94
SUMMARY
NEW DIGITAL VISUAL CULTURE AND ART
Kerimova M. F.
Key words: digital culture, art, sensor society
The objective purpose of the presented article is to investigate how the way of our life changed with
the effect of internet and computer technology. Also, the author analyzed that, new technologies and the
Internet bring together a new way of communication, and the understanding of the effect of interactive
communication to the other cultures. In given article, the concept of “Digital Culture” interpreted, in modern
period the effects of technology and internet to the cultures are analyzed, the examples of modern
technologies in art are given, “Sensor Society”and the communication models put forward and explained
with details.
Daxilolma tarixi:
İlkin variant
01.05.2017
Son variant
27.09.2017
Yeni rəqəmsal vizual mədəniyyət və incəsənət
95
UOT 37.046.14
KİMYA MÜƏLLİMİNİN DƏRSƏ HAZIRLAŞMASI,
DƏRSİN PLANLAŞDIRILMASI VƏ TƏŞKİLİ
1
ƏSKƏROV AĞAİSA BAYRAMƏLİ oğlu
2
HƏSƏNOVA DÜNYA TALEH qızı
Sumqayıt Dövlət Universiteti, 1-dosent, 2- magistrant
e-mail: agaisa.askerov.1955@mail.ru
Açar sözlər: planlaşdırma, hazırlıq, təlim modelinin komponentləri, qiymətləndirmə sxemləri.
Son illərdə ölkəmizdə aparılan məqsədəyönlü təhsil islahatları Azərbaycan təhsil sisteminin
inkişafına və təkmilləşdirilməsinə xüsusi rəvac vermişdir. Gənc nəslin təlim-tərbiyəsi və onların
şəxsiyyət kimi formalaşmasında müstəsna rolu müəllimlərin icra etdiklərini nəzərə alaraq, gənc müəllim
kadrlarının hazırlanması hər zaman diqqət mərkəzində saxlanılır. Gənc müəllimlərə kömək məqsədi ilə
müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması haqda bəzi tövsiyələrə diqqət yetirək.
İlk öncə unutmamalıyıq ki, tədris-təlim prosesində müəllim həlledici simadır. Müəllimin
müvəffəqiyyətinin başlıca amili onun intellektual səviyyəsi, vəzifə məsuliyyətini dərk edərək dərsə
hazırlığıdır. Ədəbiyyatlardan məlumdur ki, müəllim dərsə hazırlaşan zaman təlimin önəmli dörd
funksiyasının: təhsil (öyrədici), inkişafetdirici, tərbiyəvi və nəzarətedici funksiyalarının tələblərini
necə yerinə yetirməyin icrasını diqqətdə saxlamalıdır [1, 559-560]. Dərsdə öyrədici funksiyanı
yerinə yetirmək üçün müəllim, ilk növbədə, mövzuya aid əsas bilikləri, qanun və nəzəriyyələri,
kimyəvi anlayışları dəqiqləşdirir; inkişafetdirici funksiyanı yerinə yetirmək üçün dərsin
məzmununu təşkil edən bilik və bacarıqlar vasitəsilə nə kimi funksiyaları – idraki prosesləri inkişaf
etdirəcəyini müəyyənləşdirir; tərbiyəedici funksiyanı yerinə yetirmək üçün materialist dünya görüşü
formalaşdırmaq formalarını təyin edir; nəzarətedici funksiyanı yerinə yetirmək üçün hansə əməli
işləri icra etmək lazım olduğunu konkret olaraq düşünüb seçir və fəaliyyəti nəzarətdə saxlayır.
İkinci mərhələdə müəllim dərsin hər bir mərhələsində görəcəyi əks-əlaqə işlərini planlaşdırır.
Buraya müəllimin nəzəri və praktik bilikləri əldə etmək üçün ədəbiyyat seşimi və şagirdlərlə
işləmək planı daxildir. Müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması zamanı, əsasən,
aşağıdakı ardıcıllıqların gözlənilməsi təklif olunur: mövcud fənn proqramının tələbləri, şagirdlərin
intellektual səviyyəsi, mövzunun məzmunu, təlim üsulları və iş formalarının seçilməsi, refleksiyaya
hazırlıq və s.
Dərsin planlaşdırılmasında isə aşağıdakılar diqqət mərkəzində saxlanmalıdır: mövzunun
proqramın tələblərinə uyğun elmiliyi, proqramın tələbi; mövzunun tədrisi zamanı sinif şagirdlərinin
real bilik səviyyəsi; mövzunun mahiyyətinə uyğun metod və üsulların seçilməsi; naillik dərəcəsinə
əminlik; müvafiqlik, elmilik, sistematiklik və əyaniliyin təminatı; təlim prosesində vaxt bölgüsü və
icra mexanizmləri.
Dərsin planlaşdırılması zamanı aşağıdakı şərtlər gözlənilməlidir [1, 560-565]: mövzunun
məqsədi (öyrədici, tərbiyəedici və inkişafetdirici) müəyyənləşdirilir; keçilən mövzuların
nəticələrinin nəzərə alınması və mövzulararası əlaqənin dəqiqləşdirilməsi; mövzunun həcmi və
mahiyyəti nəzərə alınmaqla üsul və metodların seçilməsi; iş formasının konkretləşdirilməsi;
motivasiyanın yazılı və ya şıfahi formada təşkilinin müəyyənləşdirilməsi; müəllimin fasilitasiya və
fasilitator funksiyası. Qeyd olunan amillərin gənc müəllimlər tərəfindən nəzərə alınması tədrisin
təşkilinə və nəticələrin yüksəldilməsinə müsbət təsir edəcəkdir.
Kurikulum fənn proqramlarının tələblərinin ödənilməsi təlim prosesində fəal/interaktiv təlim
metodlarından istifadə zərurətini yaradır. Bu isə təlim prosesində bir sıra çətinliklərə və probemlərə
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 3 2017
96
səbəb olur. Klassik ədəbiyatdan da məlumdur ki, müasir dərs problemli (problem situasiyası
yaradan) dərslərdir.
Müasir dərsin problemli, inkişafetdirici təlimin təşkilinin birinci və başlıca şərti yüksək
ixtisaslı mütəxəssis və azad düşüncəli, vətənpərvər şəxsiyyətlərin yetişdirilməsidir. Bu zaman
təlimin təşkili müəllimdən yüksək hazırlıq, təlim metod və üsullarının seçilməsi üçün yeni
səviyyədə sistematik yaradıcı iş və bacarıq tələb edir. Müəllimin peşəkarlığı və hazırlıq səviyyəsi,
onun baza biliyindən, kimyaya aid peşə hazırlığından, həyata baxışından, intellektual
səviyyəsindən, şagirdlərlə münasibətindəki hümanistlikdən asılıdır [4, 123,124].
Müəllimlər günün tələbləri səviyyəsində yeni təlim texnologiyalarından istifadə ilə dərsin
təşkilində bir sıra çətinliklərlə üzləşirlər. Bu sıraya aşağıdakıları şamil etmək olar: təlim metod və
üsullarının seçilməsi. Əgər üsullar düzgün seçilməzsə, mövzunun (tədris materialının) şagirdlərə
mənimsədilməsi yetərli olmayacaq, onların sərbəst surətdə təfəkkürü inkişaf etdirən əməli
fəaliyyətləri alınmayacaq; motivasiyanın yaradılması və dərsin bütün mərhələlərində vaxt
bölgüsünün duzgün təşkili; zamanın və tədris materialının tələbinə uyğun video, audio və digər
texniki vasitələrdən istifadə; şagirdlərdə fənnə qarşı mənəvi tələbatın bir həyat normasına
çevrilməsi; metodik ədəbiyyatların tam yetərincə yayılmaması və bu səbəbdən müəllimlərin iradi-
emosional vəziyyətlərinin stabilliyinin dəyişkənliyi.
Kimya üzrə metodik ədəbiyyatlarda problemli dərslərin planlaşdırılması və tədrisi geniş
müzakirə obyektinə çevrilmişdir. Dərsə hazırlıq haqqında T.V.Kudryatsevin fikirlərinə bəzi
əlavələri qeyd etmək istəyirəm: materialın məzmununu təhlil edərkən müəllim diaqnozlaşdırma,
proqnozlaşdırma və layihələndirmə amillərini təhlil eyməlidir; bu amillərə əsasən motivasiyanı
qurmaqla problemli situasiyanın meyarlarını seçməlidir; nə edəcəyəm?, necə edəcəyəm?, hansı
həcmdə edəcəm? suallarına cavab tapılmalıdır; virtual olaraq dərsin ümumi gedişi öncədən
düşünülməli və planlaşdırılmalıdır.
Müasir dərs xüsusiyyətinə görə tələbyönümlü, nəticəyönümlü, şəxsiyyətyönümlü və
şagirdyönümlülüyü ilə xarakterizə edilir. Qeyd olunan prinsiplərin nəzərə alınması (tətbiqi) zamanı
müəllim bir sıra çətinliklərlə üzləşir. Bu sıraya aşağıdakı amillər daxildir: şagirdlərin real bilik
səviyyəsi və bacarıq imkanlarının nizamlanması məqsədilə başlanğıc nöqtəsinin düzgün təyin
edilməsi ilə əlaqədar həyata keçirilən təlim fəaliyyətləri şagirdin inkişaf səviyyəsi ilə mütənasib
olmalıdır; fəal, müstəqil və kollektiv (birgə) təlim üçün imkanların yaradılmasına əlverişli şəraitin
yaradılması; təhsil müəssisələrində maddi-texniki və əşyavi mühitin təlabata cavab verməməsi;
şagirdlərdə kollektivçilik ruhunun tam başa düşülməməsi; valideyin–məktəb–müəllim üçlüyünün
yetərincə vəhdət təşkil etməməsi və s.
Müasir mərhələdə təlim modelinin komponenti olmaqla qiymətləndirməyə fəal/interaktiv
yanaşmanın münasibəti barədə çox danışılıb, xeyli araşdırmalar aparılıb. Fəal/interaktiv təlimə görə,
şagird nailiyyətlərinin qiymətləndirmə obyektləri çoxdur. Bunlardan biri ənənəvi təlimin çox az
diqqət yetirdiyi şagirdin şəxsi keyfiyyətlərinin diqqət mərkəzində saxlanmasıdır. Şagirdin biliyə
yiyələnmək həvəsinin, yaradıcılıq meyillərinin, mənəvi keyfiyyətlərinin və s. onun təlim nə-
ticələrində mühüm rol oynadığını unutmaq olmaz. Bu cəhətlərə fəal/interaktiv təlimin diqqət
yetirməsi bütövlükdə təlimin uğurları, nəticələri barədə əsaslı fikir söyləməyə imkan verir
[3, 87,142].
Ədəbiyyatlardan məlum olduğu kimi, təlim modelinin dörd əsas komponenti, başqa sözlə,
təlim prosesinin tərkib hissələri (təlimin məzmunu, təlimin metodları, öyrədici mühit,
qiymətləndirmə) qarşılıqlı əlaqəyə girərək (eləcə də hər biri ayrılıqda) aşağıdakı iki məqsədə nail
olunmasına şərait yaratmalıdır: şagirdlərin idrak proseslərinin (təfəkkür, hafizə, diqqət və
təxəyyülün eləcə də bilik, bacarıq və vərdişlərin) inkişafı; şagirdlərin şəxsiyyətinin (başlıca olaraq
sosial-psixoloji, emosional-iradi) inkişafı. Deyilənlərdən aydın olur ki, bu iki cəhət təlim prosesinin
hansı dərəcədə uğurlu olduğunu müəyyənləşdirmək üçün meyar rolunu oynayır [2,86,88,108].
Kimya müəlliminin dərsə hazırlaşması, dərsin planlaşdırılması və təşkili
97
Şagird nailiyyətlərinin qiymətləndirilməsi onların biliklərə hansı səviyyədə yiyələndikləri
haqqında fikir söyləməyə imkan verir. Sələflərimiz doğru demişlər: qiymətləndirmədən kənarda heç
bir şüurlu fəaliyyət yoxdur. Məhz bu zaman müəllim-şagird münasibətlərində əsas əks-əlaqə
meydana gəlir. Metodistlər belə hesab edir ki, qiymətləndirilmənin aparılmasında müvafiqliyinin və
etibarlılığın təmin olunması, şəffaflıq, ədalətlilik, qarşılıqlı ehtiram və əməkdaşlıq kimi prinsiplər
diqqət mərkəzində saxlanılmalıdır.
Metodik ədəbiyyat məlumatlarına istinad etsək, qiymətləndirmənin aşağıdakı prinsipləri
diqqət mərkəzində saxlanılır.
Qiymətləndirmə: şəraitdən asılı olaraq müxtəlif metodlarla (formalarla da) təlim prosesinin
mühüm tərkib hissəsi kimi bütün mərhələlərdə aparıla bilər; sagirdlərin mənimsəmə bacarıqlarını
yüksəltməli, idrakı fəaliyyət qabiliyyətini formalaşdırmalı, qazandıqları nəticələri daim
yaxşılaşdırmaq istəyi, arzusu yaratmalıdır; qiymətləndirmə zamanı müəllim özü nümunə olmalı,
ədalət və şəffaflıq nümayiş etdirməlidir; kriteriyalar dəqiq hesablanmış meyarlara əsaslanmalıdır.
Qiymətləndirmədə portfolio vasitəsi önəmli amildir. Onun vasitəsi ilə müəllim şagirdin ilkin-
diaqnostik, cari inkişaf (formativ) və yekun summativ bilik mənbəyini və onun dəyərini
müəyyənləşdirir.
Qiymətləndirmə ayrı-ayrı fərdlər (müəllimlər) tərəfindən həyata keçirildiyi üçün verilən
qiymətlər bir-birindən xeyli fərqlənir, subyektivlik inkarolunmaz problem olaraq qalır və
mübahisəyə səbəb olan məsələdir.
Kurikulum tədris proqramının tələbləri ilə təlim aparılan məktəblərdə, əsasən aşağıdakı
qiymətləndirmə motivlərindən istifadə olunması tövsiyə olunur: dioqnostik qiymətləndirmə – ilkin
səviyyənin qiymətləndirilməsi, formativ qiymətləndirmə – şagirdin gündəlik inkişaf dinamikasının
müəyyənləşdirilməsi, summativ (yekun) qiymətləndirmə – qarşıya qoyulan son naillik dərəcəsinin
müəyyənləşdirilməsi və əldə olunan bilikləri tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını
aşkara çıxarmaqdır.
Qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl həyata keçirilməsinə imkan
verən, müəllimləri tədrisin səmərəliliyi ilə, faydalı məlumatlarla təmin edən qiymətləndirmə vasitəsi
– qiymətləndirmə standartlarıdır. Onlar xüsusi sxemlər və meyarlar formasında hazırlanır. Bu
meyarlardan istifadə zamanı müəllim vaxta qənaət edir, sinif şagirdlərinin fərqli cəhətlərini aşkar
edir siniflər arasındakı fərqi müqayisə edə bilir, məlum meyarlarla qiymətləndirmənin aparılması
daha dəqiq, şəffaf və ədalətli olur.
Ədəbiyyatda qiymətləndirmə sxemlərinə aşağıdakıları şamil edirlər: qiymətləndiriləcək əsas
sahələr; nailiyyətin müxtəlif səviyyələrini dəyərləndirmək üçün qiymətləndirmə şkalası; səviyyə
üzrə etiket: nailiyyət səviyyəsini təsvir edən söz və ya rəqəm; səviyyə deskriptoru: nailiyyət
səviyyəsini daha müfəssəl təsvir edən söz (ifadə); səviyyə indikatorları: hər bir nailiyyət səviyyəsi
üzrə diqqət yetiriləcək məsələyə aid konkret nümunələr; standart: nail olunması nəzərdə tutulan
nəticə [1, 570-572]. Bu sıraya xüsusi meyar cədvəlini də əlavə etmək lazımdır. Eyni zamanda
müəllim ona hazır formada verilən qiymətləndirmə standartlarından istifadə zamanı standartın
hazırlanma ardıcıllığına xüsisu diqqət verərək bu sıralamanın tələblərinin yerinə yetirilməsini
gözləməlidir. Bütün bu proseslərin həyata keçirilməsi zamanı lazım gəldikdə müəllim öz
əlavələrini, təklif və tövsiyələrini verə bilər.
Qeyd olunan iş mexanizmlərinin nəzərə alınması kurikulum fənn proqramının tələblərinə
cavab verən müasir dərslərin təşkilinə və icrasına müsbət təsir etdiyini əməli fəaliyyətimizin
nəticəsi kimi əminliklə deyirik.
Elmi yeniliyi: Təklif olunan yanaşma forması şagirdlərin şəxsiyyət kimi formalaşmasına və
onların idraki fəaliyyətinin inkişafına zəmin yaradır.
Tətbiqi əhəmiyyəti: Orta ümumtəhsil məktəblərində təlim zamanı iş forması kimi istifadə
oluna bilər.
Əskərov A.B., Həsənova D.T.
98
ƏDƏBİYYAT
1.
İbrahimov F.N., Hüseynzadə F.L.Pedaqogika. Dərslik. Bakı: Mütərcim, 2013, s.559-576.
2.
Əhmədov A., Şərifov T., Abbasov Ə. Şagird nailiyyətlərinin qiymətləndirilməsi. // Kurikulum
jurnalı, N 1. Bakı: 2008, s.86-87.
3.
Əskərov A.B., Niyazova A.A., Şərəfova Z.S. Kimya dərslərində yeni texnologiyalar:
fəal/interaktiv təlim. SDU, 2014. s.87-108.
4.
Махмутов М.И. Теория и практика проблемного обучения. Казань: Таткнигоиздат, 1972.
с.42, 123, 178, 427-431.
РЕЗЮМЕ
ПОДГОТОВКА УЧИТЕЛЕЙ ХИМИИ К УРОКАМ,
ИХ ОРГАНИЗАЦИЯ И ПЛАНИРОВАНИЕ.
Аскеров А.Б., Гасанова Д.Т.
Ключевые слова: планирование, подготовка, компоненты моделей обучения, схемы
оценивания.
В статье представлен план работы учителя на каждом этапе урока, выбор литературы
для проведения практических работ и план работ с учащимися.
Одним из основных условий в организации использования новых технологий в
обучении являются усовершенствование проблемных занятий, их преимущества, а также
получение информации в процессе обучения, направленное на оценивание компонентов
моделей обучения соответственно стандартам.
SUMMARY
CHEMISTRY TEACHER'S LESSON PREPARATION,
LESSON PLANNING AND ORGANIZATION
Askerov A.B., Hasanova D.T.
Key words: planning, training, components of the training model, evaluation models.
Plan of teachers’ work in every stage of a lesson, selection of literature for practical work
and a work plan with the student are introduced in the article.
One of the key conditions on arrangements of usage of new technologies is: improvement of
problematical lessons and their advantages, at the mean time to receive information (in the process
of education) which is directed to evaluation of components on study models of demanded
standards.
Daxilolma tarixi:
İlkin variant
26.04.2016
Son variant
27.09.2017
Kimya müəlliminin dərsə hazırlaşması, dərsin planlaşdırılması və təşkili
99
Mündəricat Содержание Contents
Dilçilik
1.
Yunusova Ş.Ə. Müxtəlifsistemli ingilis və Azərbaycan dillərində tamamlıq budaq
cümlələri və onların müqayisəli təhlili
4
2.
Eminli B.İ. Kommunikativ konflikt və ya konfliktli ünsiyyət
9
3.
Karimova D.A.
Inversion in the English language
12
4.
Əhmədova E.H. Oğuz boyu padarlar Qubadlıda
16
Ədəbiyyatşünaslıq
5.
Bayramov A.Ə., İsgəndərov B.A. Ozan-aşıq şeirində təsəvvüf
19
6.
Cəfərli Y.İ. Den Braunun “Mələklər və iblislər” romanında postmodern oyun
texnologiyası
25
7.
Rəfiyeva A.İ. Ədəbiyyatşünaslığımızda monoqrafik tədqiqatlara meylin güclənməsi 31
8.
Rəsulova S.H. XX əsrin əvvəllərində yaranan Azərbaycan uşaq ədəbiyyatının
tədqiqi və nəşrinə dair (F.Köçərli, S.M.Qənizadə, M.Ə.Sabir, A.Səhhət)
36
Tarix
9.
Hacıyev İ.M. Naxçıvanın Azərbaycanda dövlətyaranma prosesindəki roluna dair
(e.ə. III minillik-e.ə. II minilliyin sonları)
42
10. Baxşəliyev A.B. Təbriz şəhəri Avropa müəlliflərinin əsərlərində (XVI–XVII əsrlər)
46
11. Rzaquliyeva S.D., Bünyadov Z.V., Muradova K.V. Azərbaycan Respublikasında
pensiya islahatı konsepsiyasının mahiyyəti və əsas müddəaları
51
12. Ağayev T.D., Musayeva M.A., Alməmmədli M.G., Əliyeva N.F. Pirsaatçay və
Girdimançay hövzəsinin iqlimi
56
İqtisadiyyat
13. Əhmədzadə M.İ. Material ehtiyatlarının və məsrəflərinin qiymətləndirilməsi
metodları
60
14. Məmmədov İ.S., Tağıyeva A.V. Bazar iqtisadiyyatı şəraitində beynəlxalq əlaqələrin
qloballaşmasının bəzi məsələləri
64
15. Hüseynova M.S., Əhmədova T.M. Amortizasiya siyasəti investisiya qoyuluşlarının
artırılması vasitələrindən biri kimi
67
16. Vəliyeva L.M., Məmmədova E.Ş. Dünya bankı və qlobal problemlərin həllində
onun rolu
72
17. Pənahəlyieva M.Ö., Babayeva T.P. Avropa İttifaqı ölkələri ilə Azərbaycan
Respublikasının qarşılıqlı iqtisadi əlaqələrinin kompleks tədqiqi
75
18. Allahverdiyeva S.Ə., Alməmmədli M.G., Babaşova Ə.A. Gəncə-Qazax iqtisadi-
coğrafi rayonunda kənd təsərrüfatının müasir ixtisaslaşma istiqamətləri
79
Pedaqogika, psixologiya, metodika
19. İsmayılov A.Ö., Quliyev Ə.F., Orucov S.K., Səmədov Y.A. Müasir qloballaşma
dövründə təhsil sahəsində pedaqoji texnologiyalardan istifadənin əhəmiyyəti
83
20. Rzayeva S.B. Tələbələrin şəxsiyyət kimi formalaşmasında seminar məşğələsinin rolu
87
21. Kərimova M.F. Yeni rəqəmsal vizual mədəniyyət və incəsənət
91
22. Əskərov A.B., Həsənova D.T. Kimya müəlliminin dərsə hazırlaşması, dərsin
planlaşdırılması və təşkili
95
100
Kompüter yığımı
S.Şahverdiyeva
Texniki redaktor
E.Həsrətova
Dil dəstəyi
Linqvistik mərkəz
Çapa imzalanmışdır: 26.09.2017-ci il
Mətbəə kağızı, kağızın formatı: 70
*
108 ¼
Yüksək çap üsulu. Həcmi: 23,18 ş.ç.v.
Sifariş 63. Tiraj 250 nüsxə.
Qiyməti müqavilə yolu ilə.
--------------------------------------------------------
Sumqayıt Dövlət Universiteti
Redaksiya və nəşr işləri şöbəsi
Müxbir ünvan:
Azərbaycan, 5008, Sumqayıt, 43-cü məhəllə
Tel: (0-12) 448-12-74
(0-18) 644-88-10
Faks: (0-18) 642-02-70
Web: www.sdu.edu.az
E-mail: sdu.elmixeberler@mail.ru
Dostları ilə paylaş: |