UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ
HESABATLARINA QEYDLƏR (DAVAMI)
(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)
72
Belə qeyri-müəyyənlik halları maliyyə alətlərinin qiymətləndirilməsi, dəyərsizləşmə üzrə zərər üçün
ehtiyatların qiymətləndirilməsi və sövdələşmələrin bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ola
bilər. Bundan başqa, belə qeyri-müəyyənlik vergiyə cəlb olunan mənfəətin natamam hesablanması
olaraq ehtiyat üzrə müvəqqəti fərqin qiymətləndirilməsi, habelə müştərilərə verilmiş kreditlər və
debitor borcları ilə bağlı dəyərsizləşmə üzrə zərər üçün ehtiyatların geri qaytarılması ilə də bağlı ola
bilər. Bank rəhbərliyi ödəniləcək vergi məbləğlərinin hesablandığını düşünür və buna görə də,
konsolidə edilmiş maliyyə hesabatlarında heç bir ehtiyat nəzərdə tutulmamışdır.
Ümumiyyətlə vergi ödəyiciləri audit ilinin ardınca üç təqvim ili ilə əlaqədar vergi auditindən
keçməlidirlər. Lakin tamamlanmış auditlər tabeçiliyində olan vergi müfəttişliyinin vergi auditinin
nəticələrini yoxlayan yuxarı səviyyəli vergi müfəttişləri tərəfindən əlavə vergi auditinin aparılma
imkanını istisna etmirlər. Cinayət təhqiqatı olduğu təqdirdə məhdudiyyət müddəası məhkəmənin
qərarına əsasən yeddi ilə qədər uzadıla bilər.
Fəaliyyət mühiti – Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin bazar mühitləri inkişaf etmiş
ölkələrlə müqayisədə müxtəlif risklərə, o cümlədən iqtisadi, siyasi və sosial, habelə, hüquqi və
qanunvericilik ilə bağlı risklərə daha çox məruzdurlar. Keçmiş təcrübəyə əsasən, faktiki yaxud
düşünülmüş maliyyə problemləri və ya inkişaf edən ölkələrin iqtisadiyyatlarına investisiya qoyuluşu ilə
bağlı düşünülmüş risklərin artması Azərbaycan Respublikasına investisiya mühitinə və, bütövlüklə,
Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərə bilər. Azərbaycanda biznes fəaliyyətinə təsir edən qanun
və qaydalar sürətlə dəyişməyə davam edir. Azərbaycan ərazisində vergi, valyuta və gömrük
qanunvericilikləri müxtəlif formada təfsir olunur; hüquq və maliyyə xarakterli digər maneələr isə,
Azərbaycanda hazırda fəaliyyət göstərən müəssisələr üçün əlavə çətinliklər yaradır. Azərbaycanın
gələcək iqtisadi kursu dövlət tərəfindən həyata keçirilən maliyyə, iqtisadi və monitar yönümlü
tədbirlərdən, habelə, hüquq, hüquqi tənzimləmə və siyasət sahələrindəki inkişafdan çox asılıdır.
Azərbaycanın maliyyə və kapital bazarlarına 2008 və 2009-cu illərdə mənfi şəkildə təsir etmiş qlobal
maliyyə tənəzzülü bitdi və Azərbaycanın iqtisadiyyatı 2010 və 2011-ci illərdə inkişaf tempinə daxil oldu.
Lakin müəyyən iqtisadi qeyri-müəyyənliklər qalmaqdadır. Kredit mühitində hər hansı ixtisar və ya neft
və ya qaz qiymətlərinin aşağı düşməsi daxil olmaqla qlobal maliyyə sistemlərində sistematik risklərdən
yaranan əks dəyişikliklər Azərbaycan iqtisadiyyatını ləngidə və ya tənəzzülə uğrada, Qrupun kapital
vəsaitləri və onun dəyərinə çıxış imkanlarına, ümumilikdə isə, onun biznes fəaliyyəti, əməliyyat
nəticələri, maliyyə vəziyyəti və gələcək perspektivlərinə mənfi təsir göstərə bilərdi.
Azərbaycan külli miqdarda neft və qaz məhsullarının istehsalçısı və ixracatçısı olduğuna görə, ölkə
iqtisadiyyatı, xüsusi olaraq, 2011-ci və 2010-cu illərdə dünya bazarlarında əhəmiyyətli dərəcədə
dəyişkən olmuş neft və qaz qiymətlərinə qarşı həssasdır.
Müddəalara əməl etmə – Bank əsasən müddətli və subordinasiyalı borc öhdəlikləri üzrə
müqavilələrdə nəzərdə tutulan xüsusi şərtlərə riayət etmək məcburiyyətindədir. Bu cür xüsusi
şərtlərə əməl edilməməsi Bank üçün mənfi nəticələrə, o cümlədən borc vəsaitləri ilə əlaqədar
xərclərin artmasına və ödəmə müddətinin dəyişməsinə gətirib çıxara bilər. Rəhbərlik hesab edir ki,
Bank aşağıda göstərilən bəzi xüsusi şərtlər istisna olmaqla, 31 dekabr 2011-ci il tarixinə və həmin
tarixdə tamamlanan il ərzində qüvvədə olan xüsusi şərtlərə əhəmiyyətli dərəcədə riayət etmişdir:
31 dekabr 2011-ci ildə Qrup Qara Dəniz Ticarət və İnkişaf Bankı (“QDTİB”) ilə bağlanmış müddətli
borc öhdəlikləri üzrə müqaviləyə daxil edilmiş cəmi aktivlərə likvid aktivlər müddəasına riayət
etməmişdir (2010-cu ildə riayət etməmişdir). Bank 1 iyul 2011-ci il tarixindən 31 dekabr 2011-ci ilə
qədər (daxil olmaqla) müvəqqəti əsasda Qrupu likvid aktivlərdən cəmi aktiv əmsalı müddəasına əməl
etməsindən azad etmişdir. Buna görə də, Qrup müqavilə üzrə ödəmə tarixi əsasında banka
ödəniləcək cari kredit balansını təsnifləndirmişdir.
UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ
HESABATLARINA QEYDLƏR (DAVAMI)
(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)
73
Kreditlə bağlı öhdəliklər – Bu maliyyə alətlərinin əsas məqsədi lazım olduqda müştərilərə maliyyə
vəsaitlərinin təqdim edilməsini təmin etməkdir. Müştərinin üçüncü tərəflər qarşısında öz öhdəliklərini
yerinə yetirə bilməyəcəyi halda, Qrupun ödənişlər aparması ilə bağlı mütləq öhdəlikləri əks etdirən
zəmanətlər və zəmanət akkreditivləri kreditlərlə eyni kredit riski daşıyır. Müəyyən şərtlər çərçivəsində
müştərilər adından nəzərdə tutulan məbləğlərdə ödənişlərin həyata keçirilməsi üzrə Qrupun yazılı
öhdəliklərini əks etdirən sənədli və kommersiya akkreditivlərinə müvafiq mal təchizatı və ya nağd pul
depozitləri formasında təminat alınır. Həmin sənədli və kommersiya akkreditivləri birbaşa
kreditləşdirmə ilə müqayisədə az risk daşıyır.
Kreditlərin təqdim edilməsi üzrə öhdəliklərə kreditlər, zəmanətlər və ya akkreditivlər formasında
kreditlərin verilməsi üçün rəhbərlik tərəfindən təsdiqlənməmiş məbləğlərin istifadə edilməyən hissəsi
daxildir. Kreditlərin verilməsi üzrə öhdəliklər ilə əlaqədar Qrup istifadə edilməmiş məbləğlərin istifadə
edilməli olduğu halda, potensial olaraq istifadə edilməmiş öhdəliklərin ümumi məbləğinə bərabər
məbləğdə zərərin yaranması riskinə məruz qalır. Lakin, kreditlərin verilməsi üzrə öhdəliklərin böyük
hissəsi müştərilərin ödəmə qabiliyyəti ilə bağlı müəyyən tələblərə əməl etməsindən asılı olduğuna
görə, ehtimal edilən zərərlərin məbləği istifadə edilməmiş öhdəliklərin ümumi məbləğindən azdır.
Adətən uzunmüddətli öhdəliklər qısamüddətli öhdəliklər ilə müqayisədə daha yüksək kredit riskinə
malik olduğu üçün, Qrup kreditlərlə bağlı öhdəliklərin ödəmə müddətinə qədər qalan müddətə
nəzarət edir.
Kreditlərlə bağlı öhdəliklər aşağıdakı kimi olmuşdur:
31 dekabr
2011-ci il
31 dekabr
2010-cu il
Ləğv edilə bilən istifadə edilməmiş kredit xətləri
22,945
35,618
Zəmanətlər
13,728
10,714
İdxal akkreditivləri
2,550
1,172
Cəmi kreditlə bağlı öhdəliklər
39,223
47,504
İstifadə edilməmiş kredit xətləri, akkreditivlər və zəmanətlər üzrə müqavilədə nəzərdə tutulan ümumi
borc məbləği mütləq şəkildə pul vəsaitləri üzrə gələcək tələbləri əks etdirmir, belə ki, həmin
öhdəliklərin müddəti borcalana vəsaitlər təqdim edilmədən başa çata və ya ləğv oluna bilər.
Kreditlərlə bağlı öhdəliklər aşağıdakı valyutalarda ifadə olunmuşdur:
31 dekabr 2011-
ci il
31 dekabr 2010-
cu il
Azərbaycan manatı
11,756
20,083
ABŞ dolları
20,913
22,751
Avro
6,467
4,666
Digər
87
4
Cəmi
39,223
47,504
29. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ
Ədalətli dəyər məcburi satış və ya ləğvetmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari
əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir.
Ədalətli dəyəri balans dəyərinə yaxın olan aktivlər
Qısa – müddətli ödəmə dövrü (3 aydan az) olan maliyyə aktivləri və öhdəliklər halında belə ehtimal
edilir ki, onların balans dəyəri ədalətli dəyərinə yaxındır. Belə ehtimal tələb olunanadək depozitlərə
və ödəniş müddəti müəyyən olunmamış əmanət hesablarına da qarşı tətbiq olunur.