayısı ilə qeyri-adekvat və ya düzgün fəaliyyət göstərməyən daxili proseslər, işçilər
və ya sistemlər, yaxud kənar hadisələrdən yaranan zərər riskidir. Qeyri-adekvat və ya düzgün
yaradılmamış biznes prosesləri, rəhbərliyin nöqsanları, texnoloji qüsurlar, nöqsanlara nəzarət
strukturu, işçilərin nöqsanları, fırıldaqçılıq və ümumi qəbul edilmiş korporativ etika standartlarına
riayət edilməməsi müəssisəyə zərər yetirə bilər.
Əməliyyat risklərinin idarə edilməsində Qrupun məqsədi fəaliyyətin ümumi effektivliyi və xərclərin
səmərəliliyi ilə maliyyə itkiləri və Qrupun nüfuzuna yetirilə biləcək zərərin qarşısının alınması
arasında balansın yaradılmasından ibarətdir.
Əməliyyat riski əməliyyatı aparan bölmədə yaranır və əməliyyat riskləri ilə bağlı qərarların qəbul
edilməsinə görə hər bir biznes bölməsi məsuliyyəti daşıyır. Bu məsuliyyət dairəsinə Qrupun daxili
nəzarət sistemi çərçivəsində ümumi standartların işlənib hazırlanması daxildir. Qrupun daxili nəzarət
sistemi üzrə yanaşması aşağıdakıları əhatə edir:
müvafiq vəzifə bölgüsü, o cümlədən maraqların ziddiyyətinə yol verilməməsi, əməliyyatın
müstəqil şəkildə təsdiqlənməsi və sistemdən istifadə hüquqlarının dəqiq təsviri;
əməliyyatların üzləşdirilməsi və monitorinqi tələbləri;
tənzimləyici və digər hüquqi tələblərə uyğunluq;
nəzarət qaydaları, prosedurlar və təlimatların sənədləşdirilməsi və biznes və risklərin idarə
edilməsi sahələri tərəfindən təsdiqlənməsi;
effektiv daxili audit funksiyası daxil olmaqla, nəzarət qaydalarına, prosedurlara və təlimatlara
riayət edilməsinə daimi nəzarət və monitorinq;
mövcud və potensial əməliyyat risklərinin davamlı şəkildə qiymətləndirilməsi;
müəyyən edilmiş risklərlə bağlı qərar qəbul edərkən nəzarət qaydaları və prosedurlarının
davamlı şəkildə qiymətləndirilməsi;
gözlənilməz hallar üzrə planların tərtib edilməsi;
IT təhlükəsizlik məsələlərinin davamlı şəkildə qiymətləndirilməsi;
əməliyyat səhvləri və itkiləri haqqında məlumatın təqdim edilməsi və qabaqlayıcı tədbirlərin təklif
edilməsi;
müvafiq personalın işə götürülməsi, təlim və ixtisas artırma;
Qrupun autsorsinq (funksiyanın kənar xidmət göstərənə həvalə edilməsi) siyasətinə riayət
edilməsi;
peşə etikası və etika standartları; və
risklərin azaldılması, o cümlədən sığortalanması tədbirlərinin tətbiqi.
Qrupun əməliyyat risklərinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi istiqamətində monitorinqin
aparılması, hesabatların hazırlanması və tövsiyələrin verilməsinə görə Risklərin İdarə Edilməsi
Departamentinin Əməliyyat Riskləri Qrupu və Daxili Audit Departamenti məsuliyyət daşıyır.
27. KAPİTALIN İDARƏ EDİLMƏSİ
Qrupun kapitalının idarə olunmasında məqsəd (i) Azərbaycan Respublikası Mərkəzi Bankının
(“ARMB”) kapitalın məbləği ilə bağlı müəyyən etdiyi tələblərə riayət edilməsini (ii) Qrupun fasiləsiz
fəaliyyət göstərmək qabiliyyətinin və (iii) Bazel sazişinə uyğun olaraq kapitalın adekvatlığı əmsalının
8% həcmində saxlanılması üçün kifayət qədər kapital bazasının saxlanılmasını təmin etməkdir.
ARMB-nin müəyyən etdiyi kapital adekvatlığı əmsallarına riayət edilməsinə Bankın Müşahidə
Şurasının Sədri, Audit Komitəsinin Sədri, İdarə Heyətinin Sədri, Baş Mühasib və Daxili Audit
Departamentinin Direktoru tərəfindən baxılmış və təsdiqlənmiş müvafiq hesablamalardan ibarət aylıq
hesabatlar vasitəsilə nəzarət edilir. Kapitalın idarə olunmasının digər məqsədləri hər il
qiymətləndirilir.
UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ
HESABATLARINA QEYDLƏR (DAVAMI)
(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)
71
ARMB-nin kapitalın məbləği ilə bağlı mövcud tələblərinə görə banklar: (a) məcmu kapitalın minimum
məbləğini 10,000 min AZN (2010: 10,000 min AZN) həcmində saxlamalı; (b) məcmu kapitalın risk
dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbətini (“məcmu kapitalın adekvatlığı əmsalı”) minimum 12%
(2010: 12%) və (c) 1-ci dərəcəli kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbətini (“1-ci dərəcəli
kapitalın adekvatlığı əmsalı”) minimum 6% (2010: 6%) və ya yuxarı saxlanılmasını təmin etməlidir.
Rəhbərlik hesab edir ki, Qrup 31 dekabr 2011-ci il tarixində tamamlanan il ərzində yerli
qanunvericiliyə uyğun hesablanmış kapitalın adekvatlığı əmsalına riayət etmişdir (2010: Qrup
kapitalın adekvatlığı əmsalına riayət etmişdir). Qrup və Bank eyni zamanda kredit müqavilələrində
nəzərdə tutulan kapitalın minimum məbləği ilə bağlı tələblərə, o cümlədən Kapitalın
Qiymətləndirilməsi və Kapital Standartları haqqında Beynəlxalq Konvergensiya (aprel 1998-ci il
tarixində yenidən işlənmişdir) və “Bazel I” adlanan bazar risklərini əks etdirən Kapital haqqında Bazel
Sazişinə Əlavədə (noyabr 2005-ci ildə yenidən işlənmişdir) müəyyən edilən Bazel sazişinin tələbləri
əsasında hesablanmış kapitalın adekvatlığı səviyyəsinə riayət etməlidirlər. Qrupun Bazel Sazişi
əsasında hesablanmış kapital strukturu aşağıdakı cədvəldə təqdim edilir:
31 dekabr
2011-ci il
31 dekabr
2010-cu il
Cəmi 1-ci dərəcəli kapital
46,867
39,941
1-ci dərəcəli kapitala 100% məhdudlaşmış cəmi 2-ci dərəcəli kapital
11,907
16,372
Çıxılsın: kapital səhmlərinə qoyulmuş investisiyalar
(460)
(460)
Cəmi tənzimləyici kapital
58,314
55,853
Risk dərəcəsi ilə ölçülən aktivlər:
Balans hesabatı
339,767
296,458
Balansdan kənar hesabat
14,586
11,886
Cəmi risk dərəcəsi ilə ölçülən aktivlər
354,353
308,344
1-ci dərəcəli kapital
13.2%
13.0%
Cəmi kapital
16.5%
18.1%
Qrupun rəhbərliyi hesab edir ki, Bank 2011 və 2010-cu illər ərzində kapitalın məbləği ilə bağlı bütün
kənar qurumların tələblərinə riayət etmişdir.
28. ŞƏRTİ ÖHDƏLİKLƏR
Məhkəmə prosedurları. Vaxtaşırı olaraq və adi fəaliyyət gedişində Qrupa qarşı irəli sürülə biləcək
iddialarla əlaqədar, Qrupun rəhbərliyi öz təxminlərinə, daxili peşəkarların məsləhətlərinə əsasən
hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq
hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün hər hansı ehtiyat
yaradılmamışdır.
Vergitutma. Azərbaycan Respublikası və Qrupun fəaliyyət göstərdiyi vergi qanunvericiliyi daxil
olmaqla, kommersiya qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz
qalır. Bundan başqa, biznes fəaliyyəti ilə əlaqədar olaraq vergi orqanlarının öz mülahizələrinə görə
qərar vermələri riski də mövcuddur. Bank rəhbərliyinin biznes fəaliyyəti ilə əlaqədar mülahizələrinə
əsaslanan müəyyən mövqe vergi orqanları tərəfindən birmənalı qarşılanmamalıdırsa, Bank üçün
əlavə vergilər, cərimələr və faizlər hesablana bilər.