19
SUMMARY
THE TRACES OF KITABI-DEDE KORKUT IN ANTROPONOMICAL
VOCABULARY OF İ.HUSEYNOV’S WORKS
Bagirova A.S.
Keywords: antroponomical vocabulary, personal names, nicknames, titles, national and historical
culture
The traces of our immortal work of art “Kitabi-Dede Korkut” are investigated in İ.Huseynov’s
antroponomical vocabulary in this article. Author analysed the traces of Kitabi-Dede Korkut playing the
great role in enriching the spiritual world of Azerbaijan nation and its vocabulary in names, titles, nicknames
of images created by writer.
Daxil olma tarixi:
İlkin variant
03.11.2016
Son variant
16.03.2017
Bağirova A.S.
20
UOT 81-112
MAHMUD KAŞĞARİNİN “DİVANÜ LÜĞAT-İT-TÜRK” ƏSƏRİNDƏ
BİRİNCİ NÖV TƏYİNİ SÖZ BİRLƏŞMƏLƏRİ
İBAYEV NEMƏT ALIŞ oğlu
Sumqayıt Dövlət Universiteti, baş müəllim
e-mail: nemetibayev@gmail.com
Açar sözlər: Divanü-lüğat-it-türk, sintaktik vahid, etnonim, toponim, söz birləşmələri, leksik-semantik
xüsusiyyətlər
Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri ümumtürk ədəbiyyatı və mədəniyyətinin
möhtəşəm abidəsidir. Tərkibində 9 mindən artıq sözü toplayan “Divanü lüğat-it-türk” əsəri o dövrün dil
və ləhcələrinin hamısını əhatə edən zəngin xəzinə, dövrünün əvəzsiz soraqvericisidir. Əsərin ən mühüm
özəlliyi onun ilk türk ensiklopediyası olmasıdır. “Divan” min il bundan əvvəlki türkçülüyün tarixini,
coğrafiyasını, mədəniyyətini, iqtisadiyyatını, ədəbiyyatını, mənəvi milli dəyərlərini, psixologiyasını,
dünyagörüşünü, həyat tərzini ən incə detallarına qədər özündə əks etdirmişdir. Əsər əsrlər boyu müxtəlif
aspektlərdən araşdırılmış, bir çox dillərə tərcümə olunmuş, hər kəs üçün böyük maraq kəsb etmişdir.
Türk ellərini qarış-qarış, oba-oba gəzib, böyük sevgi ilə topladığı türk dillərinə və ləhcələrinə aid faktlar,
ədəbi dil nümunələri, zəngin coğrafi, tarixi, etnoqrafik materiallar Mahmud Kaşğarinin bu günümüzə
bəxş etdiyi qiymətli xəzinədir. Tarixi inkişaf yolu keçmiş türk dillərinin dil xüsusiyyətlərini öyrənmək,
bu dillərin inkişaf yolunu aydınlaşdırmaq üçün də mühüm abidələrdən biridir. Bu baxımdan əsər birinci
növ təyini söz birləşmələrini araşdırmaq üçün də zəngin material verir.
M. Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri mədəniyyət tariximizdə əvəzsiz qaynaqlardan biri
kimi dəyərlidir. Bu mənada “Divan” dil faktları ilə zəngindir. Əsərdəki onomastik leksika, onomastik
terminlər, oğuz boyları, etnonim və toponimlər , frazeoloji vahidlər və.s tədqiqata cəlb olunmuşdur. M.
Kaşğarinin lüğətindəki birinci növ təyini söz birləşmələrinin tədqiqi dilçiliyimiz üçün qiymətli
qaynaqdır
Tərs: çətin olan hər nəsnə. Hər çətin işə “
tərs iş” deyilir. [1, c.1, 356]
Börk: başlıq, papaq. “
tatsız türk bolmas,
başsız börk bolmas = tatsız [əcəmsiz] türk, başsız börk
olmaz”
Bozuk əw: xaraba ev. Yıxılan, qırılan, sınan hər şey üçün belə deyilir [1, c.1, 380]
Pışık ət: bişmiş ət. Yağma dilində “pışığ” əvəzinə belə deyirlər [1, c.1, 380]
Çapak: “çapak ər = soysuz, haramzada” [1, c.1, 382]
Kıruk: qırıq. “
kıruk ər = çolaq adam”, “
kıruk adhak = topal ayaq” [1, c.1, 383]
Divanda işlənən – ıq
4
şəkilçisi müasir dilimizdə işlənən – mış
4
şəkilçisinin sinonimi kimi çıxış edir.
Kazuk: qazılmış, qazılı “
Kazuk arık = qazılmış arx” [1, c.1, 384]
Kulak: “
kulak ton = qolları qısa paltar” [1, c.1, 384]
Bədük: böyük, hər şeyin böyüyü “
bədük təwi = böyük dəvə” [1, c.1, 386]. Burada d > y
əvəzlənməsi baş vermişdir.
Təzik: “
təzik kişi = işdən qaçan adam” [1, c.1, 387]
Tüşük: işdən-gücdən qalan avaraya “
tüşük kişi” deyilir [1, c.1, 388]
Süzük: “
süzük suw = süzülmüş su”. Süzülmüş və təmiz hər şeyə belə deyilir [1, c.1, 389]
Silig: “
silig ər = təmiz, incə, yaraşıqlı, şirindil adam” [1, c.1, 390]
Şütük: “
şütük sakal = kosasaqqal” [1, c.1, 390]
Kəpək: Kiçik inciyə,mirvariyə “
kəpək yinçü” deyilir [1, c.1, 390]
Kəzik: insanı titrədən isitmə, qızdırma. “
sarığ kəzik = sarı qızdırma” [1, c.1, 391].
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 1 2017
21
Burada da səs əvəzlənməsi mövcuddur.
Kəwəl: “
kəwəl at = qaçağan at” [1, c.1, 394]
Bakan: halqa. Qızıl və qızıla bənzər şeylərdən qayrılan halqa, toqq. “
altun bakan = qızıl halqa”
[1, c.1, 397]
Sığan: “
sığan saç = sığallanmış saç, qıvrım olmayan saç” [1, c.1, 401]Sığal > sığan, n > l
əvəzlənməsi mövcuddur.
Kıwal: “
kıwal burun = düzgün burun” [1, c.1, 410]
Tigin: əslində “kölə” deməkdir. Buradan alınaraq rəngi gümüş kimi saf olan kölələrə “
kümüş
tigin”, igid köləyə “
alp tigin”, uğurlu köləyə “
kutluğ tigin” deyilir.
Tigin sözü sonralar xaqaniyyə ailəsinin övladlarına ad kimi verilmişdir. Bu söz yırtıcı quşlardan
birinin adı ilə də qoşa işlənir: “çağrı tigin” kimi, “şahin təkin” deməkdir. “küç tigin = qüvvətli
təkin” [1, c.1, 411]. Gültəkin adı da buradandır (bənzər mənasını verir - kimi).
Salğa: “
salğa at = sərt at, gəm almayan at” [1, c.1, 420].
Bilgi: ağıllı. Bu beytdə işlədilmişdir:
“Bilgə ərig edhgü tutup sözin işit,
Ərdəhmini ögrənibən ışıka sura”
Bilgə adamı xoş tut, sözünü dinlə,
Onun ərdəmini öyrən, işə tətbiq et.
(Bilikli, ağıllı, ərdəm sahibi adamın sözünü dinlə, ondakı ədəb və fəziləti öyrən, öyrəndiyinə
əməl et)
Bu sözlə kişilərə ad qoyularaq “Bilgə bəg” deyilir ki, bilikli, ağıllı, hakim bəy deməkdir. Uyğur
xanına “Köl Bilgə xan” ləqəbi verilir, çünki “kamalı göl kimi, göl qədər” deməkdir. Burada ağılın
çoxluğunu göstərmək üçün o, gölə bənzədilmişdir. Ağıllı adama “bügü bilgə” də deyilir
[1,c.1, 422,423 ]. Kamalı göl ifadəsi müasir dilimizdə dərya qədər ifadəsi kimi işlədilir və buna
bayatılarımızda, danışıq dilimizdə də rast gəlirik:
Əzizinəm gül əllər,
Ağ biləklər, gül əllər.
Dəryaca ağlın olsa,
Yoxsul olsan gülərlər
Kəwgin: “kəwgin aş = doyurmayan aş”. Bu “çiwgin” sözünün antonimidir. Heyvanları
doyurmayan qüvvəsiz ota da “kəwgin ot” deyilir [1,1, 434].
Baklan: “
baklan kuzı = kök quzu” [1,1, 434].
Kərpiç: kərpic. Bişmişinə “
pışığ kərpiç” deyilir, bişmiş kərpicin başqa bir adı “tuğla”dır [1,c.1, 444].
Kirtüç: “
kirtüç kişi = paxıl və xasiyyəti pis adam” [1,1, 444].
Baldır: ögey, “
baldır oğul = ögey oğul”, “
baldır kız = ögey qız” [1,c.1, 445].
Baldır: “
baldır tarığ = yazbaşı əkilən əkin”. Ən yaxşı əkin vaxtı elə budur. Hər hansı bir iş ilk
çağında görülürsə, ona “baldır” deyilir [1, c.1, 445].
Baldır: döl zamanı
doğulan ilk quzuya da “
baldır kuzı” deyilir [1,c.1, 445].
Müxtəlif mənalarda işlənən yuxarıda qeyd etdiyimiz “baldır” sözündə [b ]səsi qalın tələffüz
olunur.
Kırbas: “kırbas ər = başının tükü tökülən, artıq başında tük bitməyən adam” [1, c.1, 448].
Yurbaş: “yurbaş ış = içindən necə çıxılacağı bilinməyən dolaşıq iş” [1, c.1, 448].
Batruş: “batruş suw = bulanıq su”. Suyu azalaraq xəmiri çoxalan əriştə şorbası da belədir.
[1, c.1, 448].
Başlağ: “
başlağ nənq = buraxılmış şey”. Həmin model üzrə “
başlağ yılkı” başlı-başına
buraxılmış heyvan deməkdir [1,c.1, 449].
Saçlığ: “
saçlığ ər = saçlı adam” [1,c.1, 451].
Sarsığ: “
sarsığ söz = kəskin söz”. Qətiyyətli iş və sürətli hərəkət üçün də belə deyilir.
[1,c.1, 451].
İbayev N.A.