«ölçülməsi» demək idi. Azərbaycan dövlətçiləri onlardan
xüsusi həssaslıq və uzaqgörənlik tələb edən gərgin vəziyyətə
düşmüşdülər. «Tranzisiya» deyilən dövrün, XX əsrin sonu
ilə XXI əsrin əvvəlinin qovuşuğu dövrünün sərt həqiqətləri
belədir.
18. «Azərbaycana kənardan təzyiq göstərilir»
Get-gedə daha çox aydın olurdu ki, sistemdənkonar
müxalifət partiyalarının mövcudluğunun mənası yoxdur,
çünki bu partiyaların insan resursları yoxdur və həmin par
tiyalar Elçibəyin özünə tərəfdar hesab etdiyi «binəsib in
sanların 95%-ni» öz tərəflərinə cəlb edə bilməzdilər. Cəbho-
çi-müsavatçılar düşərgəsindən olan xadimlərinin «tədqiqat»
və «maarif» mərkəzləri təşkil etmək üçün, cılız jurnalların
nəşri üçün, «demokratik» layihələrin həyata keçirilməsi
üçün qrantlar alması, müəyyən yönümlü mifləri yaymaq
üçün «treninqlər» təşkil etməsi, broşüralar təsis etməsi onla
ra daha sərfəli idi. HərçSnd, Yuqoslaviyada, Əfqanistanda
və xüsusən İraqda baş vermiş məlum hadisələrdən sonra
onlar özləri də bu cür miflərə çox inanmırlar. Müxalifət li
derlərinin çoxu ölkə daxilində real dəstək qazana bilmədik
ləri üçün ABŞ-m və Qərbi Avropa ölkələrinin siyasətçiləri
ilə, beynləxalq təşkilatlarla, xüsusən hüquq-müdafiə təşki
latları ilə kontaktlara ümid bəsləyirdilər. Artıq xeyli vaxtdır
ki, onlar bu cür əlaqələri möhkəmləndirməklə «İks sa-
at»ımn gəlib çatacağına çox ümid edirlər. Siyasətbazların
hakimiyyət barədə mənəviyyatsız xülyaları belədir.
Azərbaycanda demokratiyanın və insan hüquqlarının
vəziyyəti ilə m araqlanan müxtəlif institutların və fondların
dəvəti ilə səfərlər zamanı müxalifət liderlərinin davranışı
onların iç üzünü açıb göstərir. AXCP funksionerlərindən
biri olan A.Mollazadə 1999-cu il mart ayında ABŞ-da olar
kən orada çoxsaylı görüşlər keçirmiş, həmin görüşlərdəki
çıxışlarında «Azərbaycana kənardan təzyiq göstərilməsi»
104
məsələsinə birinci dərəcəli əhəmiyyət vermişdi. O, «Azər
baycanda sabitliyin və inkişafın yalnız demokratiya çərçivə
sində miimkün olduğunu hesab edən Xalq Cəbhəsi Partiya
sının mövqeyini» Amerikanın siyasi dairələrinin diqqətinə
çatdırmışdı. Mollazadə ölkənin «Avro-Atlantika məkanına
inteqrasiyası» ilə bağlı aktual problemləri də müzakirə etmiş
və böyük məmnuyyətlə qeyd etmişdi ki, ABŞ-ın siyasi dai
rələrində «Azərbaycan artıq təkcə neft mənbəyi kimi deyil,
həm də dünya xəritəsində mühüm geostrateji mövqe tutan
bir dövlət kimi qəbul edilir» (Yeni Müsavat. 1998, 24 iyun).
1998-ci il martın ovvələrində ABŞ-ın hökümət təşkilat
larından biri ABŞ İnformasiya Agentliyi «Müsavat» par
tiyasının başqanı İsa Qəmbəri dəvət etmişdi. İsa Qəmbər iki
həftə ərzində Amerika bomonduna aid şəxslərlə görüşmüş
və onların diqqətini Azərbaycanın problemlərinə cəlb et
mişdi. 1999-cu ilin yayında Etibar Məmmədov ABŞ-da ol
du. Orada onu yaxşı qarşıladılar. Bu o demək idi ki, ameri
kanlar AMİP-i qərb «demokratiyasının stan d artlam n a ca
vab verən müxalifətçi qüvvə hesab edirlər.
Azərbaycana rəhbərlik etmək iddiasında olan başqa bir
namizəd
Rəsul Quliyev isə ABŞ sakinidir və Azərbaycanla
peşəkar səviyyədə məşğul olan amerikanlar onu yaxşı ta
nıyırlar. Amerikan analitiklərinin nəzərincə, bütün bu na
mizədlərin hər birinin problemləri var və görünür, onların
əsas problemi bundan ibarətdir: Konstitusiya normalarını
pozmadan prezident vəzifəsini tutmaq üçün elektoratın nə
zərində onların mənəvi statusu kifayət qədər yüksəkdirmi,
onlar «həqiqi» və «düzgün» modernləşdirməni həyata ke
çirməyə və bu halda hakimiyyəti əldə möhkəm saxlamağa
qadirdirlərimi?
105
19. Bələdiyyə seçkiləri - dövlət hüquq
sisteminin formalaşması
Dövlət qüuruculuğunun təkzibedilməz və qanunauyğun
məntiqinə görə, Prezident son və qəti addım atmalı idi.
Növbəti addım kimi, bələdiyyə seçkiləri keçirilməli idi,
çünki yalnız bu halda Azərbaycan dövlətçiliyinin binası ta
mamlanmış olardı. AŞPA məmurları bələdiyyə hakimiyyə
tinin zəruri olmasını xatırladırdılar. Azərbaycan dövləti
yalnız bu institusional elementin mövcud olacağı təqdirdə
həmin təşkilata (Ermənistanla eyni zamanda) qəbul edilə
cəyinə ümid bəsləyə bilərdi. Yerli özünüidarə strukturunun
təsis edilməsi ona sanballı gəlir mənbələrinin verilməsi de
mək idi: dövlət mülkiyyətinin təqribən üçdə bir hissəsi -
yollar, yerli nəqliyyat, kommunal xidmətlər, səhiyyə və təh
sil sahələri, sosial və mədəni-məişət təyinatlı müəssisələr
bələdiyyələrin tabeliyinə keçməli idi.
1999-cu ilin iyul ayında Heydər Əliyev bələdiyyə seçkilə
rinin tarixini elan etdi: bu seçkilərin dekabrın 12-də keçiril-
məlisni qərara aldı. Avqust ayında Rəsul Quliyevin partiya
sının bir nümayəndəsi dedi ki, əgər ölkədə antidemokratik
vəziyyət dəyişrpəsə sağçılar seçkiləri boykot edəcəklər. Qu
liyev özü seçkiləri boykot etmək zərurətini onunla izah
edirdi ki, seçkilər saxtalaşdırılacaq və hətta iqtidarpərəst
müxalifətin lehinə verilmiş səslər nəzərə alınacağı halda da
müxalifət 20% səs toplaya bilməyəcəkdir (Azadlıq. 1999, 15
avqust). Bu qədər qətiyyətli ritorikanın təsiri ilə bir neçə
partiya Quliyevin partiyası ətrafında sıx birləşməli idi. F.b
buna görə də, 1999-cu il oktyabr əvvəllərində «Konstitusion
seçkilər bloku» deyilən birlik yaradıldı. Onlar seçkilərdə iş
tirak etməməyə hazırlaşır və elektoratı da onlardan nümunə
götürməyə çağıraraq deyirdilər ki, qarşıdakı seçkilər xalqın
iradəsini real əks etdirə bilməz (Azadlıq. 1999, 12 oktyabr).
Bununla belə, 43 mindən çox namizəd bələdiyyə seçiblə
rində iştirak etmək üçün sifariş vermişdi. Bu namizədlərin
36 mindən çoxu qeydiyyatdan keçmişdi. Onların yarısı - 18
min nəfəri rosmən siyasi partiyaları təmsil edirdi. Dekabrın
28-də MSK seçkilərin nəticələrini dərc etdi: seçicilərin 52,6
%-i səsvermə məntəqələrinə gəlmişdir. Xarici ölkələrin və
beynəlxalq təşkilatların 36 nəfər müşahidəçisinin nəzarəti
altında keçirilən seçkilərdə 26 partiya iştirak edirdi. 18 min
deputat yerindən təqribən yarısı Respublikanın hakim siyasi
sistemini təmsil edən Yeni Azərbaycan Partiyası tutmuşdur.
Dövlətə zidd mövqe tutan radikal müxalifəti təmsil edən
AXCP və Müsavat partiyaları, müvafiq sürətdə 754 və 618
yer ala bildilər.
III
Respublikada seçki kampaniyalarının radikal
müxalifətlə mübarizə şəraitində keçməsi artıq ənənəyə çev
rilmişdir. Bununla əlaqədar, dövlətçilərin və «destruktiv»
radikalların siyasət üslubları arasındaki fərqləri qeyd etmək
yerinə düşər. Heydər Əliyev və onun davamçıları bir daha
nümayiş etdirdilər ki, onların fəaliyyət üslubu
ənənələrə
söykənməklə yenilikləri müxalifətə qəbul etdirmək üslubu
dur. Bu iş üslubu Prezidentin siyasətinin xalq tərəfindən
yüksək dərəcədə dəstəklənməsi sayəsində mümkün olmuş
dur. Prezident Aparatında və Parlamentdə qərarlar işlənib
hazırlanması üçün standart prosedurların məcmusu kimi
formalaşmış bu üslub ölkədə qayda-qanunun qorunub
saxlanması üçün tətbiq olunan metodların qanuniliyini tə
min edir. Bu üslub müxalifətin legitim prosedurlar çərçivə
sində hakimiyyətə yiyələnməsinə şans vermir, çünki giyam-
çılığa qarşı yüksək dərəcədə mütəşəkkil qüvvə tətbiq et
məyin mükünliiyü həmişə nəzərdə tutulur. Müxalifətin siya
sətinin üslubu isə seçkilər arasındakı dövrlərdə passivliyin
və vəziyyəti «laxlatmaq» niyyəti ilə «qığılcım buraxmaq»
kimi irrasional fəallığın simbiozudur. Müxalifətin iş üslubu
onu göstərir ki, bu təşkilatlar öz təbiətinə görə, həmlə dəs
tələrinə oxşayırlar. 1998-ci və 2000-ci illərdə Prezident tərə
findən təklif edilmiş konsensus variantı iqtidarın iş üslubu
nun bir variantı olsa da, problemin fəal ifadə və həll edilmə
106
107