xandan» ta 1990-cı ilə qədər siyasi fəaliyyətlə məşğul olma
dığım qeyd edən Heydər Əliyev o dövrü xatırlayaraq deyir:
«Moskvada məndən ötrü dözülməz şərait yaradılmışdı: əs
lində mən cəmiyyətdən təcrid edilmişdim, ciddi nəzarət al
tında, ev dustağı kimi saxlanırdım ...» O, Qorbaçovun kur
sunu mənasız, düşünülməmiş, əsassız və «anlaşılmaz» bir
kurs kimi xarakterizə edirdi. Ölkəni məhvə doğru aparan
proseslərin miqyasını və istiqamətini düzgün qiymətləndirən
uzaqgörən insanlar sayca çox deyildi və bu uzaqgörən in
sanlardan biri məhz Heydər Əliyev idi.
1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycan
SSR-in M oskvadakı daimi nümayəndəliyində bəyanat verə
rək Bakıda baş vermiş faciənin səbəblərini göstərmişdi:
DQMV-də bu hadsələri qabaqlaya biləcək «zəruri tədbirlər
görülməmişdi». H.Əliyev bu faciənin əsas təqsirkarını da
göstərmişdi. Bu təqsirkar - taleyi şəxsiyyətindən daha geniş
miqyaslı olan Ə.Vəzı'rov deyildi, təqsirkar - xalq arasında
«xallı Mikayıl» deyilən M .Qorbaçov idi. Sonradan Heydər
Əliyev cəbhəçilərlə polemika zamanı deyəcək: «Meydanda
toplaşan adam ların əksəriyyəti oraya yalnız və yalnız Qara
bağ məsələsinin ədalətli həllinə nail olmaq üçün gəlirdi. Bu
na görə do bu, ümumxalq hərəkatı idi». H.Əliyev xalqın
siyasi potensialını, mübarizə, sabitlik, hakimiyyət, güclü
dövlət və liderlik anlayışlarının xalqın təsəvvüründəki mə
nasını ham ıdan yaxşı qiymətləndirirdi. Ümumxalq hərəka
tının ideoloji m əzm unu ayrıca bir söhbətin mövzusudur.
Fövqəlmilli ideologiyalar sürətlə puç olanda ideoloji va
kuumun yaranm ası labüddür. Bircə anda «əhaliyə» çevril
miş xalq kütlələrinin birgə yaşaması və hər biri ayrıca isteh
kamı xatırladan minlərlə şəhər və kəndlərə dağılışmaması
üçün milli ideologiya əsasında bu birgəyaşayışı əsaslandır
m aq və möhkəmlətmək üçün həmin vakuumu dərhal və hər
yerdə vulqar millətçilik ideologiyası ilə doldurmağa çalı
şırlar. Millətçiliyin yaranması üçün iki amil lazımdır: ideo
loji vakuum və milli ideyanın daşıyıcısı olan sosial təbəqə.
52
Azərbaycanda bu rolu ziyalılar yerinə yetirirdi: idarəçilərin
(keçmiş partiya və sovet işçilərinin) şəxsində dövlət ziyalıları
və siyasi fəaliyyət təcrübəsinə malik olmayan yaradıcı ziya
lılar. H.Əliyev millətçiliyin mahiyyətini aydınlaşdırdı, öz
əməli fəaliyyəti ilə bu terminə siyasi məna verdi: millətçilik -
milli ideyanın qorunması üzərində cəmləşmiş ideya və hiss
lərin bir-biri ilə nisbi ədaqəli sistemidir. O, Elçibəyə xas
olan şovinist etnokratizmi rədd etdi, millətçi separatizmi
darmadağın etdi və bununla da milli azlıqların dövlətə zidd
hərəkətlərinin qarşısını aldı.
H.Əliyevin yenidən böyük siyasətə qoşulması zaman
etibarilə 1990-cı ilin payızına təsadüf edir. Həmin dövrdə o,
xalqın iradəsi ilə hesablaşaraq Naxçıvan MSSR-in Ali Sove
tinə daxil oldu. Bizim fıkrimizcə bu, düşünülmüş addım idi.
Xalqın çağırışlarına məhəl qoymadan hakimiyyət sükanına
qayıtmaq
istəməmiş
Roma
im peratoru
Diokletianın
düşdüyü mənəvi vəziyyəti Heydər Əliyevə tətbiq etməyi tə
səvvürə gətirmək mümkün deyil. Siyasət
riskli fəaliyyət
növüdür. İnsanlar öz talelərini, millətin, dövlətin taleyini
siyasətlə həll edir, özlərinin cəmiyyətdəki statusunu siyasət
yolu ilə dəyişirlər. M ahir idarəetmə işçisi olan Heydər Əliy
ev də siyasəti insanın imkanlarının təşkil edilməsi uğrunda
mübarizə kimi başa düşür. Onun parlaq dövlət fəaliyyəti
onun motivlərini bu cür izah etməyə əsas verir. Biz cəsarətlə
belə bir fərziyyə söyləyə bilərik ki, hələ o vaxt
1990-cı ildə
diletantlıq edərək «hakimiyyəti oğurlayanlara» onun m üna
sibəti müəyyən mənada Bismarkın aşağıdakı fikirləri ilə
səsləşir: «sükanı tam ahkar, «novarum rerum cupidi»Iarin
(yeniliklərə can atanların) və düşüncəsiz kütlələri aldatmaq
qabiliyyətinə ən yüksək səviyyədə yiyələnmiş natiqlərin
əlində olan dövlət həmişə çox sürətlə (burada: fəlakətli şə
kildə. - müəllifin qeydi) inkişafa məhkum olacaqdır. Bu isə
dövlət kimi böyük bir qurumun bütün orqanizminə ciddi
ziyan vurmaya bilməz» (Бисмарк О. Мысли и воспомина
ния. В трех томах. Т.И. М., 1940, с.56).
53
Dövlət adamı, vətənpərvər, etatist, sözün geniş məna
sında xalqçı öz şəxsi incikliklərini dövlətin mənayefindən və
mənəvi borc hissindən uca tuta bilməz. Buna görə də Hey
dər Əliyevin siyasətə - «böyük siyasətə» qayıtması tamamilə
qanunauyğundur. Burada biz «böyük» və «kiçik» siyasət
arasında fərq qoymalıyıq. Kiçik siyasət - status quo-nun
bərpa edilməsi siyasətidir. Kiçik siyasət - cari siyasətdir. O,
cəmiyyətin təşkilinin mövcud siyasi formatına yerləşir, hal
buki, böyük siyasət - transformasiya tipli siyasətdir.
H.Əliyev mövcud qaydaları bərpa etmək siyasəti sahə
sində çox böyük təcrübəyə malik idi. Bu yerdə bir qeyd-şərt
etməliyik: onun əvvəlki fəaliyyəti heç də gerçəkliyin xalis
təkrar istehsalı deyildi. O vaxtdan neçə illər keçəndən sonra
biz başa düşmüşük ki, 1969-cu il iyulun 14-də Azərbaycan
tarixində yeni era başlanmışdır: Heydər Əliyevin Azərbay
cana rəhbər seçilməsi siyasi rəhbərlərin dəyişdirilməsi kimi
adi prosedurun hüdudlarından kənara çıxırdı. Bu hadisə
ölkəmizin müasir tarixində yeni, hadisələrlə çox zəngin bir
eranın başlanğıcı oldu. Məhz həmin gündən etibarən Azər
baycanlıların tarixi həyatının (yəni milli ruh sahəsində zə
fərlərlə dolu həyatın) təşkilati və mənəvi əsasları yaradıl
mağa başlandı. Bu həyatın tərkib hissələri plan-direktiv iq
tisadiyyat koordinatlarında sürətli inkişafın həyata keçiril
məsi, milli özünü ifadənin bütün formalarının stimullaşdı-
rılması, milli mənlik şüurunun güclənməsi. Sosial- iqtisadi
inkişafa verilmiş yeni təkan, bəlkə də Azərbaycan cəmiyyə
tinin milli mənlik şüurunun dirçəldilməsi, milli köklərə
qayıdış istiqamətində Azərbaycan cəmiyyətinin təkamülünü
kölgədə qoyurdu. Lakin məhz buna görə həmin prosesin
nəticəsi - mənəvi müstəqillik əldə edilməsi daha da qanuna
uyğundur.
H.Əliyev öz həyatının bu yeni mərhələsində böyük siy
asət «yaratm ağa» başladı. Bu siyasət elə «imkanlar pəncə
rəsi» yaradır ki, böyük şəxsiyyətlər tərəfindən idarə edilən
insanlar yeni təsisatların təməlini qoymağa, ictimai həyatın
54
yeni təşkilinin prosedur və normativ əsaslarını yaratmağa
qadir olur. O vaxt çox cüzi sayda adam başa düşürdü ki,
hakimiyyətin təşkili məsələsində xalqm iradəsini ifadə et
məyin yeni tipini həyata keçirmək missiyası məhz Heydər
Əliyevin üzərinə düşmüşdür. Hegelin təbirincə desək, mənə
vi pozğunluq və ehtirasların kor-koranə qızışması şəraitində
nicat tapmağın zəruri yolunu seçmək lazım idi. Axı «mütəl-
libovçularla» cəhbəçilər arasında qarşıdurma şəraitində h a
kimiyyətin oğurlanması və hakimiyyət məkanının parça
lanması Azərbaycanın bir dövlət qurum u və ölkə kimi məh
vinə gətirib çıxara bilərdi.
1990-1991-ci illərdə dövrün ən ümdə məsələləri ilə bağlı
Heydər Əliyevin proqram xarakterli çıxışları respublikada
milyonlarla insanın qəlbində çox güclü ümid hissi doğur
muşdu. Deputat Heydər Əliyevin hər bir çıxışı milyonlarla
soydaşımızın qəlbində əks səda doğururdu. Halbuki, ölkə
nin o vaxtkı rəhbərləri - Mütəllibov və onun ətrafındakı in
sanlar barədə bunu demək heç cür mümkün deyildir. O nlar
öz gələcəkləri üçün narahat olur və əsəbiləşirdilər. H.Əliyev
1990-cı ilin aprel ayında Respublika Ali Sovetinin sessiya
sındakı çıxışında açıq demişdi: «Həqiqəti isə desək yeni İtti
faq müqaviləsinin layihəsi əvvəlkindən də yararsızdır. Yeni
bir ittifaqa girməyi Azərbaycan xalqı üçün rəva bilmirəm.
Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi
müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan
xalqı artıq bu yola çıxmışdır. Azərbaycan Respublikası iqti
sadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət
uğrunda mübarizə aparmalıdır» (D eputat Heydər Əliyevin
sessiyada çıxışı. //Səs. 1990. №8. s. 5). SSRİ-nin qorunub
saxlanması məqsədilə təşkil edilmiş referendumu Naxçıvan
Muxtar Respublikasında boykot etmişdilər, Azərbaycan
Demokratik Respublikasının üçrəngli bayrağı ilk dəfə bu
rada dövlət bayrağı kimi qəbul edilmişdi. Keçmiş SSRİ-nin
bütün hərbi birləşmələri Naxçıvan ərazisindən çıxarılmışdı.
55