17
əsası yoxdur. “Burla” antroponiminin Mahmud Kaşğarinin lüğətində “ətir saçan”, “gözəl görünən”
mənasını ifadə edən “bur” sözündən yaranması fikri daha inandırıcı görunür [6, 92].
Bildiyimiz kimi, xatın titulu türk xalqlarında, eləcə də Azərbaycan ictimai həyatında qədim
dövrlərdən mövcud olmuşdur. Belə ki, qədim oğuz elində qadınlara “xatun/xatın” deyə müraciət
olunurdu.
“Azərbaycan şəxs adlarının izahlı-etimoloji lüğəti”ndə xatın – azərb. – qadın, xanım
(müraciət); hökmdar qadın; xan arvadı, xanın kəbinli arvadı” [7, 215]; “Şəxs adları lüğəti”ndə isə
“keçmişdə “xanım, xan arvadı” anlamında, lakin sonralar “qadın, arvad, zövcə” mənalarında
işləndiyi yazılır” [8, 190].
Hətta A.Paşayev vurğulayır ki, müxtəlif lüğət və tədqiqat əsərlərində “xatun” və “xatın” kimi
yazılan bu titul da “hökmdar arvadı” kimi şərh olunur. Türk sözü olan “qadın” fonetik dəyişikliyə
uğrayaraq “xatun” (“xatın”) şəklinə düşmüşdür. Turan Xatun, Burla Xatın, Selcan Xatun və s. [9,
185-186].
Belə ki, T.Hacıyev yazır: “Qadın və bəy sözləri təyin mövqeyində cıxış edərkən bu gün üçün
arxaikləşmiş qadın titulunun cəmiyyətdə kişilərə aid bəy rütbəsi səviyyəsində olması muəyyənləşir”
[10, s.154]. Qadın ana, bəy baba ifadələri “Kitabi-Dədə Qorqud”un dilində eyni mənada işlənə bilir:
“Qara gözdən acı yaşın dökdürdinmi?
Qadın ana, bəg baba “deyü bozlatdınmı? – dedi” [11, 97].
Beləliklə, “qadın” sözü “xatun”la eyni mənanı ifadə edir. F.Xalıqov da tədqiqatlarında qeyd
edir ki, sözün tarixən keçdiyi yolu izləməklə vaxtilə “od yiyəsi”, “ocaq sahibi” mənalı leksik
vahidin sonralar göl, çay və ən nəhayət, qadınlıq məzmunu kəsb etməsinin uzun bir tarixi prosesin
nəticəsi olduğu, tarixin çox qədim dövrləri ilə səsləşməsi qənaətinə gəlmək olar. O həmçinin bu
leksik vahidin tarixən xatın/xatun formasından xanım, qadın və sonralar arvad formasına doğru
inkişaf yolu keçdiyinin güman edildiyini vurğulamışdır [5, 36]. Təbii ki, türk xalqlarında qadının
ocaq sahibi, ailənın dirəyi olması danılmaz faktdır.
Sənətkarın əsərlərində Dəli Alı, Dəli Cümrü, Dəli Unus kimi antroponimlərdə dəli ləqəbi
özünü göstərir. Dilimizdə bu sözün müxtəlif məna çalarları işlənir. Belə ki, “Azərbaycan dilinin
izahlı lüğəti”ndə “dəli 1. sif. ağlı və şüuru yerində olmayan, ruhi xəstə, divanə; 2. is. gic, axmaq,
sarsaq, ağılsız; 3. sif. azğın, coşqun, hiddətli, şiddətli; 4. sif.bir şeyə həddindən artıq aludə olan;
5. Folklorda: dəlicəsinə qoçaq, igid, qəhrəman” və s. mənalardadır [12, 576].
Qədim türk yazılı abidələrinə nəzər yetirdikdə məlum olur ki, qədim türk dillərində bu söz
telü şəklində (“gic, gicbəsər, səfeh, dəli”) işlənmişdir [13, 192].
H.Araslı Azərbaycanda “dəli” sözünün igid, mübariz, qəhrəman mənasında işlənməsinin XX
əsrə qədər davam etdiyini qeyd edir [14, 152]. Bu gün də dilimizdə həmin mənanı daşıyan
“dəlidolu” söz komponenti işlənməkdədir.
Yazıçı da əsərlərində dəli sözünü bir neçə məna çalarlarında işlətmişdir. “Cəhənnəm”
romanında “qoçaq, igid” mənasında: “Omar аğanın BağSar olduğunu, Zeynalabdin Tağıyev, bu
tayda oğulları, üç qardaş ilə onların oğulları, Məmməd ağa, Nəriman Nərimanov, Aşıq Ələsgər,
Aşıq Alı, bir də qaçaqbaşı Dəli Alı bilirlər” [15, 331]; “Tütək səsi” povestində isə “ağlını itirmiş”
anlamındadır: “О vaxt Cümrüyə Dəli Cümrü demirdilər. Çünki hələ dəli olmamışdı” [16, s.90].
Tarixən “Kitabi-Dədə Qorqud” dastanındakı qəhrəmanlara dəli adı verilmişdir: Dəli Domrul,
Dəli Dondara, Dəli Budaq. Xalqımız dəli adlandırdığı qəhrəmanları sevmiş, onları qəlblərdə,
könüllərdə yaşatmışlar.
İsa Hüseynovun əsərlərində Xoca Ömər antroponimik birləşməsində xoca titulu işlənmişdir:
“Vəzirimiz Xoca Ömərlə bahəm Səlcuq səltənəti vəzirlərinin hərəsi bir hökmdara çevrilər,
məmləkətdə hərcmərclik düşər” [15, 156]. İsa Hüseynovun əsərlərində olduğu kimi, Azərbaycan
folklorunda da “xoca” titulu daha qədim mənasında - tacir, bəzirgan kimi çox işlədilmişdir. Bu adın
lapöncə tacirlərə verilməsi onların müxtəlif ölkələrin hökmdarları arasında elçi rolu oynaması,
Bağırova A.S.
18
diplomatik əlaqə yaratmaları, hökmdarların bu və ya digər tapşırığını icra etmələri ehtimal olunur.
Bəzən bu titul düşmən, quldur mənasında da işlənmişdir” [14, 169-172].
F.Rəşidəddinə qeyd edir ki, türk dilində yaşlıları “Xoca” adlandırırlar, çünki bu söz ərəb və
farsca deyil, məhz türkcədir [17, 15]. Türk mənşəli xoca sözünün ilkin mənası “müdrik, ağıllı,
tədbirli anlamında qoca” olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanında da “qoca”lar məhz bu
mənada işlənmişdir. Dastanda isə on bir “Qoca” titullu ada rast gəlirik: 1. Aruz Qoca, 2. Duxa
Qoca, 3. Ənsə Qoca, 4.Qəflət Qoca, 5. Bunlu Qoca, 6.Yapaqlu Qoca, 7.Uşun Qoca, 8.Qanlu Qoca,
9.Qonur Qoca,10.İlək Qoca, 11.Qazılıq Qoca.
“Oğuznamə” əsərində də “Xoca”, yaxud “Qoca” rütbəsinin hələ Oğuz xanın zamanından
mövcud olduğu qeyd edilir.
Həmçinin Nizamimülk “Siyasətnamə” əsərində “Qoca” rütbəli şəxslərin böyük hörmət və
nüfuz sahibi olduqlarını yazmışdır. Beləliklə, qədim və orta əsrlərdə “Xoca” titulu ağıllı,
dünyagörmüş, hökmdarın məsləhətçisi ola biləcək şəxslərə, yəni vəzirlərə, alimlərə, tacirlərə
verilirdi.
Elmi yeniliyi: Məqalədə İ.Hüseynovun yaratdığı obrazları səciyyələndirən adlarda,
ləqəblərdə, titullarda xalqımızın mənəvi dünyasının və dilinin lüğət fondunun zənginləşməsində
xüsusi rolu olan Dədə Qorqudun izləri araşdırılmışdır.
Tətbiqi əhəmiyyəti: Ali məktəbdə onomastika fənninin tədrisində, antroponimlərlə bağlı
tədqiqat işlərində istifadə edilə bilər.
ƏDƏBİYYAT
1. Qumilyov İ.N. Qədim türklər. Bakı: Gənclik, 1993, 536 s.
2. Həsənоv H. Söz və аd. Bакı:Maarif, 1984, 98 s.
3. Çоbаnоv M. Аzərbаycаn аntrоpоnimiyаsının əsаslаrı. Tbilisi: Qanatleba, 1983, 104 s.
4. Vеrdiyеvа Z., Ağayeva F., Adilov M. Azərbaycan dilinin sеmаsiоlоgiyаsı. Bакı: Maarif, 1979, 308 s.
5. Xalıqova R. Müasir Azərbaycan antroponimiyasının inkişaf yolları. Bakı: 1992.
6. Аdilоv M.İ., Pаşаyеv А. Аzərbаycаn оnоmаstiкаsı, Bакı: ADU, 1987, 86 s.
5. Xalıqov F.R. Folklor onomastikası, I hissə. Bakı: Elm, 1998, 138 s.
6.Tanrıverdi Ə. “Kitаbi-Dədə Qоrqud”da şəxs adları. Bakı: Elm, 2000, 158 s.
7.Həsənov H.Ə. Azərbaycan şəxs adlarının izahlı-etimoloji lüğəti. Bakı: Mütərcim, 2002, 288 s.
8. Aydin Abi Aydın. Şəxs adları lüğəti. Bakı: Çıraq, 2002, 400 s.
9. Paşa A. Azərbaycan antroponimiyasının leksik problemləri. Bakı: Maarif, 1997, 255 s.
10. Hacıyev T. Dədə Qorqud: dilimiz, düşüncəmiz. Bakı: Elm, 1999, 213 s.
11.“Kitabi- Dədə Qorqud” dastanı. Bakı: Elm, 1999, 168 s.
12. Azərbaycan dilinin izahlı lüğəti (4 cilddə). IV c., Bakı: Şərq-Qərb, 2006, 712 s.
13.Rəhimova D.M. Müasir fars dilində Azərbaycan-türk sözləri. Bakı: Çənlibel, 1998, 150 s.
14.Ağayeva F.M., Əsgərova G.N., Ağayev P.Y. Azərbaycan folklor antroponimikası. Bakı: Maarif , 1997,
216 s.
15.Muğanna İ. Seçilmiş əsərləri. V c., Bakı: Avrasiya press, 2009, 480 s.
16. Muğanna İ. Seçilmiş əsərləri. I c., Bakı: Avrasiya press, 2009, 424 s.
17.Rəşidəddin F. Oğuznamə. Bakı:Azərnəşr, 1992,72 s.
РЕЗЮМЕ
СЛЕДЫ КИТАБИ-ДЕДЕ КОРКУТ В АНТРОПОНИМИЧЕСКОМ ЛЕКСИКОНЕ В
ПРОИЗВЕДЕНИЯХ И.ГУСЕЙНОВА
Багирова А.С.
Ключевые слова: антропонимическая лексика, личные имена, прозвища, названия,
национальная и историческая культура
В статье анализируются следы антропонимического лексикона И.Гусейнова в бессмертном
произведении искусств "Китаби-Деде Коркут". Автором исследуется древний эпос "Китаби-Деде
Коркут", который играет большую роль в обогащении духовного мира народа.
İsa Hüseynovun əsərlərinin antroponimik leksikasında “Kitabi-Dədə Qorqud”un izləri